____________Milli Kitabxana____________
538
əməkdaşları bu hücumların qarşısını alır və torpaqlarımızı müdafiə edirlər.
Biz bu gün buraya işgüzar söhbət aparmaq üçün toplaşmışıq. Hazırda
həyatımızın əsas, xarakterik cəhəti müharibə ilə, cəbhə ilə, döyüşlərlə bağlıdır.
Ona görə də mən söhbətimi məhz bu mövzu ilə başladım. Mən Vətən naminə
şəhid olanların xatirəsini bir daha yad edirəm. Vətən yolunda canını qurban
verənlər arasında olan DİN əməkdaşlarının, polis işçilərinin də qəhrəmanlığını
qeyd edirəm və onların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa qalxmağı rica
edirəm.
Allah bütün şəhidlərə rəhmət eləsin!
Daxili İşlər Nazirliyinin işində çox böyük problemlər də vardır. DİN və onun
orqanları bu problemlərin həll olunması üçün daha böyük fəallıq göstərməli,
işlərini düzgün qurmalıdırlar.
Dediyim səbəblərə görə cəmiyyətimizdə gərginlik var. Respublikamız bir
tərəfdən müharibə aparır, digər tərəfdən ağır sosial-iqtisadi böhran içərisindədir,
Respublikamızda bir milyondan artıq qaçqın var. Belə bir dövrdə dövlət
orqanlarının hamısı gərək öz işlərini daha yararlı qursun, günün tələblərinə uyğun
aparsın.
Dövlət orqanları içorisində Daxili İşlər Nazirliyi xüsusi yer tutur. DİN
cəmiyyətimizin bütün özəkləri və təbəqələri ilə əlaqədardır, bağlıdır. Onun
qarşısında duran vəzifələri siz yaxşı bilirsiniz. Ancaq qısaca bunu bir daha
yadınıza salmaq istəyirəm ki, respublikamızın hazırkı ağır vəziyyətinlə
qarşımızda duran vəzifələrin yerinə yetirilməsi DİN-in, onun orqanlarının
fəaliyyətnidən çox asılıdır.
Həm nazirlik, həm də onun orqanları qarşısında duran bu vəzifələr təəssüf ki,
günün tələblərinə uyğun səviyyədə yerinə yetirilmir və onlar cəmiyyətdəki
mövcud problemlərin həll olunmasında öncül mövqe tuta bilmirlər. Bilirsiniz ki,
dövlətin işində dövlət orqanlarının hər birinin öz yeri vardır, ancaq Daxili İşlər
Nazirliyinin, polis orqanlarının xüsusi yeri var və onlardan çox şey asılıdır. Mən
sözümə başlayanda dedim ki, həm vəzifələr böyükdür, həm də DİN-in
əməkdaşları üçün geniş imkanlar, imtiyazlar yaradılmışdır. Ona görə də bizim
haqqımız var ki, DİN-in bütün işçilərindən, əməkdaşlarından daha yaxşı işləməyi
tələb edək. Onların fəaliyyətinin bugünkü səviyyəsi isə bizi qane etmir. Bu,
mənim ümumi fikrimdir, cəmiyyəti də qane etmir.
Cəmiyyətimizdə Daxili İşlər Nazirliyinin, polis orqanlarının işindən çoxlu
narazılıq vardır. Bəllidir ki, bu narazılıqlar DIN-in imkanlarından kənar olan
məsələlərin həlli ilə əlaqədardır. Ancaq çox vaxt, əksər hallarda narazılıq
əsaslıdır. Əgər DİN-də və onun bölmələrində, polis orqanlarınla çalışan hər kəs
öz sahəsində qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirə bilsə, bu narazılıq
da az olar. Həm də söhbət
____________Milli Kitabxana____________
539
təkcə narazılıqdan getmir - cəmiyyətimizdə olan bu çətinliklər xeyli azala bilər.
İndi nazirliyin ətrafında cürbəcür, qəribə söhbətlər gedir - nazirliyin rəhbərliyi
haqqında, onun rəhbər orqanları başçılarının bir-biri ilə əlaqələri barədə qəzetlər
yazırlar, ümumi ictimai rəy daha çox mənfi tərəfə yönəlib. Doğrudur, mən daim
ictimai rəylə hesablaşmışam, hesablaşıram. Çünki ictimai rəy ümumən obyektiv
xarakter daşıyır. Ancaq məni narahat edən nə bu qəzet yazıları, nə də ictimai
rəydir. Məni şəxsən bir prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə
malik olsa da, qarşısında duran vəzifəni yerinə yetirə bilmir. Cinayətkarlıq
həddindən çox artıb. Cinayətkarlıqla mübarizə zəif gedir. İnsanların hüquqları
taplalanır. Bizim polis orqanları insanların hüquqlarının qorunmasına çox vaxt
təminat verə bilmirlər. Respublikamızda nizam-intizam aşağı səviyyədədir.
Müəssisələrdə, təşkilatlarda, respublikamızın cürbəcür özəklərində cinayətkarlıq,
rüşvətxorluq, bir çox mənfi hallar geniş yayılmışdır. Bunların aradan götürülməsi,
belə hallara qarşı mübarizə aparılması üçün hüquq-mühafizə orqanları hamısı
birlikdə, bərabər, ahəngdar fəaliyyət göstərməlidirlər. Bu orqanlar arasında da
DİN-in xüsusi yeri var. Təəssüf ki, mən hüquq-mühafizə orqanlarının nə
mütəşəkkil fəaliyyətini (belə bir mütəşəkkillik yoxdur), nə də DİN-in günün
tələblərinə uyğun olan fəaliyyətini görə bilirəm.
Daxili İşlər Nazirliyinin içərisində, yəni kollektivin daxilində, nazirliyin yerli
orqanlarının da içərisində qeyri-sağlam mühit yaranmışdır. Nazirliyin, polis
orqanlarının ətrafında da qeyri-sağlam mühit vardır. İnsanlar açıqdan-açığa
deyirlər ki, DİN-də bəzi ləyaqətsiz adamlar işləyir, bu nazirliyin içərisində
rüşvətxorluq geniş yayılmışdır. Mən belə hesab edirəm ki, çox hallarda bütün
bunlar əsaslıdır. Ancaq mən belə nəticəyə gəlirəm ki, DİN-də və onun bir çox
təbəqələrində bu sözlərə danışılanlara, tənqidlərə, iradlara qarşı immunitet
yaranıb. Bir çoxları belə hesab edirlər ki, siz nə danışırsınızsa danışın, nə
deyirsinizsə deyin, biz indiyədək necə yaşamışıq, necə işləmişiksə, bundan sonra
da elə işləyəcəyik.
Şübhəsiz ki, mən bu sözləri Daxili İşlər Nazirliyinin bütün işçilərinə aid
etmirəm. Daxili İşlər Nazirliyində ölkəsinə, xalqına vicdanla, namusla xidmət
edən adamların sayı çoxdur. Bəlkə də onlar əksəriyyət təşkil edir. Ancaq bununla
yanaşı, bu şərəfli orqanın adını ləkələyən, vəzifəsindən sui-istifadə edən və
cəmiyyət, dövlət üçün çox mühüm olan bu orqanın hörmətini get-gedə aşağı salan
adamların sayı da az deyildir.
Dediyim kimi, Daxili İşlər Nazirliyi böyük qüvvədir. O, dövlətin güvəndiyi,
arxalandığı böyük bir təşkilatdır - silahlı, hərbiləşdirilmiş təşkilatdır. Əgər belə
bir təşkilatda, nazirlikdə, orqanda qeyri-sağlam əhval-ruhiyyə mövcuddursa, mən
bir prezident kimi buna dözə bilmərəm. Ona görə də bu gün sizi, məhz rəhbər
işçiləri bura dəvət etmişəm. Başqa hüquq-mühafizə orqanlarından heç kəs dəvət
olunmayıb, burada siz və Prezident Apartının məsul işçiləri iştirak edirlər.