MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə218/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   214   215   216   217   218   219   220   221   ...   256

____________Milli Kitabxana____________

515


tanla Azərbaycan arasında sülh danışıqları aparılması haqqında protokol

imzalandı. Bu addımı biz ona görə etdik ki, məsələnin məhz sülh yolu ilə həll

olunmasına çalışmışıq və bu gün də çalışırıq. Həmin protokol əsasında martın 1-

dən Qarabağ bölgəsində, bütün cəbhə bölgələrində Azərbaycanla Ermənistan

arasında atəş dayandırılmalı, bundan sonra danışıqlar getməli Ermənistanın silahlı

qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməli idi. Danışıqlar

nəticəsində biz sonra yeni böyük müqaviləyə yaxınlaşmalı idik.

Lakin Ermənistan tərəfi bu sazişi də pozdu, martın 2-dən başlayaraq bizim

mövqelərə müntəzəm hücumlar etdi. Beləliklə, bu saziş də heç bir nəticə vermədi.

Martın 12-də Qazaxda Azərbaycan və Ermənistan respublikaları

parlamentlərinin sədrləri görüşərək danışıqlar apardılar. Biz ümid edirdik ki, bu

danışıqlar nəticə verəcəkdir. Ancaq Ermənistan tərəfi sonra bu danışıqlara riayət

etmədi, Azərbaycanın ərazisinə, ordumuzun mövqelərinə hücumları yenə də

davam etdirdi. Ermənistan silahlı qüvvələrinin bu hücumları demək olar ki, mart

ayının axırınadək davam etmişdir.

Ancaq mən böyük bir məmnuniyyətlə, qürur hissi ilə deyə bilərəm ki,

Azərbaycan ordusunun hissələri, bizim hərbi bölmələrimiz, döyüşçülərimiz bütün

bu hücumların qarşısını almışlar. Ermənistan silahlı qüvvələri böyük itkilər

vermiş və xüsusən ən çox hücum etdikləri Füzuli rayonunun ərazisində heç nəyə

nail olmadan geri çəkilməyə məcbur olmuşlar.

Bütün bunlara baxmayaraq, biz yenə də sülh danışıqları aparılmasının

tərəfdarı olmuşuq. Təxminən bir həftə bundan öncə Rusiya Xarici İşlər

Nazirliyinin nümayəndəsi, səlahiyyətli səfir, Rusiya prezidentinin nümayəndəsi

Vladimir Kazimirov Bakıda olmuş, bizimlə danışıqlar aparmış, bizə yeni bir saziş

layihəsi təqdim etmişdir. Biz bu layihəyə baxıb birgə müzakirə edəndən sonra

ona müəyyən təkliflərimizi verib, prinsip etibarilə belə bir sazişə imza atmağa

meylli olduğumuzu bildirmişik - şübhəsiz ki, bizim təkliflərimiz, şərtlərimiz

qəbul olunmaqla. Bundan sonra Vladimir Kazimirov Yerevanda olmalı, orada

danışıqlar aparmalı idi. Biz də bunun nəticələrini gözləyirdik.

Ancaq bunların hamısına baxmayaraq, son günlər Ermənistan silahlı

qüvvələri yenidən, bizim mövqelərə, Azərbaycanın

ərazisinə hücumlara

başlamışlar. Aprelin 10-da səhər tezdən Ermənistan silahlı birləşmələri böyük

qüvvə ilə Goranboy və Tərtər rayonlarının ərazilərində güclü hücumlar etmiş,

orada Gülüstan və Talış məntəqələrini ədə keçirməyə cəhd göstərmişlər. Qanlı

döyüşlər getmiş, Azərbaycan ordusunun hissələri onlara layiqli cavab vermişlər.

Hər iki tərəfdən itkilər olmuşdur. Erməni silahlı qüvvələri orada bir-iki

yüksəkliyi ələ keçirsələr də, öz məqsədlərinə nail ola bilməmişlər. Dünən də, bu

gün də həmin bölgədə döyüşlər gedir.

Dünən səhər tezdən Ermənistan hərbi hissələri Ağdərə və Ağdam

istiqamətlərində güclü hücuma keçmişlər. Onlar Ağdərə



____________Milli Kitabxana____________

516


bölgəsində Madagiz, Akop Kamari məntəqələrini ələ keçirməyə çalışmışlar.

Dünən ermənilər Ağdam rayonunun ərazisində üç dəfə güclü hücum etmişlər.

Hərbi hissələrimiz həmin istiqamətdə də erməni silahlı qüvvələrinə layiqli cavab

vermişlər. Gözlədiyimiz kimi, döyüşlər bu gün də davam etmiş, ermənilər yeni

qüvvə ilə həmin istiqamətlərdə, həmçinin Goranboy rayonu istiqamətində

hücumları davam etdirmişlər.

Beləliklə, Ermənistanın təcavüzü yeni mərhələyə keçmişdir. Görünür, erməni

silahlı qüvvələri atəşin dayandırılmasından istifadə edərək öz güclərini toplamış,

Ermənistanın hər tərəfindən (mən bunu qətiyyətlə deyə bilərəm) bu bölgəyə

qüvvələr gətirmişlər. Bu, bir daha göstərir ki, Ermənistan öz təcavüzkar

siyasətindən əl çəkmir, qəsbkarlıq niyyətlərini həyata keçirməyə, Azərbaycanın

yeni ərazilərini zəbt etməyə çalışır.

Azərbaycan vətəndaşlarına bildirmək istəyirəm ki, Milli Ordumuzun hissələri

bütün bu bölgələrdə qanlı döyüşlər apararaq düşmənə güclü müqavimət göstərir,

ona ağır zərbələr vurur, öz mövqelərini etibarlı müdafiə edirlər. Məsələn, dünən

Ağdam istiqamətində güclü hücumların qarşısı alınmışdır. Orada 21 döyüşçümüz

şəhid olmuş, 46 nəfər yaralanmışdır. Şəhid olanların 12 nəfəri Sumqayıt

batalyonunun şəxsi heyətindəndir. Batalyon komandiri, iki il cəbhədə vuruşan,

Ağdam rayonunun sakini Elmar Edilov dünən qəhrəmanlıqla həlak olmuşdur.

Batalyon komandirinin müavini ağır yaralanmışdır. Lakin bütün bunlar ordu

hissələrimizin iradəsini qırmamışdır və onlar bu gün də səhər tezdən Ermənistan

silahlı qüvvələrinin hücumlarına cavab verirlər. Ağdərə bölgəsində təxminən 23-

24 nəfər həlak olmuşdur. Goranboy bölgəsində də həlak olanlar, yaralananlar var.

Mən bu gün Azərbaycan vətəndaşları qarşısında çıxış edərkən son günlərdə

Vətəni qoruyaraq, torpaqlarımızın keşiyində dayanaraq, düşmənə layiqli cavab

verərək qəhrəmanlıqla həlak olmuş övladlarımızın igidliyi önündə baş əyir,

onların  Vətən yolunda şəhid olmuş Azərbaycan övladlarının hamısının ailələrinə

başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!

Son üç gün ərzində ordumuzun hərbi hissələri, qəhrəman döyüşçüləri

torpaqlarımıza qarşı yenidən hücuma başlamış, Ermənistan silahlı qüvvələrinə

böyük zərbələr vurmuşlar. Azərbaycan vətəndaşları bilməlidirlər ki, həmin

bölgələrdə Ermənistan silahlı qüvvələrinin itkiləri bizimkindən bir neçə dəfə artıq

olmuşdur. Bu, həm canlı qüvvəyə, həm də texnikaya aiddir. Məsələn, dünən

Ağdam istiqamətində gedən döyüşlərdə ermənilərin 4 tankı, bir neçə piyada

maşını, çoxlu canlı qüvvəsi məhv edilmişdir. Düşmən başqa bölgələrdə də çoxlu

itkilərə məruz qalmışdır. Düşmənin canlı qüvvə sarıdan verdiyi itkilər arasında

yüksək rütbəli zabitlər də vardır. Bu, bir daha göstərir ki, əsgər və zabitlərimiz

Vətən yolunda şəhid olsalar da, düşmənə güclü zərbələr vurmuşlar.

Televiziya studiyasına gedərkən cəbhə bölgələri ilə yenə də əlaqə

saxlamışam. Əsgərlərimiz, komandirlərimiz məni əmin et-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə