MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə224/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   220   221   222   223   224   225   226   227   ...   256

____________Milli Kitabxana____________

529


həm də döyüş bölgələrini qoyub qaçanların  fərarilik hallarının artması ilə

bağlıdır.

Biz dəfələrlə demişik, aprelin 9-10-da Beyləqanda, Bərdədə keçirilən

müşavirələrlə də - oraya icra başçıları, hüquq mühafizə orqanlarının rəhbərləri,

rayon hərbi komissarları dəvət olunmuşdular - ciddi söhbətlərimiz oldu, ciddi

tapşırıqlar verdik ki, bu hallarla mübarizəni gücləndirmək lazımdır. İndi hərbi

hissələrin əsgərlərlə, zabitlərlə təmin edilməsi, ordumuzda nizam-intizamın tam

bərqərar olması, fərariliyin qarşısının alınması hamımız üçün, hər bir kəs üçün,

xüsusən vəzifəli şəxslər üçün əsas vəzifə, həlledici vəzifədir. İndi bundan əsas

vəzifə yoxdur. Çünki biz bunları həyata keçirə bilməsək, torpaqlarımızı müdafiə

edə bilməsək, qalan digər iqtisadi, siyasi tədbirlər, ayrı-ayrı adamların arzuları,

niyyətləri, cürbəcür iddiaları - bunların hamısı boşa çıxacaqdır. Çünki biz məğlub

olsaq, gəlib torpaqlarımızın qalan hissələrini də zəbt etsələr, ondan sonra kim

harada yaşayacaq - məlum deyil. Ona görə də dəfələrlə demişəm, təəssüf ki, bu

gün təkrar etməyə məcburam ki, ordumuzda intizamın gücləndirilməsi indi bizim

üçün əsas vəzifədir və əsas məsələdir.

Son günlər gedən proseslər, yəni cəbhədəki vəziyyət - aprelin 15-16-da, bu

gün səhərdən olan vəziyyət onu göstərir ki, bu sahədə biz hələ ki, dönüş yarada

bilməmişik. İndi biz ikinci bir mərhələdəyik. Bütün sülhsevər addımları

atmalıyıq, bütün vasitələrdən istifadə etməliyik. Müstəqil Dövlətlər Birliyinin

vasitəsindən istifadə etdik. Mən sizə deyirəm, əgər Müstəqil Dövlətlər Birliyi

aprelin 15-də bəyanat qəbul edibsə və bu bəyanatda göstərilirsə ki, Ermənistanın

və Azərbaycanın rəhbərləri atəşin dərhal dayandırılması barədə bəyanat qəbul

ediblər və atəş dərhal dayandırılacaq, - həmin o gecə, onun səhəri Ermənistanın

silahlı qüvvələri güclü atəşlə bizə hücum ediblərsə, demək bunlar da nəticə

vermir.


Rusiya prezidenti Boris Yeltsinlə mənim təkbətək söhbətimdə də, sonra

ümumi danışıqlarımızda da o, atəşin dayandırılmasına çox meyl göstərdi. O həm

Ermənistan prezidentinə, həm də mənə çox təkidlə dedi ki, atəşi dayandırın.

Boris Yeltsin dedi ki, əgər etiraz olmasa bəlkə o bizim regiona gələr -

Azərbaycanda da, Ermənistanda da olar və bu işin həllinə kömək edər. Belə

danışıqlardan sonra Ermənistan tərəfindən aprelin 15-16-da, elə bu gün də güclü

hücumların başlanması onu göstərir ki, erməni tərəfi üçün heç bir danışığın, heç

bir bəyanatın əhəmiyyəti yoxdur. Onlar öz təcavüzkar niyyətlərini, təcavüzkar

siyasətlərini davam etdirirlər.

Biz beynəlxalq təşkilatlara da müraciət etmişik. Mənim aprelin 12-dəki

müraciətim bizim kanallarla bütün beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər

Təşkilatına, BMT-nin Təhlükəsizlik Şurasına, ATƏM təşkilatına, bütün dövlət

başçılarının hamısına çatdırılıb. Lakin Ermənistan təcavüzkarları onların heç

birindən nəticə çıxarmırlar. Onlar öz təcavüzar qəsbkar siyasətlərini və bu

siyasətə əsaslanan əməllərini da-



____________Milli Kitabxana____________

530


vam etdirirlər. Belə bir şəraitdə, yenə də deyirəm, bizim üçün bir nömrəli, ümdə

vəzifə ancaq və ançaq ordumuzu qurmaq, bütün hərbi hissələrimizi canlı qüvvə

ilə təmin etmək, orduya kömək etmək, fərariliyin qarşısını almaqdır.

Müşavirəyə dəvət olunanların, burada iştirak edənlərin hamısı bu işə məsul

adamlardır. Ancaq burada oturanlardan kim əlini ürəyinin başına qoyub deyə

bilər ki, o, bu vəzifəsini layiqincə yerinə yetirir? Mən beləsini bu salonda tapa

bilmərəm, yoxdur. Hər kəs elə hesab edir ki, bu işi başqası etməlidir, ancaq o,

etsə də, etməsə də olar. Onda mən soruşuram: Bəs, biz Vətənimizi necə qoruyub

saxlayacağıq? Azərbaycan necə yaşayacaq? Ermənistanın təcavüzündən biz necə

xilas olacaq, xalqımızın müdafiəsini necə təmin edəcəyik?

Baxmayaraq ki, son vaxtlar bu barədə görüşlərimiz, danışıqlarımız çox olub,

ancaq onlar lazımi nəticələr vermədiyinə görə mən sizi buraya fövqəladə bir

vəziyyətdə dəvət etmişəm. Çox vaxt aparmağa da ehtiyac yoxdur. Bilmirəm kim

üçün necədir, amma bizim üçün hər bir dəqiqənin böyük əhəmiyyəti var. Ona

görə də burada konkret danışıqlar aparmalıyıq. Bu gün, sabah, bir neçə gün

ərzində nə etməliyik ki, tezliklə səfərbərlik artıtlaması ilə başa çatsın. Biz

ehtiyatdan əlavə qüvvələr toplayıb yeni hərbi hissələr yaratmalıyıq. Orduya başqa

köməklikləri etməliyik, cəbhə bölgələrində lazımi tədbirlər görməliyik.

Dünən gecə cəbhə bölgəsi ilə danışarkən mənə məlumat verdilər ki, Tərtərdə

Bərdə batalyonunun adamları qaçıb. Mən Bərdə rayon icra hakimiyyətinin

başçısını axtarıb tapmışam, soruşuram ki, sizin adamlar niyə qaçırlar? Axı Bərdə

ilə Tərtərin arası elə bir qısa məsafədir ki, sıçrayıb oraya düşmək olar. İcra başçısı

cavab verir ki, mən gedərəm, vəziyyəti düzəldərəm. Bir-iki saatdan sonra, gecə

xəbər verib ki, getdim, hər şeyi yerinə qoydum. Axı bu necə ola bilər, niyə gərək

bu adamlar qaçıb dağılsın ki, gecə o kəndə, bu kəndə düşüb qaçanları qaytarasan?

Həm də bu yeganə fakt deyil.

Görürsünüz, qəhrəmancasına döyüşənlər, şəhid olanlar haqqında, xüsusən

Şuşada Milli Qəhrəman adı almış Ağdamlı Fərhad Əsgərov haqqında dedim.

Azərbaycanın belə gözəl vətəndaşları olduğu kimi, xalqımızın adını ləkələyən,

onu hörmətdən salan, bugünkü vəziyyətimizi ağırlaşdıranlar da var.

Hesab edirəm ki, bu gün biz konkret tədbirlər haqqında danışmalıyıq. Ondan

sonra hər kəs tapşırıq alacaq və bu tapşırıq əsasında lazımi tədbirlər görülməlidir.



YEKUN SÖZÜ

Məsələ aydındır, ancaq vəzifələri bir daha dəqiqləşdirmək istərdim. Birincisi -

hərbi xidmətə çağırışla bağlı birinci rübün tapşırığı üç gün ərzində yerinə

yetirilməlidir. Bu vəzifə icra başçılarının üzərinə qoyulur. Onlarla yanaşı, hər

rayonda, hər şəhərdə hərbi komissar, polis rəisi, prokuror, Milli Təhlükəsizlik

İdarəsinin rəisi bütün məsələlərə, o cümlədən bu




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə