MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə216/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   212   213   214   215   216   217   218   219   ...   256

____________Milli Kitabxana____________

509


dırılması və sülh danışıqlarına başlanması haqqında saziş imzalamışlar. Ancaq

Ermənistan tərəfi bu sazişi pozdu. Martın əvvəlində ermənilər xüsusən Füzuli

rayonu ərazisində güclü hücuma keçdilər. Lakin onlar bir şeyə nail ola bilmədilər.

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri düşmənin hücumunu

mərdliklə dəf etdilər. Buna baxmayaraq, ermənilər yenə də öz çirkin əməllərindən

əl çəkmirlər. Mən hərbi hissələrdən birində olarkən ön xətdəki səngərə getmək

istəyirdim. Lakin zabitlərimiz məni ora buraxmayaraq dedilər ki, orada atışma

gedir. Bu bir daha onu sübut edir ki, biz atəşin dayandırılmasını, məsələnin sülh

yolu ilə başa çatdırılmasını istəsək də, Ermənistan tərəfi buna getmir.

Bununla belə, biz yenə sülhsevər siyasətimizi aparacaq və bütün imkanlardan

istifadə etməyə çalışacağıq. Bu bizim siyasi-diplomatik vəzifəmizdir. Ancaq

bununla yanaşı ordumuzun möhkəmləndirilməsi, onun gücünün artırılması,

xalqımızın bu işə kömək göstərməsi  əsas vəzifədir. Bu bizim nicatımızdır və

gələcəyimiz də bundan asılıdır. Ona görə də bir daha sizin hamınızı orduya daha

çox diqqət və qayğı göstərməyə, fərariliklə, ordunun daxilində təxribatçılıqla

mübarizə aparmağa çağırıram.

Biz  öz taleyimizin sahibiyik. Azərbaycan müstəqil dövlətdir. Bu, tarixi

hadisədir. Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub

saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal

olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil

Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də

orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır. Mən

sizi bu borcu yerinə yetirməyə dəvət edirəm.

Kənd təsərrüfatı işləri ilə də məşğul olmağımız sizə məlumdur. Martın

əvvəlində və sonunda Bakıda kənd təsərrüfatı ilə əlaqədar müşavirələr

keçirilmişdir. Bərdə rayonu Azərbaycanın kənd təsərrüfatında çox mühüm yer

tutur. Sizin rayonun münbit torpağı, böyük potensialı var. Bunlardan səmərəli

istifadə etmək lazımdır. Yaz tarla işlərinin aparılması, çiyid səpini, ümumiyyətlə,

kənd təsərrüfatı bitkilərinin becərilməsi həm bu günün, həm də gələcəyin

vəzifələridir. Dediyim kimi, böhran içərisindəyik. Sənaye və kənd təsərrüfatı

istehsalı xeyli aşağı düşmüşdür. Ancaq xalqımız yaşamalıdır. Bundan ötrü isə

istehsal, ilk növbədə kənd təsərrüfatı istehsalı artmalıdır. Əhalini yedirdib içirdən,

ərzaqla təmin edən kənd təsərrüfatı, kənd əhalisidir. Ona görə də siz öz

yaşayışınızı yaxşılaşdırmağa, rayonun, Azərbaycanın iqtisadiyyatını qaldırmağa,

respublikanı ərzaqla təmin etməyə çalışmalısınız. Mən sizi buna dəvət edirəm və

əminəm ki, bərdəlilər, Azərbaycanın bütün kənd təsərrüfatı zəhmətkeşləri bu il öz

sözlərini deyəcək, keçmişdəki ənənələri bərpa edəcəklər və bundan sonra

Azərbaycanda kənd təsərrüfatı istehsalı daim artacaq, yüksələcəkdir.

Ölkəmizin bu ağır dövründə xalqımız üçün milli həmrəylik, vətəndaş

həmrəyliyi lazımdır. Son beş-altı ildə Azərbaycan




____________Milli Kitabxana____________

510


xalqı bir çox sınaqlardan çıxmış, əzab-əziyyətlərdən keçmişdir. Bir tərəfdən

müharibə, sosial-iqtisadi böhran, digər tərəfdən isə respublikadakı ayrı-ayrı siyasi

qüvvələrin hakimiyyət uğrunda bir-biri ilə çəkişməsi son illərdə Azərbaycanın

daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirmişdir. İndi biz sabitliyə doğru

gedirik. Respublikada ümumən sabitlik bərqərar olmuşdur. Sabitlik hər bir

vətəndaşa lazımdır. Cinayətkarlığa, cürbəcür təxribatçılıq hallarına son

qoyulmalıdır. Bu ağır dövrdə xalqımız daha sıx birləşməli, əl-ələ verməli, daxili

sabitliyi möhkəmləndirərək xarici düşmənlərlə mübarizəni gücləndirməlidir.

Bildiyiniz kimi, son vaxtlar bu istiqamətdə xeyli iş görülür və bu, öz

nəticəsini verir. Bu iş gələcəkdə də davam etdiriləcəkdir. Güman edirəm ki,

bərdəlilər də, Qarabağ əhalisi də və bütünlükdə Azərbaycan xalqı da bu yolla

getməyi düzgün sayır. Sizin hamınızı milli həmrəyliyə, vətəndaş həmrəyliyinə

kömək etməyə çağırıram. Güman edirəm ki, biz belə həmrəyliyə nail olacağıq.

Sizin hamınıza daha da dözümlü olmağı məsləhət görürəm. Xalqımız əsrlər boyu

çox imtahandan, çox sınaqdan çıxmışdır. Bu, xalqımızın dözümlülüyü,

çətinliklərdən səriştə ilə çıxa bilməsi sayəsində mümkün olmuşdur. Xalqımızı

böyük gələcək gözləyir. Güman edirəm ki, biz sizinlə birlikdə həmin gələcəyi,

gözəl həyatı da, tərəqqi edən müstəqil Azərbaycan dövlətini də görəcəyik. Ona

görə də sizi bir daha dözümlü, dəyanətli olmağa çağırıram. Şübhə etmirəm ki, biz

birləşərək bütün çətinlikləri aradan qaldıracaq və gələcəyə doğru inamla

gedəcəyik. Sağ olun, xoşbəxt olun!



____________Milli Kitabxana____________

511


BƏRDƏ RAYONUNDA BİR SIRA ŞƏHƏR

VƏ RAYONLARIN İCRA HAKİMİYYƏTİ

BAŞÇILARININ VƏ ƏLAQƏDAR

TƏŞKİLATLARIN RƏHBƏRLƏRİNİN İŞTİRAKI

İLƏ KEÇİRİLMİŞ MÜŞAVİRƏDƏ ÇIXIŞ

Burada icra başçıları məlumat verdilər. Lakin mən bunlardan mənfi nəticə

çıxarıram. Hərə keçmiş qayda ilə hesabat verərək rəqəmlər sadaladı. Amma

ortada nəticə yoxdur. Mən qeyd etdim ki, hərbi xidmətə çağırış respublika üzrə

nəzərdə tutulmuş planın yarısı qədər yerinə yetirilmişdir. Bütün rayonlarda kəsir

var. Ona görə də mən sizə bu məsələ ilə çox ciddi məşğul olmağı tapşırıram.

Sizdən tələb edirəm, əgər bir neçə günədək bu sahədə dönüş yaranmasa, icra

başçıları, rayonların hərbi komissarları məsuliyyətə cəlb olunacaqlar. Ordumuzu

qurmaq, möhkəmləndirmək üçün gənclərimiz hərbi xidmətə çağırılmalıdır.

Bunsuz ordu ola bilməz. Çıxış edənlərə bir daha bildirirəm ki, onların

məlumatlarını qənaətbəxş saymıram. Bu, çıxış etməyənlərə də aiddir, çünki,

yəqin, onlar da bu səpkidə danışacaqlar. Güman edirəm ki, yaxın günlərdə sizin

işlərinizin nəticəsi bəlli olacaq və mən bu barədə məlumat alacağam.

Fərariliklə mübarizəyə gəldikdə isə, ola bilər, Müdafiə Nazirliyi məlumatları

dəqiq vermir. Hər bir icra başçısının, hərbi komissarın, hər bir polis rəisinin və

başqa hüquq-mühafizə orqanları rəhbərlərinin borcu odur ki, onların rayonundan

hərbi xidmətə çağırılmış gənclər orduda qulluq etsin və fərarilik edənlər hərbi

hissəyə qaytarılsın, yaxud cəzalandırılsın. Sizin konkret vəzifəniz bundan

ibarətdir. Prezidentin səlahiyyətli nümayəndəsi kimi hər bir rayon icra başçısı öz

rayonunun bu mühüm məsələləri üçün cavabdehdir. Elə hesab etməyin ki, ordunu

təşkil etmək kiminsə işidir, siz isə kənardan buna kömək göstərməlisiniz. Bu

əhval-ruhiyyəni bir kənara atın. Əgər biz düşmən təcavüzünün qarşısını almaq,

torpaqlarımızı layiqincə qorumaq və erməni silahlı qüvvələrinin ərazimizin qalan

hissəsinə soxulmasına bir daha yol verməmək istəyiriksə, eyni zamanda düşməni

geri oturtmaq, işğal olunmuş torpaqlarımızı azad etmək istəyiriksə, bu məsələ ilə

ciddi məşğul olmaq lazımdır. Mən sizi rayonlara təyin etmişəm və sizdən də

borcunuzu yerinə yetirməyi tələb edirəm. Əgər bacarmırsınızsa, istefa verin. Bir

daha təkrar edirəm, ordunun qurulması, möhkəmləndirilməsi hər bir vətəndaşın,

hər bir vəzifəli şəxsin borcudur. Bu, rayon rəhbərlərinin bir nömrəli vəzifəsidir və

bunu sizdən tələb edirəm.

Şübhəsiz ki, fərariliklə mübarizənin cürbəcür yolları var. Biz keçən ilin

noyabr-dekabr aylarında da tədbirlər gördük və fə-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə