____________Milli Kitabxana____________
569
tindir. Əhalinin çox hissəsi kasıblıq şəraitində yaşayır. Ərzaq, istehlak mallarının
qıtlığı və kommersiya yolu ilə gətirilən məhsulların da çox baha olması vəziyyəti
olduqca ağırlaşdırır. Nəzərə almaq lazımdır ki, respublikamızda bir milyondan
artıq qaçqın var, onların əksəriyyəti işsizdir, ev-eşikləri yoxdur, bir çoxları isə
çadırlarda yaşayır. Onların əmək fəaliyyətindən uzaqlaşması, məskunlaşdıqları
şəhər və qəsəbələrdə, kənd və obalarla həm sənaye, həm də kənd təsərrüfatı
məhsulları istehsalından məhrum edilməsi və eyni zamanda, bayaq dediyim kimi,
əksəriyyətinin də işsiz qalması respublikanın iqtisadi, maliyyə vəziyyətini daha
da ağırlaşdırır.
Nəzərə alsaq ki, ərazilərimizin 20 faizi işğal altındadır və buna görə də həmin
yerlərdən, xüsusən də kənd təsərrüfatı üçün yararlı və məhsuldar torpaqlardan
istifadə edə bilmirik, onda görərik ki, bütün bunlar maddi və maliyyə
vəziyyətimizə necə ağır təsir göstərir. Lakin bununla yanaşı, İqtisadiyyatın
tənəzzülü, əhalinin güzəranının pisləşməsi son illərdə gedən proseslərin təbii
nəticəsidir. Bu proseslər
iqtisadiyyatımızın dağılmasına, respublikamızın
iqtisadiyyatında təşəkkül tapmış ahəngdar, sahmanlı vəziyyətin pozulmasına,
istehsal sahələrimizin çoxunla fəaliyyətin dayanmasına gətirib çıxarmışdır. Bir
tərəfdən bu proseslər, digər tərəfdən isə müharibə şəraitində olmağımız,
müharibəyə çox böyük vəsait yönəldilməsi, habelə əhalinin bir qisminin orduya
cəlb edilməsi
iqtisadiyyata güclü zərər vurur,
şübhəsiz ki, insanların
dolanacağının aşağı səviyyəyə düşməsinə səbəb olur.
Ancaq bütün bunlar o demək deyildir ki, çıxılmaz vəziyyətə düşmüşük,
vəziyyət dözülməzdir. Yox. Elə düşünməyin ki, mən özümüzə təsəlli vermək
istəyirəm. Gəlin unutmayaq ki, keçmiş Sovet İttifaqının digər respublikalarında,
heç müharibə getməyən, yaxud daxili münaqişələr olmayan respublikalarda da
vəziyyət bizdəkindən əsla yaxşı deyildir. Bir daha qeyd edirəm: bu, bizə təsəlli
üçün heç də əsas vermir. Bunu deməkdə məqsədim odur ki, hər şey aydın olsun.
Bu, keçmiş SSRİ ərazisində gedən ümumi bir prosesdir. Bəzi bölgələrlə vəziyyət
digər yerlərdə olduğuna nisbətən yaxşıdır, bəzilərində pisdir. Azərbaycan
Respublikasının müharibə şəraitində olması, iqtisadiyyatımızın pozulması,
bərbad hala düşməsi ilə bağlı digər proseslər öz təsirini göstərir və bizi bu
vəziyyətə gətirib çıxarmışdır.
Bildiyiniz kimi, biz bu məsələlərlə ciddi məşğul oluruq, bir neçə tədbir həyata
keçirmişik. Mən bir neçə fərman vermişəm. Lakin bunlar vəziyyəti hələ ki,
yüngülləşdirmir. Belə bir vəziyyətdən çıxmaq üçün, şübhəsiz, birinci növbədə
Azərbaycan iqtisadiyyatının bütün imkanlarından, iqtisadi potensialımızdan
tamamilə istifadə etməliyik. Təxminən 10 il bundan öncə Azərbaycanın çox
böyük iqtisadi potensialı vardı. Sənaye, kənd təsərrüfatı, sosial, inşaat sahəsində
geniş potensiallara malik idik. Təəssüflər olsun ki, o potensial son illər günbəgün,
aybaay dağıdılmışdır. Yeni bir şey isə yaradılmır. Məsələn, deyə bilərikmi ki, son
bir neçə ildə yeni bir istehsal sahəsi yaradılmışdır,
____________Milli Kitabxana____________
570
yeni bir zavod və ya fabrik tikilmişdir, yeni bir istehsal mənbəyi açılmışlır?
Yaxud kənd təsərrüfatı sahəsində əlavə məhsul götürmək üçün yeni torpaq
sahələri yararlı hala salınmış və istifadayə verilmişdir? Yox, bütün bunlar
olmayıb. Əksinə, olanlar da batıb getmişdir. Bu həqiqətdir və bizi ağır
vəziyyətə salmışdır.
Ona görə də biz bu vəziyyətdən çıxmaq üçün ayrı-ayrı tədbirlər görməklə,
ayrı-ayrı addımlar atmaqla yanaşı, - şübhəsiz ki, bunlar zərurətdən irəli gələn
işlərlir, - gərək çalışaq ki, bütün sahələrdə məhsul buraxılsın, bütün iqtisadi
potensialımızdan lazımınca istifadə edilsin. Bu məsələlərə xüsusi fikir verməli,
bundan ötrü təsirli tədbirlər görməliyik.
İqtisadi potensialımız elə dağılmış vəziyyətlə də güclüdür. Odur ki, bundan
səmərəli istifadə etmək lazımdır. Doğrulur, iqtisadi əlaqələr qırıldığına, iqtisadi
inteqrasiya pozulduğuna görə indi bir çox müəssisələrin, istehsal sahələrinin
əvvəlki tək işləməsi mümkün deyildir. Lakin bu o demək deyil ki, əl-qolumuzu
yanımıza salaq, oturub fikirləşək ki, haradansa nəsə gətiriləcək, hansısa bir
forman verməklə nə isə bir iş görüləcək və bununla da hər şey düzələcək. Yox,
belə ola bilməz.
Məsələn, götürək sənaye sahəsini. Açığını deyim, bizdə sənaye istehsalı ilə
məşğul olmurlar. Mən bilmirəm, bəzi nazirliklərimiz nə ilə məşğuldur. Sözlərim
eləcə də birliklərə, Dövlət Neft Şirkətinə aiddir. Onların nümayənlələri də
buradadır. Bizim böyük kimya kompleksimiz, nəhəng maşınqayırma
kompleksimiz, başqa sənaye sahələrimiz var. Zənnimçə, bu sahələrlə ciddi
məşğul olsaydıq, indi çox məsələləri həll etmiş olardıq. İstehsalı artırmaq bir
yana, heç olmasa onun aşağı düşməsi sürətini azaldaq, bu prosesin qarşısını alaq.
Amma burada dedilər ki, birinci rübdə istehsalın səviyyəsi təxminən 25 faiz aşağı
düşmüşlür. Keçən ili götürsək, görərik ki, onda da istehsal bu qədər geriləmişdir.
İndi daha 25 faiz aşağı düşmək, görün, nə deməkdir.
Buna görə də hesab edirəm ki, Nazirlər Kabineti bu işlərlə ciddi məşğul
olmalıdır. Amma mən əməli, konkret bir iş həyata keçirildiyini görmürəm.
Yaxud, götürək kənd təsərrüfatı sahəsini. Düzdür, ərazimizin bir hissəsi işğal
olunub, torpaqlar əldən gedib. Lakin ərazimizin çox hissəsində torpaq da həmin
torpaqdır, şükürlər olsun ki, su da var, iqlim də dəyişməyib, - həmin iqlimdir. Ola
bilsin ki, kənd təsərrüfatında yüksək məhsullarlıq üçün bəzi texnika çatışmır.
Ancaq biz bu sahədə də tədbirlər gördük, texnika, mineral kübrələr alınması üçün
təqribən 10-12 min ton pambıq ayırdıq. Gərək ki, bu əməliyyat nəticəsində 17
milyard rubl məbləğində vəsait əldə etdik. Deməli, çatışmayan nə vardısa,
hamısını alıb gətirmək olardı.
Şübhəsiz, bunlar kənd təsərrüfatımızın tələbatını əvvəlki səviyyədə ödəyə
bilməyəcək. Buna baxmayaraq, vəziyyəti az-çox yaxşılaşdırmaq üçün şərait
yaratdıq. Odur ki, kənd təsərrüfatının bütün sahələrində - pambıqçılıqla da,
taxılçılıqla da, tərə-