____________Milli Kitabxana____________
559
Azərbaycan 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin üzvü
olmuş və bunu SSRİ parçalandıqdan sonra meydana gəlmiş ölkələrlə siyasi və
iqtisadi əməkdaşlığın zəruri amili hesab etmiş və Kollektiv Təhlükəsizlik
haqqında müqavilə imzalamışdır.
Mənim ölkəmin vəziyyətini ağırlaşdıran budur ki, o, Azərbaycana qarşı ərazi
iddiaları olan qonşu Ermənistan Respublikası tərəfindən təcavüzə məruz
qalmışdır.
Təcavüzkar dövlət olan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
ərazisində yaşayan ermənilərin etnik qrupundan ərazimizin ilhaqı üçün
separatçılıq vasitəsi kimi istifadə edir. Ermənistan öz ərazisindən və silahlı
qüvvələrindən Azərbaycan ərazisində müharibə aparmaq üçün istifadə edir və bu
faktları gizlətməyə daha müvəffəq olmur.
Azərbaycana qarşı həyata
keçirilən təcavüzün gedişində Ermənistan
Respublikası Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal etmişdir.
Ermənistan silahlı qüvvələrinin apardıqları etnik təmizləmə əməliyyatları
nəticəsində 20 mindən çox adam öldürülmüş, təxminən 60 min nəfər yaralanmış
və ya əlil olmuş, 4 min adam əsir düşmüş və ya girov götürülmüş, təqribən 1
milyon azərbaycanlı öz ölkəsində qaçqına çevrilmişdir.
İşğal
olunmuş
ərazilərdə qırılıb-çatılmaq təhlükəsinə məruz qalan
azərbaycanlıların tamam hamısı həmin ərazilərdən qovulmuşdur. İşğalçılar "viran
qoyulmuş torpaq" taktikasına əl atırlar. Təxminən 90 min yaşayış tikilisi, 1
mindən çox iqtisadi obyekt, 250 məktəb və təhsil ocağı, 250 tibb müəssisəsi
yandırılmış, qarət edilmiş və dağıdılmışdır. Azərbaycana vurulmuş zərər
milyardlarla ABŞ dollarına bərabərdir.
Erməni millətçiləri müharibə məşəlini yandırmış və tarixin hökmü ilə sülh və
mehriban qonşuluq şəraitində yaşamalı olan iki xalqı toqquşdurmuşlar. Mən qəti
əminəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə hərbi yolla həll edilə
bilməz. Hərbi əməliyyatların davam etməsi hər iki xalqı ağlasığmaz müsibətlərə
düçar edir. Münaqişə onlara ayağa durmağa, öz müstəqilliyini bərqərar etməyə,
iqtisadi islahatları tam həcmdə həyata keçirməyə, demokratik dövlət qurmağa
mane olur.
Azərbaycan münaqişənin aradan qaldırılması məsələlərində həmişə əməli
mövqe tutmuşdur. Dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı
bizim üçün ən başlıca prinsipdir. Biz işğal olunmuş bütün Azərbaycan
ərazilərinin azad edilməsinə, qaçqınların hamısının, o cümlədən də 50000
qarabağlı azərbaycanlının öz torpaqlarına qayıtmasına çalışacağıq. Eyni zamanda
biz Qarabağ ermənilərinin təhlükəsizliyini və bütün vətəndaş hüquqlarını təmin
etməyi, onlara Azərbaycan dövləti çərçivəsində müvafiq səviyyədə muxtariyyət
verməyi öhdəyə götürürük.
Cari il aprelin 12-də mən Ermənistan vətəndaşlarına, Dağlıq Qarabağın
erməni millətindən olan sakinlərinə Azərbaycan vətəndaşlarına müraciət edib,
onları əl saxlamağa, hərbi əməliyyatları dayandırmağa çağırdım. Azərbaycan
rəhbərliyi mü-
____________Milli Kitabxana____________
560
naqişə zonasında hərbi əməliyyatlara cəlb olunmuş bütün sakinlərin şəxsi
təhlükəsizliyinə, doğma torpaqda dinc, azad yaşamaq imkanına təminat
vermişdir. Biz həmin prinsipial mövqeyimizi bu gün bir daha təsdiq edirik.
Azərbaycana qarşı təxminən altı ildən bəri davam edən hərbi təcavüz zamanı
münaqişənin dincliklə aradan qaldırılması üçün çoxlu addım atılmışdır.
Təəssüflər olsun ki, bu addımlar Ermənistan Respublikasının sərt təcavüzkar
mövqeyi üzündən istənilən nəticələri verməmişdir.
Azərbaycan ərazilərinin işğalı faktı, bu ərazilərdən işğalçı Ermənistan silahlı
qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsində - 822-ci, 853-cü, 874-cü və 884-cü
qətnamələrində öz əksini tapmışdır. Lakin indiyədək müxtəlif bəhanələrlə
Ermənistan həmin qətnamələri yerinə yetirməkdən imtina edir. Ermənistan öz
davranışı ilə dünya birliyinə açıq-aşkar meydan oxuyaraq, münaqişənin dincliklə,
siyasi yollarla aradan qaldırılması üçün göstərilən bütün cəhdləri kökündən
pozur. Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal olunmuş Azərbaycan
ərazilərini tərk etməkdən boyun qaçırır.
Azərbaycan Respublikası Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün öz
tərəfindən hər şey edir, bu qrup üçün mümkün olan bütün şəraiti yaradır. Lakin
nəzərə çarpdırmaq istəyirəm ki, hər dəfə Minsk qrupu toplaşdıqda dünya
Ermənistan tərəfindən hərbi əməliyyatların daha da gücləndirilməsinin, yeni-yeni
Azərbaycan ərazilərinin işğal edilməsinin şahidi olur. ATƏM-in indiki sədrinin
1993-cü ilin oktyabrında bölgəyə səfəri zamanı və ya Minsk qrupunun bu ilin
aprelində Praqada müşavirəsi keçirilən zaman və başqa vaxtlarda məhz belə
olmuşdur. Minsk qrupunun nümayəndə heyəti aprelin 26 - dan mayın 2-dək
bölgədə idi. Biz ona hər cür kömək göstərdik. Əgər Minsk qrupunda təmsil
olunmuş ölkələrin hamısı qanlı müharibəyə bacardıqca tez bir vaxtda son qoymaq
və sülhün bərpasına başlamaq üçün möhkəm iradə ilə çıxış edərsə, mən əminəm
ki, müvəffəqiyyət təmin
olunar. Buna görə də Brüsseldə NATO-nun
iqamətgahında olmaq fürsətindən istifadə edərək, ATƏM-in Minsk qrupunun
bütün aparıcı ölkələrinin daxil olduqları Şimali Atlantika İttifaqına üz tutaraq,
onu qan tökülən bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün lazımi
tədbirlər görməyə çağırıram.
Azərbaycan Respublikası Şimali Atlantika İttifaqına dərin hörmətlə yanaşır,
onun son onilliklər ərzində Avropada sülhü, sabitliyi və ardıcıl inkişafı təmin
etmiş olan fəaliyyətini yüksək qiymətləndirir. Hazırda dünyada kollektiv
təhlükəsizliyin real surətdə mövcud olan, strukturu kimi NATO demokratik
dəyərlərin müdafiəsini və bu dəyərlərin Şərqi Avropada və keçmiş SSRİ
ərazisində yaranmış yeni müstəqil dövlətlərdə yayılmasını təmin edir.
Biz NATO-ya gənc Azərbaycan dövlətinə Qərb dünyası ilə sıx və çoxtərəfli
qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dün-