MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə233/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   229   230   231   232   233   234   235   236   ...   256

____________Milli Kitabxana____________

550


şıqlara tərəfdarıq. Biz bu şərtlərlə Dağlıq Qarabağın muxtariyyət statusu haqqında

məsələni nəzərdən keçirməyə hazırıq.

Aprelin 12-də Azərbaycan televiziyası və radiosu ilə çıxış edərkən mən

erməni xalqına, Ermənistanın rəhbərliyinə, Dağlıq Qarabağın Azərbaycan

vətəndaşı olan erməni sakinlərinə müraciət edərək qan tökülməsini dayandırmağa

çağırdım. Taleyin hökmü ilə Azərbaycan və erməni xalqları yanaşı yaşamalıdırlar

və əsrlərlə yanaşı yaşamışlar. Biz belə hesab edirik ki, problemin hərbi yolla

həllinin perspektivi yoxdur. Bu müharibə perspektivsiz müharibədir və qan

tökülməsinə mümkün qədər tezliklə son qoymaq, regionumuzda sülhü bərqərar

etmək lazımdır.

Bu gün bir daha əmin olduğumuzu bildiririk ki, bizim sülh məramlı

təşəbbüslərimizin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, ilk növbədə

ATƏM və onun Minsk qrupu əlavə tədbirlər görəcəklər. Bu gün NATO-nun

iqamətgahında olarkən yarandığı dövrdən bəri Avropada və bütün dünyada

sabitlik yaradılmasına, sülh və əməkdaşlığın möhkəmləndirilməsinə çox böyük

töhfə vermiş Şimali Atlantika İttifaqına dərin hörmətimi bildirmək istəyirəm. Biz

NATO-ya yüksək ehtiramla yanaşır və onun müasir mərhələdəki fəaliyyətinə

böyük əhəmiyyət veririk. Şimali Atlantika Əməkdaşlığı Şurasının yaradılması

NATO-nun fəaliyyətində mühüm mərhədə olmuşdur və başqa dövlətləri NATO-

nun orbitinə cəlb etməyə imkan verəcəkdir.

Biz NATO-nun bu il yanvarın 10-da "Sülh naminə tərəfdaşlıq" sənədini qəbul

etməsi barədə qərarını razılıqla qarşılayır və bunu həm də ölkələr arasında

əməkdaşlığı daha da inkişaf etdirmək üçün NATO-nun fəaliyyətində mühüm

addım sayırıq. NATO-nun 10 yanvar tarixli qərarında Cənubi Qafqazda yaranmış

vəziyyətdən xüsusi narahatlıq ifadə olunmasına, regionumuzda, o cümlədən

Azərbaycanda, Ermənistanda və Gürcüstanda münaqişənin aradan qaldırılmasının

zəruriliyinə əminliyin əksini tapmasına böyük əhəmiyyət veririk.

Bütün bunlar bizi cəlb edir və böyük maraq doğurur. Bunları əsas tutaraq, biz

NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İttifaqına daxil olan yeni

müstəqil dövlətləri "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmağa çağıran

dəvətini böyük razılıqla qarşılamışıq. Biz həmin sənədi imzalamağı qərara

almışıq və NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Bu əməkdaşlıq həm

Azərbaycanın Qərb demokratiyasına qovuşması, həm də NATO ilə əməkdaşlıq

edərək, regionda vəziyyəti sabitləşdirməyə, müharibəni dayandırmağa,

Azərbaycan ilə Ermənistan arasında sülh və mehriban qonşuluq yaratmağa

yonəldilmiş əlavə yollar axtarmaq baxımından bizdən ötrü çox mühümdür.

Biz buraya bu fikirlər və ümidlərlə gəlmişik və bu gün "Sülh naminə

tərəfdaşlıq" proqramını imzalamağa hazırıq. Bir daha ümil etdiyimi bildirmək

istəyirəm ki, Azərbaycan Respublikasının bu addımı NATO tərəfindən layiqincə

qiymətləndiriləcək, qarşılıqlı surətdə

faydalı

olacaq və başlıcası isə,



regionumuzda vəziyyətin sabitləşməsinə kömək edəcəkdir. Sizin, təşkilatınıza

gələcək uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram və "Sülh naminə

tərəfdaşlıq" çərçivə sənədini imzalamağa hazıram.



____________Milli Kitabxana____________

551


BRÜSSELDƏ BEYNƏLXALQ

MƏTBUAT MƏRKƏZİNDƏ

MƏTBUAT KONFRANSINDA ÇIXIŞ

4 may 1994-cü il

Hörmətli xanımlar və cənablar! Bu gün səhər mən Belçikanın baş naziri

ilə görüşdüm. Biz Azərbaycanla Belçika arasında əməkdaşlığın daha da inkişaf

etdirilməsinə dair problemlər haqqında danışıqlar apardıq. Bir müddət bundan

öncə biz Belçika hökumətinə bir sıra sazişlərin layihələrini təqdim etmişdik. İndi

Belçika tərəfi həmin layihələri öyrənir. Belçikanın baş naziri bildirdi ki, onlar bu

ölkənin müvafiq bölgələri ilə razılaşdırıldıqdan sonra hökumət ölkələrimiz

arasında


əməkdaşlıq haqqında memorandumu, ticarət-iqtisadi

əməkdaşlıq

haqqında, turizm sahəsində əməkdaşlıq haqqında və bəzi digər sazişlər

imzalamağa hazır olacaqdır.

Bu gün işimin əsas hissəsi NATO-nun iqamətgahına getməklə bağlı

olmuşdur. Sizə məlumdur ki, hələ 1992-ci ildə NATO Şimali Atlantika

Əməkdaşlığı Şurası yaradılması haqqında qərar qəbul etmişdir. Digər ölkələrlə

yanaşı, keçmiş Sovet İttifaqının respublikaları, o cümlədən Azərbaycan da bu

şuraya daxil olmuşlar.

Cari ilin yanvarında NATO-nun üzvü olan dövlətlərin başçıları "Sülh naminə

tərəfdaşlıq" proqramı haqqında qərar çıxarmış və onu slan edərək, Şərqi Avropa

ölkələrini və keçmiş Sovet İttifaqının ərazisində yaranmış yeni müstəqil

dövlətləri bu proqrama qoşulmağa çağırmışlar. Biz Azərbaycanda bu sənədi

ətraflı öyrəndik, orada Azərbaycan Respublikası üçün maraqlı, cəlbslici

müddəalar tapdıq. Odur ki, on iri beynəlxalq təşkilatlardan biri kimi NATO-ya

prinsipial münasibətimizi, öz mövculluğu ərzində Avropada və bütün dünyada

vəziyyətin sabitləşməsi üçün çox iş görmüş olar NATO-ya hörmətimizi əsas

tutaraq, biz "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağı mümkün və vacib

bildik.

Bu gün mən NATO baş katibinin müavini ilə görüşdüm. Baş katibin özü



cənab Manfred Verner iş başında deyildi. Aramızda çox maraqlı söhbət oldu.

Sonra mən NATO Şurasının iclasında iştirak etdim və "Sülh naminə tərəfdaşlıq"

proqramının çərçivə sənədini imzaladım. Biz bu sənədi imzalayarkən onu əsas

tuturuq ki, gənc müstəqil Azərbaycan dövləti öz istiqlaliyyətini möhkəmlətmək

yolu ilə, demokratiya, bazar İqtisadiyyatı yolu ilə, dünya birliyi, xüsusən Avropa,

Qərb ilə inteqrasiyanı daha da genişləndirmək yolu ilə gedərək, "Sülh naminə

tərəfdaşlıq" sənədi əsasında NATO ilə əməkdaşlıq şəraitində öz qarşısında duran

vəzifələri yerinə yetirmək üçün daha geniş imkanlara malik olacaqdır.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə