MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə226/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   222   223   224   225   226   227   228   229   ...   256

____________Milli Kitabxana____________

533


qətəlayiq haldır və belə hallar az deyildir. Ancaq biz bu barədə az danışırıq, çünki

ümumən vəziyyətimiz mənfi xarakter daşıyır. Prokurorluq, istintaq orqanları

göstərilən müddətdə hərbi hissələrə qayıtmayan fərariləri ciddi məsuliyyətə cəlb

etməlidirlər

Məsuliyyətə gəldikdə isə, bu barədə əvvəllər də söhbət getmişdir. Bəzən belə

olur: bir-iki ay istintaq gedir, sonra da bir ay icbari iş verirlər. Fərariyə də elə bu

lazımdır ki, aradan çıxsın. Bu, yolverilməzdir. Güman edirəm ki, həm

prokurorluq, həm də məhkəmə orqanları cinayət məcəlləsinin maddələrini dəqiq

və düzgün tətbiq edəcəklər və bu, ümumi vəziyyətimizin dəyişməsinə şərait

yaradacaqdır.

Hərbi komissarların işindən xüsusi danışmaq istəyirəm. Görürsünüz ki, mən

sadaladığım vəzifələri icra başçılarının, polis, prokurorluq, milli təhlükəsizlik

orqanlarının, eyni zamanda hərbi komissarlıqların üzərinə qoyuram. Əslində isə

bu, hərbi komissarların işidir, bununla onlar məşğul olmalıdırlar. Ancaq dəfələrlə

demişik ki, onlar bir tərəfdən müəyyən obyektiv səbəblərə görə bu işin

öhdəsindən gələ bilmirlər, digər tərəfdən isə gəlmək də istəmirlər, çünki cürbəcür

mənfi yollara düşürlər. Ona görə də bu gün bir daha bildirirəm ki, prezident kimi,

mən hərbi komissarların işindən narazıyam.

Respublikanın hərbi komissarı burada elan etdi ki, bir neçə hərbi komissar

barədə cinayət işi qaldırılmışdır. Xahiş edərdim ki, bu işlər tezliklə başa

çatdırılsın və ictimaiyyət onların günahının nədən ibarət olduğunu bilsin. Bu

sahədə gələcəkdə də nizam-intizam, qayda-qanun yaratmaq üçün bu gündən

etibarən belə bir qayda qoyuram: hərbi komissarlar Prezident Aparatının razılığı

ilə vəzifəyə təyin edilməli və azad olunmalıdırlar. İndiyədək bu iş Müdafiə

Nazirliyinə tapşırılmışdı. Lakin təəssüf ki, Müdafiə Nazirliyi bu məsələlərdə

böyük səhvlərə yol verir. Ona görə də həmin səhvləri aradan qaldırmaq və

tələbkarlığı, nəzarəti artırmaq üçün Prezident Aparatına göstəriş verirəm:

Birincisi, hazırda işləyən hərbi komissarların hamısı 10 gün müddətində

attestasiyadan keçirilsin və kimin işləyə bilib-bilməyəcəyi barədə mənə məlumat

verilsin. Bunun əsasında mən özüm qərar qəbul edəcəyəm. Ona görə də müdafiə

nazirinə əmr edirəm ki, bu gündən etibarən Prezident Aparatının icazəsi olmadan

heç bir hərbi komissar təyin edilməsin və vəzifədən azad olunmasın. Attestasiya

Müdafiə Nazirliyi ilə birlikdə aparılmalıdır. Lakin mən bu işi dövlət müşavirinə

tapşırıram.

Məlumat alınmışdır ki, Cəlilabad rayonunun hərbi komissarı polkovnik

Hüseyn Əmirov, Quba rayonunun hərbi komissarı mayor Vadim Rəhimov,

Masallı rayonunun hərbi komissarı polkovnik-leytenant Oruc Pirverdiyev çox pis

işləyir, vəzifələrinin öhdəsindən gələ bilmirlər. Mən bu andan etibarən onları

vəzifədən kənar edirəm. Müdafiə naziri Məmmədova tapşırıram ki, mənim bu

əmrim əsasında onların işdən kənar edilmələri barədə iki saat




____________Milli Kitabxana____________

534


ərzində əmr versin və hər üçünü cəbhə bölgəsinə, aşağı vəzifəyə göndərsin. Qoy

onlar orada özlərini göstərsinlər.

Polis orqanlarının işindən çox narazılıqlar var. Rayonların bəzilərindən

cürbəcür məlumatlar daxil olur ki, polis orqanları icra başçılarına tabe olmur, icra

başçıları onlarla yola gedə bilmirlər, prokurorluq və polis orqanları arasında

münaqişələr baş verir və icra başçıları bunların öhdəsindən gələ bilmirlər. Bütün

bunlar yerlərdə nizam-intizamı pozur, vəziyyətin gərginləşməsinə səbəb olur. Biz

belə hallarla razılaşa bilmərik. Ona görə də mən məlum məsələni bir daha

nəzərinizə çatdırmaq istəyirəm: icra başçıları prezidentin nümayəndələridir və öz

ərazilərində hər bir işə cavabdehdirlər. Bütün başqa orqanlar icra başçısının

tabeliyindədir və onunla birgə işləməlidirlər. Əlbəttə, bu o demək deyil ki, icra

başçıları istədiklərini edə bilərlər. Xeyr. Mən istəyirəm ki, işgüzar münasibət

olsun.

Bu ağır şəraitdə yerlərlə hamıdan bir-birinə kömək göstərməyi tələb edirəm.



Şəxsi münasibətlər əsasında çəkişmələri bir kənara qoysunlar. İcra başçıları öz

səlahiyyətlərindən istifadə etməlidirlər. Ancaq bu səlahiyyətin məsuliyyəti də çox

böyükdür. Məsuliyyət isə ondan ibarətdir ki, hər bir icra başçısı işgüzarlığı,

mənəvi saflığı, vəzifəsinə sədaqəti ilə başqa orqanlara nümunə olmalıdır. Əgər

belə deyildirsə o, şübhəsiz ki, bu tələbləri yerinə yetirə bilməz. Ayrı-ayrı

yerlərdə, - mən bunu xırdalamaq istəmirəm, - inzibati orqanlar arasındakı

ixtilaflara son qoymaq, əl-ələ verib işləmək lazımdır. Bunu icra başçılarından

tələb edirəm.

Burada məsələ qaldırdılar ki, vəziyyətimiz ağır, gərgin olduğu üçün əlavə

tədbirlər görək. Bəli, əvvəllər də belə təkliflər olmuşdu və indi də bunlar əsaslıdır

ki, belə bir şəraitdə respublikada hərbi vəziyyət elan edilsin, hər şey  bütün

fəaliyyətimiz, bütün həyatımız hərbi vəziyyətin tələblərinə uyğun olaraq

qurulsun. Bu fikirdə həqiqət var və onun haqqında düşünmək lazımdır. Ancaq

bunu tətbiq edənə qədər gərək hər kəs bilsin ki, belə ağır şəraitdə hamı Vətənin

müdafiəsi üçün çalışmalıdır.

İndi cəmiyyətimizdə əhalinin bir hissəsi ağır vəziyyətdə, cəbhə bölgəsində

yaşayır, daim atəşə məruz qalır, düşmənə qarşı vuruşur. Ordudakı sədaqətli əsgər

və zabitlərimiz hər gün düşmənlə vuruşur, şəhid olur, yaralanırlar. Qaçqınların bir

çoxu ağır vəziyyətdə yaşayır. Amma eyni zamanda əhalinin müəyyən təbəqəsi,

xüsusən Bakıda, kef içindədir. Belələri hesab edirlər ki, müharibənin onlara dəxli

yoxdur. Ağır vəziyyətdə yaşayan adamlar, millətin dərdi onları maraqlandırmır.

Hər şeyləri - həddnidən artıq pulları, yemək-içməkləri var. Qoy özlərinə qismət

olsun. Ancaq bunu nümayiş etdirmək, restoranlarda eyş-işrətlə məşğul olmaq, kef

çəkmək bizim bugünkü şəraitimizə yaraşan hərəkətlər deyil.

Dəfələrlə demişəm və yenə təkrar edirəm: tarixin təcrübəsindən güclü misal

ola bilməz. 1941-1945-ci illər müharibəsində əha-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə