____________Milli Kitabxana____________
591
dirdi. Azərbaycan od tutub yanırdı, parçalanırdı.
Bir tərəfdən Gəncədə bir dəstə,
digər tərəfdən Lənkəranda bir dəstə, başqa tərəfdən, ayrı bölgələrdə dəstələr
peyda olmuşdu. Azərbaycan dağılıb gedirdi. Azərbaycanı bu şəraitə gətirib
salanlardan biri olan İsa Qəmbərov üç saat mənim özümdən xahiş edib ki, gəlin,
respublikanı bu vəziyyətdən çıxarın. Mən dedim ki, gələ bilmərəm, çünki siz
Azərbaycanı çox pis vəziyyətə salmısınız. Əbülfəz Elçibəy üç-dörd gün mənimlə
danışıqlar apardı. Onlar bir həftə çalışdılar ki, məni Naxçıvandan buraya
gətirsinlər. Mən də gəlib onların düz üzünə dedim ki, siz Azərbaycanı
dağıtmısınız. Özləri istefa verdilər. İsa Qəmbərov da, Pənah Hüseynov da istefa
verdi.
Pənah Hüseynov qaçıb aradan çıxdı, on bir aydır gizlənir, bilən yoxdur,
haradadır. Biri deyir xaricdədir, biri deyir filan yerdədir. Əgər düz adamdırsa,
niyə qaçıb aradan çıxır? Əbülfəz Elçibəy də buradan qaçdı, on bir aydır ki, Kələki
kəndində oturub, orada hərdənbir danışıqlar aparır, camaatı çaşdırır. Yaxşı, əgər
hakimiyyət sizdə idisə və siz də onu saxlaya bilmədinizsə, Azərbaycanı vətəndaş
müharibəsi vəziyyətinə gətirib çıxardınızsa, ölkəni dağıtdınızsa, bəs indi nə
istəyirsiniz?! Bu xalqdan nə istəyirsiniz? Niyə camaatı çaşdırmağa can atırsınız?
Gedin yerinizdə sakitcə oturun, bəlkə cəzadan xilas oldunuz.
Tofiq Qasımov. Bunu gətirib xarici işlər naziri qoymuşdular. İndi orada-
burada elə hey danışır. Başqa bir söz deyə bilmərəm. Onun bir dəfə belə normal
danışdığını görmək olmaz. İndi gəlib atılıb meydana. Yaxşı, son bir il xarici işlər
naziri oldun, bu bir ildə Azərbaycanın xarici siyasətini qura bilmədin. Məhz sən
xarici işlər naziri olan dövrdə ABŞ konqresi Azərbaycan üçün humanitar yardıma
embarqo qoydu. Sən heç nəyə nail ola bilmədin. Azərbaycanın bir sıra dövlətlərlə
münasibətləri korlandı. İndi de görək, nə iş görmüsən? Heç bir iş görməmisən!
Belə bir halda sən nə istəyirsən?
Mən daha başqalarının adlarını çəkmək istəmirəm. Bunlar guya bu gün, ya da
sabah mitinq keçirmək istəyirlər. Bəli, İsa Qəmbərov məktub yazır ki, mən mayın
28-də Azadlıq meydanında mitinq keçirmək istəyirəm. Nə münasibətlə? İstiqlal
günü münasibətilə! Bu İstiqlal günü məgər sənə məxsusdur?! 28 May
Azərbaycan xalqının İstiqlal bayramıdır. Bu, xalqımızın bayramıdır. Azərbaycan
dövlətinin bayramıdır. Ona görə də dövlət bu bayrama lazımi hazırlıq görür və
onu layiqincə qeyd edəcəkdir. Lakin hansısa bir təşkilatın gəlib bu bayramı
xüsusi keçirməsi, yaxud da özünü dövlətdən ayırması hansı qanun-qaydaya
uyğundur? Bunların heç birisi yaramaz. Bütün bunlar xalqın indiki ağır şəraitdə
yaşadığı dövrdə, bu vəziyyətdən çıxmaq üçün yollar axtardığımız vaxtda,
müharibəyə son qoymaq əzmində olduğumuz halda aranı vurmaq, sabitliyi
pozmaq, müharibəni davam etdirmək deməkdir, çünki nə qədər ki, müharibə var,
o vaxta qədər də onlar var. Nə qədər ki, müharibə var, onlar bundan istifadə
edərək öz şəxsi məqsədlərinə çatmağa can atırlar. Müharibə qurtarandan sonra
bunlar olmayacaqlar. Amma onlar bu gün də xalq üçün yoxdurlar.
____________Milli Kitabxana____________
592
Bu fikirləri sizə çatdırmaqla yanaşı, onlara xəbərdarlıq edirəm: Mən bir
prezident kimi bütün Azərbaycan xalqını, əhalinin bütün təbəqələrini, bütün
siyasi qüvvələri, bütün partiyaları, bütün təşkilatları milli həmrəyliyə, vətəndaş
həmrəyliyinə dəvət etmişəm və dəvət edirəm. Milli həmrəylik, vətəndaş
həmrəyliyi ancaq Azərbaycanın xalq tərəfindən seçilmiş qanuni prezidenti
ətrafında ola bilər. Bu həmrəylik başqa bir şəkildə ola bilməz! Kim milli
həmrəyliyə həqiqətən qoşulmaq istəyirsə gəlsin bizimlə əməkdaşlıq etsin. Mən
hər bir kəslə əməkdaşlıq etməyə hazıram. Xalqın milli mənafeyi naminə, xalqı bu
vəziyyətdən çıxarmaq naminə! Kim bu yolda kiçik bir müsbət addım atarsa, mən
onu bəyənməyə, təqdir etməyə hazıram. Amma ayrı-ayrı dəstələrin qruplaşıb
özlərinə bir mərkəz yaratmasına, yaxud Azərbaycan dövlətinə qarşı sui-qəsd
etməsinə və ya təxribat törətməsinə, habelə özləri demişkən, kütləvi aksiyalar
təşkil etməsinə yol verməyəcəyəm, Azərbaycan dövlətinin qanunları çərçivəsində
mən bunlara qarşı lazımi tədbirlər görəcəyəm və ümidvaram ki, Azərbaycan xalqı
daim məni müdafiə edəcəkdir.
Mən bu məsələləri sizə geniş çatdırmaq istədim. Güman edirəm ki, fikirlərim
bu axşam televiziya vasitəsilə Azərbaycan xalqına çatdırılacaqdır. Ona görə ki,
bizim indi apardığımız siyasət, necə deyərlər, çox mürəkkəb yolla gedir. Onu
bilin. Demək olar ki, biz nazik bir sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu
siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli
mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin və Azərbaycan
müharibə şəraitindən çıxsın. Bəziləri deyir ki, müharibə aparaq, 5-6 il də vuruşaq.
Amma belələrinin özləri burada oturub, müharibəyə getmir.
Mən sizə deyə bilərəm ki, bu son iki gündə, xüsusən mayın 18-də Milli
Məclisdə onlar özlərini ədəbsiz apardıqlarına görə, mənə minlərlə teleqram gəlir.
Bu teleqramların əksəriyyəti Qarabağ bölgəsindən Ağdamdan, Bərdədən,
Ağcabədidən, Goranboydan, bütün cəbhə bölgələrindən göndərilir. Hamı da
məndən tələb edirlər ki, icazə verin, biz gəlib Bakıda bəzi siyasətbazlarla özümüz
haqq-hesab çəkək. Orada xalqın yüzlərlə nümayəndəsi icra hakimiyyətlərinin
binaları qarşısına toplaşıb deyir ki, bizə şərait yaradın, gedək Bakıya, prezidentə
münasibətimizi bildirək və o adamlara öz sözümüzü deyək.
Mən hamıya deyirəm ki, heç bir qarışıqlıq salmaq lazım deyil; o adamların
cavabını biz özümüz veririk. O ki qaldı sizin bu həmrəyliyinizə, teleqramlarınıza,
mən onlara görə sizə minnətdaram. Azərbaycanın ictimai rəyi mənə məlumdur.
Azərbaycan xalqı bu adamların çirkin hərəkətinə nifrət edir. Lakin onlar əvvəllər
bəzən belə zorakı, ağılsız hərəkət edərək bəzi məsələlərə nail olduqlarına görə
güman edirlər ki, bu, indi də ola bilər. İndi bu mümkün deyil. Mən bu sözləri ona
görə deyirəm ki, onları tutduqları yoldan çəkindirim, başa düşsünlər ki, düz yolla
getməlidirlər. Düz yolla gedərlərsə,Cəmiyyətdə öz yerlərini tutacaqlar. Yox, əgər
belə hərəkət edəcəklərsə, Azərbaycanın dövləti var və dövlətçiliyimiz qorunacaq,
Azərbaycan qanunları tətbiq