____________Milli Kitabxana____________
587
Azərbaycan Ordusunun əsgər və zabitləri torpağımız uğrunda canlarından
keçmişlər. Ermənilər mayın 1-də Tərtəri tutmaq, sonra Bərdəyə hücum etmək
niyyətində idilər. Onların başqa planları da vardı. Lakin ordumuzun döyüş
mövqelərində möhkəm dayanması düşmənin planlarını boşa çıxardı.
Yaxşı bilirsiniz ki, Ermənistan müharibəni tək aparmır. Ona kömək edən
dövlətlər və qüvvələr sizə məlumdur. Müharibəni Ermənistan təkçə özü
aparsaydı, Azərbaycanın hələ yenicə yaradılan ordusu düşməni torpaqlarımızdan
çoxdan çıxarmışdı. Dünyada elə qüvvələr, elə ölkələr var ki, biz onların
siyasətinə təsir göstərə bilmirik, onlar öz mənafeləri istiqamətində hərəkət edirlər.
Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk
etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan. Güman edirəm, siz
inanırsınız ki, biz buna qadirik. Prezident kimi mən də gecə-gündüz bu
məsələlərlə məşğul oluram.
Ancaq respublikamızın belə çətin dövründə, müxtəlif istiqamətlərdə fəaliyyət
göstərdiyimiz bir vaxtda daxildəki bəzi qüvvələr yenə də aranı qarışdırmaq
istəyirlər. (Yerdən səslər: Onlarla heç kimin əlaqəsi yoxdur. Biz yalnız sizi
tanıyırıq). Mən bilirəm ki, onlara heç kim inanmır. Bəli, millət mənə inanır, bunu
bilirəm. Azərbaycan xalqı səs verərək məni prezident seçmişdir. Yeddi milyonluq
Azərbaycan xalqı mənə etimal göstərmişdir. Bunu bilirəm, buna da güvənirəm,
sizə, Azərbaycan xalqına arxalanıram.
Bunları nə üçün deyirəm? Bəlkə də belə şeylərə fikir verməzdim. Ancaq son
günlər bu proseslərdə Azərbaycan rəhbərliyinin guya düz addım atmadığını
bildirməklə ayrı-ayrı qüvvələr yenə aranı qarışdırmağa çalışırlar. Burada Bişkek
protokolundan söhbət gedir. Mayın 18-də Milli Məclisin növbəti iclasında bir
qrup deputat - Etibar Məmmədov, Xalq Cəbhəsindən olan deputatlar və onlara
qoşulmuş bir neçə məsləksiz adam Bişkek protokolu ilə əlaqədar hay-küy
qaldırdılar. (Yerdən səslər: Onlara zərbə dəyməyib, dəysəydi müharibənin ağrı-
acısını bilərdilər. Aranı qarışdıran Etibar Məmmədovdur, onu rədd eləməsən işlər
düzələn deyil). Düz deyirsiniz, onlara çarpanaq dəyməyib, dəysəydi, hər şeyi
bilərdilər.
Gəlin, belə danışaq. Görürəm, ürəyiniz doludur. Mən sizi günün altında
saxlamışam, özüm də durmuşam. İstəyirəm fikirlərimi sizə çatdırım. Ondan sonra
bu mikrofon, bu da siz, çıxıb sözünüzü deyə bilərsiniz.
Bəli, bunlar Milli Məclisdə tələb edirlər ki, Bişkek protokolu məsələsi
gündəliyə salınsın. Axı bu protokolda, əvvəla, elə bir şey yoxdur, - o mənada ki,
müzakirə olunası bir məsələ yoxdur. İkincisi, protokoldan əsas məqsəd atəşin
kəsilməsidir. Ona görə də bu məsələ müzakirə edildi. Mən də Milli Məclisdə
idim. Səsə qoyuldu, - parlamentin qaydası var. Onlar lazımi qədər səs
toplamadılar. Yəni məsələ müzakirə üçün gündəliyə salınmadı. Tənəffüsdən
sonra onlar, Milli Məclisin təxminən 15 nəfər üzvü bir yerə toplaşıb bəyanat,
ultimatum vermiş və məclisdən çıxıb get-
____________Milli Kitabxana____________
588
mişlər. Bundan sonra məclisin salonda qalan əksər üzvləri onların haqqında
bəyanat vermişlər.
Əvvəla, məçlis üzvlərinin iclası tərk etməsi parlament etikasına, parlament
təcrübəsinə zidd olan bir hərəkətdir. Görünür ki, onların parlament mədəniyyəti
çatmır. Odur ki, mən bir prezident kimi, onların bu hərəkətini pisləyirəm və hesab
edirəm ki, xalq mənimlə həmrəy olacaqdır. Buna görə də onlara deyirəm ki,
qeyri-qanuni hərəkətlərindən əl çəksinlər. Lakin iş bununla bitmir. Ola bilərdi ki,
mən bu məsələlərə burada da toxunmayım, amma məcburam.
Sonra Etibar Məmmədov öz partiyasının binasında Xalq Cəbhəsinin, müxtəlif
partiyaların, Qarabağ Azadlıq hərəkatı deyilən təşkilatın nümayəndələrini başına
yığmışdır. Siz heç belə hərəkat tanıyırsınız? (Yerdən səslər: Belə hərəkat
yoxdur). Hanı o hərəkat, gəlsin ortaya çıxsın. Əgər o, doğrudan da Qarabağ
azadlıq hərəkatıdırsa, qoy getsin Qarabağda vuruşsun. (Yerdən səslər: onların
hansı birinin uşağı Qarabağda vuruşur?). "Boz qurd" adında guya ki, bir partiya
var, bu, İsgəndər Həmidovdur. Nə isə, bütün bunlar və başqaları yığışıb bir
bəyanat vermişlər. Bu, çox çirkin, ədalətsiz, bizim bugünkü həyatımıza, milli
mənafeyimizə zidd olan bəyanatdır. Əvvəldən axıradək yalan, iftira və böhtandır.
Guya ki, buraya rus qoşunları gəlir və bəyanatı imzalayanlar da Azərbaycanı rus
qoşunlarından müdafiə etmək istəyirlər.
Əvvəla, buraya rus qoşunu gəlmir. Xalqı aldatmaq lazım deyil. Mən son
vaxtlar həyata keçirdiyimiz tədbirlər barəsində sizə məlumat verdim və bunu
xalqımız bu gün televiziya vasitəsilə eşidəcək. İkincisi, əgər onların dövlət
tərəfindən görülən tədbirlərə hər hansı etirazı, iradı varsa, qoy gəlib dövlətlə
danışıqlar aparsınlar. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı tərəfindən
seçilmiş prezident var. Orada-burada toplaşıb, köhnə ab-hava ilə yaşayaraq dəstə
yığmaq, mitinq çağırmaq, daha nə bilim, cürbəcür əməllərə əl atmaq - bütün
bunlar artıq xalqda nifrət hissi doğurur. Heç kəs belə əməlləri bəyənə bilməz.
Çünki bütün bunlar qanuna zidd hərəkətlərdir.
Nə isə, mən buna da əhəmiyyət vermədim. Lakin dünən yenə də yığışıb milli
müqavimət hərəkatı yaradıb və elan ediblər ki, bu gün mitinq keçirəcəklər. Nə
mitinq? Kimlərdir bunu edən? Etibar Məmmodov, İsgəndər Həmidov, sonra
Tofiq Qasımov, İsa Qəmbərov, İbrahim İbrahimov. Bir neçə belə adam. Bəli,
dünən belə bir hərəkat yaradıblar ki, camaatı mitinqə çağırsınlar. Şübhəsiz ki,
onların heç bir mitinqinə heç kəs icazə verməyəcəkdir. Əgər onlar qanunsuz
hərəkət etsələr, dövlət qanunları tətbiq olunacaq və bu işdə əli olan hər kəs öz
cəzasını alacaqdır. Bunu mən elan edirəm.
İkincisi, bu adamların hərəkəti barədə. Mən bunu Azərbaycanın milli
mənafeyinə zidd olan hərəkət kimi qiymətləndirirəm. (Yerdən səslər: xəyanətdir,
xəyanətdir). Bəli, doğru deyirsiniz, xəyanət kimi qiymətləndirirəm. Azərbaycan
dövləti, Azərbaycanın dövlət başçısı, dövlət strukturları qalıb bir kənarda,
hakimiyyət iddiasında olan üç-dörd nəfər guya Azərbaycan xalqını müda-