____________Milli Kitabxana____________
531
tapşırığı yerinə yetirilməsinə şəxsən cavabdehdirlər.
Görülən işlər barədə hər gün
Prezident Aparatına məlumat verilməlidir. Üç gündən sonra isə bu tapşırığın
yerinə yetirilməsi barədə qəti raport verilməlidir. Respublika hərbi
Komissarlığının müəyyən etdiyi tapşırıq məlumdur, mən bunu təkrar etmək
istəmirəm. Lakin kəsir təxminən 30 faizdən artıqdır. Həmin kəsir gərək üç gün
ərzində aradan qaldırılsın. Həm də bu o demək deyil ki, siz çağırışçıları hərbi
komissarlığa təhvil verən kimi məsələ bununla bitdi. Xeyr, hər bir çağırışçınızın
çağırış məntəqəsinə getməsini, hərbi xidmətə başlamasını və bir müddət necə
xidmət etməsini izləməlisiniz.
Gərək bundan sonra belə olmasın ki, mən telefonla zəng edib deyəm ki, Bərdə
batalyonu, Göyçay batalyonu, Mingəçevir batalyonu, başqa bir batalyon
qaçmışdır, oraya gedib, sonra isə iki-üç gün vəziyyəti öyrənib məlumat verəsiniz
ki, nə lazımdırsa etmişik. Necə yəni, nə lazımdır etmişik? Bu, sizin borcunuzdur,
hər gün bu barədə düşünməlisiniz ki, sizin rayonunuzdan gedən adamlar orduda
necə xidmət edirlər.
Mən Moskvaya getməzdən əvvəl telefonla xəbər verdilər ki, Ağdam
bölgəsində Xaçmaz batalyonu qaçıb dağılmışdır. Sumqayıt batalyonundan da
qaçmışdılar. Düzdür, ondan əvvəl mənə məlumat vermişdilər ki, Sumqayıt
batalyonundan bir gündə 12 nəfər şəhid olmuşdur. Mən bunu batalyonun
qəhrəmanlıq nümunəsi kimi televiziyada elan etdim. Sabahısı isə mənə dedilər ki,
qalanları qaçmışlar. Gecə saat 1-də Sumqayıtın, Ağdamın icra başçılarını taparaq,
məcbur etmişəm ki, Ağdama gedib həmin qaçan əsgərləri yığın. Məgər bu,
mənim işimdir, mən bunu etməliyəm? Nə üçün icra başçısı bunu mənim
tapşırığımdan, göstərişimdən sonra edir? Bir daha təkrar edirəm ki, siz təkcə
hərbi xidmətə çağırışın təmin olunmasına yox, çağırışçıların hamısının hərbi
hissələrlə qulluq etməsinə cavabdehsiniz və bunu axıradək izləməlisiniz.
İkincisi - yaranmış vəziyyətlə əlaqədar beş gün ərzində ehtiyatdan adamlar
toplanmalıdır. Haradan, nə qədər, hansı ixtİsasdan olmalıdırsa, hərbi komissarlıq,
Müdafiə Nazirliyi Prezident Aparatında isə Nurəddin Sadıqov bu gün
bildirəcəklər. Bu tapşırıq da əvvəlki kimidir. Həmin adamlar Müdafiə
Nazirliyinin müəyyən etdiyi hərbi hissələrə gedərək
orada
xidmətə
başlamalıdırlar, siz isə onlara nəzarət etməlisiniz.
Bundan əlavə, ayrı-ayrı rayonlar batalyonlar yaratmışdır. Bu işlə də məşğul
olmaq lazımdır. Rəqəmləri deyəndə elə hesab etməsinlər ki, çox böyük
rəqəmlərdir. Xeyr, Azərbaycan Respublikasının imkanları bundan 10-15 qat
artıqdır. Şübhəsiz ki, hər rayona tapşırıq veriləcək. Ancaq mən ilk növbədə, işğal
olunmuş rayonların icra başçılarına, rəhbərlərinə, hörmətli adamlarına,
ağsaqqallarına müraciət edirəm: sizin rayonlardan
əhali köçüb, qaçqın
vəziyyətində ayrı-ayrı yerlərlə məskunlaşmışdır. Bir çoxları işsizdir. Ən yaxşı yol
ondan ibarətdir ki, bu rayonlara daha çox tapşırıq verilsin, onların gəncləri hərbi
hissələrdə xidmət edərək torpaqların azad olunmasına çalışsınlar.
____________Milli Kitabxana____________
532
Bunu deyərkən mən başqa rayonları çağırışdan azad etmək fikrində deyiləm.
Hansı kənddən, hansı şəhərdən, hansı rayondan
olmasına baxmayaraq,
Azərbaycanın hər bir vətəndaşı torpaqlarımızı qorumaq üçün eyni məsuliyyət
daşıyır, ondan vətəndaşlıq borcunu eyni səviyyədə yerinə yetirmək tələb olunur.
Heç kəsə förq qoyulmamalıdır. İşğal olunmuş rayonları ona görə xüsusi qeyd
edirəm ki, onların gənclərinin çoxu məskunlaşdıqları yerlərdə işsizdir. Mənə belə
gəlir ki, onların orduya gedərək Azərbaycan torpaqlarının azad edilməsinə
çalışması daha şərəfli vəzifə olar, nəinki işsiz gəzmək.
Hüquq-mühafizə orqanları çağırışdan yayınan adamlarla ciddi məşğul
olmalıdırlar. Burada hərbi komissar təklif verdi ki, hərbi çağırışdan yayınanları
tutmaq üçün ayrı-ayrı yerlərdə müəyyən məntəqələr yaradılsın. Əvvəllər bu
üsuldan istifadə edilmiş, lakin yaxşı nəticə verməmişdir, bəzən isə hətta mənfi
hallara gətirib çıxarmışdır. Ona görə də mənə belə gəlir ki, bu, o qədər də
münasib yol deyildir. Ancaq polis rəisləri, sahə müvəkkilləri öz ərazilərində
kimin nə işlə məşğul olduğunu, kimin hərbi xidmətə gedəcəyini yaxşı bilirlər.
Ona görə də polis, prokurorluq bu işlə xüsusi məşğul olmalıdır. Hərbi çağırışdan
yayınan adamlar haqqında ciddi, təcili tədbirlər görülməli və dərhal ictimaiyyətə
çatdırılmalıdır ki, başqalarına da dərs olsun.
Hərbi mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələri üçün rayon
hərbi komissarlıqları arayış verir. Yoxlama nəticəsində məlum olmuşdur ki, bu
arayışların 90 faizi əsassız verilmişdir. Hava limanında və dəmir yolunda
kassirlərin bəziləri rüşvət alaraq müvafiq sənədlər olmadan bilet satmışlar. Hava
limanının və dəmir yolunun komendantları, bəzi polis işçiləri öz vəzifələrindən
sui-istifadə edərək qanunsuzluğa yol vermiş, beləliklə də hərbi mükəlləfiyyətli
şəxslərin respublikadan getmələrinə şərait yaratmışlar. Bəzi icra başçıları da hərbi
mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələrinə nəzarət etmirlər.
Fərarilərin sayı artmışdır. Bunu dəfələrlə demişik və indi də təkrar edirəm:
icra başçıları, rayon və şəhərlərin müvafiq orqanlarının rəhbərləri fərariləri
axtarıb tapmalı və orduya qaytarmalıdırlar. Bu sahədə ciddi iş görülməlidir.
Bundan ötrü on gün vaxt verilir. Həmin müddətdə bütün fərarilər öz hərbi
hissölərinə qaytarılmalıdır. Mən yenə bəyan edirəm ki, hərbi hissələrə qayıdan
fərarilər məsuliyyətə cəlb olunmayacaqlar. On gün ərzində qayıtmayanlar barədə
çox ciddi tədbirlər görmək lazımdır. Televiziya və radio ilə xalqa müraciətimin
ertəsi günü - aprelin 13-də polkovnik Elbrus Orucovla danışırdım. O mənə dedi
ki, sizin çıxışınızdan sonra 100 nəfər hissələrə gələrək xidmətə başladı və döyüşə
getdi. Bununla demək istəyirəm ki, həyatımız təkcə mənfi hallardan ibarət deyil,
müsbət hallar da çoxdur. Mən bu xəbərdən çox sevindim. Doğrudur, bu qədər
fərari olan yerdə 100 nəfər çox deyil. Deməli, həmin gənclər səhv etdiklərini başa
düşmüşlər və cəbhəyə qayıdaraq döyüşə girmişlər. Bu, diq-