162
İNTİQAM
(ixtisarla)
Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzangül elə bil
birdən-birə gurultu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin
bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü.
Qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da
daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı, – fikirləşdi, – tək-tənhamı qalmışam bu
cəhənnəmdə? Yəni camaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox,
bu ola bilməz.
Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm.
Yoxsa ermənilər başlarının üstünü birdən-birə elə alıblar
ki, hərəsi ağzını bir səmtə tutub, qaçıb? Əlləri heç yerə
çatmayıb?”
Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də
qınamırdı. Bilirdi ki, hərəsinin bir çətən uşağı var. Bu
mərəkədə hamı öz başının hayında olub.
Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə
baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə
bilmədi. Başında da bərk ağrı başlamışdı. Çünki bütün gecəni bir dəqiqə çimir
vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqəbədəqiqə göz-
ləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə
sovuracaqdır. Zavallı körpə də sübhədək kiriməmişdi.
Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının
sızıltısı isə ara vermirdi. Baldırının sallana qalmış ətini
yerinə yapışdırıb üstündən bərk-bərk sarısa da, ağrısı
kəsmirdi. Qanı hələ də sızırdı. Bu zaman burnuna
hardansa yanğın iyi gəldi. Canını dişinə tutaraq, yenə
• Ədəbiyyatımızın yorulmaz mücahidi
olan Qılman İlkin həyatı
bütün gözəlliyi
ilə, dolğunluğu ilə əks etdirməyi baca-
ran yazıçıdır.
Əli Vəliyev
QILMAN İLKİN
(1914 – 2009)
Yada salın
− Qarabağ müharibəsinə həsr olunmuş hansı əsərlərlə tanışsınız?
− Bu əsərlərdə diqqətinizi daha çox nə cəlb edib?
Düşünün
− Müharibə zamanı silahlı düşmənlə qarşılaşan yaralı ana
və süd-
əmər körpənin beynəlxalq qanunlara görə, hansı hüquqları var?
Oxuda aydınlaşdırın
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
• Sizcə, bu hadisə nə vaxt
və harada baş verib?
• Xəzangül obrazı haqqında
sizdə hansı
təsəvvür
yarandı?
• Hücuma məruz qalmış
kəndin vəziyyətini necə
təsəvvür edirsiniz?
163
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
pəncərəyə tərəf boylandı. Dağların başı tüstüdən görünmürdü. Aşağılarda qoşa çinar
tərəfdəki bütün evlər alov içində idi. Uçuq daş-divardan qalxan toz-torpaq buludları
yanğının tüstülərinə qarışaraq, burula-burula onlara tərəf yayılırdı.
Birdən eşik tərəfdən hənirti eşidildi. Səslər getdikcə gücləndi. Xəzangül yaxınlıqda
erməni danışıqlarını aydın ayırd edə bildi. Bundan dəhşətə gəldi: “Aman Allah,
ermənilər kəndə giriblər”.
Bədənini titrəmə bürüdü. Yarpaq kimi əsən əlləri ilə
körpəsini beşiyindən qaldırıb sinəsinə basdı. Buz kimi
soyuq yanaqları ilə süzülən göz yaşları anasını əmməyə
başlamış körpənin də sifətini islatdı. Xəzangülün ürəyi
sanki sinəsindən qopub boğazında çırpınırdı.
Birdən qapıya vurulan təpik onu daha da sarsıtdı. Qapının cəftəsi yerindən qopub
düşdü. İki nəfər yekəpər saqqallı erməni içəri soxuldu. Bir anlığa astanada durub otağa
göz gəzdirdilər. Sonra əllərindəki avtomatı düz Xəzangülə tərəf tuşladılar. Uzandığı
yerdə sanki daşa dönmüş Xəzangülün gözləri bərələ qalmışdı. Qorxudan kirpik də çala
bilmirdi. Yoldaşından xeyli cavan görünən o biri erməninin belindən dəstəyi ceyran
ayağından olan bıçaq da asılmışdı. O yoldaşını dümsüklədi:
– Sarkis dayı, bunu, deyəsən, bizə qənimət qoyub gediblər axı.
Bunu deyərək, Xəzangülün yatağına yaxınlaşdı. Bir həmlə ilə əlini uzadıb yorğanı
onun üstündən çəkdi. Xəzangülün sarıqlı ayağını görüb istehza ilə gülümsədi:
– Belə de. Demək, buna görə qaçmamısan, – o, Xəzangülü süzəndə Xəzangül güc-
bəla ilə əyilib, yorğanı sinəsinədək yuxarı çəkdi. Erməninin saqqallı sifətində iyrənc bir
istehza duyuldu.
Sonra avtomatlarını çiyinlərindən çıxarıb, otağın künc-bucağını axtarmağa başla-
dılar. Hər yeri eşib tökdülər. Yoldaşının “Sarkis” çağırdığı yaşlı erməni dedi:
– Levon, sən bunların dilini yaxşı bilirsən. Soruş ki, qızıl və bəzək şeylərini harada
gizlədib.
Cavan erməni yenə Xəzangülə yaxınlaşıb amiranə bir tərzdə soruşdu:
– Axçi, de görüm, qızıllarınızı harada gizlətmisən?
Gözləri hələ də bərələ qalmış Xəzangüldən səs çıxmadı. Dinə bilmirdi. Sözlər elə bil
boğazında ilişib qalmışdı.
– Hə, dinsənə, cavab ver.
Xəzangül, nəhayət, səsi boğazında tıxana-tıxana dedi:
– Bizim qızılımız yoxdur.
– Yalan deyirsən, qızılların yerini de. Görürəm, sırğalarını da çıxarıb gizlətmisən.
– Bizim qızılımız yoxdur, –
Xəzangül yenə təkrar etdi, – inanmırsan, axtar, bax.
Yoldaşı soruşdu:
– Hə, nə deyir?
– Deyir ki, qızılımız yoxdur. Özümüz axtarıb taparıq.
Müsəlman ola, qızılı olmaya. Gəl bəri, özümüz taparıq.
Levon Xəzangüldən uzaqlaşanda onu hədələdi:
– Heç eybi yoxdur. Bunun əvəzində gör sənin başına
nə oyun açacağam.
Onlar yenə də otağı eşələməyə başladılar. Bütün boğ-
ça-bağlamalar açılıb evin içərisinə səpələndi. Əllərinə qiymətli bir şey keçməyəndə
•
Xəzangülün bu qədər
həyəcan keçirməsinə əsas
var idimi?
• Erməni yaraqlılarının
Xəzangülə inanmama-
larının əsl səbəbi, sizcə,
nədir?