MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə220/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   216   217   218   219   220   221   222   223   ...   256

____________Milli Kitabxana____________

519


Dağlıq Qarabağın əhalisindən olan, həm də Ermənistanın bölgələrindən gələn

əsgərlərin əksəriyyətini buraya məcburi gətirirlər. Məsələn, bu günlərdə

Goranboy rayonunda əsir düşmüş erməni döyüşçü ifadə vermişdir ki, orada

əsgərlərin əksəriyyəti həbsxanadan, azad olunmuş adamlardır. Bu məhbuslara

orada deyiblər ki, gedin, əgər qarşınızda duran vəzifələri yerinə yetirsəniz, sizin

cinayətləriniz bağışlanacaqdır.

Yerevandan, Leninakandan, Eçmiədzindən, Ermənistanın başqa bölgələrindən

gələn şəxslər də onların buraya məcburi olaraq göndərildiklərini bildirirlər.

Ancaq indi mən Dağlıq Qarabağla yaşayan ermənilərə - Azərbaycan

vətəndaşlarına xüsusi olaraq müraciət edirəm. Altı ildir ki, siz də bəla

içərisindəsiniz, əzab-əziyyətdəsiniz, nə qədər itkilər vermisiniz. Sizin də

evləriniz, kəndləriniz dağılıb, yaşayışınız həddindən artıq çətinləşibdir. Sizə nə

lazımdır? Bu döyüşlərdə siz də tələf olursunuz, itkilər verirsiniz. Nəyə nail

olmusunuz? Altı ildir ki, təcavüzkar, millətçi dairələr sizi - Azərbaycan

vətəndaşlarını, Dağlıq Qarabağ sakinlərini mənasız müharibəyə cəlb ediblər. Siz

də, Dağlıq Qarabağda yaşamış azərbaycanlılar da, ətraf rayonlarla yaşamış və bu

gün də yaşayan azərbaycanlılar da on illərlə dostluq, mehribanlıq şəraitində

yaşamısınız. Siz, Dağlıq Qarabağda məskunlaşmış ermənilər 160 ildən artıqdır ki,

orada yaşayırsınız. Bu müddətdə baş vermiş bəzi iğtişaşları kənara qoysaq, siz

azərbaycanlılarla daim dostluq, mehribanlıq şəraitində yaşamısınız. nə üçün belə

yaşayış sizin üçün münasib olmadı? Siz nə üçün bu müharibəyə, qan

tökülməsinə, bu tələfatlara, dağıntılara üstünlük verldiniz? Nə üçün? Ayılın, bilin

ki, bu müharibənin mənası yoxdur. Təcavüzkar dairələr öz niyyətlərinə,

məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan Respublikası öz torpaqlarını

heç vəchlə əldən verməyəcəkdir. Hələ ki, kec deyil, ziyanın yarısından da

qayıtmaq xeyirdir. Bu müharibədən əl çəkin. Bilin ki, biz sizi Azərbaycan

vətəndaşları kimi gələcəkdə də qoruyacağıq. Sizin hüquqlarınız qorunacaqdır.

Sizə əminamanlıq vəziyyətində yaşamaq üçün lazımi şəraiti yaradacağıq.

Mən eyni zamanda Ermənistai Respublikasının vətəndaşlarına, erməni

xalqına, Ermənistanın rəhbərlərinə, prezident Levon Ter-Petrosyana,

Ermənistanda fəaliyyət göstərən siyasi partiyalara, onların başçılarına müraciət

edirəm və bildirmək istəyirəm ki, bu təcavüzkar siyasətin mənası yoxdur! Siz

bundan əl çəkin! Sübut etməyə ehtiyac yoxdur ki, bu müharibə Ermənistanın

təcavüzkar, millətçi dairələri tərəfindən başlanıblır və Ermənistan xalqına heç bir

xeyir gətirməyibdir. Ermənistan

xalqı da, Ermənistan Resiublikasının

vətəndaşları da altı ildir ki, əzab-əziyyət içərisindədirlər. Bunlar nəyə lazımdır?

mən Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanla dünən də, bu

gün də telefonla danışmağa cəhd göstərdim. Ancaq danışmaq mümkün olmadı.

Ona görə də televiziya vasitəsilə müraciət edirəm. Mən onu və Ermənistanın

bütün rəhbərlərini öz xalqları qarşısında məsuliyyətə dəvət edirəm. Elə son

döyüşlərlə Ermənistan silahlı  qüvvələrinin bir neçə yüz əsgəri həlak olub, yara-




____________Milli Kitabxana____________

520


lanıb. Ermənistanın təcavüzkar dairələri, bu müharibəni davam etdirən dairələr

həlak olmuş vətəndaşları qarşısında cavabdehdirlər. Onlar bu qanı tökürlər, ancaq

bunun sonu yoxdur.

Mən tam səmimiyyətlə deyirəm ki, biz müharibəyə son qoymaq, bütün

imkanlardan istifadə edib danışıqlar aparmaq istəyirik. Ancaq bir şərtlə - erməni

təcavüzkarları, silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidirlər,

respublikamızın

ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin

olunmalıdır. Mən bu son üç günün nəticələrini təhlil edərək bir daha bəyan

edirəm ki, biz sülh mövqeyində dururuq. Ona görə yox ki, bu təcavüzlər, bu

hücumlar bizi qorxudur, yox. Ona görə ki, biz qan tökülməsinin tərəfdarı deyilik.

Dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən

təcavüzə məruz qalmışdır. Dünyaya məlumdur ki, torpaqlarımızın yüzdə iyirmi

faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ona görə də biz ədalətli

döyüşlər aparırıq, öz torpaqlarımızı, öz vətəndaşlarımızı, öz Vətənimizi

qoruyuruq. Mən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər

Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət edirəm. Təhlükəsizlik

Şurasının daimi üzvləri - Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın,

Rusiyanın, Çinin rəhbərlərinə müraciət edirəm və bəyan edirəm ki, onlar

Ermənistan Respublikasının təcavüzkarlığının qarşısını almaq üçün təsirli

tədbirlər görməlidirlər. Biz Rusiyanın vasitəçilik təşəbbüsünü qəbul etmişik, bu

təşəbbüsdən faydalanmağa çalışmışıq. Ancaq neçə aydır danışıqlar getsə də,

təəssüf ki, bir nəticə əldə olunmayıb.

Güman edirəm ki, Rusiya kimi böyük bir dövlət - həm Azərbaycanla, həm də

Ermənistanla yaxın dostluq əlaqələri olan, dünya miqyasında böyük təsirə malik,

Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlət bu bölgədə öz rolunu

oynamalıdır.

Mən ATƏM təşkilatına, Minsk qrupunun üzvlərinə müraciət edirəm, onları

daha çox fəallıq göstərməyə dəvət edirəm. Azərbaycanla qonşu olan dövlətlərə -

Türkiyə Cümhuriyyətinə, İran İslam Cümhuriyyətinə, Gürcüstan Respublikasına

müraciət edirəm. Hesab edirəm ki, onlar həm Azərbaycan ilə, həm də Ermənistan

ilə qonşu olduqlarına görə bu münaqişədən kənarda qalmamalıdırlar, bu

müharibəyə son qoymaq üçün öz imkanlarından daha yaxşı istifadə etməlidirlər.

Bir məsələni də nəzərə çatdırmaq istəyirəm ki, erməni silahlı qüvvələrinin son

üç gündə Azərbaycan torpağına, hərbi hissələrimizin mövqelərinə hücumları heç

də təsadüfi baş verməmişdir. Təxminən bir ay bundan öncə ATƏM-in Minsk

qrupunun yeni başçısı Yan Eliasson böyük bir heyətlə Azərbaycanda,

Ermənistanda olmuş, danışıqlar aparmış, Minsk qrupunun fəaliyyətinin daha da

güclənməsi haqqında bizə məlumatlar vermişdir.

Aprelin 11-də, yəni dünən Praqa şəhərində Minsk qrupunun Dağlıq Qarabağ

problemi ilə əlaqədar iclası başlanmışdır. Məhz bu günlərdə, həmin iclasda

Azərbaycan və Ermənistan nüma-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə