____________Milli Kitabxana____________
524
Qeyd etmək lazım gəlir ki, 1993-cü ilin dekabrında MDB dövlət başçılarının
Aşqabatda keçirilən iclasından sonra, o zaman mən Ermənistan prezidenti L.Ter-
Petrosyanla görüşmüşdüm, - Azərbaycan Respublikası barəsində Ermənistan
Respublikasının siyasətində müsbət dəyişikliklər olmamışdır. Ermənistan silahlı
qüvvələri Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalını və etnik
təmizləməni davam etdirməkdədirlər. Adamlar həlak olur, çadır şəhərciklərinə
sığınmış bir milyondan çox azərbaycanlı qaçqın hədsiz məhrumiyyətlərə və
məşəqqətlərə məruz qalır.
Qeyd etmək istəyirəm ki, Azərbaycan dünya birliyinin, o cümlədən
beynəlxalq təşkilatların və böyük dövlətlərin bütün vasitəçilik səylərində ən fəal
iştirak etmişdir. Buna misal olaraq, mənim Ermənistan prezidenti ilə apardığım
danışıqlardan əlavə, 1994-cü il fevralın 18-də Azərbaycan, Ermənistan və Rusiya
Federasiyası müdafiə nazirlərinin görüşünü, 1994-cü ilin martında ATƏM-in
Minsk qrupunun sədri Yan Eliassonun Azərbaycana və Ermənistana gəlməsini,
bu il martın 12-də Azərbaycan və Ermənistan parlamentləri başçılarının
görüşünü, Rusiya Federasiyası prezidentinin
xüsusi nümayəndəsi
V.N.Kazimirovla Bakıda və Moskvada aparılmış danışıqları, bu ilin martında
MDB Parlamentlərarası Məclisinin sülh məramlı qrupunun səfərini göstərmək
olar. Lakin qarşılıqlı surətdə məqbul güzəştli qərara gəlmək üçün Azərbaycanın
göstərdiyi bütün cəhdlər Ermənistanın zorakılıq mövqeyi ilə qarşılaşır.
Ermənistan Respublikası qəbul edilməsi əvvəlcədən mümkün olmayan şərtlər
irəli sürməklə hər cür əməli təklifə əngəl törədir. Onun irəli sürdüyü şərtlər
Azərbaycan ərazisində hərbi əməliyyat meydanı yaratmış Ermənistan
Respublikasının işğal etdiyi əraziləri Dağlıq Qarabağ üçün müstəqil dövlət
statusuna dəyişmək, yəni əslində Azərbaycan Respublikasını parçalamaq məqsədi
daşıyır.
Azərbaycan Respublikasının ədalətli mövqeyi işğal olunmuş bütün ərazilərin
azad edilməsinə və öz suverenliyinin bərpasına, qaçqınların və köçgünlərin daimi
yaşayış yerlərinə qaytarılmasına və Ermənistan Respublikasının təcavüzü
nəticələrinin aradan qaldırılmasına nail olmaq səyindən ibarətdir. Azərbaycan
müharibə istəmir və Ermənistanı suveren dövlətlərin qarşılıqlı münasibətlərinin
hamı tərəfindən qəbul edilmiş prinsipləri əsasında sülhə çağırır. Vətəndaş sülhünə
və həmrəyliyinə çalışan Azərbaycan hekuməti Dağlıq Qarabağ bölgəsinin erməni
sakinlərinin təhlükəsizliyinə və vətəndaş hüquqlarına təminat verməyə hazırdır,
bir şərtlə ki, onlar Azərbaycan Konstitusiyasına tabe olsunlar.
Bildiyiniz kimi, Aşqabatda Azərbaycan təklif etmişdi ki, birlik dövlətlərində
siyasi vəziyyəti sabitləşdirməyə və MDB üzvü olan dövlətlərdən hər birinin
suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı
surətdə tanınmasını və bunlara hörmət olunmasını təmin etməyə yönəldilmiş
ikitərəfli və çoxtərəfli sazişlər sistemi işlə-
____________Milli Kitabxana____________
525
nib hazırlansın. Mən bu barədə bir daha ona görə danışıram ki, həyat təsdiq edir:
Müstəqil Dövlətlər Birliyinin üzvlərindən birinin - Ermənistan Respublikasının
MDB-nin başqa bir üzvünə - Azərbaycan Respublikasına qarşı açıq təcavüz
etməsi kimi biabırçı fakta laqeydliklə yanaşılması yaşamaq qabiliyyətinə malik
beynəlxalq təşkilatın formalaşması, - biz hamımız birliyi belə görmək istərdik, -
perspektivlərinin əslində qarşısını alır.
Azərbaycan Respublikasına qarşı təcavüzü və onun nəticələrini aradan
qaldıran konkret qərarlar qəbul etmək məqsədilə sizi indiki görüşdə Ermənistan -
Azərbaycan münaqişəsi haqqında məsələni müzakirə etməyə çağırmaq istərdim.
Biz, dövlət başçılarına müraciət edərək bir daha təkidlə çağırırıq:
- Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünə
siyasi qiymət verilsin;
- Ermənistan Respublikasından tələb edilsin ki, Azərbaycan Respublikasına
qarşı hərbi əməliyyatları dayandırsın və öz silahlı qüvvələrini suveren
Azərbaycanın ərazisindən dərhal, qeyd-şərtsiz və danışıqsız çıxartsın;
- Ermənistan Respublikasından yenidən hərbi əməliyyatlara başlamamaq
barədə qəti siyasi təminat tələb edilsin;
- MDB-nin digər üzvünə qarşı silahlı təcavüz edən MDB üzvü Ermənistan
Respublikası barəsində sanksiyalar tətbiq olunsun.
Bundan sonra da lənglik və fəaliyyətsizlik göstərilməsi birliyin bütün
dövlətlərinə daha böyük bəlalar gətirə bilər.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının prezidenti
Moskva,
15 aprel 1994-cü il
____________Milli Kitabxana____________
526
PREZİDENT SARAYINDA AZƏRBAYCAN
ƏRAZİSİNƏ ERMƏNİSTAN SİLAHLI
QÜVVƏLƏRİNİN YENİ HÜCUMLARI
İLƏ ƏLAQƏDAR GÜCLÜ ORDU YARATMAQ
ÜÇÜN BÜTÜN QÜVVƏLƏRİN SƏFƏRBƏRLİYƏ
ALINMASI VƏZİFƏLƏRİNƏ HƏSR OLUNMUŞ
MÜŞAVİRƏDƏ GİRİŞ SÖZÜ
17 aprel 1994-cü il
Bu müşavirə fövqəladə xarakter daşıyır, respublikanın cəbhə bölgələrində
gedən döyüşlərlə əlaqədar lazımi tədbirlər görülməsi ilə bağlıdır. Bildiyiniz kimi,
son günlər, yəni aprelin 9-10-dan Ermənistan silahlı qüvvələri Azərbaycan
Respublikasının ərazisinə cəbhə bölgələrindəki mövqelərimizə təcavüzü, hərbi
hücumları gücləndirmişlər və bu həmlələr indiyə qədəm davam edir. Bu
hücumların dayandırılması və danışıqlar aparılması haqqında biz təkliflər irəli
sürmüşdük.
Sizə məlumdur ki, aprelin 12-də mən televiziya və radio ilə Azərbaycan
xalqına, eyni zamanda Ermənistanın rəhbərlərinə, erməni xalqına, Dağlıq
Qarabağda yaşayan, erməni millətindən olan Azərbaycan vətəndaşlarına, dünya
ictimaiyyətinə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin başçılarına, beynəlxalq
təşkilatlara müraciət etdim, yaranmış vəziyyət haqqında məlumat verdim. Bəyan
etdim ki, Azərbaycan Respublikası bu hücumların qarşısının alınmasını, sülh
danışıqları aparılmasını və lazımi saziş əldə olunmasını tələb edir.
Mənim bu bəyanatım, çağırışlarım ictimaiyyət tərəfindən ümumən müsbət
qəbul olundu və dünya ölkələri tərəfindən də müsbət qarşılandı, yaxşı əks-səda
doğurdu. Təəssüf ki, bütün bunlarla yanaşı, Ermənistan tərəfi, Ermənistan silahlı
qüvvələri öz iddialarını davam etdirirlər və vəziyyəti təhrif etməyə çalışırlar.
Onlar bu hücumların guya Azərbaycan tərəfindən olduğunu sübut etməyə cəhd
göstərirlər.
Nəhayət, bilirsiniz ki, aprelin 14-də və 15-də Moskvada Müstəqil Dövlətlər
Birliyi dövlət başçılarının görüşü olmuşdur. Mən Rusiya prezidenti Boris
Yeltsinlə görüşüb söhbət etdim, Rusiyanın baş naziri Viktor Çernomırdinlə,
xarici işlər naziri Andrey Kozırevlə söhbət etdim. Müstəqil dövlətlərin başçıları
ilə də söhbətlərimiz oldu. Ermənistan prezidenti Levon Ter-Petrosyanla da
danışıqlarımız oldu. Bunlarla yanaşı, aprelin 15-də mən Müstəqil Dövlətlər
Birliyinin iclasında rəsmi bəyanatla çıxış etdim. Bu bəyanat mətbuatda dərc
olunmuş, televiziya ilə yayılmışdır.
Mən bəyanatımda bildirdim ki, Müstəqil Dövlətlər Birliyi Azərbaycanla
Ermənistan arasında gedən müharibəyə biganə qala