____________Milli Kitabxana____________
547
Cənab Mosberq Yerevandan bizə zəng etdi ki, Ermənistan tərəfi bu sazişə razı
olmadı. Onlar Vyanaya getdilər. İndi vəziyyət belədir. Ermənilər hücumlarını
davam etdirirlər, Azərbaycanın Silahlı Qüvvələri onlara cavab verirlər. Bir neçə
mövqedə ermənilərin hücumları dəf olunmuşdur, onlar geriyə çəkilirlər, tələfat
verirlər. Ancaq müharibə davam edir. Biz müharibənin tərəfdarı deyilik. Bu gün
yenə də bəyan edirəm ki, biz atəşin dayandırılmasının tərəfdarıyıq. Ancaq
Ermənistan tərəfi bununla razı deyil. Biz öz sülhsevər siyasətimizi davam
etdirəcəyik.
____________Milli Kitabxana____________
548
BRÜSSELDƏ NATO ŞURASININ İCLASINDA
ÇIXIŞ
4 may 1994-cü il
Hörmətli cənab baş katibin müavini, hörmətli NATO şurası üzvləri,
hörmətli səfirlər, xanımlar və cənablar!
Məni və Azərbaycanın nümayəndə heyətini səmimi qəbul etdiyinizə görə
minnətdarlığımı bildirirəm. Bu gün sizin aranızda olmaq imkanından şadam və
bunu Azərbaycan Respublikası üçün mühüm hadisə sayıram. Azərbaycan
Respublikası barədə dediyiniz səmimi təbrik sözlərinə və xoş arzularınıza görə
çox sağ olun. Öz inkişafında böyük tarixi yol keçmiş, çoxlu çətinliklərə və
maneələrə rast gəlmiş Azərbaycan xalqı 1991-ci ildə milli istiqlaliyyət
qazanmışdır. Müstəqil Azərbaycan dövləti yaranmışdır və indi o, Birləşmiş
Millətlər Təşkilatına, ATƏM-ə, bir çox beynəlxalq təşkilata daxildir. Bu gün
Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika İttifaqının iqamətgahında
olmasından böyük fərəh hissi keçirirəm.
Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə gedir.
O, daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur, bəşəriyyətin
nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan
hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizm üçün şərait yaradır.
İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata keçirilməsi və bazar
iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın bərqərar olması yolunu
tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar Azərbaycanın dünya birliyinə
sıx inteqrasiyası üçün yaxşı zəmindir.
Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı
əlaqələri, qarşılıqlı asılılığı prinsipini əsas tutur, sülhsevər siyasət yeridir və
suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi
bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl etmək prinsipləri zəminində
bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır.
İndi Azərbaycan Respublikası ağır iqtisadi böhran keçirir. Bu böhran bir
tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İttifaqının dağılması,
Sovet İttifaqının bütün başqa respublikaları arasındakı sıx inteqrasiya əlaqələrinin
pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə əlaqədardır. Digər tərəfdən,
Azərbaycanın qonşu Ermənstan Respublikası ilə müharibə vəziyyətində olması,
hərbi təcavüzə məruz qalması bu iqtisadi böhranı dərinləşdirir. Lakin, biz belə
hesab edirik ki, Azərbaycanın müstəqil inkişaf yolu ilə qəti şəkildə irəliləməsini
nəzərə alsaq, bütün bu çətinliklər aradan qaldırıla bilər. Azərbaycan dövlətinin
müstəqilliyi dönməz amildir və biz əminik ki, həm dövlət quruculuğu, həm
iqtisadi dəyişiklik-
____________Milli Kitabxana____________
549
lər, həm də demokratik islahatların həyata keçirilməsi sahəsində tutduğumuz yol
bu çətinlikləri aradan qaldırmağa və böyük imkanları, zəngin iqtisadi və
intellektual potensialı olan Azərbaycanı dünya iqtisadiyyatına, dünya birliyinə
qovuşdurmağa imkan verəcəkdir.
Bayaq dediyim kimi, qonşu Ermənistanın respublikamıza qarşı altıncı il
davam edən hərbi təcavüzü Azərbaycanın vəziyyətini mürəkkəbləşdirir.
Ermənistanın millətçi dairələrinin törətdikləri bu təcavüz həm Azərbaycan
xalqına, həm də erməni xalqına saysız-hesabsız bəlalar gətirmişdir və bu gün
bizdən ötrü çox çətin problemə çevrilmişdir.
Sizə yaxşı məlumdur ki, Azərbaycan ərazisinin bir hissəsini ilhaq etmək,
Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi
təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin xeyli
hissəsini işğal etmişlər. Altıncı ildən bəri davam edən müharibə nəticəsində 20
mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov
götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb,
sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə
milyardlarla dollar zərər dəymişdir.
Lakin ən dəhşətlisi odur ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni
silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və bu rayonların sakinləri - bir
milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial-iqtisadi
vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın ərazisində
yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq Qarabağ və onun
ətrafınla Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim kimi, erməni silahlı
birləşmələrinin işğalı altındadır.
Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olmuşuq
və indi də bu mövqedəyik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in və
onun Minsk qrupunun imkanlarından fəal surətdə istifadə etməyə çalışırıq. 1993-
cü ildə BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin
qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması qəti
şəkildə tələb olunur, lakin Ermənistan bu sənədlərin heç birini yerinə
yetirməmişdir. ATƏM-in Minsk qrupunun səyləri də hələlik müsbət nəticə
verməmişdir. Hərbi əməliyyatlar bu gün də davam edir, Azərbaycan ərazisinin
xeyli hissəsini işğal etmiş erməni silahlı birləşmələri respublikamızın müdafiə
mövqelərinə hücum edirlər. Hər gün qan tökülür, adamlar həlak olur.
Artıq bütün bunlara dözmək mümkün deyildir. Ona görə də mən bu gün
burada, NATO-nun iqamətgahında olmağımdan isqifadə edərək, Azərbaycanın
mövqeyini bir daha bəyan edirəm. Biz bu məsələnin sülh yolu ilə həllinə, atəşin
və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, işğalçı qoşunların
Azərbaycan ərazisindən dzrhal çıxarılmasının və bu zaman onun ərazi
bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin edəcək danı-