MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə240/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   236   237   238   239   240   241   242   243   ...   256

____________Milli Kitabxana____________

566


GENERAL C.NAXÇIVANSKİ ADINA

İXTİSASLAŞDIRILMIŞ HƏRBİ MƏKTƏBDƏ

TƏNTƏNƏLİ MİTİNQDƏ ÇIXIŞ

49 il bundan qabaq dünyanın bütün mütərəqqi qüvvələri, sülhsevər

dövlətləri bəşəriyyəti böyük bəladan xilas etmiş, İkinci dünya müharibəsini sona

çatdırmış və dünyada sülh, əmin-amanlıq yaranmasının əsasını qoymuşlar. Bu

müharibədə, böyük qələbənin əldə olunmasında Azərbaycan xalqı da fəal iştirak

etmişdir...

22 il əvvəl bu məktəbin əsasının qoyulması Azərbaycan xalqı üçün böyük

hadisə olmuş və ötən müddət ərzində məktəb respublikamızın hərbi qüdrətinin

möhkəmləndirilməsində çox işlər görmüşdür...

Məni sevindirən budur ki, cəbhə bölgələrində olarkən, zabitlərlə görüşərkən

onların bir çoxunun bu məktəbdə təhsil aldığını hiss edirəm, görürəm. Onlar

mənə deyəndə ki, biz məktəbimizdə vaxtilə sizinlə görüşmüşük, tövsiyələrinizi

eşitmişik, - onda mən özümü daha xoşbəxt hiss edirəm.

Məktəbin 22 illik tarixi Azərbaycan Respublikasının həyatında şübhəsiz ki, öz

görkəmli yerini tutub. Ancaq bu məktəbi yaradarkən də, sonra onun

genişlənməsinə, maddi-texniki bazasının möhkəmlənməsinə, zabit və müəllim

kollektivinin yaranmasına çalışarkən də biz məhz respublikamızın gələcəyini

düşünürdük. Mən Azərbaycanın gələcəyinə qayğı göstərirdim. Məmnunam ki, bu

qayğılarımız, düşüncələrimiz yerinə düşüb. İndi, Azərbaycan müstəqillik

qazanandan sonra, respublikamız müharibə vəziyyətinə düşəndən sonra bu

məktəb bizim üçün daha çox əhəmiyyət kəsb edir.

Siz Azərbaycan Ordusunun gələcək zabitləri, təşkilatçılarısınız. Ona görə də

məktəbdə vaxtdan səmərəli istifadə etməli, yaxşı təhsil almalı, hazırlaşmalısınız.

Həm elmdə, bilikdə, həm fiziki hazırlıqda özünüzü elə göstərməlisiniz ki, ali

məktəbdə yaxşı oxuyasınız, yaxşı zabit olasınız. Azərbaycan Ordusunda xidmət

etməyə layiq olasınız. Bu gün hərbi peşəni mükəmməl öyrənməyin xalqımız,

respublikamız üçün əhəmiyyəti xüsusilə böyükdür. Ona görə də siz gənclərə

hərbi biliklərin sirlərinə dərindən bədəl olmağı, təhsildə, təlimdə uğurlar

qazanmağı arzulayıram.

Məktəbin yaranmasında, fəaliyyətində bir neçə nəsil gənçlərə təhsil verib ali

məktəblərə,

orduya göndərilməsində

xidmətləri

olan müəllim və zabit

kollektivinə öz təşəkkürümü bildirirəm. 9 May Qələbə bayramı münasibətilə

məktəbin bütün kollektivini təbrik edirəm, sizə təhsildə, təlimdə, şəxsi

həyatınızda müvəffəqiyyətlər arzulayıram və əmin olduğumu bildirirəm ki,

Azərbaycan Ordusunun gözəl gələcəyi var, bu ordu daha da möhkəmlənəcək,

yüksələcək, müstəqil Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qoruyacaq,

respublikanın hərbi qüdrətini yüksəklərə qaldıracaqdır.




____________Milli Kitabxana____________

567


AZƏRBAYCANIN XALQ ARTİSTİ

HACIBABA AĞARZA OĞLU BAĞIROVA

Hörmətli Hacıbaba Bağırov!

Sizi - xalqımızın sevimli sənətkar oğlunu, görkəmli gülüş ustasını -

ömrünüzün 60-cı ildönümü münasibətilə ürəkdən təbrik edir və sizə səmimi

arzularımı bildirirəm.

Azərbaycan səhnəsində və kinosunda yaratdığınız zəngin komik obrazlar

qalereyası sizə şöhrət gətirməklə yanaşı, milli mədəniyyətimizin inkişafında da

müəyyən rol oynamışdır. Yaratdığınız, bədii rəhbəri və direktoru olduğunuz

"Tənqid-təbliq" teatrı Azərbaycanımızın bu ağır günlərində xalqın mənəvi

həyatında özünəməxsus yer tutmuşdur.

Əziz sənətkarımız! İnanıram ki, bundan sonra da ecazkar sənətiniz düşmənlə

üz-üzə vuruşan igidlərimizin, fədakar

əməkçilərimizin ümid və inam

istinadgahına çevriləcək, bütün Azərbaycan xalqına nikbinlik aşılayacaq,

dövlətimizin işıqlı sabahına sədaqətlə xidmət edəcəkdir. Bu yolla sizə möhkəm

cansağlığı, yeni yaradıcılıq axtarışları və sənət uğurları diləyirəm.



HEYDƏR ƏLİYEV

13 may 1994-cü il


____________Milli Kitabxana____________

568


PREZİDENT SARAYINDA ƏHALİNİN SOSİAL

MÜDAFİƏSİNİ GÜCLƏNDİRMƏK VƏ

İQTİSADİYYATIN MALİYYƏ

VƏZİYYƏTİNİN SABİTLƏŞMƏSİNİ TƏMİN

ETMƏK TƏDBİRLƏRİNƏ HƏSR OLUNMUŞ

MÜŞAVİRƏDƏ GİRİŞ SÖZÜ

20 may 1994-cü il

Biz respublikanın sosial-iqtisadi məsələləri ilə daim məşğul oluruq.

Doğrudur, vaxtımızın çox hissəsi müharibə ilə əlaqədar məsələlərə həsr olunur.

Buna görə də sosial-iqtisadi məsələlərin həlli bəzən ləngiyir. Bəzən də bu o

səbəbdən irəli gəlir ki, verilən tapşırıqlar vaxtlı-vaxtında yerinə yetirilmir. Bütun

bunlara baxmayaraq, həmin məsələlərə mütəmadi diqqət yetirdiyimiz məlumdur.

Bu, respublikanın indiki vəziyyətində əsas məsələ kimi daim diqqət

mərkəzindədir. Həmin işlərlə bundan sonra da ciddi məşğul olacağıq. Hesab

edirik ki, bu, respublikamızın müstəqilliyini möhkəmləndirmək və əhalinin rifah

halını get-gedə yaxşılaşdırmaq üçün strateji xətdir, yoldur. Bu yol sərbəst bazar

iqtisadiyyatı, sərbəstləşdirmə proseslərinin davam etdirilməsi, sahibkarlığa,

təşəbbüskarlığa geniş imkanlar yaradılması yoludur. Həmin tədbirlərin hamısı ilk

növbədə əhalinin, xalqın mənafeyinə xidmət edir. Ona görə də bazar iqtisadiyyatı

prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol

hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial

vəziyyətinin yaxşılaşdırılmasına yonəltməliyik.

Bu baxımdan son vaxtlar bir neçə tədbir hazırlanıbdır. Onları qəbul

etməmişdən öncə bu gün mən istədim ki, buraya toplaşan vəzifəli şəxslərin,

maliyyə, bank sahəsində çalışan adamların, iqtisadiyyat üzrə alimlərin iştirakı ilə

həmin tədbirləri qabaqcadan müzakirə edək.



YEKUN SÖZÜ

Bu tərkibdə müşavirəni keçirməkdə məqsədim bütün sahələrin

nümayəndələrinin fikrini öyrənmək və təqdim edilmiş layihənin nə qədər əsaslı

və bu gün üçün nə qədər yararlı olduğunu müəyyənləşdirmək, yoxlamaqdır.

Burada geniş fikir mübadiləsi aparıldı, hərə öz rəyini sərbəst söylədi. Sözün düzü,

bu ağır şəraitimizdən çıxmaq üçün, inflyasiyanı cilovlamaq üçün, ölkənin

maliyyə vəziyyətini düzəltmək üçün, istehsalın səviyyəsinin aşağı düşməsini heç

olmasa dayandırmaq üçün və bütün bunların nəticəsi olaraq əhalinin güzəranının

pisləşməsinin qarşısını almaq üçün burada, təəssüf ki, konkret təkliflər ala

bilmədim.

Respublikada sosial-iqtisadi vəziyyət həqiqətən ağırdır, çə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə