MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə229/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   225   226   227   228   229   230   231   232   ...   256

____________Milli Kitabxana____________

540


Mən sizdən soruşuram: nə üçün belə vəziyyət yaranmışdır? Daxili İşlər

Nazirliyi niyə öz qarşısında duran vəzifələri layiqincə yerinə yetirə bilmir? Bu

nazirliyin ətrafında nə üçün belə qeyri-sağlam mühit mövcuddur? Nə üçün siz əl-

ələ verib birlikdə işləyə bilmirsiniz? Bu orqanın bəzi idarələri nazirliyin

rəhbərliyi tərəfindən nə üçün idarə oluna bilmir? Mən bunları bilmək istəyirəm.

Bu nazirliyin işçilərinin böyük əksəriyyətinin sədaqətli xidmət etdiyini qeyd

etdim. DİN-in tərkibində olan daxili qoşunların, əsasən cəbhə bölgəsində olan

hissənin xidmətini xüsusi qeyd etmək istəyirəm. Bu gün onlara hörmət və

ehtiramımı bildirmək istəyirəm. Daxili qoşunların komandanı general

Məmmədovun və onun rəhbərliyi altında cəbhədə vuruşanların xidmətini xüsusi

qeyd edirəm. Onlar orada böyük işlər görürlər, Azərbaycanın torpaqlarını

qəhrəmancasına müdafiə edirlər. Belə döyüşçülərin, polis işçilərinin - general

Məmmədovun rəhbərlik etdiyi bütün döyüşçülərin işi hər birimizi sevindirir və

böyük hörmət hissi doğurur. General Məmmədovdan rica edirəm ki, bu

sözlərimin hamısını bütün şəxsi heyətə çatdırsın.

Ancaq eyni zamanda, bu cür mənəviyyatca yüksək amallara xidmət edən

vətəndaşlarımızla yanaşı, onlara zidd mövqedə duran adamlar bu orqanın - polis

orqanlarının hörmətini aşağı salır, ləkələyir və polis orqanlarında işin lazımi

səviyyədə olmasına maneçilik törədirlər. Mən konkret heç nə demirəm. Güman

edirəm ki, dediyim bu sözlər sizin üçün müəyyən məna verir. Ona görə də sizdən

tələb edirəm ki, bu gün mənə açıq deyəsiniz - nə üçün belə vəziyyət yaranıb?

Daxili İşlər Nazirliyinin hörməti niyə aşağı düşüb? Siz öz vəzifələrinizi nə üçün

yerinə yetirə bilmirsiniz?

YEKUN SÖZÜ

Bugünkü söhbətin nəticəsi barədə onu deyə bilərəm ki, müşavirəyə gedərkən

məndə olan qənaətlər təsdiq edilir. Yəni Daxili İşlər Nazirliyində və onun

ətrafında qeyri-sağlam mühit yaranmışdır. Bu səbəbdən də Daxili İşlər Nazirliyi

kimi böyük bir orqanın imkanlarından ümumi işimizin naminə istifadə edilə

bilmir.


Daxili İşlər Nazirliyinin dövlət strukturundakı yeri və onun üzərinə düşən

məsuliyyət, vəzifələr haqqında müşavirənin əvvəlində öz fikrimi dedim. Bir daha

qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikasının həyatının indiki

dövründə bu nazirlik, onun bütün strukturları çox mühüm əhəmiyyət kəsb edir və

respublikanın hazırkı ağır vəziyyətdən çıxması üçün bu orqanın yüksək səviyyədə

fəaliyyət göstərməsi vacibdir. Təəssüf ki, bu, əslində belə deyil. Belə hesab

edirəm ki, bu da son vaxtların nəticəsi deyildir. Keçmişə nəzər salın. Burada kim

isə dedi ki, on iki-on üç nazir dəyişmişdir. Məsələ təkcə nazirlərin

dəyişdirilməsində deyil. Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının uzun

illər ərzində yaranmış professional milis, indiki adla desək, polis kadrları son

illərdə ölkəmizdə gedən cürbəcür dəyişikliklər nəticəsində müəyyən mənada

korlanmış, müəyyən mənada dağıdılmış, müəyyən mənada isə mənfi ünsürlərin

təsiri altına düşmüşdür.



____________Milli Kitabxana____________

541


Əgər son üç-dörd ili götürsək, Daxili İşlər Nazirliyinin başına nələr

gəlməmişdir. Xatırınızdadır ki, Azərbaycan SSRİ-nin tərkibində olarkən,

respublikanı dağıtmaq üçün bir müddət Daxili İşlər Nazirliyində, Prokurorluqda

böyük briqadalar gətirib qoymuşdular. Bununla guya Azərbaycan

Respublikasında baş vermiş böyük cinayətləri açmaq istəyirdilər. Ancaq bunların

heç bir nəticəsi olmadı, xalqımıza isə nə qədər böyük mənəvi zərbələr dəydi.

Sonrakı dövrdə Daxili İşlər Nazirliyinin orqanları təəssüf ki, siyasi proseslərə,

siyasi qruplaşmalara qoşuldular. Nəticədə yüksək peşəkarlığa malik təcrübəli

kadrlar, bəlkə də özlərinin günahı olmadan, itirildi, yaxud da bəzi adamların

iddiaları ilə işdən kənar edildi. Bu isə polis orqanlarına zərbə oldu.

Son dövrü götürsək, əgər polis orqanlarında "Boz qurd" kimi bir təşkilat

yaranmışdİsa, yaxud həmin orqanlara polis işini bilməyən, bu işdən tamamilə

uzaq olan və aşağı səviyyələrdə işləmiş adamları gətirib yüksək vəzifələrə

qoydularsa, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən orqan ayrı-ayrı

adamların əlində oyuncağa döndüsə, hərc-mərclik, özbaşınalıq, dərəbəylik geniş

yayıldİsa, əlbəttə ki, bütün bunlar daxili işlər orqanlarının fəaliyyətinə mənfi təsir

göstərməyə bilməzdi.

Məhz bunları nəzərə alaraq biz keçən ilin iyul-avqust aylarında Daxili İşlər

Nazirliyinin rəhbərliyini dəyişdik. Vaqif

Novruzov nazir təyin olundu. Sonra

onun birinci müavini təyin edildi. İki müavin isə əvvəldən də işləyirdilər. Onların

borcu idi və şərait yaradıldı ki, böyük imkanlara malik olan orqanı düşdüyü

bəlalardan qurtarsınlar, bu orqanda baş verən çirkin proseslərə son qoysunlar və

onu dövlətə xidmət edən həqiqi orqana çevirsinlər.

Daxili İşlər Nazirliyi, polis heç bir siyasətə qarışa bilməz. O, dövlət orqanıdır,

dövləti müdafiə etməli, onun göstərişlərini, siyasətini həyata keçirməlidir. Bu,

bütün ölkələrdə belə olmuşdur və bizdə də belə olmalıdır. Ancaq yenə də

deyirəm, son illər Daxili İşlər Nazirliyi, polis orqanları ayrı-ayrı siyasi qrupların,

bəzi hallarda isə mafioz qrupların əllərində oyuncaq olmuşdur və kiminsə

hakimiyyətə gəlməsinə, kiminsə hakimiyyətdən getməsinə, kiminsə nəyəsə nail

olmasına xidmət etmişdir. Bütün bunlar isə polis orqanlarında vəziyyəti

gərginləşdirmişdir. Bir də qeyd edirəm, bunları nəzərə alaraq biz Vaqif

Novruzovu nazir təyin etdik.

O zaman prezidentin səlahiyyətini həyata keçirən şəxs kimi, mən Vaqif

Novruzovu həmin vəzifəyə təyin edərkən, şübhəsiz ki, bu qərarı tam inamla,

etibarla qəbul etmişdim. Çox böyük ümid bəsləyirdim ki, Vaqif Novruzov

nazirliyin kollegiyası ilə birlikdə, müavinləri ilə, rəhbər şəxslərlə birlikdə

nazirliyin işini sağlamlaşdıracaq, onun fəaliyyətindəki mənfi halları aradan

qaldıracaq və Daxili İşlər Nazirliyinin öz vəzifələrini layiqincə yerinə yetirməsi

üçün şərait yaradacaqdır.

Şübhəsiz ki, bu müddətdə müəyyən iş görülmüşdür, Vaqif

Novruzov da

çalışmışdır. Ancaq, təkrar edirəm, məni bu gün sizi buraya dəvət etməyə məcbur

edən səbəb ondan ibarətdir ki, görülən




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə