MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə239/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   235   236   237   238   239   240   241   242   ...   256

____________Milli Kitabxana____________

564


lər İttifaqının, eyni zamanda onunla müttəfiq olan Amerika Birləşmiş Ştatlarının,

İngiltərənin, Fransanın və bu böyük dövlətlərin ətrafında toplaşmış başqa

mütərəqqi qüvvələrin ümumi həmrəyliyi və birgə döyüşməsi nəticəsində mümkün

olmuşdur.

Biz bu gün qələbəni unuda bilmərik. İkinci dünya müharibəsində yaralanmış,

əlil olmuş, ötən 49 ildə bu müharibənin əzab-əziyyətini çəkən həmvətənlərimiz,

vətəndaşlarımız Azərbaycanda bu gün də var. Ötən müharibəyə 600 min

Azərbaycan vətəndaşı səfərbər olunmuşdu. Onların 300 mini geri qayıtmayıb,

həlak olub, itkin düşüb. Qələbənin əldə olunmasında o vaxtkı Sovet İttifaqının

digər xalqları kimi, Azərbaycan xalqının da böyük xidmətləri vardır.

Çox səciyyəvidir ki, bizim bu mərasimimizdə müstəqil Azərbaycan

dövlətində ABŞ-ın, Fransanın, İngiltərənin səfirləri də iştirak edirlər. Bu gün

burada Rusiya səfirinin də iştirak etməsi böyük əhəmiyyətə malikdir. Sovetlər

İttifaqının varisi olan Rusiya, habelə Amerika Birləşmiş Ştatları, Fransa və

İngiltərə bəşəriyyəti, bütün dünyanı o böyük bəladan birlikdə xilas etmişlər. Biz

bu gün o böyük müharibədə şəhid olanların ruhu qarşısında baş əyir və onların

hamısına "Allah rəhmət eləsin" deyirik.

İkinci dünya müharibəsinin bu gün sıralarımızda olan veteranlarına hörmət və

ehtiramımızı bildirir və onlara cansağlığı,

xoşbəxtlik, gələcək işlərində

müvəffəqiyyətlər diləyirik.

Bu gün biz Həzi Aslanovun adını daşıyan hərbi məktəbdəyik. Bir neçə dəqiqə

bundan əvvəl xalqımızın qəhrəman oğlu, İkinci dünya müharibəsində Vətəni

qoruyaraq həlak olmuş general Həzi Aslanovun böyük, əzəmətli xatirə abidəsini

açdıq. Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını

dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərlə, general, həm də

vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak

olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər

üçün də əziz olacaqdır. Onun adı Azərbaycanda çox yerlərlə əbədiləşibdir. Bu

məktəbin də Həzi Aslanovun adını daşıması tam ədalətlidir.

Həzi Aslanovun böyük heykəlini yaratmaq üzərində heykəltəraşlarımız hələ

70-ci illərdə işləyirdilər. O vaxt heykəl hazır idi, onun açılışı da olmalı idi. Bu

gün mən bir tərəfdən təəssüf edirəm ki, hələ on il bundan öncə açılmalı olan

heykəl indiyədək qoyulmamışdır, digər tərəfdən çox məmnunam ki, bu heykəlin

yaranması üçün çalışmış bir adam kimi mən bu gün onun açılışında iştirak edirəm

və bu heykəlin açılması da mənə etibar olunub. Mən bunu böyük iftixar hissi ilə

qeyd edirəm.

Həzi Aslanovun həyat yolu, qəhrəmanlığı, İkinci dünya müharibəsində

xidmətləri bütün Azərbaycan gəncləri üçün örnəkdir. Xüsusən müstəqil

Azərbaycanın indiki vaxtında. Ermənistan silahlı qüvvələri tərəfindən

Azərbaycanın təcavüzə məruz qaldığı bir vaxtda Həzi Aslanov Azərbaycan xalqı

üçün, ordumuz üçün, gənçlərimiz üçün böyük örnəkdir, nümunədir. Mən bu gün

Həzi As-



____________Milli Kitabxana____________

565


lanov adına məktəbin kursantları qarşısında çıxış edərkən ilk növbədə hamınızın

Həzi Aslanova bənzəməyinizi arzu edərdim. Hər biriniz xalqımızı, Vətənimizi

Həzi Aslanov kimi sevməlisiniz. Hər biriniz hərbi peşəni Həzi Aslanov kimi

mənimsəməlisiniz.

Bilin ki, o dövrdə sovet ordusunda azərbaycanlı zabitlərin sayı çox az idi.

Azərbaycandan general

olanlar da çox

az idi. Həzi Aslanov həm

vətənpərvərliyinə, həm öz zəkasına, biliyinə görə, həm də hərbi peşəyə böyük

hörmət və məhəbbətinə görə bu yolu seçmiş, zabit olmuş, İkinci dünya

müharibəsində vuruşmuş, böyük yol keçmiş, Qafqaz dağlarından Pribaltikaya

qədər döyüşə-döyüşə getmiş, həlak olmuşdur.

Mən vaxtilə Stalinqradda müharibəyə həsr olunmuş abidəni ziyarət edərkən

orada adları qızıl hərflərlə yazılmış Sovet İttifaqı qəhrəmanları arasında Həzi

Aslanovun da adını iftixarla oxumuşdum.

Hələ o vaxt ürəyim dağa döndü, fəxr etdim, ətrafımda olan adamlara sevinclə

bildirdim ki, baxın, bu abidədə Azərbaycan oğlunun da adı var. Bunlar hamısı

Azərbaycan tarixinin parlaq səhifəsidir...

Mən siz kursantlara tövsiyə edirəm, bu yolla gedin. Hərbi peşə, zabitlik

peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatla çox peşələrlə məşğul ola

bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə

həsr elə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan

insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm. Güman edirəm ki,

siz elə də olacaqsınız. Qarşınızla böyük bir yol durur. Bu yolda ilk addımlar

atırsınız. Arzu edərdim ki, yaxşı təhsil, təlim alasınız, yaxşı hazırlaşasınız,

Azərbaycan Ordusunun möhkəmlənməsində, inkişaf etməsində böyük xidmətlər

göstərəsiniz. Çünki bu gün Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri

tərəfindən təcavüzə məruz qalıb. Biz torpaqlarımızı müdafiə etməli,

Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, Vətənimizin keşiyində durmalıyıq.

Bu vəzifə sizin üzərinizə düşür. Azərbaycan Ordusu gələcəkdə də bizə lazımdır.

Çünki Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin güclü ordusu

olmalıdır. Bu ordunun özəyini siz təşkil edirsiniz. Gələcəkdə sizin böyük

xidmətləriniz olacaq. Güman edirəm ki, siz bu xidmətləri şərəflə həyata

keçirəcəksiniz.

Ermənistanın respublikamıza təcavüzü nəticəsində cəlb

olunduğumuz

müharibənin sülh yolu ilə başa çatdırılması sahəsində son vaxtlar bir çox mühüm

tədbirlər həyata keçirmişik. Mən bir daha bəyan edirəm ki, biz müharibə

istəmirik.

Sizin qarşınızda çıxış edərkən Azərbaycan torpaqlarının müdafiəsi yolunda

şəhid olmuş həmvətənlərimizin ruhu önündə baş əyərək bir də deyirəm ki, Vətən

yolunda həlak olanların, müstəqil Azərbaycanın torpaqlarını qorumaq uğrunda

şəhid olanların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət

eləsin, qəbirləri nurla dolsun. Onların qəhrəmanlıq nümunələri sizi daha mübariz

olmağa dəvət etsin. Mən inanıram ki, siz şəhidlərin qanını yerdə qoymayacaq,

Azərbaycanın torpaqlarını şərəflə müdafiə edəcək, respublikamızın ərazi

bütövlüyünü təmin etmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə