____________Milli Kitabxana____________
571
vəzçilikdə də, çayçılıqda da, üzümçülükdə də, tütünçülükdə də dönüş yaradılmalı
idi. Üstəlik, biz kənd təsərrüfatına dair geniş bir müşavirə keçirdik, mühüm
məsələləri müzakirə etdik. Bundan sonra çiyid səpini ərəfəsində yenə də geniş bir
müşavirə keçirdik, pambığın lazımi səviyyədə əkilib-becərilməsi məsələlərini
müzakirə etdik.
Bütün bunlarla daim məşğul olmaq lazımdır. Bu işlərlə Kənd Təsərrüfatı
Nazirliyi, Nazirlər Kabinetinin kənd təsərrüfatı strukturları ciddi məşğul
olmalıdırlar. Təəssüf ki, Prezident Aparatında kənd təsərrüfatı ilə məşğul olan
struktur yoxdur. Bəlkə buna ehtiyac da yoxdur. Çünki Nazirlər Kabineti Prezident
Aparatının, daha doğrusu, prezident strukturunun bir hissəsidir. Nazirlər Kabineti
prezidentin icra orqanının bir hissəsi olduğuna görə məsələlərin Nazirlər
Kabinetində həll edilməsi nəzərdə tutulur. Bunu izah etməyə ehtiyac yoxdur.
Amma bu gün mən bunu bir daha tələb etməli oluram.
Bizim həm sənaye, həm də kənd təsərrüfatı sahəsində imkanlarımız
böyükdür. Lakin Nazirlər Kabineti bu məsələlərlə layiqincə, hər gün məşğul
olmur. Bunu ona görə tam əsasla deyirəm ki, bildiyiniz kimi, keçmişdə bu
məsələlərə illərlə vaxt sərf etmişəm. O dövrü, o quruluşu indi pisləmək də olar,
tənqid etmək də. Amma o dövrlərdə ciddi tələbkarlıq vardı, hansı sənaye
müəssisəsinin nə iş gördüyü, həftə ərzində nə qədər məhsul buraxdığı, nə qədər
gəlir gətirdiyi, sürətin necə olduğu barədə hesabat verilirdi. Kənd təsərrüfatında
əkinin, səpinin, suvarmanın, becərmənin necə getdiyi, məhsulun necə yığıldığı
barədə məlumat gəlirdi. Lakin indi bu məsələlərlə heç kəs məşğul olmur, işlər
başlıbaşına buraxılmışdır.
Burada kimsə dedi ki, dövlət aparatı çox şişirdilib. Doğrudan da belədir.
Nəhəng bir dövlət aparatı var. Nazirliklərin hər birində o qədər adam var ki,
onların sayı-hesabı yoxdur. Hamısının avtomaşını da, sürücüsü də var, bir sözlə,
hər şeyləri var. Yadımdadır, hələ o vaxtlar, sosializm quruluşu illərində, mənim
dövrümdə, yəni 15 il ərzində dövlət aparatında strukturların və işçilərin ixtisarı,
minik maşınlarının sayının azaldılması, ümumiyyətlə, dövlət aparatının
saxlanmasına ayrılan vəsaitə qənaət olunması haqqında neçə dəfə xüsusi qərarlar
qəbul edilmişdır.
Baxmayaraq ki, o vaxtlar indiki kimi nə aclıq, nə də kasadlıq yox idi, hər şey
çatırdı, camaat korluq çəkmirdi, yaxşı yaşayırdı, amma iqtisadiyyat hər bir işlə
ciddi məşğul olmağı tələb edirdi, İqtisadiyyatda qənaətcilliyin təmin olunması
üçün qərarlar çıxarılırdı. Ancaq indi hər şeyi başlı-başına buraxmışıq. Hansı
nazirlik özünə nə qədər istəyirsə, ştat düzəllir, kiçicik bir müəssisə özünə ştatlar
açır. Halbuki bütün bunlara dövlət büdcəsindən vəsait ayrılır. Hələ onların bir
çoxuna avtomaşın, sürücülər də ayrılır. O vaxtlar, sosializm dövründə isə təkcə
nazirin fərdi maşını və sürücüsü olurdu.
Doğrudur, indi zaman o zaman deyildir, biz o quruluşdan imtina etmişik, yeni
quruluşda yaşayırıq. Amma bu quruluşda da ola bilməz ki, hamının avtomobili
olsun, sürücüsü olsun, hamı qapı-
____________Milli Kitabxana____________
572
sında qulluqçu saxlasın. Bəziləri hətta özlərinə şəxsi mühafizəçilər saxlayırlar.
Mən bilmirəm, bunlar hansı vəsaitə, kimin hesabınadır. Hətta bəziləri yanlarında
silahlı adamlar gəzdirirlər. Bəs bunu hansı pulla, hansı vəsaitlə saxlayırlar? Bunu
bir adam yoxlamır, bununla bir adam məşğul olmur.
İndi biz sərbəstlik vermişik, demokratiya yaratmışıq. Bütün bunlar göz
qabağındadır, lazımi tədbirlərdir və biz onları bundan sonra da həyata
keçirəcəyik. Amma bu o demək deyil ki, kim nə istəyirsə, onu da edə bilər.
Bunların heç birinə yol verilməməlidir, indən sonra da yol verilməyəcəkdir! Bunu
bilmək lazımdır.
Lakin İqtisadiyyatımızı nizamlamaq, maliyyə vəziyyətimizi düzəltmək üçün
həm sənayedə, həm də kənd təsərrüfatında istehsalla, eləcə də bütün sosial
sahələrdə ciddi məşğul olmaq lazımdır. Məsələn, akademik Nadirov çıxış edərək
dedi ki, müalicə ocaqlarına girəndən çıxanadək pul vermək lazımdır. Bu nə
deməkdir? Səhiyyədə heç belə şey olar? İndi yadıma gəlir ki, biz belə hallara
qarşı o vaxtlar - 10 il 15 il bundan qabaq da mübarizə aparırdıq. Çalışırdıq ki, bu
mənfi halların kökü kəsilsin. Hərçənd onda vəziyyət indiki kimi deyildi.
Xatirimdədir, rüşvətxorluq üstündə bir neçə tibb işçisi cəzalandırılmışdı. Amma
indi rüşvətxorluq dəhşətli hal almışdır. Bina dövlətin, aparatlar dövlətin, dava-
dərman dövlətindir, müalicənin xərclərini dövlət çəkir. Amma di gəl ki, camaatı
soyurlar, pul kimlərinsə cibinə gedir. Bunlar yaramaz hallardır. Buna nəzarət
etmək lazımdır. Deməli, Səhiyyə Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır.
Başqa nazirliklər də kənarda qalmamalıdır.
Odur ki, Nazirlər Kabinetinin bütün strukturları bu işlərlə ciddi məşğul
olmalıdır və bizim Prezident Aparatında da müvafiq strukturlar belə məsələlərə
lazımınca nəzarət etməlidirlər.
Bir daha fikrimi bildirmək istəyirəm. Baxmayaraq ki, son illərdə
Azərbaycanın iqtisadiyyatına zərbələr vurulub, iqtisadi potensial xeyli dağıdılıb,
ancaq mövcud istehsal fondlarından, sənaye və kənd təsərrüfatı, məişət xidməti,
ticarət sahəsində və başqa sahələrdəki əsas fondlardan səmərəli istifadə etmək
lazımdır. Axı onların hamısını dövlət xalqın vəsaiti hesabına yaratmışdır. Bu,
əsas yoldur və hesab edirəm ki, biz burada denüş yarada bilsək, iqtisadiyyatı
indiki vəziyyətdən çıxarmaq üçün müəyyən qədər şərait təmin etmiş olarıq.
Eyni zamanda biz nəyin bahasına olursa-olsun iqtisadi islahatları həyata
keçirməliyik. İqtisadi islahatlarımız ləngiyir. Düzdür, burada belə bir fikir
söylədilər ki, biz gərək bu məsələləri əvvəlcə inzibati amirlik yolu ilə həll
edəydik, sonra isə iqtisadi islahatlara keçəydik. Bilirsinizmi, bu proses təxminən
1985-ci ildən gedir: bir tərəfdən, iqtisadiyyata sərbəstlik vermək, islahatlar
aparmaq, ikinci tərəfdən isə inzibatiamirlik prinsiplərini saxlamaq prosesi həmin
ildən başlanmışdır. İndi artıq 1994-cü ildir və bir ildən sonra həmin prosesin on
ili tamam olacaqdır. Lakin o öz nəticəsini vermədi. Yəni bir tərəfdən
iqtisadiyyata sərbəstlik vermək, islahatlar keçirmək və eyni zamanda