____________Milli Kitabxana____________
519
Dağlıq Qarabağın əhalisindən olan, həm də Ermənistanın bölgələrindən gələn
əsgərlərin əksəriyyətini buraya məcburi gətirirlər. Məsələn, bu günlərdə
Goranboy rayonunda əsir düşmüş erməni döyüşçü ifadə vermişdir ki, orada
əsgərlərin əksəriyyəti həbsxanadan, azad olunmuş adamlardır. Bu məhbuslara
orada deyiblər ki, gedin, əgər qarşınızda duran vəzifələri yerinə yetirsəniz, sizin
cinayətləriniz bağışlanacaqdır.
Yerevandan, Leninakandan, Eçmiədzindən, Ermənistanın başqa bölgələrindən
gələn şəxslər də onların buraya məcburi olaraq göndərildiklərini bildirirlər.
Ancaq indi mən Dağlıq Qarabağla yaşayan ermənilərə - Azərbaycan
vətəndaşlarına xüsusi olaraq müraciət edirəm. Altı ildir ki, siz də bəla
içərisindəsiniz, əzab-əziyyətdəsiniz, nə qədər itkilər vermisiniz. Sizin də
evləriniz, kəndləriniz dağılıb, yaşayışınız həddindən artıq çətinləşibdir. Sizə nə
lazımdır? Bu döyüşlərdə siz də tələf olursunuz, itkilər verirsiniz. Nəyə nail
olmusunuz? Altı ildir ki, təcavüzkar, millətçi dairələr sizi - Azərbaycan
vətəndaşlarını, Dağlıq Qarabağ sakinlərini mənasız müharibəyə cəlb ediblər. Siz
də, Dağlıq Qarabağda yaşamış azərbaycanlılar da, ətraf rayonlarla yaşamış və bu
gün də yaşayan azərbaycanlılar da on illərlə dostluq, mehribanlıq şəraitində
yaşamısınız. Siz, Dağlıq Qarabağda məskunlaşmış ermənilər 160 ildən artıqdır ki,
orada yaşayırsınız. Bu müddətdə baş vermiş bəzi iğtişaşları kənara qoysaq, siz
azərbaycanlılarla daim dostluq, mehribanlıq şəraitində yaşamısınız. nə üçün belə
yaşayış sizin üçün münasib olmadı? Siz nə üçün bu müharibəyə, qan
tökülməsinə, bu tələfatlara, dağıntılara üstünlük verldiniz? Nə üçün? Ayılın, bilin
ki, bu müharibənin mənası yoxdur. Təcavüzkar dairələr öz niyyətlərinə,
məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan Respublikası öz torpaqlarını
heç vəchlə əldən verməyəcəkdir. Hələ ki, kec deyil, ziyanın yarısından da
qayıtmaq xeyirdir. Bu müharibədən əl çəkin. Bilin ki, biz sizi Azərbaycan
vətəndaşları kimi gələcəkdə də qoruyacağıq. Sizin hüquqlarınız qorunacaqdır.
Sizə əminamanlıq vəziyyətində yaşamaq üçün lazımi şəraiti yaradacağıq.
Mən eyni zamanda Ermənistai Respublikasının vətəndaşlarına, erməni
xalqına, Ermənistanın rəhbərlərinə, prezident Levon Ter-Petrosyana,
Ermənistanda fəaliyyət göstərən siyasi partiyalara, onların başçılarına müraciət
edirəm və bildirmək istəyirəm ki, bu təcavüzkar siyasətin mənası yoxdur! Siz
bundan əl çəkin! Sübut etməyə ehtiyac yoxdur ki, bu müharibə Ermənistanın
təcavüzkar, millətçi dairələri tərəfindən başlanıblır və Ermənistan xalqına heç bir
xeyir gətirməyibdir. Ermənistan
xalqı da, Ermənistan Resiublikasının
vətəndaşları da altı ildir ki, əzab-əziyyət içərisindədirlər. Bunlar nəyə lazımdır?
mən Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanla dünən də, bu
gün də telefonla danışmağa cəhd göstərdim. Ancaq danışmaq mümkün olmadı.
Ona görə də televiziya vasitəsilə müraciət edirəm. Mən onu və Ermənistanın
bütün rəhbərlərini öz xalqları qarşısında məsuliyyətə dəvət edirəm. Elə son
döyüşlərlə Ermənistan silahlı qüvvələrinin bir neçə yüz əsgəri həlak olub, yara-
____________Milli Kitabxana____________
520
lanıb. Ermənistanın təcavüzkar dairələri, bu müharibəni davam
etdirən dairələr
həlak olmuş vətəndaşları qarşısında cavabdehdirlər. Onlar bu qanı tökürlər, ancaq
bunun sonu yoxdur.
Mən tam səmimiyyətlə deyirəm ki, biz müharibəyə son qoymaq, bütün
imkanlardan istifadə edib danışıqlar aparmaq istəyirik. Ancaq bir şərtlə - erməni
təcavüzkarları, silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidirlər,
respublikamızın
ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin
olunmalıdır. Mən bu son üç günün nəticələrini təhlil edərək bir daha bəyan
edirəm ki, biz sülh mövqeyində dururuq. Ona görə yox ki, bu təcavüzlər, bu
hücumlar bizi qorxudur, yox. Ona görə ki, biz qan tökülməsinin tərəfdarı deyilik.
Dünyaya məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən
təcavüzə məruz qalmışdır. Dünyaya məlumdur ki, torpaqlarımızın yüzdə iyirmi
faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ona görə də biz ədalətli
döyüşlər aparırıq, öz torpaqlarımızı, öz vətəndaşlarımızı, öz Vətənimizi
qoruyuruq. Mən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Birləşmiş Millətlər
Təşkilatına, BMT Təhlükəsizlik Şurasına müraciət edirəm. Təhlükəsizlik
Şurasının daimi üzvləri - Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın,
Rusiyanın, Çinin rəhbərlərinə müraciət edirəm və bəyan edirəm ki, onlar
Ermənistan Respublikasının təcavüzkarlığının qarşısını almaq üçün təsirli
tədbirlər görməlidirlər. Biz Rusiyanın vasitəçilik təşəbbüsünü qəbul etmişik, bu
təşəbbüsdən faydalanmağa çalışmışıq. Ancaq neçə aydır danışıqlar getsə də,
təəssüf ki, bir nəticə əldə olunmayıb.
Güman edirəm ki, Rusiya kimi böyük bir dövlət - həm Azərbaycanla, həm də
Ermənistanla yaxın dostluq əlaqələri olan, dünya miqyasında böyük təsirə malik,
Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlət bu bölgədə öz rolunu
oynamalıdır.
Mən ATƏM təşkilatına, Minsk qrupunun üzvlərinə müraciət edirəm, onları
daha çox fəallıq göstərməyə dəvət edirəm. Azərbaycanla qonşu olan dövlətlərə -
Türkiyə Cümhuriyyətinə, İran İslam Cümhuriyyətinə, Gürcüstan Respublikasına
müraciət edirəm. Hesab edirəm ki, onlar həm Azərbaycan ilə, həm də Ermənistan
ilə qonşu olduqlarına görə bu münaqişədən kənarda qalmamalıdırlar, bu
müharibəyə son qoymaq üçün öz imkanlarından daha yaxşı istifadə etməlidirlər.
Bir məsələni də nəzərə çatdırmaq istəyirəm ki, erməni silahlı qüvvələrinin son
üç gündə Azərbaycan torpağına, hərbi hissələrimizin mövqelərinə hücumları heç
də təsadüfi baş verməmişdir. Təxminən bir ay bundan öncə ATƏM-in Minsk
qrupunun yeni başçısı Yan Eliasson böyük bir heyətlə Azərbaycanda,
Ermənistanda olmuş, danışıqlar aparmış, Minsk qrupunun fəaliyyətinin daha da
güclənməsi haqqında bizə məlumatlar vermişdir.
Aprelin 11-də, yəni dünən Praqa şəhərində Minsk qrupunun Dağlıq Qarabağ
problemi ilə əlaqədar iclası başlanmışdır. Məhz bu günlərdə, həmin iclasda
Azərbaycan və Ermənistan nüma-