____________Milli Kitabxana____________
554
Qərbin neft şirkətləri ilə imzalamağa hazırlaşdığımız bağlaşmalara gəldikdə,
bu mövzu ətrafında olduqca çoxlu söz-söhbət gedir, mühakimələr yürüdülür.
Təbiidir ki, Azərbaycanın neft sərvətləri dünyanın bir çox ölkələrinin, habelə
Qərbin iri neft şirkətlərinin marağını cəlb edir. Ümumiyyətlə, Azərbaycan öz
coğrafisiyasi, coğrafi mövqeyinə görə, bir çox Qərb ölkələrinin böyük iqtisadi
marağını cəlb edir. Neft şirkətləri ilə bağlaşmalar imzalanması haqqında
danışıqlar aparılır. Danışıqların yeni dövrəsi mayın 2-də İstanbulda başlanmışdır.
Qərb firmalarının və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri hazırda
orada danışıqlar aparırlar. Mən belə düşünürəm ki, biz yavaş-yavaş bağlaşmaların
imzalanmasına yaxınlaşırıq. Görünür, neft bağlaşmalarının imzalanmasına
başlaya biləcəyimiz gün uzaqda deyildir.
S u a l: Cənab prezident, Siz istər Azərbaycanın, istərsə də SSRİ-nin
dövlət strukturlarında zəngin iş təcrübəsinə maliksiniz, bir vaxtlar
Azərbaycan Kommunist Partiyasının, ondan əvvəl isə Azərbaycan Dövlət
Təhlükəsizliyi Komitəsinin rəhbəri, sonralar isə keçmiş SSRİ-də Sov.İKP
MK Siyasi Bürosunun üzvü
olmuşsunuz. Siz Azərbaycanda dövlət
quruculuğunun indiki səviyyəsini neçə səçiyyələndirərdiniz?
İkinci sual. Bu yaxınlarda mətbuatda xəbər verilmişdir ki, Rusiya
Federasiyasının prezidenti çənab Yeltsinin dediyinə görə, Rusiya öz
hüdullarından kənarda, MDB-yə daxil olan ölkələrin ərazisində təxminən 30
hərbi baza yerləşdirmək niyyətindədir. Bununla əlaqədar olaraq fikrinizi
öyrənmək istərdim, hadisələrin Azərbaycanla bağlı bu çür inkişafı Sizin
ücün məqbuldurmu?
C a v a b: Keçmiş işimdən məni xatırlalığınıza və unutmadığınıza görə
minnətdaram. Mən həqiqətən Azərbaycan Kommunist Partiyasının rəhbəri, həm
də Siyasi Büronun üzvü və keçmiş Sovet İttifaqı baş nazirinin birinci müavini
kimi SSRİ-nin rəhbərlərindən biri olmuşam.
Lakin sizin sualınız Azərbaycanda indiki dövlət quruluşu ilə bağlıdır.
Azərbaycan dövlət inkişafının müstəqil yoluna qədəm qoymuşdur. Ölkənin
prezidenti kimi, bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi dönməz prosesdir.
Respublika bundan sonra da özünün dövlət müstəqilliyini möhkəmləndirəcəkdir.
Müstəqil dövlət olan Azərbaycan demokratik cəmiyyətin bütün atributları nəzərə
alınmaqla hüquqi demokratik dövlət quruculuğu yolu ilə gedir və gedəcəkdir.
Həmin atributları deyərkən mən şəxsiyyət azadlığını, vicdan azadlığını, insan
hüquqlarının qorunmasını, çoxpartiyalı sistemi, siyasi plüralizmi, bazar
İqtisadiyyatını, azad sahibkarlığı, ümumbəşəri dünya dəyərlərinə qovuşmağı
nəzərdə tuturam. Əminəm ki, Azərbaycan bu yolla gedəcəkdir. Hər halda
Azərbaycan prezidenti kimi, mən buna çalışacağam. Ümidvaram ki, bütün
Azərbaycan xalqı da bu fikirdədir.
İndi müstəqil dövlətlər olan keçmiş Sovet İttifaqı respublikalarının ərazisində
Rusiyanın 30 hərbi baza yerləşlirməyə hazırlaşması barədə xəbərlərə gəldikdə,
deyə bilərəm ki, bu bazalar respublikaların bir çoxunla yerləşdirilmişdir. Əgər
bizim
____________Milli Kitabxana____________
555
regiondan, Zaqafqaziyadan, Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu
və sizlərlə deyildiyi kimi, Cənubi Qafqazdan söhbət salsaq, deməliyəm ki, həm
Gürcüstanda, həm də Ermənistanda Rusiyanın hərbi bazaları və qoşunu var.
Gürcüstanın Türkiyə ilə sərhədini, Ermənistanın Türkiyə və İranla sərhədini
Rusiyanın sərhəd qoşunları mühafizə edirlər. Azərbaycanda Rusiyanın qoşunu
yoxdur. Mən Rusiyanın planlarından xəbərdar deyiləm. Əlbəttə, hər bir dövlətin
öz planları ola bilər. Lakin Azərbaycan da müstəqil dövlətdir və onun da öz
planları var.
S u a l : Cənab prezident, Azərbaycan OPEK-də müşahidəçi statusu
almağa hazırlaşırmı? Bu barələ sizin fikrinizi bilmək istərdim. Siz bu
beynəlxalq təşkilatın tam hüquqlu üzvü statusu almağınızı mümkün
sayırsınızmı?
C a v a b: Biz bu məsələni öyrənirik. Bayaq dediyim kimi, Qərbin neft
şirkətləri konsorsiumu ilə böyük saziş bağlamaq haqqında danışıqlar aparılır. Bu
danışıqların nəticələri, şübhəsiz ki, Azərbaycanda neft sənayesinin gələcək
inkişaf yolunu müəyyənləşdirəcək. Nəticələrdən asılı olaraq biz gələcək
addımlarımızı müəyyən edəcəyik.
S u a l : Çənab prezident, Ermənistanın "Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulmağa hazırlaşması indi ATƏM-in, onun Minsk qrupunun,
Təhlükəsizlik haqqında müqavilənin, Ermənistan
-
Azərbaycan
münaqişəsinin aradan qaldırılmasına dair vasitəçilik səylərinin düşdüyü aciz
vəziyyətə gətirib çıxarmayacaqmı? İkinci sual: "Sülh naminə tərəfdaşlıq"
proqramı məsləhətləşmələrdən, o cümlədən siyasi məsləhətləşmələrdən
əlavə, daha bir neçə bənd, yəni birgə təlimlər keçirilməsinin, hərbi
planlaşdırma və hərbi quruculuğu da nəzərdə tutur. Azərbaycan bu
bəndlərdən istifadə edəçəkmi? Başqa sual: Əgər MDB-nin Kollektiv
Təhlükəsizliyi haqqında müqaviləni imzalamış ölkələrin və Azərbaycanın da
qoşulduğu "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamış dövlətlərin
mənafelərinin uyğun gəlmədiyi vəziyyət yaranarsa, bu halda Azərbaycan
prezidenti neçə hərəkət edəcək?
C a v a b : Ermənistanın "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamağa
hazırlaşması barədə bizdə məlumat yoxdur. Əgər imzalasa belə, zənnimcə,
NATO ilə əməkdaşlığımıza bundan xələl gəlməyəcək. Bundan əlavə, mənə belə
gəlir ki, NATO-nu MDB ilə eyniləşdirmək lazım deyil, bu birincisi. İkincisi isə,
mən hesab etmirəm ki, Ermənistan ilə Azərbaycan arasında münaqişəni
Təhlükəsizlik haqqında müqavilə çərçivəsində aradan qaldırmaq üçün MDB-nin
imkanları tükənmişdir. Azərbaycan ilə NATO arasında konkret əməkdaşlığa
gəldikdə isə, bu əməkdaşlığın prinsipləri və istiqamətləri "Sülh naminə
tərəfdaşlıq" proqramının imzalanmasından sonra bizim imzalayacağımız sənəddə
müəyyən ediləcəkdir. Həmin sənəddə hər şey nəzərdə tutulacaqdır. Məsələn,
bizim NATO ilə əməkdaşlığımızın hansısa mənfi nəticələrinin ola biləcəyinin
mümkünlüyü məni narahat etmir. Əksinə, əminəm ki, bu əməkdaşlıq çox müsbət
olacaqdır.
S u a l : "Sülh naminə tərəfdaşlıq" proqramında sazişi imza-