____________Milli Kitabxana____________
544
Daxili İşlər Nazirliyi xüsusi bir orqan, bilavasitə prezidentin tabeliyində olan
orqandır. Heç bir kənar vəzifəli şəxslərin bu nazirliyin işinə qarışmağa ixtiyarı
yoxdur. Bu başdan xəbərdarlıq edirəm ki, yeni təyin edilmiş nazirin işinə heç kəs
mane olmasın, heç kəs öz şəxsi məqsədlərinə çatmaq üçün orada cürbəçür işlərlə
məşğul olmasın və hər kəs yeni nazirə kömək etməyə çalışsın. Mən naziri daim
müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll
edəcəyəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti dəyişdirmək üçün lazımi
tədbirlər görsün. Mən də onun təkliflərini müdafiə edəcəyəm. Ancaq xəbərdarlıq
edirəm kim buna mane olarsa, bu işləri pozmağa cəhd göstərərsə, onlara qarşı çox
ciddi tədbirlər görüləcək və mən heç kəsi bağışlamayacağam.
Güman edirəm ki, yeni nazir prokurorluq orqanları, başqa hüquq-mühafizə
orqanları ilə işgüzar
əlaqələr yaradacaqdır. Prokurorluq
orqanlarına da
xəbərdarlıq edirəm ki, özbaşınalığa yol verməsinlər.
Nazir, bütünlükdə nazirliyin rəhbərliyi daxili işlər orqanları əməkdaşlarının
sosial müdafiəsində möhkəm dayanmalıdır. Onların huquqlarını tapdalamağa heç
kəsə ixtiyar verilmir. Şübhəsiz ki, cinayət etmiş hər bir şəxs məsuliyyət
daşımalıdır. Lakin bütün bunlar qanun çərçivəsində olmalıdır. Daxili İşlər
Nazirliyi xüsusi, hərbiləşdirilmiş təşkilat olduğuna görə burada qanunların tətbiqi,
şübhəsiz ki, nazirliyin rəhbərliyinin razılığı ilə və onunla birlikdə həyata
keçirilməlidir. Bunu burada açıq deyirəm ki, hər kəs öz yerini bilsin. Hərə öz
yerində oturub öz işini görsə, ümumi işimiz yaxşı gedəcək.
Müşavirəni yekunlaşdıraraq bir daha deyirəm ki, prezident kimi, Daxili İşlər
Nazirliyinin şəxsi heyətinə tam inanıram. Etibar edirəm, güvənirəm. Hesab
edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına,
torpağına, vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlar, peşəkar,
təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə
yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına
müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunlardan əl çəkməyə, öz işlərini
ancaq və ancaq dövlətin mövqeyinə, onun prinsiplərinə əsasən qurmağa
çağırıram, Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz
tərəfimdən lazımi tədbirləri görəcəyəm.
Burada irəli sürülən vəzifələrin yerinə yetirilməsində hamınıza uğurlar
arzulayıram. Sağ olun!
____________Milli Kitabxana____________
545
PASXA BAYRAMI
MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN
XRİSTİAN VƏTƏNDAŞLARINA TƏBRİK
Hörmətli həmvətənlərim!
Sizi xristianlığın ən müqəddəs və əziz bayramı - Pasxa münasibətilə səmimi-
qəlbdən təbrik edir, bu bayram günlərində sizə xoş əhval-ruhiyyə, əmin-amanlıq
və səadət arzulayıram.
Azərbaycan torpağı əsrlər boyu müxtəlif etiqadlara tapınan insanlar üçün
doğma vətən olmuşdur. Onlar da həmişə bu vətənin qeyrətini çəkmiş, onun
uğrunda canlarını belə əsirgəməmişlər. İndiki ağır və məşəqqətli günlərimizdə də
xristian həmvətənlərimiz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə
sinə gərir, müqəddəs torpaqlarımızı rəşadətlə qoruyurlar.
Pasxa şadlıq və mərhəmət, haqq və ədalət bayramıdır.
İnanıram ki, bu Pasxa günlərində Ulu Tanrıdan ən ümdə diləkləriniz
yurdumuzla sülhün və əmin-amanlığın bərqərar olmasıdır. Qoy bütün arzu və
niyyətləriniz Tanrının köməyi və xalqımızın iradəsi ilə həyata keçsin.
HEYDƏR ƏLİYEV
29 aprel 1994-cü il
____________Milli Kitabxana____________
546
BRÜSSELƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ HAVA LİMANINDA
JURNALİSTLƏRƏ BƏYANAT
3 may 1994-cü il
Brüssellə dövlət başçıları ilə görüşlərim olacaqdır. Eyni zamanda həmin
ölkənin işgüzar dairələrinin nümayəndələri mənimlə görüşmək istədiklərini
bildiriblər. İş adamları ilə görüşlərimiz olacaqdır. Bilirsiniz ki, Avropa iqtisadi
Birliyinin iqamətgahı Belçikadadır. Orada bu birliyin Azərbaycana yardım
göstərməsi barədə məsələləri müzakirə eləcəyik. Səfərimin əsas məqsədi bundan
ibarətdir. Şübhəsiz ki, orada Azərbaycandakı indiki vəziyyət, Azərbaycanla
Ermənistan arasında gedən müharibə, Ermənistanın Azərbaycana qarşı
təcavüzünün bu gün də davam etməsi məsələləri də müzakirə olunacaqdır. Həm
NATO-nun qərargahında, həm də başqa görüşlərimdə bu barədə söhbətlər
aparacağam və Azərbaycanın mövqeyini bildirəcəyəm.
Erməni silahlı qüvvələri aprelin 10-dan indiyə qədər Azərbaycan torpaqlarına
müntəzəm olaraq hücum edirlər. Onlar Azərbaycanın silahlı qüvvələri tərəfindən
zərbələr alırlar, ancaq hücumları davam etdirirlər. Bu hücumlarla da onlar tək
deyillər, təcavüzkarlara kömək edən qüvvələr vardır. Biz atəşin dayandırılmasının
tərəfdarıyıq, bu barədə bəyanatlar vermişik.
Aprelin 28-də Rusiyanın Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin
vasitəçiliyi ilə, onların təklifi ilə biz atəşin dayandırılması barədə saziş
imzalanmasına razılıq vermişik, ancaq Ermənistan tərəfi buna razılıq verməyib.
Bu müddətdə cənab Mosberqin başçılığı ilə ATƏM-in Minsk qrupunun böyük bir
heyəti Azərbaycana gəlmişdi. Bu heyətin tərkibində Amerika generalları da
olmuşlur, Rusiyanın, İtaliyanın və Minsk qrupuna daxil olan dövlətlərin
nümayəndələri də var idi. Bu heyət, cənab Mosberq mənimlə çox geniş söhbətlər
apardı. Sonra onlar Xankəndidə və Yerevanda oldu və yenə də Bakıya qayıdaraq
mənimlə görüşdülər, atəşin dayandırılması barədə bizə bir saziş layihəsi təqdim
etdilər. Mən bu layihə ilə də razı oldum. Onlar buradan Yerevana getdilər,
Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdülər. Ermənistan tərəfi bu
sazişin imzalanmasına razılıq vermədi, bəyan etdi ki,
onlar atəşin
dayandırılmasına hazır deyillər. Guya atəşin dayandırılması üçün xüsusi
mexanizm hazırlanmalıdır. Biz də bilirik ki, atəşin dayanlırılmasına, ona nəzarət
edilməsinə xüsusi mexanizm lazımdır. Ancaq atəş dayandırıldıqdan sonra bu
mexanizm hazırlana bilər. Əgər indi biz oturub mexanizm üzərində işləsək və
eyni zamanda hər gün atəş davam etsə, o tərəfdən də, bu tərəfdən də insanlar
qırılsalar bu, şübhəsiz ki, nə Ermənistan tərəfi üçün, nə də bizim üçün faydalı
olmayacaqdır.