158
3. Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin.
4. Şeirdə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin, onların fikrin təsir gücünün art-
masında rolunu aydınlaşdırın.
5. Şeidəki başlıca fikri – ideyanı müəyyənləşdirin.
6. Şeiri Elçinin “Talvar”
hekayəsi ilə mövzu, ədəbi növ, janr, ideya baxımından müqayisə edin.
7. Müqayisənin nəticəsini cədvəldə qeyd edin.
Müqayisə
edilən xüsusiyyətlər
“Fəhlə əli”
“Talvar”
8. “Talvar” hekayəsindən bir parçanın ifadəli oxusunu hazırlayın. İfaçılıq vəzifəsini (dinləyicilərə
nəyi çatdıracağınızı), səsinizin alacağı çalarları, sürətini, ucalığını və s. müəyyənləşdirin.
9. İfaları dinləyib müzakirə edin.
• Əsərin sizdə ən güclü təəssürat yaradan bir epizodunun ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən
istifadə edin.
• Bölmədə tanış olduğunuz sənətkarların həyatı haqqında kitabxana və
ya internetdəki mənbələrdən
topladığınız məlumat əsasında təqdimata hazırlaşın.
E v d ə i ş
M ü s t ə q i l i ş ü ç ü n
159
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Q i y m ə t l ə n d i r m ə m a t e r i a l ı
Sabir Rüstəmxanlı
SAĞ OL, ANA DİLİM!
(ixtisarla)
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol,
ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.
Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı...
Doğma sözlər üçün darıxan hanı?
Deyin, qoy dinləsin: “Danışır Bakı!”
Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.
Döyüşdə qılınctək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə
bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.
Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.
Bu dildə sevincim, qəmim, kədərim,
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri –
Araz sərhədini qıran kəlmələr.
İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən
Dilin sənədini yoxlamaq olmaz!
Sevginin yolunu saxlamaq olmaz!
Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.
Ürəyim başına
nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.
Aladağ, Qaradağ... di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.
Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.
Qapılar dalında qoydular səni,
Haqq dedin,
dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dedim,
Ordular sarsıdan qəhrəman dilim!
Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam.
160
Bütün dünyada “xalqlar həbsxanası” kimi tanı-
nan SSRİ-nin siyasi həyatında 1980-ci illərin orta-
larından başlayaraq ciddi dönüş başlandı. Əslində,
ictimai həyatın bütün sahələrində belə bir dönüşə
cəhd göstərilirdi. Zəifləmiş iqtisadiyyatı dirçəltmək,
inkişaf etdirmək üçün
sürətləndirmə adı altında baş-
lanılan proses az sonra
yenidənqurma adlandırıldı.
Lakin iqtisadiyyatda əhəmiyyətli bir irəliləyişə nail
olunmadı. Bütün respublikalarda siyasi-iqtisadi böhran gündən-günə artırdı. Aşkarlıq və
demokratiyanın dərinləşməsi sovet quruluşunun eybəcərliyinin köklü şəkildə açıqlanmasına
və tənqidinə imkan yaratdı. Milli müstəqillik uğrunda xalq hərəkatı SSRİ adlanan impe-
riyanın hər yerində baş qaldırdı və gücləndi. Rus çarizminin sınaqdan çıxmış milli ədavətlərin
qızışdırılması siyasəti də rus sovet imperiyasına lazımınca yardım edə bilmədi. Soydaş-
larımızın Qərbi Azərbaycandan didərgin salınması, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi, Qa-
rabağ uğrunda müharibə, Moskvanın erməni qəsbkarlarına hər cür köməyi, iftira, hiylə və
böhtanları xalqımızı azadlıq uğrunda mübarizədən döndərə bilmədi. Ümummilli Lider
Heydər Əliyevin hakimiyyətə gəlişi isə milli müstəqilliyini bərpa edən Azərbaycanın
daxilindəki siyasi çəkişmələrə son qoydu.
Çox qısa bir zaman kəsiyində baş verən bu mühüm hadisələr sovet ideologiyası kimi,
sosialist realizmini də tarix səhnəsindən süpürüb atdı. 1980-ci illərin ikinci yarısından baş-
layaraq həyat həqiqətlərinə yeni bədii təfəkkürün işığında yanaşma daha da gücləndi və artdı.
Bu, tarixi mövzularda yazılmış əsərlərdə də (İ.Əfəndiyevin “Şeyx Xiyabani”, N.Xəzrinin
“Torpağa sancılan qılınc”, F.Kərimzadənin “Çaldıran döyüşü” və s.) özünü göstərirdi. Başqa
sözlə, həmin əsərlərdə xalqın taleyi və tarixi şəxsiyyətlər çağdaş yanaşmanın, yeni təfəkkürün
prizmasından dəyərləndirilirdi.
Müstəqillik dövründə fəaliyyət göstərən ədəbi qüvvələri müxtəlif nəsillər təmsil edir.
Poeziyada böyük təcrübəyə malik B.Vahabzadə, N.Xəzri, Qabil, X.R.Ulutürk, M.Araz,
F.Qoca, N.Həsənzadə və digər xalq şairləri ilə bərabər, sonrakı nəsillərin nümayəndələri:
F.Sadıq, S.Rüstəmxanlı, R.Rövşən, M.İsmayıl, D.Gədəbəyli, R.Behrudi və b. yazıb-
yaradırdılar.
“Şəhidlər” (B.Vahabzadə), “Salatın” (N.Xəzri) poemaları, X.Rzanın “Davam edir 37”
kitabında toplanmış əsərlər və çap etdirdiyi digər şeirlər ideya-bədii keyfiyyətinə görə yeni
ədəbi hadisə kimi qarşılandı.
Nəsrin zənginləşməsinə müxtəlif nəsillərin nümayəndələri: Ə.Məmmədxanlı, İ.Hüsey-
nov, İ.Şıxlı, S.Əhmədov, Anar, Elçin, Y.Səmədoğlu, S.Səxavət, E.Hüseynbəyli və digər
yazarlar az töhfə verməmişlər.
Ədəbiyyata gələn yeni qüvvələr – M.Cəfər, O.Fikrətoğlu, M.Nur, K.Nəzirli, E.Zal, S.Sar-
van, imzaları daha sonra görünən R.Nazimqızı, A.Əlizadə, İ.Qismət, C.Zeynalov və b.
yaradıcılıq axtarışlarını davam etdirirlər.
Bu illərdə müasir mövzulara müraciət halları az olmamışdır. Xalqımızın qan yaddaşı
olan 20 Yanvar, faciələrə yol açmış Qarabağ müharibəsi müxtəlif nəsillərin nümayəndələri
üçün mövzu mənbəyi olmuşdur. S.Əhmədlinin hekayələri, S.Səxavətin “Nekroloq”, Ə.Əmir-
linin “Meydan”, İ.Məlikzadənin “Qırmızı şeytan” və s. insanlarımızı düşündürən taleyüklü
problemlərin
uğurlu bədii həllini verən maraqlı əsərlər kimi qarşılanmışdır.
Müstəqillik dövründə
dramaturgiya da durğunluq dövrü keçirməmiş, müxtəlif nəsillərə
mənsub sənətkarların fərqli mövzularda qələmə aldıqları onlarla əsər meydana çıxmışdır.
Tarixi mövzularda yazılan əsərlərin əksəriyyətində (B.Vahabzadə. “Özümüzü kəsən qılınc”,
Müstəqillik illərində
ədəbiyyat (1991-ci ildən
günümüzə qədər)
•••
6
•••