MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə215/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   211   212   213   214   215   216   217   218   ...   256

____________Milli Kitabxana____________

506


Biz ordunun qurulması, təşkil olunması, hərbi hissələrin yerləşdirilməsi,

əsgərlərimizin, zabitlərimizin hərbi işin incəliklərinə dərindən yiyələnməsi üçün

yaxşı əsas yaratmalıyıq.

Azərbaycan xalqı öz ordusuna böyük hörmət və ehtiramla yanaşır. Mən də

Ali Baş Komandan kimi orduya daim qayğı və diqqət göstərmək tələbini irəli

sürürəm. Bundan sonra da belə edəcəyəm. Ancaq siz, orduda xidmət edən əsgər

və zabitlər xalqımızın diqqətinə, qayğısına layiq olmalısınız. Bu o deməkdir ki,

siz gərək sədaqətlə xidmət edəsiniz, hərbi peşənin bütün sirlərini mənimsəyəsiniz,

hər bir döyüşdə qalib gələ biləsiniz  cəsarətiniz, iradənizlə, həm də hərbi

biliyinizlə. Bunun üçün sizə tapşırılan yerlərin müdafiəsində möhkəm dayanmalı,

həm də vaxtı itirmədən təlim, hazırlıq işləri aparmalı, silahı öyrənməli, peşənizin

bütün incəliklərinə yiyələnməlisiniz ki, döyüşlərlə qalib gələsiniz.

İndi, siz buraya yaxınlaşarkən gözəl bir mahnı oxuyurdunuz. Qoy o mahnı da

sizi ruhlandırsın. Xalqımızın zəngin adət-ənənələri, qədim tarixi, mədəniyyəti,

böyük keçmişi və ondan da gözəl gələcəyi sizi ruhlandırsın, vətənpərvərliyinizi,

döyüş ruhunuzu daha da artırsın. Siz böyük məsuliyyət daşıyırsınız. Mən istərdim

ki, həmişə bu məsuliyyətin yüksək zirvəsində olasınız. Bir daha sizə cansağlığı

arzu edirəm, döyüşlərdə qəhrəmanlıq, uğurlar diləyirəm və hər birinizi

Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirəm.



____________Milli Kitabxana____________

507


BƏRDƏ RAYONUNDA İCTİMAİYYƏTİN

NÜMAYƏNDƏLƏRİ QARŞISINDA ÇIXIŞ

Əziz bacılar və qardaşlar, əziz həmvətənlər! Sizi burada, Bərdə şəhərinin

mərkəzi meydanında görməkdən çox məmnunam. Hiss etmişəm ki, siz mənimlə

görüşmək istəmisiniz. Mən də həmişə arzu etmişəm ki, hər bir Azərbaycan

vətəndaşı ilə, o cümlədən bərdəlilərlə, Qarabağ torpağının sakinləri ilə görüşüm.

Ona görə də buraya toplaşdığınız üçün sizə təşəkkür edirəm. Sizi ürəkdən

salamlayır, hamınıza xoş arzularımı və səmimi duyğularımı çatdırıram.

Səfərimin məqsədi sizə məlumdur. Dünən də, bu gün də bölgədə Azərbaycan

Ordusunun hissələrində olmuşam. Əsgərlər və zabitlərlə görüşmüş, onların

vəziyyəti ilə tanış olmuşam. Bir sözlə, ordu quruculuğu sahəsində gördüyümüz

tədbirlərin həyata keçirilməsinə nəzarət etməyə çalışıram. Bununla əlaqədar bəzi

başqa hərbi hissələrə də getmək fikrindəyəm. Eyni zamanda burada olduğum

müddətdə yerli camaatla da görüşmək mənim üçün çox xoşdur və bundan çox

məmnunam.

Mən buraya gələn kimi bacı-qardaşlarımızdan bir neçəsi müraciət edərək

dərd-sərlərini bildirdi. Başa düşürəm ki, hər kəsin dərdi var. Dərdimiz böyükdür,

çünki respublikamız altı ildir ki, müharibə vəziyyətindədir, Ermənistan silahlı

qüvvələrinin hərbi təçavüzünə məruz qalmışdır. Torpaqlarımızın bir qismi işğal

olunmuş, bir milyondan artıq vətəndaşımız qaçqın və köçgün vəziyyətinə

düşmüşdür, ağır şəraitdə yaşayır. O cümlədən minlərlə adam burada, Bərdə

rayonunun ərazisində sığınacaq taparaq sizin himayəniz altındadır. Şəhidlər

vermişik. Mən cəbhə bölgələrində də, Ağcabədidə də, burada da şəhid ailələri ilə

rastlaşdım. Əziyyətimiz, dərdimiz çoxdur. Siz məni böyük hörmətlə, çox

hərarətlə qarşılayırsınız. Bu, onu göstərir ki, xalqımızın vəziyyəti nə qədər ağır

olsa da, həmişə nikbin əhval-ruhiyyə ilə yaşayır, gələcəyə ümidlə baxır. Sizin

məni belə gülərüzlə qarşılamağınız da bunu sübut edir. Sağ olun, hamınıza

təşəkkür edirəm.

Son illərdə Azərbaycan xalqının verdiyi şəhidləri bir daha yad edərək onların

qəhrəmanlığı, ruhu qarşısında baş əyir və sizi, bütün Azərbaycan xalqını əmin

edirəm ki, mən də, hər bir Azərbaycan vətəndaşı da şəhidlərin xatirəsini daim

qəlbimizdə yaşadacağıq. Allah şəhidlərə rəhmət eləsin, qəbirləri nurla dolsun.

Onların qanı yerdə qalmayacaqdır. Onların və  respublikamızın müdafiəsində

dayanmış əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız qorunur.

İşğal olunmuş orpaqlarımız da geri qaytarılacaq, Azərbaycan Respublikasının

ərazi bütövlüyü təmin ediləcəkdir.



____________Milli Kitabxana____________

508


Sizə deyə bilərəm ki, döyüşçülərimizlə, əsgər və zabitlərimizlə görüşlərim

mənə yaxşı təəssürat bağışlayır. Onlarda döyüş ruhu, vətənpərvərlik, torpağı

qorumaq

əhval-ruhiyyəsi yüksəkdir. Çoxları da hərbi peşənin sirlərinə



yiyələnmişdir. Gördüklərimə və komandirlərin mənə dediklərinə əsasən güman

edirəm ki, son aylarda olduğu kimi, torpaqlarımız bundan sonra da etibarlı

şəkildə müdafiə ediləcək, Azərbaycan Respublikasının bir qarış da olsun ərazisi

əldən getməyəcəkdir.

Lakin biz bununla kifayətlənə bilmərik. Nə qədər ki, torpaqlarımızın bir

hissəsi ermənilərin işğalı altındadır, bacı-qardaşlarımızın böyük bir qismi ev-

eşiklərindən, obalarından didərkin düşərək qaçqın vəziyyətində yaşayır, biz rahat

ola bilmərik. Hamımızın, bütün Azərbaycan xalqının yeganə vəzifəsi, borcu zəbt

edilmiş torpaqlarımızı geri qaytarmaq, işğalçıları

ərazimizdən çıxarmaq,

qaçqınları ev-eşiklərinə qaytarmaq, Azərbaycan Respublikasının

ərazi


bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməkdir.

Başqa vəzifələr də çoxdur. Respublikamız sosial-iqtisadi böhran içərisindədir.

Vətəndaşlarımızın əksəriyyəti ağır maddi şəraitdə yaşayır. Son illərdə sənayedə

və kənd təsərrüfatında istehsal aşağı düşmüşdür. Bunlar da bizi narahat edir.

Ancaq ən əsas vəzifə bütün çətinliklərə, məşəqqətlərə dözərək torpaqlarımızı

müdafiə etmək, işğal olunmuş torpaqları geri qaytarmaqla ərazi bütövlüyümüzü

təmin etməkdir. Bunun üçün ordumuza qayğı və diqqət göstərməli, kömək və

yardım etməliyik. Orduda xidmət edən övladlarımızın borcu isə həmin əsas

vəzifənin yerinə yetirilməsi üçün mərdliklə döyüşməkdir.

Hamımız çalışmalıyıq ki, torpaqlarımızın müdafiəsinin

möhkəmləndirilməsinə,

ordu quruculuğuna kömək edək,

ordunun döyüş

qabiliyyətini artıraq, fərariliyin qarşısını alaq. Bu, sizin də, bizim də birgə

vəzifəmizdir. Son vaxtlar orduda fərarilik artmışdır. Bu, dözülməz haldır.

Fərarilik edənlər xalq qarşısında, Vətən qarşısında xəyanət edirlər. Onlar

bilməlidirlər ki, bu, milli mənafeyimizə zərər vuran yoldur. Bizim bir yolumuz

var: birləşərək ordumuzu gücləndirək və hamımız əl-ələ verərək torpaqlarımızı

azad etməyə nail olaq.

Bu gün sizin qarşınızda çıxış edərkən bir məsədəyə də toxunmaq istəyirəm.

Müharibəni biz başlamamışıq. Bu müharibə Azərbaycan xalqına qarşı təcavüz

nəticəsində başlanmışdır. Biz onu sona çatdırmaq istəyirik. Çalışırıq ki, buna sülh

yolu ilə nail olaq, işğalçılar torpaqlarımızı tərk etsin və beləliklə də xalqımız

müharibə şəraitiidən çıxsın. Biz bu istiqamətdə siyasi, diplomatik tədbirlər

görmüşük və bundan sonra da görəcəyik. Bunu daha münasib yol sayırıq və bu

yolla getməyə çalışırıq. Ancaq erməni təcavüzkarları bu yoldan çəkinirlər. Onlar

zahirən sülh tərəfdarı olduqlarını bildirir, eyni zamanda hücumları davam

etdirirlər.

Sizə məlumdur ki, son vaxtlar aparılmış danışıqlar nəticəsində fevral ayında

Rusiya müdafiə nazirinin iştirakı ilə Azərbaycanın və Ermənistanın müdafiə

nazirləri atəşin dayan-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə