____________Milli Kitabxana____________
583
İran bizim yaxın qonşumuzdur. Orada milyonlarla azərbaycanlı yaşayır.
Tarixən, əsrlər boyu bizim çox yaxın əlaqələrimiz olmuşdur. Ançaq son dövrdə
elə siyasət aparırdılar ki, guya İran bizim düşmənimizdir. Bunun nəticəsində də
İranla münasibətlərimiz pozulmuşdu. Biz bu münasibətləri də qaydaya saldıq.
İran prezidenti ağayi Haşimi-Rəfsəncani Azərbaycana rəsmi səfər etdi, bir neçə
müqavilə imzaladıq. İndi İranla həm iqtisadi, həm mədəni, həm də insani
əlaqələrimiz çox yaxşı səviyyədə inkişaf edir.
Eyni zamanda biz dünyanın böyük dövlətləri ilə əlaqələrimizi inkişaf
etdirməyə çalışmışıq. Amerika Birləşmiş Ştatları böyük dövlətdir və dünya
siyasətinə onun güclü təsiri var. ABŞ-la Azərbaycan arasında münasibətlər də
çox soyuq idi. Biz bunu aradan qaldırırıq və zənnimcə, bu, yaxşı səmərə verir.
Təsəvvür edin, 1992-ci ilin sentyabrında ABŞ konqresi Azərbaycan haqqında
ədalətsiz bir qərar qəbul etmişdi. Bu, Azərbaycan Respublikasının o vaxtkı
rəhbərlərinin ağılsız siyasətinin, bəlkə də fəaliyyətsizliyinin nəticəsi idi. Həmin
qərar ondan ibarətdir ki, guya Azərbaycan Ermənistanı blokada vəziyyətində
saxladığına görə Azadlığı dəstəkləmək haqqında akt"ın 907-ci bəndinə əsasən
Azərbaycana humanitar yardım göstərilməsi qadağan olunmuşdur. Konqresin
həmin qərarı Azərbaycan ilə ABŞ arasında böyük bir uçurum yaratmışdı. Əgər
Azərbaycanı idarə edən və indi də oradaburada özlərini böyük siyasətçi kimi
qələmə verən adamların ağılları var idisə, Rusiya ilə, İranla, Amerika Birləşmiş
Ştatları ilə münasibətlər nə üçün pisləşdi, ABŞ konqresi nə üçün belə bir qərar
qəbul etdi?
Biz ABŞ-la münasibətləri qaydaya salmaq üçün də fəaliyyət göstəririk.
Amerika Birləşmiş Ştatlarının nümayəndələri bir neçə dəfə Azərbaycana
gəlmişlər, mənim onlarla görüşlərim olmuşdur. Biz başqa vasitələrlə də onlarla
əlaqə saxlayırıq. Sizə deyə bilərəm ki, bir ay əvvəl Amerika prezidenti cənab Bill
Klinton mənə məktub göndərmişdi. Həmin məktubda Amerikanın Azərbaycana
münasibətində müsbətə doqru donüş olduğu hiss edilir. ABŞ prezidenti ilk dəfə
olaraq məktubunda yazır ki, o, Azərbaycana humanitar yardım göstərilməsinə
qadağa qoyulmasını ədalətsiz sayır və bildirir ki, Konqresin həmin qərarının ləğv
olunmasına çalışacaqdır. Belə hesab edirəm ki, bu, Azərbaycanın indiki
vəziyyətində ABŞ prezidenti tərəfindən atılmış çox təqdirəlayiq addımdır.
Nəhayət, mayın 17-də cənab Bill Klinton Qurban bayramı münasibətilə mənə
təbrik göndərmişdir. Bunun böyük mənası var. Birincisi, göründüyü kimi,
müsəlman bayramı, bizim dini bayramımız Amerika Birləşmiş Ştatlarında da
qiymətləndirilir. ABŞ prezidenti mənim şəxsimdə Azərbaycan xalqını bu bayram
münasibətilə təbrik edir. İkincisi isə, cənab Bill Klinton Dağlıq Qarabağ
probleminin sülh yolu ilə, xüsusən beynəlxalq təşkilat olan ATƏM xətti ilə həll
edilməsinə səy göstərilməsini bəyənir və bildirir ki, onun ölkəsi də bu sahədə
fəaliyyət göstərəcəkdir. Bu iki faktla bildirmək istəyirəm ki, deməli, ABŞ ilə
____________Milli Kitabxana____________
584
apardığımız danışıqlar da öz müsbət nəticəsini verir. Mayın 15-də Amerikanın
mötəbər bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. Biz onlarla çox səmərəli
danışıqlar apardıq.
Sizə məlum olduğu kimi, Fransa prezidenti cənab Fransua Mitteranın dəvəti
ilə mən bu ölkəyə rəsmi səfərə getmişdim. Böyük Britaniyanın baş naziri cənab
Con Meycorun dəvəti ilə İngiltərədə oldum. Çin Xalq Respublikasının sədri
Szyan Szeminin rəsmi dəvəti ilə bu ölkəyə səfərə getdim. Həmin səfərlər zamanı
çox faydalı işlər görüldü.
Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: ABŞ,
Rusiya, İngiltərə, Fransa və Çin. Mən Rusiya prezidenti cənab Boris Yeltsinlə
dəfələrlə görüşmüşəm. Digər dörd dövlətin başçıları ilə görüşlərimizin böyük
əhəmiyyəti var. Müstəqil Azərbaycan dövləti həmin ölkələrlə mühüm
müqavilələr bağlamışdır. Təsəvvür edin, yeni müstəqil dövlət olan Azərbaycan
Respublikası dünya siyasətində aparıcı rol
oynayan dövlətlərlə yaxın
münasibətlər yaratmışdır. Bütün bunlar bir tərəfdən Azərbaycanı beynəlxalq
aləmdə tanıdır, - təəssüf ki, bu sahədə hələ çatışmazlıqlarımız var, - digər
tərəfdən beynəlxalq miqyasda Azərbaycanın mövqeyini möhkəmləndirir,
beləliklə, ölkəmizin bu ağır vəziyyətdən çıxması üçün şərait yaradır.
Ancaq bizim xarici siyasətimiz təkcə bu dediklərimdən ibarət deyil və bu gün
mən həmin məsələdən ətraflı danışmaq istəmirəm. Bunları deməklə niyyətim
odur ki, xarici siyasətimizin əsas məqsədi Ermənistanla gedən müharibəyə sülh
yolu ilə son qoymaqdır. Bunun üçün biz bir tərəfdən müdafiə qüvvələrimizi
möhkəmləndirir, digər tərəfdən bütün başqa kanallardan istifadə edirik. Ayrı-ayrı
dövlətlərlə, məsələn, Rusiya, ABŞ, Türkiyə ilə danışıqlar aparırıq. Eyni zamanda
BMT-nin Təhlükəsizlik Şurası, ATƏM ilə çox sıx əlaqə saxlayırıq. Azərbaycan
Respublikasına rəhbərlik etdiyim vaxtdan bəri Ermənistan - Azərbaycan
müharibəsinə sülh yolu ilə son qoyulması üçün ATƏM-in fəaliyyətinə çox
yüksək qiymət verirəm. Ona görə də biz bu təşkilatla daim əməkdaşlıq edirik.
Bildiyiniz kimi, ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupu var və ona
doqquz dövlət daxildir. mən Minsk qrupunun rəhbərləri əvvəlcə Mario Raffaelli,
indi isə cənab Yan Eliasson ilə həmişə əlaqə saxlamışam. Son vaxtlar cənab Yan
Eliassonla və onunla birlikdə Azərbaycana gəlmiş nümayəndə heyəti ilə dəfələrlə
görüşmüşəm. Azərbaycanın mövqeyini izah etmək üçün saatlarla, bəlkə də
günlərlə vaxt sərf etmişəm. Münaqişənin aradan qaldırılmasında ATƏM-in əsas
rol oynamasına daim çalışmışam və indi də çalışıram. Cənab Yan Eliassonun
Azərbaycana sonuncu səfəri zamanı apardığımız danışıqlarda belə nəticəyə
gəlmişdik ki, atəşin dayandırılması üçün ATƏM təşəbbüs göstərsin, sonra isə
müharibəyə son qoyulmasından ötrü yenə də ATƏM çərçivəsində tədbirlər
görülsün.
Şübhəsiz ki, Yan Eliasson eyni zamanda Ermənistanla da əməkdaşlıq edir,
onun mövqeyini öyrənir. Rusiya ilə də danışıqlar aparır. Son danışıqlarımız
zamanı Yan Eliasson bildirmiş-