MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə247/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   243   244   245   246   247   248   249   250   ...   256

____________Milli Kitabxana____________

583


İran bizim yaxın qonşumuzdur. Orada milyonlarla azərbaycanlı yaşayır.

Tarixən, əsrlər boyu bizim çox yaxın əlaqələrimiz olmuşdur. Ançaq son dövrdə

elə siyasət aparırdılar ki, guya İran bizim düşmənimizdir. Bunun nəticəsində də

İranla münasibətlərimiz pozulmuşdu. Biz bu münasibətləri də qaydaya saldıq.

İran prezidenti ağayi Haşimi-Rəfsəncani Azərbaycana rəsmi səfər etdi, bir neçə

müqavilə imzaladıq. İndi İranla həm iqtisadi, həm mədəni, həm də insani

əlaqələrimiz çox yaxşı səviyyədə inkişaf edir.

Eyni zamanda biz dünyanın böyük dövlətləri ilə əlaqələrimizi inkişaf

etdirməyə çalışmışıq. Amerika Birləşmiş Ştatları böyük dövlətdir və dünya

siyasətinə onun güclü təsiri var. ABŞ-la Azərbaycan arasında münasibətlər də

çox soyuq idi. Biz bunu aradan qaldırırıq və zənnimcə, bu, yaxşı səmərə verir.

Təsəvvür edin, 1992-ci ilin sentyabrında ABŞ konqresi Azərbaycan haqqında

ədalətsiz bir qərar qəbul etmişdi. Bu, Azərbaycan Respublikasının o vaxtkı

rəhbərlərinin ağılsız siyasətinin, bəlkə də fəaliyyətsizliyinin nəticəsi idi. Həmin

qərar ondan ibarətdir ki, guya Azərbaycan Ermənistanı blokada vəziyyətində

saxladığına görə Azadlığı dəstəkləmək haqqında akt"ın 907-ci bəndinə əsasən

Azərbaycana humanitar yardım göstərilməsi qadağan olunmuşdur. Konqresin

həmin qərarı Azərbaycan ilə ABŞ arasında böyük bir uçurum yaratmışdı. Əgər

Azərbaycanı idarə edən və indi də oradaburada özlərini böyük siyasətçi kimi

qələmə verən adamların ağılları var idisə, Rusiya ilə, İranla, Amerika Birləşmiş

Ştatları ilə münasibətlər nə üçün pisləşdi, ABŞ konqresi nə üçün belə bir qərar

qəbul etdi?

Biz ABŞ-la münasibətləri qaydaya salmaq üçün də fəaliyyət göstəririk.

Amerika Birləşmiş Ştatlarının nümayəndələri bir neçə dəfə Azərbaycana

gəlmişlər, mənim onlarla görüşlərim olmuşdur. Biz başqa vasitələrlə də onlarla

əlaqə saxlayırıq. Sizə deyə bilərəm ki, bir ay əvvəl Amerika prezidenti cənab Bill

Klinton mənə məktub göndərmişdi. Həmin məktubda Amerikanın Azərbaycana

münasibətində müsbətə doqru donüş olduğu hiss edilir. ABŞ prezidenti ilk dəfə

olaraq məktubunda yazır ki, o, Azərbaycana humanitar yardım göstərilməsinə

qadağa qoyulmasını ədalətsiz sayır və bildirir ki, Konqresin həmin qərarının ləğv

olunmasına çalışacaqdır. Belə hesab edirəm ki, bu, Azərbaycanın indiki

vəziyyətində ABŞ prezidenti tərəfindən atılmış çox təqdirəlayiq addımdır.

Nəhayət, mayın 17-də cənab Bill Klinton Qurban bayramı münasibətilə mənə

təbrik göndərmişdir. Bunun böyük mənası var. Birincisi, göründüyü kimi,

müsəlman bayramı, bizim dini bayramımız Amerika Birləşmiş Ştatlarında da

qiymətləndirilir. ABŞ prezidenti mənim şəxsimdə Azərbaycan xalqını bu bayram

münasibətilə təbrik edir. İkincisi isə, cənab Bill Klinton Dağlıq Qarabağ

probleminin sülh yolu ilə, xüsusən beynəlxalq təşkilat olan ATƏM xətti ilə həll

edilməsinə səy göstərilməsini bəyənir və bildirir ki, onun ölkəsi də bu sahədə

fəaliyyət göstərəcəkdir. Bu  iki faktla  bildirmək istəyirəm ki, deməli, ABŞ ilə




____________Milli Kitabxana____________

584


apardığımız danışıqlar da öz müsbət nəticəsini verir. Mayın 15-də Amerikanın

mötəbər bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. Biz onlarla çox səmərəli

danışıqlar apardıq.

Sizə məlum olduğu kimi, Fransa prezidenti cənab Fransua Mitteranın dəvəti

ilə mən bu ölkəyə rəsmi səfərə getmişdim. Böyük Britaniyanın baş naziri cənab

Con Meycorun dəvəti ilə İngiltərədə oldum. Çin Xalq Respublikasının sədri

Szyan Szeminin rəsmi dəvəti ilə bu ölkəyə səfərə getdim. Həmin səfərlər zamanı

çox faydalı işlər görüldü.

Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: ABŞ,

Rusiya, İngiltərə, Fransa və Çin. Mən Rusiya prezidenti cənab Boris Yeltsinlə

dəfələrlə görüşmüşəm. Digər dörd dövlətin başçıları ilə görüşlərimizin böyük

əhəmiyyəti var. Müstəqil Azərbaycan dövləti həmin ölkələrlə mühüm

müqavilələr bağlamışdır. Təsəvvür edin, yeni müstəqil dövlət olan Azərbaycan

Respublikası dünya siyasətində aparıcı rol

oynayan dövlətlərlə yaxın

münasibətlər yaratmışdır. Bütün bunlar bir tərəfdən Azərbaycanı beynəlxalq

aləmdə tanıdır, - təəssüf ki, bu sahədə hələ çatışmazlıqlarımız var, - digər

tərəfdən beynəlxalq miqyasda Azərbaycanın mövqeyini möhkəmləndirir,

beləliklə, ölkəmizin bu ağır vəziyyətdən çıxması üçün şərait yaradır.

Ancaq bizim xarici siyasətimiz təkcə bu dediklərimdən ibarət deyil və bu gün

mən həmin məsələdən ətraflı danışmaq istəmirəm. Bunları deməklə niyyətim

odur ki, xarici siyasətimizin əsas məqsədi Ermənistanla gedən müharibəyə sülh

yolu ilə son qoymaqdır. Bunun üçün biz bir tərəfdən müdafiə qüvvələrimizi

möhkəmləndirir, digər tərəfdən bütün başqa kanallardan istifadə edirik. Ayrı-ayrı

dövlətlərlə, məsələn, Rusiya, ABŞ, Türkiyə ilə danışıqlar aparırıq. Eyni zamanda

BMT-nin Təhlükəsizlik Şurası, ATƏM ilə çox sıx əlaqə saxlayırıq. Azərbaycan

Respublikasına rəhbərlik etdiyim vaxtdan bəri Ermənistan - Azərbaycan

müharibəsinə sülh yolu ilə son qoyulması üçün ATƏM-in fəaliyyətinə çox

yüksək qiymət verirəm. Ona görə də biz bu təşkilatla daim əməkdaşlıq edirik.

Bildiyiniz kimi, ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupu var və ona

doqquz dövlət daxildir. mən Minsk qrupunun rəhbərləri  əvvəlcə Mario Raffaelli,

indi isə cənab Yan Eliasson ilə həmişə əlaqə saxlamışam. Son vaxtlar cənab Yan

Eliassonla və onunla birlikdə Azərbaycana gəlmiş nümayəndə heyəti ilə dəfələrlə

görüşmüşəm. Azərbaycanın mövqeyini izah etmək üçün saatlarla, bəlkə də

günlərlə vaxt sərf etmişəm. Münaqişənin aradan qaldırılmasında ATƏM-in əsas

rol oynamasına daim çalışmışam və indi də çalışıram. Cənab Yan Eliassonun

Azərbaycana sonuncu səfəri zamanı apardığımız danışıqlarda belə nəticəyə

gəlmişdik ki, atəşin dayandırılması üçün ATƏM təşəbbüs göstərsin, sonra isə

müharibəyə son qoyulmasından ötrü yenə də ATƏM çərçivəsində tədbirlər

görülsün.

Şübhəsiz ki, Yan Eliasson eyni zamanda Ermənistanla da əməkdaşlıq edir,

onun mövqeyini öyrənir. Rusiya ilə də danışıqlar aparır. Son  danışıqlarımız

zamanı  Yan Eliasson bildirmiş-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə