MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə238/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   234   235   236   237   238   239   240   241   ...   256

____________Milli Kitabxana____________

561


yasının çox zəngin təcrübəsindən bəhrələnməkdə kömək etməyə qadir olan bir

təşkilat kimi baxırıq. Azərbaycanın, eləcə də digər yeni Avropa dövlətlərinin

müstəqilliyinin möhkəmlənməsi NATO-nun bütün fəaliyyətinin əsaslandığı

prinsiplərin sarsılmazlığının real təsdiqi olacaqdır.

Biz Zaqafqaziyada vəziyyətdən narahatlığın ifadə edilməsinə və həmin

regiondakı dövlətlərin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyünə,

müstəqilliyinə və suverenliyinə hörmətin təsdiq olunmasına görə NATO-ya

minnətdarıq. Bu narahatlıq və hörmət NATO şurasının 1994-cü ilin yanvarında

qəbul edilmiş bəyannaməsində öz əksini tapmışdır.

NATO-nun prinsipləri

-

onun iştirakçılarının öz münasibətlərini



tənzimləyərkən, öz aralarında ortaya çıxan bütün mübahisələri dinc vasitələrlə

həll edərkən, bu təşkilatın bir və ya bir neçə üzvünə qarşı təcavüzün dəf olunması

üçün öz fərdi və kollektiv imkanlarını genişləndirərkon əsas tutduqları prinsiplər

öz həyat qabiliyyətini uzun illər boyu sübut edir və qarşıdurmadan sonrakı dövrdə

Avropada təhlükəsizliyin yeni sistemini qurmağın bünövrəsi ola bilərdi.

Bazar iqtisadiyyatı olan müstəqil demokratik dövlət qurmaq yolu seçən gənc

Azərbaycan Respublikası bu yolda böyük müvəffəqiyyətlər qazanmış dövlətlərə

böyük ümidlə baxır və onlardan kömək və yardım gözləyir. Buna görə də, bir çox

digər ölkələr kimi, biz də NATO-nun "Sülh naminə tərəfdaşlıq" təşəbbüsünü

böyük ruh yüksəkliyi ilə qarşıladıq. Şimali Atlantika İttifaqı özlüyündə bizim

üçün elə bir təhlükəsizliyə istiqamətdir ki, bu təhlükəsizliyi o, NATO-nun üzvü

olan ölkələrin dövlət və hökumət başçılarının bu il yanvarın 10-da keçirilmiş

görüşündə NATO-nun baş katibi Manfred Vernerin dediyi kimi, öz üzvləri üçün

təmin edir, çünki bu, kollektiv təhlükəsizlik sahəsində daha səmərəli fəaliyyət

göstərən təşkilatdır.

Biz müharibə vəziyyətində olan, qonşu ölkə - Ermənistan tərəfindən təcavüzə

məruz qalan bir dövlət kimi, ümidvarıq ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq"

proqramında iştirak etmək Ermənistan - Azərbaycan münaqişəsinin ədalətlə,

dincliklə dayandırılmasına, işğal

olunmuş Azərbaycan ərazilərinin azad

edilməsinə, müharibənin bütün nəticələrinin aradan qaldırılmasına tezliklə nail

olmağa imkan verəcəkdir. NATO-nun yüksək nüfuzu bu qanlı müharibənin

dayandırılması işində sanballı amil ola bilər.

Biz ümidvarıq ki, Azərbaycan Respublikasının "Sülh naminə tərəfdaşlıq"

proqramına qoşulması bizə Avropada kollektiv təhlükəsizliyin etibarlı sisteminin

yaradılmasında iştirakımızı fəallaşdırmağa imkan verəcəkdir.

Belə düşünürəm ki, Şimali Atlantika İttifaqının əsasını təşkil edən demokratik

prinsiplər müvəffəqiyyətlə əməkdaşlıq etməyimizə, Zaqafqaziyada və digər

bölgələrlə sülh və sabitlik yolunda duran əngəllərin əməli surətdə aradan

qaldırılmasına, bütün xalqların tərəqqi və inkişafına kömək edəcəkdir.




____________Milli Kitabxana____________

562


1941-1945-ci İLLƏR MÜHARİBƏSİNİN

QƏLƏBƏ İLƏ BAŞA ÇATMASININ

49-cu İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ GÖRÜŞLƏR

9 may 1994-cü il

ŞƏHİDLƏR XİYABANINDA MÜHARİBƏ

VETERANLARI İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

9 May Qələbə günü ümumxalq bayramıdır. Azərbaycan xalqı, ölkəmizin

vətəndaşları da bu qələbənin əldə olunmasında fəal iştirak edib, şəhidlər verib,

canlarını qurban veriblər. Bu müharibənin başa çatmasından 49 il keçir. İndi də

müharibə içərisindəyik. Bugünkü müharibəni görəndə gərək, o müharibəni də

yada salasan, biləsən ki, o, bütün dünya xalqlarına nə qədər bədbəxtlik, əzab-

əziyyət gətirib. O müharibənin vurduğu yaralar indi də sağalmayıb. Bəlkə də o

yaralar sizin hər birinizdə qalır, izləri var. Ona görə də ötən müharibəni, onun

iştirakçılarını, o qələbənin mahiyyətini uputmaq tarix qarşısınla cinayətdir.

600 mindən çox azərbaycanlının iştirak etdiyi, 300 mindən çox həmyerlimizin

həlak olduğu bu müharibəni unutmaq mümkündürmü? İndi Azərbaycanda elə bir

ailə tapmazsan ki, o müharibə ilə əlaqədar olmasın, itkisi olmasın. Məgər bunu

unutmaq olarmı? Kim unudursa, böyük səhv edir. İllər, on illər, yüz illər keçəcək,

amma bu müharibə unudulmayacaqdır. Çünki bu müharibə bütün dünyaya böyük

dəhşətlər gətirib. O vaxt təkcə Sovetlər İttifaqında 27 milyon insan həlak olubsa,

bütün dünyada bundan iki dəfə çox adam qırılıb...

Dünən gecə biz də, Ermənistan tərəfi də atəşin dayandırılması barədə əmr

vermişik. Lakin bu səhər cəbhədən mənə məlumat verdilər ki, Ermənistan tərəfi

yenə də atəşi kəsmir. Müharibə dəhşətli hadisədir. İndiki müharibəni qurtarmaq

üçün gərək keçmiş müharibənin dəhşətlərnidən ibrət götürəsən.



ƏFSANƏVİ QƏHRƏMAN MEHDİ HÜSEYNZADƏNİN

ABİDƏSİ ÖNÜNƏ TOPLAŞANLAR

QARŞISINDA ÇIXIŞ

Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi,

həyat yoludur. 1941-45-ci illər müharibəsi dünya müharibəsidir. Həmin

müharibədə azərbaycanlılar da iştirak ediblər, qurbanlar veriblər və bunu heç vaxt

unutmaq olmaz. Bu, XX əsrin, bütövlükdə dünyanın ən dəhşətli müharibəsidir.

Doğrudur, indi bizim ölkədə də müharibə gedir. Amma bu müharibə regional

müharibədir. Bütövlüklə dünya sülh şəraitində yaşayır, bu isə ötən müharibədə

iştirak etmiş, həlak olmuş, qanı tökülmüş adamların, bu günədək yaşayan

veteranların xidmətidir. Bu xidməti xalq heç vaxt unutmayacaq.



____________Milli Kitabxana____________

563


Mən sizi - müharibə veteranlarını Qələbə günü münasibətilə bir daha təbrik

edirəm, sizə cansaqlığı arzulayıram, respublikanın ictimai-siyasi həyatında fəal

iştirak etdiyinizə görə minnətdarlığımı bildirirəm. Respublikamızın ərazisində 6

ildir ki, erməni təcavüzkarları ilə müharibə gedir, torpaqlarımızın 20 faizi işğal

olunub, bir milyondan artıq qaçqın evsiz-eşiksiz qalmışdır. Mən torpaqlarımızın

düşməndən təmizlənməsi uğrunda qəhrəmanlıq göstərənlərin xatirəsi qarşısında

baş əyirəm, inanıram ki, onların xatirəsi xalqın qəlbində əbədi yaşayacaqdır...

Yeddi milyonluq Azərbaycan xalqı öz şərəfini, namusunu, müstəqilliyini,

ərazisinin toxunulmazlığını, öz tarixini, keçmişini və gələcəyini müdafiə etmək

üçün vuruşmalıdır. Biz hücum etmirik. Bir halda ki, torpaqlarımıza hücum

edirlər, biz müdafiə olunmalıyıq, düşmənə layiqli cavab verməliyik. Mən bu gün

sizin qarşınızda çıxış edərkən son illərdə Azərbaycan torpaqlarının müdafiəsi

uğrunda vuruşan və özünü şəhid verən övladlarımızın xatirəsi önündə baş əyirəm.

Allah onlara rəhmət eləsin. Onların igidlikləri Azərbaycanın şanlı salnaməsində

layiqli yer tutur və xalqımız üçün örnəkdir. Biz onları unutmamışıq və heç vaxt

unutmayacağıq. Onlar əbədiyyətə qovuşmuşlar.

Öz torpaqlarımızı biz özümüz qorumalıyıq. Heç kəs gəlib torpaqlarımızı

bizim əvəzimizə qorumayacaq, bizim əvəzimizə şəhid olmayacaq. Hər kəs öz

evini, öz obasını qorumalıdır.

Sizin qəhrəmanlıq nümunələriniz heç vaxt unudulmayacaq. Siz də

gənclərimizin vətənpərvərlik tərbiyəsi, onların döyüş ruhunun qaldırılması,

vətənə sədaqət, xalqa xidmət ruhunun yüksəldilməsi üçün fəal çalışmalısınız.



İKİ DƏFƏ SOVET İTTİFAQI QƏHRƏMANI, GÖRKƏMLİ

SƏRKƏRDƏ HƏZİ ASLANOV ADINA BAKI ÜMUMQOŞUN

KOMANDİRLƏRİ MƏKTƏBİNDƏ KEÇİRİLƏN

TƏNTƏNƏLİ MİTİNQDƏ ÇIXIŞ

Azərbaycan Ordusunun hörmətli əsgərləri və zabitləri, möhtərəm veteranlar,

həmvətənlər! Bu gün əlamətdar bir gündür. 9 May bütün dünya tarixinə

mütərəqqi qüvvələrin 1941-1945-ci il müharibəsində qalibiyyəti günü kimi

yazılmışdır. Bu, dünya xalqlarının böyük bəlalardan xilas olması günüdür. 49

ildir ki, dünya ümumən sülh və əmin-amanlıq şəraitində yaşayır. İkinci dünya

müharibəsində bütün Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, bir çox başqa

ölkələr, o cümlədən keçmiş Sovetlər İttifaqı iştirak etmişdir. Azərbaycan

Respublikası da, Azərbaycan xalqı da bu müharibənin sona çatmasında,

Qələbənin əldə olunmasında böyük xilmətlər göstərmişdir. İkinci dünya

müharibəsinin bir tərəfdən dəhşətli dağıntılar, insanların həlak olması, digər

tərəfdən dünyanın yenidən dəyişilməsi baxımından bəşər tarixində öz yeri var. Bu

müharibədə çox xalqlar iştirak edib. Azərbaycan xalqı da o vaxt mənsub olduğu

ölkəni, Vətəni müdafiə etmək, dünya mədəniyyətini mürtəce qüvvələrdən xilas

etmək üçün bu müharibədə iştirak etmişdir.

İkinci dünya  müharibəsinin qələbə ilə başa çatması Sovet-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə