MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə219/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   215   216   217   218   219   220   221   222   ...   256

____________Milli Kitabxana____________

517


mişlər ki, mövqelərimizin müdafiəsində möhkəm dayanmışlar, düşməni geri

oturdurlar və torpaqlarımızı əldən verməyəcəklər. Lakin görünür, bütün

Ermənistan ərazisindən toplanmış və ciddi hazırlıq keçmiş erməni silahlı

birləşmələri ilə döyüşlər hələ davam edəcəkdir.

Biz belə ağır günlər keçiririk. Bu, indiki şəraitimiz üçün artıq təbii hal

olmuşdur. Altı ildir ki, Azərbaycan Respublikası, torpaqlarımız Ermənistan

tərəfindən silahlı təcavüzə məruz qalmışdır. Mən çıxışımın əvvəlində də dedim

ki, bizim əsas məqsədimiz müharibəyə son qoymaq və müharibədən sülh yolu ilə

çıxmaqdır. Ancaq erməni silahlı qüvvələri, Ermənistanda olan təcavüzkar dairələr

təəssüf ki, yola gəlmək istəmirlər. Onlar guya sülh danışıqlarının tərəfdarı

olduqlarını bildirirlər. Ancaq əməli işə gələndə isə bu son üç gündə öz iç üzlərini

bir daha açıb göstərdilər.

Mən torpaqlarımızı müdafiə edən döyüşçülərimizə, bütün cəbhə bölgələrində

olan vətəndaşlarımızın hamısına səmimi salamlarımı göndərirəm.

Torpaqlarımızın müdafiəsində möhkəm durduqlarına görə onlara minnətdarlığımı

yetirirəm. Əmin olduğumu bildirirəm ki, onlar bundan sonra da torpaqlarımızı

etibarlı müdafiə edəcək, erməni silahlı qüvvələrinə layiqli cavab verəcək, zərbələr

endirəcək, düşmənin irəliləməsinə yol verməyəcəklər.

Eyni zamanda bu günlərin hadisələrinin təhlili bir daha göstərir ki, biz erməni

təcavüzünə qarşı gücümüzü daha da möhkəmləndirməliyik. Ordu hissələri daha

yaxşı təşkil olunmalıdır. Bildiyiniz kimi, aprel ayının 9-u və 10-da mən cəbhə

bölgələrində, hərbi hissələrimizdə

oldum,

əsgərlərimiz, zabitlərimiz,



komandirlərimizlə görüşdüm.

Onların hamısı yaxşı

əhval-ruhiyyə ilə

torpaqlarımızın müdafiəsində durubdur. Ançaq eyni zamanda hiss etdim ki,

ordumuzun çatışmayan cəhətləri də var. Ordumuz daha da möhkəmləndirilməli,

daha yaxşı təşkil olunmalıdır. İndi gərək bütün əhali, Azərbaycanın bütün

vətəndaşları, hər bir kəs ordunun möhkəmləndirilməsinə, onun daha da qüdrətli

olmasına çalışsın. Son üç gündə baş vermiş hadisələr bir daha göstərir ki, bizim

başqa yolumuz yoxdur.

Bu gün mən bütün Azərbaycan xalqına müraciət edirəm. Hamıya bildirmək

istəyirəm ki, ölkəmizin təhlükə altında olduğunu gərək hamı dərk etsin. Gərək hər

kəs ordumuzun, müdafiəmizin möhkəmlənməsi üçün öz payını versin. Bu

baxımdan son vaxtlar orduya səfərbərliyin zəif getməsi məni çox narahat edir.

Güman edirəm ki, bu, Hər bir Azərbaycan vətəndaşını da narahat etməlidir. Son

vaxtlar orduda fərarilərin sayı artmışdır. Fərarilik etmək, səfərbərlikdən yayınmaq

xalqa, Vətənə xəyanət etmək deməkdir. Ona görə də fərarilik yoluna düşənlərə,

səfərbərlikdən yayınanlara xəbərdarlıq edirəm, onları bir daha düz yola dəvət

edirəm. Fərarilik edən, səfərbərlikdən yayınan gənclərin valideynlərinə, qohum-

əqrəbasına müraciət edirəm. Bildirmək istəyirəm ki, onlar da öz övladlarının,

qohum-əqrəbalarının fərariliyinə görə, səfərbərlikdən boyun qaçırdıqlarına görə

məsuliyyət daşıyırlar.



____________Milli Kitabxana____________

518


Azərbaycan hər birimizin Vətənidir. Hər kəs, hər bir vətəndaş öz Vətəninin

keşiyində durmalıdır. Əgər əsgər, zabit Vətənin keşiyində durursa, döyüşdə həlak

olursa, cəbhə bölgəsinə gedə bilməyən vətəndaş öz iş yerində çalışmalı və

döyüşməyə qadir olan övladını, qohum-qardaşını mütləq cəbhə bölgəsinə, orduda

xidmətə göndərməlidir. Başqa yol yoxdur! Başqa yol ola bilməz! Mən bir daha

Azərbaycan vətəndaşlarına, xalqımıza müraciət edərək deyirəm ki, gəlin hamımız

əl-ələ verib Vətənin, ana torpağın müdafiəsinə qalxaq. Heç kəs güman etməsin ki,

əgər erməni silahlı qüvvələri yenə də bir bəlkədə irəliləyəcəksə, bu, kiməsə xeyir

gətirəcək. Bu, heç kəsə xeyir gətirməyəcək! Bu, Azərbaycan

xalqına,


respublikamıza, onun müstəqilliyinə bir zərbə olacaqdır. Heç kəs güman etməsin

ki, o, bu məsuliyyətdən kənarda qalacaq, yaxud da ki, belə bir məğlubiyyətin

sayəsində öz şəxsi məqsədlərinə nail olacaqdır. Yox, Allah onlara qənim

olacaqdır.

Mən xalqımızın müdrikliyinə inanıram. Güman edirəm ki, haqq işimizin

yolunda hər bir azərbaycanlı, hər bir vətəndaş ayağa qalxacaq, xalqa xəyanət

edənlər isə bu yoldan çəkinəcəklər. Azərbaycan xalqı Vətənin müdafiəsinə qalxıb

və ümidvaram ki, bundan sonra da bu müqəddəs işə xidmət edəcəkdir. Xalqımızı

əmin edirəm ki,

ordumuz, cəbhədə döyüşən əsgərlərimiz, zabitlərimiz

torpaqlarımızı etibarlı müdafiə edir, erməni silahlı qüvvələrinin bu hücumları da

dəf olunacaqdır.

Bununla əlaqədar olaraq mən son günlər yayılmış bəzi şayiələr haqqında da

danışmaq istəyirəm. Bilirsiniz, bunlar şayiə olduğu üçün bəlkə də heç diqqətə

layiq deyildir. Ancaq bəzən səfeh bir adam tərəfindən uydurulan şayiə təəssüf ki,

cəmiyyətdə çaşqınlıq yaradır, adamları azdırır, ümumi işimizə zərər gətirir. Bu

şayiələrin hamısı düşmənçilik məqsədi daşıyır və bunları yayanlar xalqımıza

xəyanət edənlərdir. Qoy onlar bilsinlər ki, bu şayiələr heç bir nəticə

verməyəcəkdir. Təəssüf ki, belə şayiələri yayanların arasında vəzifəli şəxslər də

var. Mən onlara öz nifrətimi bildirirəm və güman edirəm ki, cəmiyyətimizin,

xalqımızın əksəriyyəti də onlara nifrət edəcəkdir. Vətəndaşlarımızın hamısına

çatdırmaq istəyirəm ki, heç kəs narahat olmasın. Torpaqlarımız etibarlı müdafiə

edilir. Erməni silahlı qüvvələrinin hücumları dəf olunur və dəf olunacaqdır.

Son günlərdə baş vermiş hadisələrlə əlaqədar mən Dağlıq Qarabağda yaşayan,

erməni millətindən olan Azərbaycan vətəndaşlarına da müraciət edirəm. Onlar

Azərbaycan ərazisində yaşayırlar. Azərbaycan Respublikasının vətəndaşlarıdırlar.

Belə hesab edirəm ki, onların əksəriyyəti çox əziyyət çəkir. Son günlər, eləcə də

bundan qabaqkı döyüşlərlə əsir götürülmüş erməni hərbçiləri ifadələr verirlər ki,

onları cəbhə bölgələrinə zorla gətirirlər, məcbur edirlər ki, döyüşə girsinlər. Bizə

dəqiq məlumdur ki, hətta onlar döyüşlərdə məğlub olaraq geri çəkilərkən onları

arxadan atəşə tutur, silah gücünə döyüş meydanında saxlamağa çalışırlar.

Əsirlərin verdikləri məlumatlardan görünür ki, həm




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə