MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə244/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   240   241   242   243   244   245   246   247   ...   256

____________Milli Kitabxana____________

575


pulsuz istifadə edir. Düzdür, bu məsələyə fərmanda toxunulmur. İndi burada

təklif verirlər ki, ictimai nəqliyyatdan pulsuz istifadə olunması ləğv edilsin. Odur

ki, bu məsələni dəqiqləşdirmək, qısa müddətdə həyata keçirmək lazımdır. Yəni

hamı bir olmalıdır, kimə hansı güzəştlər nəzərdə tutularsa, bu güzəştlər

kompensasiya yolu ilə verilməlidir.

Müşavirənin axırında bir fikri də hamınıza çatdırmaq istəyirəm. Gəlin, sözdən

işə keçək, hərə öz sahəsində ciddi işlə məşğul olsun. Bilmək lazımdır ki, indi

respublikamız müstəqil dövlətdir və bütün problemlərimizi ancaq özümüz həll

etməliyik. Bu günümüzlə və gələçəyimizlə bağlı bütün problemlərin həlli hər bir

vəzifəli şəxsin həm yüksək səviyyədə fəaliyyətindən, həm təşəbbüskarlığından,

həm işgüzarlığından, həm də işə sədaqətindən asılıdır. Buna görə də sizin

hamınızdan tələb edirəm ki, hər kəs öz vəzifəsində işinə məsuliyyətlə yanaşsın və

üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışsın. Sağ olun!



____________Milli Kitabxana____________

576


QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ

XALQA TƏBRİK

Rəhmli, mərhəmətli Allahın alı ilə!

Allah-təalanın dinimizi tamamlayıb mükəmməl etdiyi, İslamı bir din kimi

bizim üçün bəyənib seçdiyi bu əziz gündə bütün müsəlman baçı və qardaşlarımızı

ürəkdən təbrik edir, onlara cansağlığı və xoşbəxt həyat arzulayıram.

Hamımız üçün müqəddəs olan Qurban bayramı günlərində ən ümdə arzu və

diləklərimiz doğma Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən sui-qəsdlərin

dəf olunması, ölkəmizdə sülhün, əminamanlığın bərqərar olması, xalqın sosial-

iqtisadi sıxıntılar məngənəsindən xilas olaraq asudə və firavan həyata

qovuşmasıdır. Mən əminəm ki, bu arzular Allahın mərhəməti və köməyi,

xalqımızın qeyrəti və zəhməti sayəsində yaxın gələcəkdə həyata keçəcəkdir.

Azərbaycan xalqının böyük qəhrəmanlıq salnaməsi, əzmkarlıq və müdrikliklə

zəngin ulu tarixi bu inam üçün möhkəm zəmindir.

Mübarək Qurban bayramı adətən insanlar arasında umu-küsülərin, kin-

küdurətin aradan qaldırılması, yaxınların yad olunması, çəmiyyətdə mehribanlıq

və qardaşlıq tellərinin möhkəmləndirilməsi üçün ən gözəl münasibət olmuşdur.

Qoy bu ilki mübarək Qurban bayramı da müstəqil Azərbaycanımızın tərəqqisi

naminə milli həmrəyliyin daha da möhkəmləndirilməsi işinə xidmət etsin!



HEYDƏR ƏLİYEV

20 may 1994-cü il


____________Milli Kitabxana____________

577


QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ

BAKI ZƏHMƏTKEŞLƏRİ İLƏ GÖRÜŞLƏR

BİBİHEYBƏT ZİYARƏTGAHINA

TOPLAŞANLAR QARŞISINDA ÇIXIŞ

21 may 1994-cü il

Əziz qardaşlar, bacılar, hörmətli həmvətənlər. Bu gün burada - Azərbaycan

xalqının, müsəlman aləminin müqəddəs yerində, Bibiheybət pirində sizi bütün

müsəlmanların əziz bayramı olan Qurban bayramı münasibətilə təbrik edir,

hamınıza cansaqlığı, xoşbəxtlik arzu edirəm. Bu bayramı Azərbaycan xalqı ağır

vəziyyətdə keçirir.

Xalqımız təcavüzkarlar tərəfindən müharibəyə cəlb

olunmuşdur. Qəhrəman oğullarımız torpaqlarımızı qorumaq uğrunda şəhid

olurlar. Biz doğma torpaqlarımızı müdafiə edəcək, Azərbaycanın

ərazi


bütövlüyünü təmin edəcək, milli, dini ənənələrimizin hamısını bərpa edəcəyik.

Xalqımız bundan sonra ulu babalarının yolu ilə, həzrəti Məhəmməd peyğəmbərin

qoyduğu yol ilə gedəcək və xoşbəxt gələcəyə çatacaqdır.

Azərbaycan xalqı bu çətinliklərin hamısına dözür və güman edirəm ki,

bundan sonra da dözəcəkdir. İndi biz burada 700 il öncə yaranmış müqəddəs

ocağın önündəyik. Xalqımız bu yeri unutmayıb, çünki bu yer müqəddəsdir.

Azərbaycan xalqı öz tarixinə, milli ənənələrinə, ulu babalarının qoyduğu yola

sadiq qalıb. Tam əmin ola bilərsiniz ki, bundan sonrakı yolumuz daha uğurlu,

işıqlı, qələbəli olacaqdır.

Burada Bibiheybət məscidinin, müqəddəs yerin bərpa olunması haqqında

təkliflər irəli sürülür. Bunlar çox düzgün və doğru təkliflərdir. Mən bunları qəbul

edirəm və sizi əmin edirəm ki, bu təkliflərin həyata keçirilməsi üçün lazımi

tədbirlər görüləcəkdir.

700 il bundan qabaqkı tarixi abidənin, müqəddəs ocağın dağıdılması bu gün

bizim qarşımıza onun bərpası məsələsini qoyur. Lakin bərpa üçün vaxt lazımdır.

Ancaq əmin ola bilərsiniz ki, bütün imkanlardan istifadə ediləcək, nəinki bu

müqəddəs yeri, həm də Azərbaycan xalqının tarixini, milli, dini ənənələrini əks

etdirən bütün abidələr, ocaqlar, müqəddəs yerlər bərpa olunacaqdır. Bunu biz

sizinlə birgə edəcəyik. Bizim görə bilmədiyimiz işləri gələcək nəsillər,

davamçılarımız yerinə yetirəcəklər. Buna heç şübhəniz olmasın. Əmin olun ki,

biz birləşib müstəqilliyimizi, torpaqlarımızı qoruyacaq, həm də xalqımızın

yaratdığı tarixi abidələri, ənənələri yaşadacağıq. Sizi bu bayram münasibətilə bir

daha təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik, səadət arzulayıram. Sağ olun!



____________Milli Kitabxana____________

578


ZUĞULBADAKI PANSİONATDA

MÜVƏQQƏTİ MƏSKUNLAŞAN QAÇQINLARLA

GÖRÜŞDƏ ÇIXIŞ

Əziz baçılar və qardaşlar! Əziz həmvətənlərimiz! Əziz şuşalılar, xocalılar,

laçınlılar, Azərbaycanın gözəl diyarı Qarabağ torpağının sakinləri, o torpaqda

yaşamış, böyümüş soydaşlarımız! Hamınızı və sizin simanızda bu gün, bu

müqəddəs gündə bütün Azərbaycan

xalqını, Azərbaycan vətəndaşlarını

xalqımızın böyük bayramı - Qurban bayramı münasibətilə təbrik edirəm,

hamınıza səadət və xoşbəxtlik arzulayıram.

Qurban bayramı islam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır.

Bu bayramı dünyada bütün müsəlmanlar qeyd edirlər.

İndi biz milli

ənənələrimizi, adətlərimizi, dinimizi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan

xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahibidir. Ulu babalardan, həzrəti

Məhəmməd peyğəmbərdən qalmış müqəddəs kitabımız Qurani-Kərim tərəfindən

tövsiyə olunmuş Qurban bayramını bu gün azad və sərbəst şəraitdə qeyd edirik və

beləliklə Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də

öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk.

Bayram insanlara həmişə şadlıq, xoş əhval-ruhiyyə gətirir. Ançaq indi

xalqımız böyük dərd içərisindədir. Azərbaycan altı ildir ki, Ermənistan tərəfindən

hərbi təcavüzə məruz qalaraq, torpaqlarını müdafiə edərək müharibə vəziyyətində

və ağır şəraitdə yaşayır. Bu dövrdə Azərbaycan xalqının bir çox övladları,

qəhrəman, cəsur oğulları torpağımızı müdafiə edərək şəhid olmuşlar.

Burada Şuşadan, Laçından, Xocalıdan qaçqın düşmüş soydaşlarımız -

bacılarımız, qardaşlarımız, övladlarımız məskunlaşıblar. Bu, xalqımızın ağır

şəraitdə yaşadığını göstərir. Ancaq xalqımız nikbindir, başını heç vaxt aşağı

tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib. Ona görə də bu ağır

gündə, bəlalı gündə də biz adət-ənənələrimizi unutmuruq, Qurban bayramını

qeyd edirik. Şübhəsiz ki, bayramı istədiyimiz kimi, bolluq, əmin-amanlıq

şəraitində keçirməyə imkanımız yoxdur. Bunu hamı başa düşür. Ançaq hər

birimizin qəlbində dərdlə, qəmlə yanaşı, bayram əhval-ruhiyyəsi, bayram sevinci,

nikbinliyi də vardır. Ona görə də mən Qurban bayramı günündə məhz buraya,

sizin yanınıza gəlmişəm. Sizinlə, bəlkə də Azərbaycanda ən çox dərd-qəm içində

olan insanlarla görüşə gəlmişəm.

Yenə də deyirəm, siz çox əzab-əziyyət çəkmisiniz. İki ildir ki, doğma el-

obanızdan, yerinizdən-yuvanızdan didərgin düşmüsünüz. Ata-babalarınızdan

qalmış ev-eşiyinizi, var-yoxunuzu itirmisiniz. Mən bilirəm, içərinizdə elə ailə

tapılmaz ki, şəhidi, itkisi olmasın. Hamı dərd içindədir. Vətənini, xalqını sevən

hər



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə