Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə19/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
57
 
maq yanlışdır. Hər kəs vicdanına tabe olmaqda sərbəstdir. Biz di-
nə  hörmət  edirik,  düşüncəyə  qarşı  deyilik.  Biz  sadəcə  olaraq  din 
işlərini, millət və dövlət işləri ilə qarışdırmamağa çalışırıq”. 
 
ƏDƏBİYYAT 
1. Ali Yaşar Sarıbay, Ersin Kalaycıoğlu «Türkiye'de Politik Deği-
şim ve Modernleşme», Alfa Basım Yayım Dağıtım, İstanbul, 2000. 
2. Sait Dinç, «Atatürk İlkeleri ve İnkılâp Tarihi», Nobel Kitabevi, 
Adana, 2004. 
3.  Utkan  Kocatürk,  «Atatürk’ün  Fikir  ve  Düşünceleri»,  Ankara, 
1999. 
______________________ 
 
XƏYALƏ ƏSGƏRLİ 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, IV kurs tələbəsi 
E-mail: isabaku10@gmail.com 
 
ATATÜRK VƏ TÜRK QURTULUŞ SAVAŞI 
Elmi Rəhbər: İsa ARSLAN 
Tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar sözlər: Atatürk, Vətən qurtuluş mübarizəsi, türk qurtuluş sa-
vaşı 
30 avqust 1922-ci il zəfərindən sonra əcnəbi bir şair öz hiss-
lərini belə ifadə etmişdir: “Allah bir xalqa yardım etmək, istəyən-
də, o xalqın başına Mustafa Kamal Paşa kimi bir lider gətirir”. 
Deyilən bu fikir danılmaz bir faktdır. Dahi öndər M.K.Ata-
türk millətinin ən çətin günlərində Tanrının türk millətinə göndər-
diyi xilaskar oldu. O, deyirdi: “Tarix yazmaq, tarix yaratmaq qə-
dər önəmlidir”. 
Məhv  olmaq  üzrə  olan  bir  dövlət  düşünün.  Var  olanı  artır-
maq, daha da güclü bir hala gətirmək asandır. Atatürk, artıq ümi-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
58
 
dini itirib, məğlubiyyəti qəbullanmış millətinin ümidi oldu. I Dün-
ya  müharibəsindən  sonra  Osmanlı  imperiyasının  məğlub  dövlət 
kimi ayrılması, İngiltərə, İtaliya, Fransa, Yunanıstan üçün çoxdan-
kı arzularını həyata keçirmək üçün real imkan yaratmışdı. Hər şey 
onların xeyrinə idi, sanki Osmanlının tək çarəsi məğlubiyyətlə ba-
rışmaq idi. Lakin  türklərin  əlində olan tək şey mübariz iradə idi: 
Atatürk türkün belə məğlubiyyətini qəbul  edə bilməzdi. Əgər bir 
xalqın başında güclü lider varsa, onun qarşısında heç kim dura bil-
məz. 1919-cu il Ərzurum, Sivas konfransları qurtuluş savaşının ilk 
addımları idi. Atatürk “Milli hüdudlar içərisində olan vətən torpa-
ğı bütövdür” deyərək milləti mübarizəyə çağırdı. 1920-ci il 23 ap-
rel Türkiyə Böyük Millət Məclisi (TBMM) yaradıldı. Sevr müqa-
viləsi artıq Osmanlının müstəqil dövlət hüdudlarından məhrum et-
mişdi. Türk qurtuluş savaşı zamanı baş verən döyüşlər isə həqiqə-
tən bir xalqın fəxr oluna biləcək gücünün bariz nümunəsidir. Türk 
Qurtuluş mücadiləsinə dərin inam, vətən sevgisi hər şeydən güclü 
oldu. I İnönü və II İnönü qələbələri artıq xalqın qələbəyə inamını 
artırmışdı. 
Sakarya zəfəri isə türk qurtuluş savaşının zirvəsi oldu. Türk 
milləti  bu  qələbə  ilə  özünü  xilas  etdi,  Osmanlı  imperatorluğunun 
yerində yeni bir çağdaş Türk Cümhuriyyəti yaratdı. 
1922-ci  il noyabrın  11-də  “Antanta” dövlətləri və Yunanıs-
tan Türkiyə ilə Mudanya sülh müqaviləsi imzaladı. Türk qurtuluş 
savaşı türkün böyük haqlı qələbəsi ilə başa çatdı. Türk xalqı yeni 
tarix yazdı, türk xalqının qurtuluş tarixi. Təbii ki, millətin bu mü-
barizə  və  qələbəsinin  bir  səbəbkarı  vardı,  o  da  Mustafa  Kamal 
Atatürk idi. O, əsl lider idi, milyonlarla türk insanı onun arxasınca 
ölümə  getməyə  hazır  idi.  Hələ  1918-ci  Çanaqqala  savaşı  zamanı 
öz  əsgərlərinə  “Mən  sizə  hücuma  keçməyi  yox,  ölməyi  əmr  edi-
rəm”  deyən  Mustafa  Kamalın  iradəsi,  qətiyyəti  hər  kəsdə  ona 
inam yaratmışdı. Düşünün, əgər Atatürk inamla “Gəldikləri kimi, 
gedərlər” deməsəydi, artıq işğal altında olan dövlətin xalqını buna 
inandırmasaydı,  nə  baş  verərdi?  Tarixdə  yalnız  var  olmuş  sonra-
dan süquta uğramış Osmanlı imperiyasının adı qalardı, sonrası isə 
sadəcə bir heç, lakin bu belə olmadı. Özünün dediyi kimi, o, tarix 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
59
 
yazmağın,  tarix  yaratmaq  qədər  önəmini  sübut  elədi.  Anadoluda 
apardığı  siyasət  iflasa  uğrayan  İngiltərənin  baş  naziri  David 
Lloyd, ölkəsinin parlamentində üzləşdiyi ittihamlar qarşısında bu 
cavabı vermişdir: “Dostlar, yüzillər nadir halda dahi yetişdirir. Bu 
talesizliyə baxın ki, ... o böyük dahi çağımızda türk millətinə nəsib 
oldu”. Bu sözlər bir daha dünyanın türk dəyanəti qarşısında zəifli-
yin sübutudur. Türk qurtuluş savaşı bir millətin yoxdan var oluşu-
dur. Bir gün İstanbulda Atatürkün qonağı olan V.Çörçil ona belə 
bir  sual  ünvanlayır:  “Axı  siz  necə  oldu  ki,  bu  mübarizədə  qalib 
gəldiniz? Cavabında Atatürk, bayırda dayanan bir yavəri içəri ça-
ğırır və əvvəlcədən içini boşaltdığı tapançanı ona verir və əmr edir 
ki, başına söykəyib tətiyi çəksin, Çörçil gördükləri qarşısında hey-
rətə  gəlin, əsgər Atatürkün əmrini gözünü qırpmadan  yerinə  yeti-
rir. Atatürk deyir. “Biz bu mübarizədə belə qələbə qazandıq”. Fi-
kirləşirəm ki, bu cavab bütün suallara cavabdır. Beləliklə, belə qə-
rara gəlmək olar ki, bəzi qələbələr var ki, onlar hətta düşmən tərə-
findən  belə  alqışlanır,  türk  millətinin  qələbəsi  belə  qələbələrdən-
dir”. 
ƏDƏBİYYAT 
1. Akyüz Yahya. Türk eğitim tarihi. İstanbul, 2015 
2. "
Nutuk Söylev", Türk Tarih Kurumu Yayınları, Ankara, 1984
 
3.  Akyüz  Yahya.  Atatürkü  kendi  sözleriyle  anlatmak.  İstanbul, 
2015 
4. Abbasov Akif.  Büyük önder Mustafa Kemal  Atatürk. Ankara, 
2016 
5. Kurtuluş Savaşı Tarihi ,Celal Erikan , İstanbul, 2008  
______________________ 
 
 
 
 
 
 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə