MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə227/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   223   224   225   226   227   228   229   230   ...   256

____________Milli Kitabxana____________

535


linin hamısı eyni vəziyyətdə yaşayırdı. Gündə adambaşına 400-500 qram çorək

verilirdisə, hamı onunla dolanırdı. Heç kəs bundan iki dəfə artıq çörək alıb

yemirdi. Əlbəttə o zaman da əliəyri adamlar var idi, lakin belələri çox az idi. İndi

isə restoranlarda yeyib-içib sağlıqlar deyirlər, fikirləşmirlər ki, ətrafda aclıq

çəkənlər var, cəbhədə adamlar həlak olurlar. Üstəlik, orada-burada hay-küy

qaldırırlar ki, belə olmalıdır, elə olmalıdır və sair.

Ona görə də mən belə hesab edirəm ki, nizam-intizamın möhkəmləndirilməsi

hərbi vəziyyət elan olunması barədə təkliflər mümkündür. Biz bu barədə

düşünməli, lazımi tədbirlər görməliyik. Ancaq eyni zamanda adamlarımıza

müraciət edirəm: mənəviyyat baxımından başa düşsünlər ki, bu gün hamı bir cür

yaşamalıdır, torpaqlarımızın müdafiəsi fikri ilə yaşamalıdır. Başqa cür yox.

Respublikanın hərbi komissarı bəzi fərmanların uyğunsuzluğundan danışdı.

Bu məsələ əvvəllər də qaldırılmışdı. Bəs nə üçün müvafiq dəyişikliklər

edilməmişdir? Bunu kim etməlidir? Həmin dəyişikliklər barədə təklifləri hərbi

işlərə, yaxud hüquq məsələlərinə baxan müşavir verməlidirsə, qoy versinlər. Əgər

prezidentin fərmanı kimi olmalıdırsa,

- təqdim edilsin, hansısa qanunla

əlaqədardısa, - Milli Məclisə verilsin. Bu məsələ 3-4 günün ərzində həll

olunmalıdır. Mən bunu hərbi məsələlər üzrə dövlət müşavirinə, Prezident

Aparatının hüquq işləri ilə məşğul olan şöbəsinə tapşırıram.

Özəl institutlarda təhsil alan gənclər nə üçün hərbi xidmətə çağırılmır?

General Sadıqov mənə bildirdi ki, bu institutlardan cəmi ikisinin sertifikatı var.

Respublikanın hərbi komissarına əmr edirəm ki, həmin iki institutdan başqa,

bütün özəl institutlarda təhsil alan gənclərin hərbi xidmətə çağırılmasını təmin

etsin. Qəribə vəziyyət yaranmışdır: indi respublikada 60 özəl institut fəaliyyət

göstərir. Burada hansı təhsildən söhbət gedə bilər? Axı, intellekti gətirib

kommersiyaya bağlamaq cinayətdir.

Burada məsələ qaldırdılar ki, əvvəlcə hamı hərbi xidmət keçməli, sonra isə ali

təhsil almalıdır. Mən bu barədə qəti söz demək istəmirəm. Ancaq güman edirəm

ki, qoy müvafiq təşkilatlarımız, Prezident Aparatının şöbələri, baş nazirin

müavini Elçin Əfəndiyev bu məsələləri müzakirə edərək təkliflərini versinlər.

Qaldırılan bu məsələlərin müəyyən əsası var.

Belə bir fikrimiz var ki, burada haqqında danışılan tədbirləri həyata keçirmək

üçün rəhbər vəzifəli şəxslər bu gün yerlərə getsinlər, rayon, şəhər rəhbərlərinin

həmin vəzifələri həyata keçirmələrini təşkil etsinlər, həm də bu işə kömək

göstərsinlər. Afiyəddin Cəlilov və Milli Məclisin üzvü Mürvət Əliyev Salyan,

Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarına, Abbas Abbasov və Tapdıq Kamalov

bir qrup rayona, Əli Təhməzov bir qrup rayona, Əsgər Məmmədov bir qrup

rayona, Elçin Əfəndiyev və Yaşar Əliyev bir qrup rayona, Səməd Sadıqov, Əli

Ömərov, Nəriman İmranov, Şahəddin Əliyev, Arif Rəhimzadə, İrşad Əliyev,

Vaqif Qasımov, Zahid



____________Milli Kitabxana____________

536


Dünyamalıyev, Şirin

Hacıkərimov, Rövşən Cavadov başqa rayonlara

getməlidirlər. Onlar yerlərdə bu işləri təşkil edəcək və hər gün bizə məlumat

verəcəklər. Yaxın keçmişdə belə bir təcrübə olmuş və öz müsbət nəticəsini

vermişdi. İndi də bu təcrübədən istifadə etməliyik.

Müşavirəmizi yekunlaşdıraraq hamınıza bir daha müraciət etmək istəyirəm.

Uzaq-yaxın rayonlardan, şəhərlərdən vəzifəli adamları bu gün buraya dəvət

etməyimiz yaranmış fövqəladə vəziyyətlə əlaqədardır. Əmin olmaq istərdim ki,

bugünkü görüşümüz, ciddi söhbətimiz öz nəticəsini verəcək və yaxın günlərdə bu

işlərdə dönüş yaradacağıq. Ümidvaram ki, Azərbaycan xalqı, respublikanın bütün

vətəndaşları, xalqın etimad göstərdiyi vəzifəli şəxslər ölkəmizin necə ağır

vəziyyətdə olduğunu dərk edirlər və bundan özləri üçün nəticə çıxaracaq, lazımi

tədbirlər görəcəklər. Sağ olun, bu işdə hamınıza müvəffəqiyyətlər arzulayıram.



____________Milli Kitabxana____________

537


PREZİDENT SARAYINDA DAXİLİ İŞLƏR

NAZİRLİYİ RƏHBƏR İŞÇİLƏRİNİN GENİŞ

MÜŞAVİRƏSİNDƏ GİRİŞ SÖZÜ

29 aprel 1994-cü il

Daxili İşlər Nazirliyi dövlət strukturunda çox mühüm yer tutur və onun

qarşısında böyük vəzifələr durur. İndi, Azərbaycan Respublikası öz dövlət

müstəqilliyini möhkəmləndirdiyi, ölkəmiz müharibə şəraitində olduğu bir dövrdə

bu nazirliyin qarşısında duran vəzifələrin nə qədər məsuliyyətli olduğunu sübut

etməyə ehtiyac yoxdur.

Daxili İşlər Nazirliyi hərbiləşdirilmiş təşkilatdır, zabitlərdən və başqa rütbəli

şəxslərdən ibarətdir. DIN-ə dövlət tərəfindən daim qayğı və diqqət göstərilmişdir

və indi də göstərilir. DIN-in əməkdaşları xüsusi təminata və əhalinin başqa

təbəqələrinə nisbətən xeyli imtiyazlara malikdirlər. Bununla yanaşı, bütün xalq

bilir ki, Daxili İşlər Nazirliyində çalışan hər bir əməkdaşın üzərinə çox böyük və

şərəfli vəzifə düşür. Bir daha qeyd edirəm ki, Daxili İşlər Nazirliyi

əməkdaşlarının işi ağırdır, çətindir, məsuliyyətlidir və hətta çox vaxt onların

həyatının təhlükə qarşısında qalması ilə bağlıdır. DİN-də işləmək, onun

əməkdaşı, zabiti olmaq bir tərəfdən şərəflidir, ikinci tərəfdən də çox məsuliyyətli,

əzab-əziyyətlidir.

Bütün bunları bilirik, dövlət bunu məhz belə qiymətləndirir və xalqımızın

əksəriyyəti də Daxili İşlər Nazirliyinin cəmiyyətimizdə, dövlətimizdə tutduğu

görkəmli mövqeni qiymətləndirir, bu orqana və onun əməkdaşlarına hörmət,

ehtiram bəsləyir.

Respublikamız altı ildir ki, müharibə şəraitindədir. Xalqımız öz torpaqlarını

düşməndən qorumaq üçün vuruşur. Son aylarda ordumuz böyük cəsarətlə

döyüşlər apararaq torpaqlarımızı müdafiə edir. Ermənistan tərəfindən altı il

bundan əvvəl başlanan təcavüz indi də davam edir. Biz müharibə şəraitində

yaşayırıq. Ötən dövrdə bu müharibədə, bu döyüşlərdə, torpağın müdafiəsində

DİN-in əməkdaşları - zabitlər, polis işçiləri də cəsarətlə vuruşmuş, böyük

qəhrəmanlıq nümunələri göstərmişlər. Onların bir çoxu şəhid olmuş, həyatıiı

xalqımızın, Vətənimizin səadəti uğrunda qurban vermişdir.

Bunları cəmiyyətimiz, dövlətimiz, bütün xalq bilir və qiymətləndirir. Bu gün

mən DIN-in, polis orqanlarının torpaqlarımızın müdafiəsi uğrunda fəaliyyətinə

bir daha yüksək qiymət verirəm.

Cəbhələrdə bu gün də qanlı döyüşlər gedir. Əgər son mərhələni götürsək,

erməni silahlı dəstələrinin aprelin 10-dan respublikamıza qarşı başladığı

hücumlar davam edir. Ancaq silahlı qüvvələrimiz, o cümlədən  polis orqanlarının

işçiləri,



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə