____________Milli Kitabxana____________
515
tanla Azərbaycan arasında sülh danışıqları aparılması haqqında protokol
imzalandı. Bu addımı biz ona görə etdik ki, məsələnin məhz sülh yolu ilə həll
olunmasına çalışmışıq və bu gün də çalışırıq. Həmin protokol əsasında martın 1-
dən Qarabağ bölgəsində, bütün cəbhə bölgələrində Azərbaycanla Ermənistan
arasında atəş dayandırılmalı, bundan sonra danışıqlar getməli Ermənistanın silahlı
qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməli idi. Danışıqlar
nəticəsində biz sonra yeni böyük müqaviləyə yaxınlaşmalı idik.
Lakin Ermənistan tərəfi bu sazişi də pozdu, martın 2-dən başlayaraq bizim
mövqelərə müntəzəm hücumlar etdi. Beləliklə, bu saziş də heç bir nəticə vermədi.
Martın 12-də Qazaxda Azərbaycan və Ermənistan respublikaları
parlamentlərinin sədrləri görüşərək danışıqlar apardılar. Biz ümid edirdik ki, bu
danışıqlar nəticə verəcəkdir. Ancaq Ermənistan tərəfi sonra bu danışıqlara riayət
etmədi, Azərbaycanın ərazisinə, ordumuzun mövqelərinə hücumları yenə də
davam etdirdi. Ermənistan silahlı qüvvələrinin bu hücumları demək olar ki, mart
ayının axırınadək davam etmişdir.
Ancaq mən böyük bir məmnuniyyətlə, qürur hissi ilə deyə bilərəm ki,
Azərbaycan ordusunun hissələri, bizim hərbi bölmələrimiz, döyüşçülərimiz bütün
bu hücumların qarşısını almışlar. Ermənistan silahlı qüvvələri böyük itkilər
vermiş və xüsusən ən çox hücum etdikləri Füzuli rayonunun ərazisində heç nəyə
nail olmadan geri çəkilməyə məcbur olmuşlar.
Bütün bunlara baxmayaraq, biz yenə də sülh danışıqları aparılmasının
tərəfdarı olmuşuq. Təxminən bir həftə bundan öncə Rusiya Xarici İşlər
Nazirliyinin nümayəndəsi, səlahiyyətli səfir, Rusiya prezidentinin nümayəndəsi
Vladimir Kazimirov Bakıda olmuş, bizimlə danışıqlar aparmış, bizə yeni bir saziş
layihəsi təqdim etmişdir. Biz bu layihəyə baxıb birgə müzakirə edəndən sonra
ona müəyyən təkliflərimizi verib, prinsip etibarilə belə bir sazişə imza atmağa
meylli olduğumuzu bildirmişik - şübhəsiz ki, bizim təkliflərimiz, şərtlərimiz
qəbul olunmaqla. Bundan sonra Vladimir Kazimirov Yerevanda olmalı, orada
danışıqlar aparmalı idi. Biz də bunun nəticələrini gözləyirdik.
Ancaq bunların hamısına baxmayaraq, son günlər Ermənistan silahlı
qüvvələri yenidən, bizim mövqelərə, Azərbaycanın
ərazisinə hücumlara
başlamışlar. Aprelin 10-da səhər tezdən Ermənistan silahlı birləşmələri böyük
qüvvə ilə Goranboy və Tərtər rayonlarının ərazilərində güclü hücumlar etmiş,
orada Gülüstan və Talış məntəqələrini ədə keçirməyə cəhd göstərmişlər. Qanlı
döyüşlər getmiş, Azərbaycan ordusunun hissələri onlara layiqli cavab vermişlər.
Hər iki tərəfdən itkilər olmuşdur. Erməni silahlı qüvvələri orada bir-iki
yüksəkliyi ələ keçirsələr də, öz məqsədlərinə nail ola bilməmişlər. Dünən də, bu
gün də həmin bölgədə döyüşlər gedir.
Dünən səhər tezdən Ermənistan hərbi hissələri Ağdərə və Ağdam
istiqamətlərində güclü hücuma keçmişlər. Onlar Ağdərə
____________Milli Kitabxana____________
516
bölgəsində Madagiz, Akop Kamari məntəqələrini ələ keçirməyə çalışmışlar.
Dünən ermənilər Ağdam rayonunun ərazisində üç dəfə güclü hücum etmişlər.
Hərbi hissələrimiz həmin istiqamətdə də erməni silahlı qüvvələrinə layiqli cavab
vermişlər. Gözlədiyimiz kimi, döyüşlər bu gün də davam etmiş, ermənilər yeni
qüvvə ilə həmin istiqamətlərdə, həmçinin Goranboy rayonu istiqamətində
hücumları davam etdirmişlər.
Beləliklə, Ermənistanın təcavüzü yeni mərhələyə keçmişdir. Görünür, erməni
silahlı qüvvələri atəşin dayandırılmasından istifadə edərək öz güclərini toplamış,
Ermənistanın hər tərəfindən (mən bunu qətiyyətlə deyə bilərəm) bu bölgəyə
qüvvələr gətirmişlər. Bu, bir daha göstərir ki, Ermənistan öz təcavüzkar
siyasətindən əl çəkmir, qəsbkarlıq niyyətlərini həyata keçirməyə, Azərbaycanın
yeni ərazilərini zəbt etməyə çalışır.
Azərbaycan vətəndaşlarına bildirmək istəyirəm ki, Milli Ordumuzun hissələri
bütün bu bölgələrdə qanlı döyüşlər apararaq düşmənə güclü müqavimət göstərir,
ona ağır zərbələr vurur, öz mövqelərini etibarlı müdafiə edirlər. Məsələn, dünən
Ağdam istiqamətində güclü hücumların qarşısı alınmışdır. Orada 21 döyüşçümüz
şəhid olmuş, 46 nəfər yaralanmışdır. Şəhid olanların 12 nəfəri Sumqayıt
batalyonunun şəxsi heyətindəndir. Batalyon komandiri, iki il cəbhədə vuruşan,
Ağdam rayonunun sakini Elmar Edilov dünən qəhrəmanlıqla həlak olmuşdur.
Batalyon komandirinin müavini ağır yaralanmışdır. Lakin bütün bunlar ordu
hissələrimizin iradəsini qırmamışdır və onlar bu gün də səhər tezdən Ermənistan
silahlı qüvvələrinin hücumlarına cavab verirlər. Ağdərə bölgəsində təxminən 23-
24 nəfər həlak olmuşdur. Goranboy bölgəsində də həlak olanlar, yaralananlar var.
Mən bu gün Azərbaycan vətəndaşları qarşısında çıxış edərkən son günlərdə
Vətəni qoruyaraq, torpaqlarımızın keşiyində dayanaraq, düşmənə layiqli cavab
verərək qəhrəmanlıqla həlak olmuş övladlarımızın igidliyi önündə baş əyir,
onların Vətən yolunda şəhid olmuş Azərbaycan övladlarının hamısının ailələrinə
başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!
Son üç gün ərzində ordumuzun hərbi hissələri, qəhrəman döyüşçüləri
torpaqlarımıza qarşı yenidən hücuma başlamış, Ermənistan silahlı qüvvələrinə
böyük zərbələr vurmuşlar. Azərbaycan vətəndaşları bilməlidirlər ki, həmin
bölgələrdə Ermənistan silahlı qüvvələrinin itkiləri bizimkindən bir neçə dəfə artıq
olmuşdur. Bu, həm canlı qüvvəyə, həm də texnikaya aiddir. Məsələn, dünən
Ağdam istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankı, bir neçə piyada
maşını, çoxlu canlı qüvvəsi məhv edilmişdir. Düşmən başqa bölgələrdə də çoxlu
itkilərə məruz qalmışdır. Düşmənin canlı qüvvə sarıdan verdiyi itkilər arasında
yüksək rütbəli zabitlər də vardır. Bu, bir daha göstərir ki, əsgər və zabitlərimiz
Vətən yolunda şəhid olsalar da, düşmənə güclü zərbələr vurmuşlar.
Televiziya studiyasına gedərkən cəbhə bölgələri ilə yenə də əlaqə
saxlamışam. Əsgərlərimiz, komandirlərimiz məni əmin et-