MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə230/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   226   227   228   229   230   231   232   233   ...   256

____________Milli Kitabxana____________

542


işlər, həyata keçirilən tədbirlər istənilən nəticəni verməmişdir. Böyük tərkibi,

kadr ehtiyatı olan Daxili İşlər Nazirliyi indi onun qarşısında qoyulmuş vəzifəni

həyata keçirə bilmir.

Burada mən rüşvətxorluqla əlaqədar bir neçə sual verdimsə, heç kim güman

etməsin ki, Daxili İşlər Nazirliyinin vəzifəsi ancaq rüşvətxorluqla mübarizə

aparmaqdan ibarətdir. Xeyr. Daxili İşlər Nazirliyinin fəaliyyət dairəsi çox

genişdir, böyükdür, onun üzərinə düşən vəzifələr müxtəlifdir. Bunların arasında

belə bir cinayətlə - rüşvətxorluqla mübarizə aparmaq vəzifəsi də var. Mən bu

məsələni ona görə kəskin qoyuram ki, hüquq-mühafizə orqanlarının -Daxili İşlər

Nazirliyinin, Prokurorluğun, Məhkəmə orqanlarının başqa vəzifələrlə yanaşı,

daha bir əsas vəzifəsi cəmiyyətimiz üçün çox ağır olan cinayətin - rüşvətxorluğun

qarşısını almaqdır. Çünki bu, cəmiyyəti çox narahat edən, onda böyük narazılıq

doğuran haldır. Bu məsələni qoyaraq və burada çıxış edənlərin hamısını

dinləyərək demək istəyirəm ki, Daxili İşlər Nazirliyinin bu sahədəki işi

qənaətbəxş sayıla bilməz. Çünki heç biriniz - nə nazir, nə müavinləri, nə də

başqaları konkret fakt gətirə bilmədiniz ki, bu sahədə hansı cinayətin üstünü

açmısınız, hansı rüşvətxoru tutmusunuz.

Ona görə də mənim tələblərim haqlıdır. Ancaq bu, yeganə tələb deyil. Daxili

İşlər Nazirliyinin vəzifələri çox geniş və böyükdür.

Buradakı çıxışlar bir də onu göstərdi ki, sizin kollektivdə qeyri-sağlam mühit

dərin kök salmışdır. Əgər belə olmasaydı, siz burada səmimi şəkildə, bir-birinizə

hörmətlə vəziyyəti açıq deyərdiniz. Ancaq bu, belə olmadı. Mən burada işgüzar

əhval-ruhiyyə görmədim. Şübhəsiz ki, belə şəraitdə nazirlik öz vəzifəsini həyata

keçirə bilməz və mən də nazirliyi bu vəziyyətdə qoya bilmərəm.

Başqa məsələlərə də toxunmaq istəyirəm. Məsələn, belə hesab edirəm ki, biz

Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik.

Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər,

ikinci növbədə isə onların mənafeləri müdafiə olunmalıdır.

Burada dedilər ki, Daxili İşlər Nazirliyi ilə prokurorluq arasında münasibətlər

pisdir və bu, işə mane olur. nə üçün belədir, bu münasibətləri də mənmi qaydaya

salmalıyam? Əgər Azərbaycan Respublikasının bu iki ən mühüm orqanı

cinayətkarlığa qarşı mübarizəni doğrudan da gücləndirmək istəyirsə, onların

rəhbərləri bu münasibətləri nə üçün qaydaya salmırlar? Nə üçün bunu etmirlər?

Bəzi rayonlarda polis rəisi ilə prokuror arasında mənfi münasibətlər olmasını çox

qeyri-normal hal sayıram. Məsələn, çox böyük narazılıq hissi ilə eşitdim ki,

Ağdaş rayonunda prokuror polis rəisini həbs etmişdir. Bu, necə ola bilər? Əgər

polis rəisi cinayət etmişdirsə, bu məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi

qarşısında qoyulmalıdır. Polis rəisi adi işçi deyil, böyük səlahiyyəti olan vəzifəli

şəxsdir. Bəs nazir nə üçün buna imkan verdi? Nə üçün rayon prokuroru vəzifə

həddini aşaraq polis rəisini həbs edir? Masallı rayonunda da belə hal olmuşdur.

Nə üçün?



____________Milli Kitabxana____________

543


Mən bununla əlaqədar rayon prokurorlarının və ümumiyyətlə, Respublika

Prokurorluğunun belə hərəkətini pisləyir və bütün bunları ümumi işimizə zərər

gətirən hal kimi qiymətləndirirəm. Nə üçün bu işlərin hamısına mən

qarışmalıyam? Məgər respublikanın dərdi azdır?

Əgər Daxili İşlər Nazirliyinin rəhbərliyi öz işçilərinin sosial müdafiəsi ilə

məşğul ola bilsəydi, əlbəttə ki, Ağdaş rayonunda prokurorun polis rəisini həbs

etməsinə yol verməzdi. Mən işlədiyim bütün dövrlərdə belə bir hadisəyə rast

gəlməmişəm.

Bütün bunlar ondan irəli gəlir ki, bir tərəfdən Daxili İşlər Nazirliyinin özündə,

onun ətrafında qeyri-sağlam şərait yaranmışdır, ikinci tərəfdən isə, təəssüf ki,

Daxili İşlər Nazirliyi ilə başqa hüquq-mühafizə orqanları arasında, xüsusən də

prokurorluq orqanları arasında lazımi işgüzar münasibətlər yaranmamışdır. Söz

yox ki, belə vəziyyətdə cinayətkarlıqla ciddi mübarizə aparmaqdan söhbət gedə

bilməz. Bundan ötrü bütün hüquq-mühafizə orqanları bir-biri ilə çəkişməməli,

hərə öz üstünlüyünü iddia etməməli, əksinə, işgüzar, sağlam prinsiplər, qanun

prinsipləri əsasında əməkdaşlıq etməli, birgə işləməlidirlər. Onların indiki

münasibətləri ümumiyyətlə, mədəniyyətdənkənar haldır və cəmiyyətimizə zərər

vurur.


Bunların hamısını nəzərinizə çatdırmaqla bir daha demək istəyirəm: Daxili

İşlər Nazirliyi respublika üçün, onun dövləti üçün elə mühüm orqandır ki, gərək

məhz burada sağlam mühit, sağlam münasibətlər olsun, nazir və onun müavinləri,

kollegiya üzvləri, baş idarələrin rəisləri bir-biri ilə gərək sağlam, işgüzar

münasibətdə olsunlar, bir-birinə hörmət etsinlər, kömək göstərsinlər. Bir sözlə,

gərək əl-ələ verərək ümumi işi irəli aparsınlar. Ancaq belə bir şərait

yaranmamışdır. Şübhəsiz ki, bunda hamının günahı var - nazir də, onun

müavinləri də, kollegiya üzvləri də və başqa vəzifəli şəxslər də günahkardırlar.

Ona görə də mən vəziyyətin belə davam etməsinə yol verə bilmərəm. Bunu

nəzərə alaraq bu andan etibarən Vaqif Novruzovu vəzifəsinidən azad edirəm.

Daxili işlər naziri vəzifəsinə Ramil Usubovu təyin edirəm. Siz Ramil Usubovu

tanıyırsınız və mənə belə gəlir ki, onu xarakterizə etməyə ehtiyac yoxdur. Baş

nazirin birinci müavini Fuad Quliyevə, dövlət müşaviri Arif Rəhimzadəyə və

ümumi şöbənin müdiri Ramiz Mehdiyevə tapşırıram ki, müşavirə qurtarandan

sonra gedib nazirlikdə təhvil-təslim işlərini həll etsinlər və Ramil Usubov nazir

kimi fəaliyyətə başlasın.

Eyni zamanda, bir də təkrar edirəm, hamınız günahkarsınız, hamınız

cavabdehsiniz və sizi nazirlikdə sağlam əhval-ruhiyyə yaratmağa dəvət edirəm.

Hamınızdan tələb edirəm ki, yeni toyin olunmuş nazirə kömək göstərəsiniz.

Vaxtilə Vaqif Novruzovu nazir təyin edərkən ona demişdim ki, sənə etibar

edirəm və gərək bunu doruldasan. Təəssüf ki, belə olmadı və bu gün onu işdən

azad etdim. Ramil Usubova tam inanır, prezident kimi ona etimal göstərirəm və

bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə