MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə234/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   230   231   232   233   234   235   236   237   ...   256

____________Milli Kitabxana____________

552


Bildiyiniz kimi, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, demək

olar, altı ildir Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalır. Bu müharibə

Azərbaycanın iqtisadiyyatına da, ərazi bütövlüyünə də çox böyük ziyan vurmuş,

çoxlu insan qırılmışdır. 20 min nəfərdən artıq adam həlak olmuş, hazırda

Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır.

Sülhsevər təşəbbüslərimizə baxmayaraq, bu münaqişənin aradan qaldırılmasında

beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏM-in və

onun Minsk qrupunun iştirakına baxmayaraq, müharibə dayanmaq bilmir, buna

görə də biz NATO ilə əməkdaşlığa başlayarkən, "Sülh naminə tərəfdaşlıq"

sənədini imzalayarkən bunu əsas tuturuq ki, öz məqsədlərimizi həyata keçirmək

üçün yeni imkanlarımız yaranacaqdır. Məqsədlərimiz isə münaqişənin dincliklə

aradan qaldırılmasından, atəşin və bütün hərbi əməliyyatların

dayandırılmasından, işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı

birləşmələrinin çıxarılmasından, Azərbaycanın

ərazi bütövlüyünün və

sərhədlərinin toxunulmazlığının təmin edilməsindən ibarətdir. Əlbəttə, bu

prosesdə Dağlıq Qarabağın azlıq təşkil edən erməni əhalisinin müdafiəsi və

təhlükəsizliyinə təminat və Dağlıq Qarabağ üçün muxtariyyət statusuna

baxılmasının mümkünlüyü də nəzərdə tutulur.

Biz bütün bu mülahizələri əsas tutaraq, qərar qəbul etdik və bu gün

Azərbaycan Respublikası adından "Sülh naminə tərəfdaşlıq" sənədini imzaladıq.

Mən NATO-nun iqamətgahında aparılmış danışıqlar və söhbətlərdən, burada

əhatə olunduğumuz dostluq şəraitindən, görüş və söhbətlərimiz zamanı aşkara

çıxardığımız qarşılıqlı anlaşmadan məmnunam. Mən ondan məmnunam ki,

Azərbaycan bu sənədi imzalamışdır. Baş katibin müavini bildirmişdir ki,

Azərbaycan bu proqrama qoşulan 15-ci ölkə olmuşdur, Sovet İttifaqının keçmiş

respublikaları arasında isə sənədi imzalayan 4-cü ölkədir.

Biz NATO ilə əməkdaşlığa böyük ümidlər bəsləyirik. Mən də əminəm ki,

ümidlərimiz özünü doğruldacaqdır.

İndi isə suallarınıza cavab verməyə hazıram.



S u a l: Canab prezident, Sizə iki sualım var. Birincisi, mən o qədər də

təsəvvür elə bilmir və başa düşmürəm ki, Dağlıq Qarabağla münaqişənin

həlli üçün NATO tərəfindən hansı xüsusi təşəbbüslər gözləmək olar.

Bununla əlaqədar Sizdən soruşmaq istərdim: NATO-da görüşlərinizdə bu

problemin nizama salınması üçün NATO-nun göstərə biləçəyi diplomatik və

ya hər hansı digər səylər müzakirə edildimi?

İkinci sual. Bir neçə ay bundan əvvəl mətbuatda xəbər verildi ki, Rusiya

Federasiyası Sizə təzyiq göstərmək üçün, Sizin ölkənizi bəzi məsələlərlə,

xüsusən neftlə bağlı məsələlərlə Rusiya Federasiyası ilə ittifaqı bərpa etmək

məçburiyyətində qoymaq üçün Ermənistan Respublikasının Sizin ölkənizlə

münaqişəsində ona qeyri-rəsmi yardım göstərir və arxa durur. Bu

informasiya nə dərəcədə doğrudur?


____________Milli Kitabxana____________

553


C a v a b: Əvvəla, Ermənistanla Azərbaycan arasında münaqişənin həllində

NATO ilə əməkdaşlığımızın nə kimi imkanlar açdığını sizin təsəvvürünüzdə

canlandırmağınız üçün mən sizdən xahiş edərdim ki, NATO blokuna daxil olan

dövlətlərin başçıları tərəfindən yanvarın 10-da qəbul edilmiş sənədin özü ilə tanış

olasınız. Orada çox dəqiq müddəalar var və onlar ümid etməyə imkan verir ki,

"Sülh naminə tərəfdaşlıq" proqramında bizim iştirakımız Ermənistanla

Azərbaycan arasında münaqişə ilə bağlı məsələlərin müzakirəsində NATO-nun

iştirakına şərait yaradır. Mən bu mövzuda uzun-uzadı danışmaq istəməzdim.

Sizdən sadəcə olaraq xahişim budur ki, bu sənədi oxuyun, bütün bunlar orada çox

dəqiq şərh edilmişdir.

Yeri gəlmişkən, təxminən yarım saat bundan əvvəl, NATO baş katibinin

müavini ilə mən NATO iqamətgahında müxbirlərin suallarına cavab verərkən baş

katibin müavini həmin suala aydın cavab verərək dedi ki, Ermənistan ilə

Azərbaycan arasında Dağlıq Qarabağ üstündə münaqişə ilə əlaqədar

Azərbaycanla məsləhətləşmələrə NATO elə indinin özündə də başlaya bilər.

O ki qaldı Ermənistanın Azərbaycakla münaqişəsində Rusiyanın Ermənistana

köməyi, Azərbaycana təzyiq göstərmək, o cümlədən də neftlə bağlı problemlərə

görə təzyiq göstərmək istəməsi barədə ikinci suala, bir şey deyə bilərəm:

Ermənistan ərazisində Rusiyanın qoşunları, hərbi bazaları var. Azərbaycan

ərazisində Rusiya qoşunları yoxdur. Ermənistan ilə Azərbaycan arasında

müharibə gedir. Döyüşlər bir gün belə ara vermir. Ermənistan ərazisi isə hər

halda çox da geniş deyil, Azərbaycan ərazisindən üç dəfə kiçikdir. Odur ki,

özünüz nəticə çıxarın.

S u a l: Cənab prezident, Siz öz çıxışınızda qeyd etdiniz ki, müharibə

ölkənizə, o cümlədən də onun iqtisadiyyatına olduqça böyük ziyan

vurmuşdur. Bununla əlaqədar maraqlanmaq istərdim, bu müharibə Sizin

neft məhsullarının ixraçına necə və nə dərəcədə təsir göstərmişdir? Bu

sahədə vəziyyəti əks etdirən hər hansı rəqəmlər misal gətirsəniz, minnətdar

olaram. Bir də, müharibə Qərbin neft şirkətləri ilə hər hansı bağlaşmalar

imzalanmasına nə dərəcədə təsir göstərmişdir?

C a v a b : Həqiqətən, müharibə Azərbaycan iqtisadiyyatına böyük ziyan

vurmuşdur və ziyan vurmaqladır. Bir təsəvvür edin ki, ölkə ərazisinin 20 faizi

işğal altındalır, bu torpaqlar isə bərəkətli torpaqlardır. Azərbaycanın həmin

bölgələrinin ərazisində iri sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmışdı.

Həmin rayonlardan olan bir milyon qaçqın respublikanın digər bölgələrində

yerləşdirilmiş və olduqca ağır sosial-iqtisadi vəziyyətdədir. Siz bu ziyanın

miqyasını təsəvvürünüzdə canlandıra bilərsiniz - milyardlarla dollar məbləğində

ziyan vurulmuşdur. O ki qaldı müharibənin neft sənayesinə ziyan vurması barədə

sualınıza, deməliyəm ki, bizim neft sənayesinin müəssisələri döyüş əməliyyatları

zonasında deyildir, buna baxmayaraq, əgər ölkə müharibə vəziyyətindədirsə,

müharibə, Azərbaycanda olduğu kimi, iqtisadiyyatın bütün sahələrinə, əlbəttə,

təsir göstərir.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə