____________Milli Kitabxana____________
593
ediləcək və kimliyindən asılı olmayaraq, hər kəs öz cəzasını alacaqdır. Güman
edirəm ki, siz də bu fikirdəsiniz.
Mən bu fikirləri sizə çatdıraraq bir daha hamınıza, sizin simanızda bütün
Qarabağ mahalının əhalisinə, şuşalılara, laçınlılara, kəlbəcərlilərə, ağdamlılara,
füzulilərə, cəbrayıllılara, qubadlılara, zəngilanlılara, sakinləri didərgin düşən
digər bölgələrin bütün əhalisinə öz hörmət və ehtiramımı bildirirəm. Əmin olun
ki, sizin həyat şəraitinizlə maraqlanırıq və bundan sonra da maraqlanacağıq.
Qaçqınların məskunlaşdığı yerlərdə dəfələrlə olmuşam. Oraya çox yardım
göndərilir
xaricdən də, bizdən də. Buraya da göndərilir. Çalışacağıq ki, bu
məsələlər bundan sonra daha yaxşı həll edilsin. Amma siz də, bir halda ki,
dözürsünüz, yenə də dözün. Biz çalışacağıq ki, müharibə şəraitindən tezliklə
qurtaraq, torpaqlarımızı geri qaytaraq, hər biriniz öz ev-eşiyinizə dönəsiniz. sağ
olun!
Bir daha bayramınızı təbrik slirəm, sizə cansaqlığı, xoşbəxtlik arzulayıram.
____________Milli Kitabxana____________
594
BAKIDA XƏZƏR DƏNİZİNDƏ NEFT-QAZ
HASİLATINA DAİR I BEYNƏLXALQ
SƏRGİNİN AÇILIŞINDA ÇIXIŞ
24 may 1994-cü il
Hörmətli xanımlar və cənablar! Sizi səmimi-qəlbdən salamlayır, mühüm
hadisə Azərbaycanda, Xəzər hövzəsində neft və qaz hasilatına həsr olunmuş
sərginin açılışı münasibətilə təbrik.edirəm. Ölkəmizin neft sənayesinin qədim və
zəngin tarixi var. Təqribən 150 il bundan əvvəl Azərbaycanda sənaye üsulu ilə
neft çıxarılmasına başlanması məlumdur. O vaxtdan ötən dövrdə Azərbaycan
xalqının səyləri,
xarici şirkətlərin köməyi ilə böyük yol keçilmişdir.
Respublikanın yataqlarından 1 milyard 300 milyon tondan çox neft və külli
miqdarda qaz çıxarılmışdır. Lakin ötən tarixi dövr və mütəxəssislərimizin
tədqiqatları göstərir ki, Azərbaycanda indi də çox böyük neft və qaz ehtiyatı var.
Deməli, Azərbaycan Respublikasının bu qiymətli sərvətlərindən istifadə
sahəsində qarşıda bizi daha böyük perspektiv gözləyir. Ötən tarixi dövrdə nə
edilmişsə, şübhəsiz ki, bizim çox böyük nailiyyətimiz, zəngin təcrübə, gələcək
işlər üçün yaxşı bünövrədir. Cəsarət edib bir cəhəti də qeyd etmək istəyirəm ki,
dünya təcrübəsində dənizdən neft çıxarılmasına ilk dəfə Azərbaycanda
başlanmışdır. Bütün bu deyilənlər Azərbaycana və Bakıya neft şöhrəti gətirmiş və
ölkəmizi dünyada tanıtmışdır. Lakin indi biz neft və qaz yataqlarından istifadə
olunmasının yeni mərhələsindəyik.
Bu, hər şeydən əvvəl onunla bağlıdır ki, Azərbaycan özünün çoxəsrlik tarixi
ərzində ilk dəfə olaraq dövlət müstəqilliyi əldə etmişdir. Azərbaycan xalqı yeraltı
sərvətlərinin və öz taleyinin tam hüquqlu sahibi olmuşdur. Bu, ona özünün yeraltı
sərvətlərindən müstəqil şəkildə, Azərbaycanın mənafeyinə uyğun istifadə etməyə
imkan verəcəkdir.
Digər tərəfdən, son onilliklərdə xüsusən, dəniz yataqlarında neft və qaz
hasilatı texnikası və texnologiyasında dünya praktikasında çox böyük nailiyyətlər
əldə olunmuşdur. Etiraf etməliyəm ki, əslində dünyada ilk dəfə olaraq dəniz
yataqlarının işlənməsinə başlayan Azərbaycan indi bu sahədə dünya
səviyyəsindən müəyyən dərəcədə geri qalır. Bununla belə, dünyanın, xüsusən
Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük maraq göstərməsi
əməkdaşlığımızın zəruriliyini şərtləndirir. Biz milli mənafeyimizi tam dərk
edərək və əməkdaşlığın Azərbaycanla nefq sənayesinin daha müvəffəqiyyətlə
inkişafını təmin edəcəyini əsas tutaraq həmin şirkətlərlə fəal əməkdaşlığa
getmişik. Bundan əlavə, belə əməkdaşlıq təkcə neft şirkətləri ilə deyil, həm də
Qərb ölkələri ilə sıx qarşılıqlı fəaliyyətə gətirib çıxaracaqdır. Qərbin neft
şirkətləri ilə əmək-
____________Milli Kitabxana____________
595
daşlıq istiqamətində atdığımız addımların həm iqtisadi, həm də siyasi mənası var.
Biz əminik ki, Azərbaycanın, onun Dövlət Neft Şirkətinin Qərb tərəfdaşları ilə
gələcək əməkdaşlığı məhz bu prinsiplər zəminində həyata keçiriləcəkdir.
Sizə məlumdur ki, xarici neft şirkətləri Azərbaycanın neft və qaz yataqlarına
təqribən üç il bundan əvvəl maraq göstərmişlər. Bütün bu müddətdə müvafiq
danışıqlar aparılır. Bu danışıqların yolu isə, əlbəttə, hamar olmamışdır. Enişlər
də, yoxuşlar da olmuşdur. Lakin hər halda, bu danışıqlar davam etmişdir və bizim
fikrimizcə, son vaxtlar daha uğurla gedir. Xariçi neft şirkətlərinin rəhbərləri ilə
görüşərkən mən bunu demişəm. Lakin bu gün bir daha qeyd etməyi lazım bilirəm
ki, biz ölkəmiz üçün çox mühüm və məsuliyyətli olan bu addımı atarkən başlıca
prinsipi Azərbaycan Respublikasının milli mənafelərini, həm bizim dövlətimiz
üçün, həm də İqtisadiyyatımıza investisiya qoymağı qərara almış neft şirkətləri
üçün qarşılıqlı faydanı təmin edən prinsipi əsas götürürük.
Məmnuniyyətlə qeyd edirəm ki, bu prosesdə Qərbin təkcə neft şirkətləri deyil,
həm də bu ölkələrin rəhbərləri, məsələn, Böyük Britaniyanın baş naziri,
danışıqlara maraq göstərən cənab Con Meycor iştirak edir. Cənab Con Meycor
mənə göndərdiyi məktubunda həmin məsələ barədə öz fikirlərini ifadə etmişdir
və bu, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq haqqında müvafiq
sazişdə əksini tapmışdır. Bugünkü mərasimdə iştirak etmək üçün xüsusi olaraq
Bakıya gələn Birləşmiş Krallığın energetika naziri cənab Tim Eqqarın sərginin
açılışında olmasını böyük məmnuniyyətlə qeyd edirəm.
Azərbaycan ilə Qərbin neft şirkətləri arasında danışıqların son vaxtlar daha
uğurla getməsindən məmnun qaldığımı bildirmək istəyirəm. Danışıqların mayın
2-dən 19-dək İstanbulda keçirilən sonuncu mərhələsi, zənnimcə, yaxşı nəticələrlə
başa çatmışdır. Ötən vaxt ərzində danışıqlarla, neft sənayesi sahəsində Qərb
ölkələri ilə əməkdaşlıqla bağlı çoxlu müxtəlif mülahizələr, şayiələr olmuşdur.
Əslində bunların əsası yoxdur. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası,
prezident kimi mən mövqeyimizi qəti müəyyənləşdirmişik. Mövqeyimiz isə
ondan ibarətdir ki, biz danışıqları davam etdirəcəyik və bunların müvəffəqiyyətlə
başa çatmasına, böyük kommersiya sazişlərinin bağlanmasına ümid bəsləyirik.
Bununla əlaqədar indiki sərkiyə və onun gedişində keçirilməsi nəzərdə
tutulan konfransa çox böyük əhəmiyyət veririk. Sərgidə 20 ölkənin 180-dək
firmasının iştirak etməsi onun belə əhəmiyyət kəsb etdiyini göstərir. Burada
Azərbaycanın neft sənayesi də kifayət qədər dolğun təmsil olunmuşdur.
Ümidvaram ki, sərkinin iştirakçıları, tamaşaçılar neft hasilatı, bu prosesin texnika
və texnologiyası sahəsində dünyanın iri neft şirkətlərinin əldə etdikləri bütün
nailiyyətlərle tanış olacaq, eyni zamanda Azarbaycan neft sənayesinin tarixi,
onun nailiyyətləri ilə də tanış ola biləcəklər.
Bayaq qeyd etdim ki, son onilliklərdə dünyanın neft şirkətlə-