Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
60
 
 
Tünzalə ÜZEYİROVA 
Bakı Dövlət Universiteti
Tarix fakultəsi, II kurs tələbəsi 
E-mail:meherrem.uzeyirov@mail.ru 
I TÜRKOLOJİ QURULTAY 
VƏ ATATÜRKÜN DİL SIYASƏTİ 
Elmi rəhbər: Səidə QULİYEVA 
Tarix üzrə fəlsəfə doktoru, 
Tarix fakultəsinin böyük elmi işçisi 
Açar  sözlər:  Türkoloji  qurultay,  Türkiyə,  Atatürk,  hərf  inqilabı, 
dildə sadələşdirmə hərəkatı, dil siyasəti 
1926-cı  il  Bakı  Türkoloji  Qurultayı  türkologiyanın  inkişafı, 
dil və əlifba mövzusunda radikal qərarların alınması, Türkiyə-SSRİ 
əlaqələrinin  gedişatı  baxımından  önəmlidir.  XX  əsrin  əvvəlində 
türk dünyasında dil quruculuğu, əlifba islahatı ilə bağlı gedən pro-
seslərə  yeni  elmi-siyasi  yanaşma  müzakirələrin  birbaşa  obyektini 
təşkil etmişdi. Qurultaya qatılan 131 nümayəndədən 93-ü türksoy-
lu xalqlara mənsub idi. SSRİ-nin Azərbaycan, Tatarıstan, Başqır-
dıstan,  Orta  Asiyanın  türk  dövlətlərinin  ərəb  qrafikasından  latın 
qrafikasına keçməsinə şərait yaratmasında məqsəd yalnız türk mil-
lətlərini maarifləndirmək ola bilməzdi. Bu məsələdə dövlətin baş-
lıca məqsədi türksoylu xalqları SSRİ-dən xaricdə yaşayan türklər-
dən ayırmaq olmuşdur. 
Qurultayla Atatürkün islahatları arasındakı əlaqədən az bəhs 
olunsa  da,  fikrimizcə,  Türkiyədə  yazı  inqilabının  sürətlə  həyata 
keçirilməsində, dil məsələlərinin həllində, türkoloji araşdırmalarda 
qurultayın  təsirini  danmaq  olmaz.  Cümhuriyyətin  ilk  illərindən 
Türkiyənin  türkologiyanın  mərkəzi  olması  qarşıya  qoyulmuşdu. 
Bu  məqsədlə  1924-cü  ildə  Türkiyat  İnstitutu  qurulmuş  və  İstan-
bulda  Türkoloji  Qurultayın  təşkili  istənilmişdi.  Bu  tarixi  hadisə 
Türkiyə ilə SSRİ  arasında örtülü rəqabətə səhnə olmuşdu. SSRİ-
nin  məqsədi  tərkibindəki  türk  xalqlarının  yazı  qrafikasını  dəyiş-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
61
 
məklə Türkiyə ilə ayrılıq yaratmaq olmuşdu. Lakin Atatürk gözlə-
nilməz olaraq, Türkiyədə latın hərflərinin tətbiqinə qərar verdi. 
Hələ  1922-ci  ildə  Atatürkə  latın  əlifbasının  qəbulu  barədə 
təklif  verilmiş,  lakin  o  etiraz  etmiş  və  münasib  vaxt  gözləmişdi. 
Mövzü 1923-cü ildə Türk İqtisad Konqresində  yenidən gündəmə 
gəlmişdir.  Konqresin  sədri  Qarabəkir  paşa  qrafikanın  dəyişdiril-
məsini  Türkiyə  ilə  İslam  aləmini  ayırmaq  üçün  vasitə  kimi  qiy-
mətləndirərək təklifi rədd etmişdir. I Türkoloji Qurultay yazı mə-
sələsini təkrar alovlandırmışdır. 
Əlifba islahatı ilə  əsaslı  şəkildə məşğul olmaq üçün 1928-ci 
ilin 10 iyununda “Dil Komissiyası” yaradılır. Əlifba inqilabı 1928-
ci  il  avqustun  9-da  başladı.  O  dövrdə  əhalinin  4/5  hissəsi  oxuma-
yazma bilmirdi. Atatürkün məqsədi bütün xalqın yeni əlifbanı öy-
rənməsi idi. Yeni əlifba məktəblərdə yeganə əlifba kimi tətbiqə baş-
ladı. Eyni zamanda “dildə sadələşdirmə” və “türkcələşmə” hərəkatı 
başlanmışdır. Türk dili Tədqiq Cəmiyyətinin qurulmasından sonra 
aparılan  çalışmalar nəticəsində  26 sentyabr 1932-ci ildə  I  Dil Qu-
rultayı  toplanmışdır.  Qurultayda  türk  dilinin  kökü,  digər  dillərlə 
olan əlaqəsi, Osmanlı dövründə türkcənin vəziyyəti kimi mövzular 
müzakirə olunmuş, xalqın yazı dilini anlamadığı, dili bu vəziyyət-
dən qurtarmaq üçün sözlər tapılmasının vacibliyi ətrafında qərarlar 
qəbul olunmuşdur. Atatürk yazı inqilabında olduğu kimi, dil inqila-
bının ilk illərində də heç bir güzəştə yol verməmişdi. 
1934-cü ildə II, 1936-cı ildə III Türk Dili Qurultayı keçiril-
di. Qurultaylarda “Türk Dili Tədqiq Cəmiyyəti”nin adı dəyişdiril-
di. III Dil Qurultayında əsas müzakirə obyekti türk dilinin ilk dil-
lərdən olduğunun bildirən Günəş - dil nəzəriyyəsi idi. Bütün söz-
lərin kökünün türk dilinə calanması ifratçılığa səbəb olur, anlaşıl-
mazlıq yaranırdı. Bu səbəbdən də Atatürk mənasız zorlamalardan, 
zövqsüz uydurmalardan dili qurtarmağa cəhd etmiş, hərəkatın ge-
dişində mülayimləşmə dövrü başlatmışdır. İslahatın 1932-1934-cü 
illərini  ifrat,  1934-1936-cı  illərini  mülayim  özləşdirməçiliklə  sə-
ciyyələndirmək olar. 
Dil inqilabı Türkiyə türkcəsində uzun tarixi bir inkişafın qa-
çınmaz  nəticəsi  idi.  Osmanlıcadan  Türkiyə  türkcəsinə  keçid  cə-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
62
 
miyyətdə  fikir  ayrılıqlarına  səbəb  olmuşdur.  İnqilabın  gedişindən 
narazı qüvvələr olsa da, islahatın həyata keçirilməsi davam etdiril-
mişdir. İndiki dövrdə də Atatürkün dil islahatının yanlış olduğunu, 
islahatın  türkləri  İslam  dünyasından  uzaqlaşdırdığını  söyləyənlər 
var.  2014-cü  ilin  sonlarında  osmanlıcanın  orta  məktəblərdə  öyrə-
dilməsi mövzusunda TBMM-də müzakirələr olmuşdur. 
Bakı  Türkoloji  Qurultayı  türkçülük  hərəkatına  qarşı  atılan 
bir strateji addım kimi də dəyərləndirilə bilər. Qurultay SSRİ tərə-
findən türk xalqları arasında uçurum yaratmaq üçün təşkil edilmiş, 
lakin  Türkiyənin  də  qısa  zamanda  qrafikanı  dəyişməsi  gözlənil-
məz həmlə olmuşdur. 
ƏDƏBİYYAT 
1. Faiq ƏLƏKBƏROV. 90 il öncə Bakıda Türkoloji Qurultayın 
keçirilməsinin sirri / Türküstan qəzeti, Bakı, 2016, səh.6. 
2. Güneş-Dil Teorisi Üçüncü Türk Dil Kurultayı`nda / Türkler 
Ensiklopedisi.18-ci cild. Ankara, 2002, səh.40. 
3. Mustafa ORAL. Türkoloji Tarihində 1926 Bakü Türkiyat 
Konqresi. Akdeniz Universitesi, Türkiyə / 
http://dergipark.ulakbim.gov.tr/tdded/article/viewFile/5000132319
/5000121169 
4. Pərvin MƏMMƏDOVA. Atatürkün dil siyasəti. Bakı, 2004. 
5. Seda Bayındır ULUSKAN. Atatürk`ün sosyal ve kültürel politi-
kaları. Ankara, 2010. 
______________________ 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə