MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə231/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   227   228   229   230   231   232   233   234   ...   256

____________Milli Kitabxana____________

544


Daxili İşlər Nazirliyi xüsusi bir orqan, bilavasitə prezidentin tabeliyində olan

orqandır. Heç bir kənar vəzifəli şəxslərin bu nazirliyin işinə qarışmağa ixtiyarı

yoxdur. Bu başdan xəbərdarlıq edirəm ki, yeni təyin edilmiş nazirin işinə heç kəs

mane olmasın, heç kəs öz şəxsi məqsədlərinə çatmaq üçün orada cürbəçür işlərlə

məşğul olmasın və hər kəs yeni nazirə kömək etməyə çalışsın. Mən naziri daim

müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll

edəcəyəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti dəyişdirmək üçün lazımi

tədbirlər görsün. Mən də onun təkliflərini müdafiə edəcəyəm. Ancaq xəbərdarlıq

edirəm kim buna mane olarsa, bu işləri pozmağa cəhd göstərərsə, onlara qarşı çox

ciddi tədbirlər görüləcək və mən heç kəsi bağışlamayacağam.

Güman edirəm ki, yeni nazir prokurorluq orqanları, başqa hüquq-mühafizə

orqanları ilə işgüzar

əlaqələr yaradacaqdır. Prokurorluq

orqanlarına da

xəbərdarlıq edirəm ki, özbaşınalığa yol verməsinlər.

Nazir, bütünlükdə nazirliyin rəhbərliyi daxili işlər orqanları əməkdaşlarının

sosial müdafiəsində möhkəm dayanmalıdır. Onların huquqlarını tapdalamağa heç

kəsə ixtiyar verilmir. Şübhəsiz ki, cinayət etmiş hər bir şəxs məsuliyyət

daşımalıdır. Lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Daxili İşlər

Nazirliyi xüsusi, hərbiləşdirilmiş təşkilat olduğuna görə burada qanunların tətbiqi,

şübhəsiz ki, nazirliyin rəhbərliyinin razılığı ilə və onunla birlikdə həyata

keçirilməlidir. Bunu burada açıq deyirəm ki, hər kəs öz yerini bilsin. Hərə öz

yerində oturub öz işini görsə, ümumi işimiz yaxşı gedəcək.

Müşavirəni yekunlaşdıraraq bir daha deyirəm ki, prezident kimi, Daxili İşlər

Nazirliyinin şəxsi heyətinə tam inanıram. Etibar edirəm, güvənirəm. Hesab

edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına,

torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlar, peşəkar,

təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə

yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına

müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunlardan əl çəkməyə, öz işlərini

ancaq və ancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa

çağırıram, Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz

tərəfimdən lazımi tədbirləri görəcəyəm.

Burada irəli sürülən vəzifələrin yerinə yetirilməsində hamınıza uğurlar

arzulayıram. Sağ olun!



____________Milli Kitabxana____________

545


PASXA BAYRAMI

MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN

XRİSTİAN VƏTƏNDAŞLARINA TƏBRİK

Hörmətli həmvətənlərim!

Sizi xristianlığın ən müqəddəs və əziz bayramı - Pasxa münasibətilə səmimi-

qəlbdən təbrik edir, bu bayram günlərində sizə xoş əhval-ruhiyyə, əmin-amanlıq

və səadət arzulayıram.

Azərbaycan torpağı əsrlər boyu müxtəlif etiqadlara tapınan insanlar üçün

doğma vətən olmuşdur. Onlar da həmişə bu vətənin qeyrətini çəkmiş, onun

uğrunda canlarını belə əsirgəməmişlər. İndiki ağır və məşəqqətli günlərimizdə də

xristian həmvətənlərimiz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə

sinə gərir, müqəddəs torpaqlarımızı rəşadətlə qoruyurlar.

Pasxa şadlıq və mərhəmət, haqq və ədalət bayramıdır.

İnanıram ki, bu Pasxa günlərində Ulu Tanrıdan ən ümdə diləkləriniz

yurdumuzla sülhün və əmin-amanlığın bərqərar olmasıdır. Qoy bütün arzu və

niyyətləriniz Tanrının köməyi və xalqımızın iradəsi ilə həyata keçsin.



HEYDƏR ƏLİYEV

29 aprel 1994-cü il


____________Milli Kitabxana____________

546


BRÜSSELƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL

BİNƏ HAVA LİMANINDA

JURNALİSTLƏRƏ BƏYANAT

3 may 1994-cü il

Brüssellə dövlət başçıları ilə görüşlərim olacaqdır. Eyni zamanda həmin

ölkənin işgüzar dairələrinin nümayəndələri mənimlə görüşmək istədiklərini

bildiriblər. İş adamları ilə görüşlərimiz olacaqdır. Bilirsiniz ki, Avropa iqtisadi

Birliyinin iqamətgahı Belçikadadır. Orada bu birliyin Azərbaycana yardım

göstərməsi barədə məsələləri müzakirə eləcəyik. Səfərimin əsas məqsədi bundan

ibarətdir. Şübhəsiz ki, orada Azərbaycandakı indiki vəziyyət, Azərbaycanla

Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı

təcavüzünün bu gün də davam etməsi məsələləri də müzakirə olunacaqdır. Həm

NATO-nun qərargahında, həm də başqa görüşlərimdə bu barədə söhbətlər

aparacağam və Azərbaycanın mövqeyini bildirəcəyəm.

Erməni silahlı qüvvələri aprelin 10-dan indiyə qədər Azərbaycan torpaqlarına

müntəzəm olaraq hücum edirlər. Onlar Azərbaycanın silahlı qüvvələri tərəfindən

zərbələr alırlar, ancaq hücumları davam etdirirlər. Bu hücumlarla da onlar tək

deyillər, təcavüzkarlara kömək edən qüvvələr vardır. Biz atəşin dayandırılmasının

tərəfdarıyıq, bu barədə bəyanatlar vermişik.

Aprelin 28-də Rusiyanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin

vasitəçiliyi ilə, onların təklifi ilə biz atəşin dayandırılması barədə saziş

imzalanmasına razılıq vermişik, ancaq Ermənistan tərəfi buna razılıq verməyib.

Bu müddətdə cənab Mosberqin başçılığı ilə ATƏM-in Minsk qrupunun böyük bir

heyəti Azərbaycana gəlmişdi. Bu heyətin tərkibində Amerika generalları da

olmuşlur, Rusiyanın, İtaliyanın və Minsk qrupuna daxil olan dövlətlərin

nümayəndələri də var idi. Bu heyət, cənab Mosberq mənimlə çox geniş söhbətlər

apardı. Sonra onlar Xankəndidə və Yerevanda oldu və yenə də Bakıya qayıdaraq

mənimlə görüşdülər, atəşin dayandırılması barədə bizə bir saziş layihəsi təqdim

etdilər. Mən bu layihə ilə də razı oldum. Onlar buradan Yerevana getdilər,

Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdülər. Ermənistan tərəfi bu

sazişin imzalanmasına razılıq vermədi, bəyan etdi ki,

onlar atəşin

dayandırılmasına hazır deyillər. Guya atəşin dayandırılması üçün xüsusi

mexanizm hazırlanmalıdır. Biz də bilirik ki, atəşin dayanlırılmasına, ona nəzarət

edilməsinə xüsusi mexanizm lazımdır. Ancaq atəş dayandırıldıqdan sonra bu

mexanizm hazırlana bilər. Əgər indi biz oturub mexanizm üzərində işləsək və

eyni zamanda hər gün atəş davam etsə, o tərəfdən də, bu tərəfdən də insanlar

qırılsalar bu, şübhəsiz ki, nə Ermənistan tərəfi üçün, nə də bizim üçün faydalı

olmayacaqdır.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə