MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə246/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   242   243   244   245   246   247   248   249   ...   256

____________Milli Kitabxana____________

581


vaxtlar biz Azərbaycanın müharibədən çıxması, eyni zamanda ordumuzun

qurulması, möhkəmlənməsi, müdafiə imkanlarımızın yaranması ilə əlaqədar bir

çox tədbirlər görürük.

Bununla yanaşı müharibədən çıxmaq məsələsini sülh yolu ilə həll etmək üçün

siyasi tədbirlər görür, böyük dövlətlərlə danışıqlar aparır, beynəlxalq təşkilatların

imkanlarından istifadə edirik. Bunların hamısını bir yerdə cəmləyərək həm hərbi

qüdrətimizi, həm iqtisadi potensialımızı müəyyən qədər hərəkətə gətirir, həm

xarici siyasətimizi gücləndirir, həm də müharibə ilə əlaqədar siyasi tədbirlər

həyata keçirməyə çalışaraq xalqı bu bəlalardan qurtarmağa cəhd edirik. Sizə deyə

bilərəm ki, bizim bu tədbirlərimiz, gördüyümüz işlər öz nəticələrini verib və

verir.

Sizə məlumdur ki, ordumuz əvvəllər, demək olar ki, dağınıq şəkildə idi, yox



idi. Hərə özünə bir dəstə düzəltmişdi. Siz şuşalılar, xocalılar, Dağlıq Qarabağın

adamları bunu yaxşı bilirsiniz. Biz birinci növbədə nizami ordu yaranmasına səy

göstərdik. Bu sahədə böyük nailiyyətlər əldə etdik. Artıq ordumuz qurulub,

nizami ordumuz var. Bilirsiniz ki, son aylarda, xüsusən keçən ilin oktyabr,

noyabr aylarından sonra ordumuz Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı

hücum əməliyyatları apardı. Həmin hücumlar nəticəsində əvvəllər əldən getmiş

torpaqlarımızın bir hissəsi geri qaytarıldı. Bu hücumlarla, döyüşlərdə ordumuzun

bugünkü səviyyəsi bütün dünyaya nümayiş etdirildi. Ermənilər də, onların ordusu

da bunu hiss etdilər, geri çəkildilər. Bu, gördüyümüz işlərin bir istiqamətilir.

Ancaq biz yaxşı bilirik ki, müharibə bundan sonra da davam etsə, yeni böyük

faciələrə gətirib çıxaracaqdır. Ona görə də müharibəyə son qoymaq istəyirik. Biz

istəyirik ki, məsələni sülh yolu ilə həll edək. Sülh yolu - danışıq yoludur.

(Yerdən səs: Düz edirsiniz). Məsələni danışıqlar yolu ilə həll etmək olar. Ona

görə də mən danışıqlar aparıram.

Onu da bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi bütün dünya dövlətlərinin

siyasətində çox böyük yer tutur. Dünyanın elə bir dövləti yoxdur ki, Dağlıq

Qarabağ probleminə öz münasibətini bildirməsin. Çox təəssüf hissi ilə deyə

bilərəm ki, son illərlə Azərbaycanın xarici siyasətinin zəif olması nəticəsində

ölkəmiz dünya miqyasında özünü göstərə bilməmiş və respublika siyasətçilərinin

bacarıqsızlığı üzündən dünyada, böyük dövlətlərlə, Avropada, Amerikada belə

fikir yaranıb ki, guya günahkar Azərbaycandır. Dağlıq Qarabağ erməniləri guya

hüquqlarından məhrum ediliblər. Ümumi beynəlxalq ictimai fikir çox vaxt

Ermənistanın tərəfindədir, bu həqiqətlir. Bəlkə siz bunu bilmirsiniz, başqaları

bilmir, amma biz bunu bilirik. Siyasətlə məşğul olan adamlar, indi meydana

çıxmış bəzi siyasətbazlar da bunu yaxşı bilirlər.

Biz bu son aylarla çalışmışıq ki, müharibəni dayandıraq, məsələni sülh yolu

ilə həll edək. Ancaq bir şərtlə ki, işğal olunmuş torpaqlar geri qaytarılsın.

Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı

təmin olunsun.



____________Milli Kitabxana____________

582


Amma siz bilməlisiniz ki, bu, asan iş deyil. Bir tərəfdən beynəlxalq ictimai fikir,

əsasən, Azərbaycanın xeyrinə deyildir, ikinci tərəfdən erməni silahlı qüvvələri

Azərbaycan tərəfinin zəifliyi nəticəsində - xalqın yox, xalqımız qəhrəman

xalqdır, - respublikamızın müqəddəratını həll edən şəxslərin səriştəsizliyi, bəzən

də xalqa xəyanəti nəticəsində torpaqlarımızı işğal etmişlər. Şübhəsiz ki, bu da

məsələnin sülh yolu ilə həll olunmasında bizim üçün çətinliklər yaradır. Çünki bir

tərəfdən Ermənistanı dəstəkləyən, müdafiə edən qüvvələr beynəlxalq aləmdə

çoxdur, ikinci tərəfdən də Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edib

və biz onları oradan silah gücünə çıxara bilmiriksə, danışıqlara gedəndə öz

şərtlərini qoyurlar. Bilirsiniz, bu nə qədər ağır və çətin məsələdir! Bu məsələləri

həll etmək üçün gərək çox ağıllı, tarazlı, düşünülmüş siyasət aparılsın və biz də

belə bir siyasət aparmağa çalışırıq.

Son illərdə Azərbaycanın Rusiya ilə əlaqələri çox pisləşmişdi. Azərbaycanda

bir ilə yaxın hakimiyyətdə olan, adını Xalq Cəbhəsi qoyub, xalqa bir gün

ağlamayan təşkilat Azərbaycanla Rusiyanın münasibətlərində çox pis vəziyyət

yaratmışdı. Təsəvvür edin, axı dünya siyasəti çox mürəkkəb prosesdir. Dünyada

heç bir dövlət, o cümlədən kiçik dövlət siyasətdə naşılıq göstərməməlidir,

reallıqdan uzaq hərəkət etməməlidir. Yenicə müstəqilliyini əldə etmiş, müstəqil

dövlət kimi hələ mövqelərini tam möhkəmlədə bilməyən Azərbaycan

Respublikasının Rusiya kimi böyük bir dövlətlə ədavət aparması mümkündürmü?

(Yerdən səslər: Yox, yox). Axı buna əsas da yoxdur. Axı Azərbaycan 200 il

Rusiyanın tərkibində olmuşdur. Biz istəsək də, istəməsək də bu, tarixi reallıqdır.

Bu 200 il ərzində Azərbaycanla Rusiya arasında hərtərəfli münasibətlər: insani,

elmi, texniki, iqtisadi münasibətlər yaranıb. Bunların hamısını qıraq, dağıdaq,

Rusiyada yaşayan bir milyon azərbaycanlıdan imtina edək və böyük bir dövləti

özümüzə düşmən edək? Bu yaramaz.

Ona görə də biz ilk növbədə Rusiya ilə münasibətləri normal vəziyyətə

salmağa çalışdıq. (Yerdən səslər: Siz düz edirsiniz, biz buna tərəfdarıq). İndi

Azərbaycanın Rusiya ilə münasibətləri çox yaxşı səviyyədədir. Dostluq əlaqələri

yaratmışıq, bundan sonra da belə olmalıdır. Hər bir müstəqil dövlətin dünya

miqyasında gərək dostları olsun. Yaxın qonşusu isə gərək ona dost olsun, düşmən

olmasın. Biz Rusiya ilə münasibətdə buna nail olmuşuq.

Bildiyiniz kimi, bundan sonra biz Müstəqil Dövlətlər Birliyinə daxil olduq.

Bu da çox lazımlı bir işdir. Bütün bunlar Ermənistan ilə Azərbaycan arasında

gedən müharibənin sülh yolu ilə dayandırılması üçün mühüm əsas yaradır.

Bununla yanaşı, biz başqa dövlətlərlə də yaxın əlaqələr yaratmağa çalışırıq.

Məsələn, Türkiyə ilə əlaqələrimiz dostluq və qardaşlıq xarakteri, tarixi xarakter

daşıyır və bu əlaqələri davam etdiririk. Bildiyiniz kimi, mənim Türkiyəyə səfərim

oldu, mühüm müqavilələr imzaladıq. Türkiyənin rəhbərləri ilə bizim aramızda

çox səmimi münasibətlər var.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə