MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə222/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   218   219   220   221   222   223   224   225   ...   256

____________Milli Kitabxana____________

524


Qeyd etmək lazım gəlir ki, 1993-cü ilin dekabrında MDB dövlət başçılarının

Aşqabatda keçirilən iclasından sonra, o zaman mən Ermənistan prezidenti L.Ter-

Petrosyanla görüşmüşdüm, - Azərbaycan Respublikası barəsində Ermənistan

Respublikasının siyasətində müsbət dəyişikliklər olmamışdır. Ermənistan silahlı

qüvvələri Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalını və etnik

təmizləməni davam etdirməkdədirlər. Adamlar həlak olur, çadır şəhərciklərinə

sığınmış bir milyondan çox azərbaycanlı qaçqın hədsiz məhrumiyyətlərə və

məşəqqətlərə məruz qalır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan dünya birliyinin, o cümlədən

beynəlxalq təşkilatların və böyük dövlətlərin bütün vasitəçilik səylərində ən fəal

iştirak etmişdir. Buna misal olaraq, mənim Ermənistan prezidenti ilə apardığım

danışıqlardan əlavə, 1994-cü il fevralın 18-də Azərbaycan, Ermənistan və Rusiya

Federasiyası müdafiə nazirlərinin görüşünü, 1994-cü ilin martında ATƏM-in

Minsk qrupunun sədri Yan Eliassonun Azərbaycana və Ermənistana gəlməsini,

bu il martın 12-də Azərbaycan və Ermənistan parlamentləri başçılarının

görüşünü, Rusiya Federasiyası prezidentinin

xüsusi nümayəndəsi

V.N.Kazimirovla Bakıda və Moskvada aparılmış danışıqları, bu ilin martında

MDB Parlamentlərarası Məclisinin sülh məramlı qrupunun səfərini göstərmək

olar. Lakin qarşılıqlı surətdə məqbul güzəştli qərara gəlmək üçün Azərbaycanın

göstərdiyi bütün cəhdlər Ermənistanın zorakılıq mövqeyi ilə qarşılaşır.

Ermənistan Respublikası qəbul edilməsi əvvəlcədən mümkün olmayan şərtlər

irəli sürməklə hər cür əməli təklifə əngəl törədir. Onun irəli sürdüyü şərtlər

Azərbaycan ərazisində hərbi əməliyyat meydanı yaratmış Ermənistan

Respublikasının işğal etdiyi əraziləri Dağlıq Qarabağ üçün müstəqil dövlət

statusuna dəyişmək, yəni əslində Azərbaycan Respublikasını parçalamaq məqsədi

daşıyır.

Azərbaycan Respublikasının ədalətli mövqeyi işğal olunmuş bütün ərazilərin

azad edilməsinə və öz suverenliyinin bərpasına, qaçqınların və köçgünlərin daimi

yaşayış yerlərinə qaytarılmasına və Ermənistan Respublikasının təcavüzü

nəticələrinin aradan qaldırılmasına nail olmaq səyindən ibarətdir. Azərbaycan

müharibə istəmir və Ermənistanı suveren dövlətlərin qarşılıqlı münasibətlərinin

hamı tərəfindən qəbul edilmiş prinsipləri əsasında sülhə çağırır. Vətəndaş sülhünə

və həmrəyliyinə çalışan Azərbaycan hekuməti Dağlıq Qarabağ bölgəsinin erməni

sakinlərinin təhlükəsizliyinə və vətəndaş hüquqlarına təminat verməyə hazırdır,

bir şərtlə ki, onlar Azərbaycan Konstitusiyasına tabe olsunlar.

Bildiyiniz kimi, Aşqabatda Azərbaycan təklif etmişdi ki, birlik dövlətlərində

siyasi vəziyyəti sabitləşdirməyə və MDB üzvü olan dövlətlərdən hər birinin

suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı

surətdə tanınmasını və bunlara hörmət olunmasını təmin etməyə yönəldilmiş

ikitərəfli və çoxtərəfli sazişlər sistemi işlə-



____________Milli Kitabxana____________

525


nib hazırlansın. Mən bu barədə bir daha ona görə danışıram ki, həyat təsdiq edir:

Müstəqil Dövlətlər Birliyinin üzvlərindən birinin - Ermənistan Respublikasının

MDB-nin başqa bir üzvünə - Azərbaycan Respublikasına qarşı açıq təcavüz

etməsi kimi biabırçı fakta laqeydliklə yanaşılması yaşamaq qabiliyyətinə malik

beynəlxalq təşkilatın formalaşması, - biz hamımız birliyi belə görmək istərdik, -

perspektivlərinin əslində qarşısını alır.

Azərbaycan Respublikasına qarşı təcavüzü və onun nəticələrini aradan

qaldıran konkret qərarlar qəbul etmək məqsədilə sizi indiki görüşdə Ermənistan -

Azərbaycan münaqişəsi haqqında məsələni müzakirə etməyə çağırmaq istərdim.

Biz, dövlət başçılarına müraciət edərək bir daha təkidlə çağırırıq:

- Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzünə

siyasi qiymət verilsin;

- Ermənistan Respublikasından tələb edilsin ki, Azərbaycan Respublikasına

qarşı hərbi əməliyyatları dayandırsın və öz silahlı qüvvələrini suveren

Azərbaycanın ərazisindən dərhal, qeyd-şərtsiz və danışıqsız çıxartsın;

- Ermənistan Respublikasından yenidən hərbi əməliyyatlara başlamamaq

barədə qəti siyasi təminat tələb edilsin;

- MDB-nin digər üzvünə qarşı silahlı təcavüz edən MDB üzvü  Ermənistan

Respublikası barəsində sanksiyalar tətbiq olunsun.

Bundan sonra da lənglik və fəaliyyətsizlik göstərilməsi birliyin bütün

dövlətlərinə daha böyük bəlalar gətirə bilər.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının prezidenti

Moskva,

15 aprel 1994-cü il



____________Milli Kitabxana____________

526


PREZİDENT SARAYINDA AZƏRBAYCAN

ƏRAZİSİNƏ ERMƏNİSTAN SİLAHLI

QÜVVƏLƏRİNİN YENİ HÜCUMLARI

İLƏ ƏLAQƏDAR GÜCLÜ ORDU YARATMAQ

ÜÇÜN BÜTÜN QÜVVƏLƏRİN SƏFƏRBƏRLİYƏ

ALINMASI VƏZİFƏLƏRİNƏ HƏSR OLUNMUŞ

MÜŞAVİRƏDƏ GİRİŞ SÖZÜ

17 aprel 1994-cü il

Bu müşavirə fövqəladə xarakter daşıyır, respublikanın cəbhə bölgələrində

gedən döyüşlərlə əlaqədar lazımi tədbirlər görülməsi ilə bağlıdır. Bildiyiniz kimi,

son günlər, yəni aprelin 9-10-dan Ermənistan silahlı qüvvələri Azərbaycan

Respublikasının ərazisinə cəbhə bölgələrindəki mövqelərimizə təcavüzü, hərbi

hücumları gücləndirmişlər və bu həmlələr indiyə qədəm davam edir. Bu

hücumların dayandırılması və danışıqlar aparılması haqqında biz təkliflər irəli

sürmüşdük.

Sizə məlumdur ki, aprelin 12-də mən televiziya və radio ilə Azərbaycan

xalqına, eyni zamanda Ermənistanın rəhbərlərinə, erməni xalqına, Dağlıq

Qarabağda yaşayan, erməni millətindən olan Azərbaycan vətəndaşlarına, dünya

ictimaiyyətinə, Müstəqil Dövlətlər Birliyi ölkələrinin başçılarına, beynəlxalq

təşkilatlara müraciət etdim, yaranmış vəziyyət haqqında məlumat verdim. Bəyan

etdim ki, Azərbaycan Respublikası bu hücumların qarşısının alınmasını, sülh

danışıqları aparılmasını və lazımi saziş əldə olunmasını tələb edir.

Mənim bu bəyanatım, çağırışlarım ictimaiyyət tərəfindən ümumən müsbət

qəbul olundu və dünya ölkələri tərəfindən də müsbət qarşılandı, yaxşı əks-səda

doğurdu. Təəssüf ki, bütün bunlarla yanaşı, Ermənistan tərəfi, Ermənistan silahlı

qüvvələri öz iddialarını davam etdirirlər və vəziyyəti təhrif etməyə çalışırlar.

Onlar bu hücumların guya Azərbaycan tərəfindən olduğunu sübut etməyə cəhd

göstərirlər.

Nəhayət, bilirsiniz ki, aprelin 14-də və 15-də Moskvada Müstəqil Dövlətlər

Birliyi dövlət başçılarının görüşü olmuşdur. Mən Rusiya prezidenti Boris

Yeltsinlə görüşüb söhbət etdim, Rusiyanın baş naziri Viktor Çernomırdinlə,

xarici işlər naziri Andrey Kozırevlə söhbət etdim. Müstəqil dövlətlərin başçıları

ilə də söhbətlərimiz oldu. Ermənistan prezidenti Levon Ter-Petrosyanla da

danışıqlarımız oldu. Bunlarla yanaşı, aprelin 15-də mən Müstəqil Dövlətlər

Birliyinin iclasında rəsmi bəyanatla çıxış etdim. Bu bəyanat mətbuatda dərc

olunmuş, televiziya ilə yayılmışdır.

Mən bəyanatımda bildirdim ki, Müstəqil Dövlətlər Birliyi Azərbaycanla

Ermənistan arasında gedən müharibəyə biganə qala



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə