____________Milli Kitabxana____________
589
fiə etmək istəyir. Azərbaycan xalqı özünü müdafiə etmək üçün prezident
seçmişdir, prezident də xalqın təhlükəsizliyinin təminatçısıdır, onun hüquqlarının
qorunmasının təminatçısıdır. Azərbaycan torpaqlarının toxunulmazlığının
təminatçısıdır. Bəs onlara kim belə səlahiyyət veribdir? Hansı əsasla? Axı əslində
kimdir onlar?
Bilirsinizmi, mən onların haqqında heç nə demək istəmirəm, çünki onların
səviyyəsinə enmək fikrində deyiləm (Yerdən_səslər'>Yerdən səslər: millət bilir). Düz deyirsən
qardaş, millət bilir. Mən onların səviyyəsinə enmək istəmirəm. Çünki onlar
lazımi səviyyəyə qalxmaq üçün, əgər düz yolla getsələr, hələ 10-15 il fəaliyyət
göstərməlidirlər. Onlar heç bir təcrübəsi olmayan adamlardır. İndi hərəsi özünə
bir partiya düzəldib. Biz demokratiyaya yol açmışıq, partiyalar var. Etirazımız
yoxdur, qoy fəaliyyət göstərsinlər. Azərbaycanda 40-dan artıq partiya qeydə
alınıb, bəzi qəzetlər ağızlarına gələni yazır,
xalq bunlara fikir vermir, çünki
inanmır, böhtan atırlar. Bütün bunlara dözmək olar. Demokratiya, siyasi
plüralizm nöqteyi-nəzərindən mən bunlara etiraz etmirəm və gələcəkdə də
etməyəcəyəm. Amma böhtançılığa, xalqı aldatmağa, cinayətə sövq etməyə yol
verməyəcəyəm və bu barədə hamıya xəbərdarlıq edirəm.
Mən Etibar Məmmədova həmişə hörmət etmişəm. Amma görürəm ki, burada
sizin onun haqqında fikriniz pisdir (Yerdən səslər: O, bizi çollərdə qoyub).
Bilirəm, siz bunu onun özünə deyərsiniz. Bir gənc kimi, müəyyən qədər siyasi
fəaliyyət göstərdiyinə görə mən ona həmişə hörmətlə yanaşmışam. Lakin qoy
Etibar Məmmədov eşitsin və anlasın ki,
o, mənim hörmətimi
qiymətləndirməlidir. Çünki onun iddialarla yaşamağa hələ heç bir mənəvi haqqı
yoxdur. O, son üç-dörd ildə qarşısına bir məqsəd qoymuşdur: Nəyin bahasına
olursa-olsun hakimiyyətə gəlmək. Yaxşı, hakimiyyətə gəlmək istəyirdinsə,
vaxtilə prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəy, Nizami Süleymanov,
təxminən yeddi nəfər, o cümlədən də Etibar Məmmədov namizədliyini irəli
sürmüşdü. Seçilərdi, gəlib olardı prezident. Əbülfəz Elçibəyi guya seçdilər. Bəli,
guya, nə isə, seçdilər, o da oldu prezident. Bu da başladı onun əleyhinə işləməyə.
Məqsədi də gəlib prezident olmaq idi.
Əbülfəz Elçibəy öz-özünə yıxıldı, aradan çıxıb qaçdı. (Yerdən səslər: Bizi
qoydu qaçdı). Bəli, qoyub qaçdı. O qaçandan sonra mən Etibar Məmmədovu işə
cəlb etmək istədim. Siz bunu bilirsiniz. Mən onu yanıma çağırıb təklif etdim ki,
gəl, xariçi işlər naziri işlə. Dedi yox, bu vəzifə mənim üçün azdır. Dedim onda
dövlət katibi ol. Dedi yox, bu vəzifə də mənim üçün azdır. Yaxşı, onda gəl səni
baş nazirin birinci müavini qoyaq. Dedi yox, bu da mənim üçün azdır. Bəlkə Ali
Sovetin sədrinin birinci müavini qoyaq? Yox, bu da mənim üçün azdır. Dedim,
bəs sən nə istəyirsən? Deyir, siz gərək məni baş nazir vəzifəsinə qoyaydınız,
amma bu vəzifəyə Surət Hüseynovu təyin etdiniz. Dedim, bu mənim işimdir. Bir
halda ki, xalq mənə inanıb, mən onu baş nazir qoymuşam. Baş nazir vəzifəsi artıq
tutulub, amma ondan bir pillə aşağı olan bir neçə vəzifə təklif edirəm. (Yerdən
səslər: Ona ancaq və-
____________Milli Kitabxana____________
590
zifə lazımdır). Bir görün, mənə sonra nə deyir: Siz gəlin, xarici işlər naziri,
iqtisadi əlaqələr naziri, dövlət katibi vəzifələrini birləşdirin, Dövlət Neft Şirkətini
də buraya əlavə edin və bir vəzifə yaradın, onu da mənə verin. Bilirsiniz, mən ona
baxdım və dedim ki, axı sən hələ bir yerdə bir ağac da əkməmisən, bir arxa su
gətirməmisən, bir daşı bir daşın üstünə qoymamısan, bəs səndə bu qədər iddia
haradandır? Ona dedim ki, mən belə şeyi edə bilmərəm. Amma bu vəzifələrdən
hansını istəyirsənsə, gəl seç, götür. Məqsədim də sağlam məqsəd idi. Düşündüm
ki, cavan adamdır, siyasətə qoşulub, gəlib bu vəzifələrdən birində işləsin, təcrübə
toplasın. Bəlkə gələcəkdə bundan bir xadim çıxdı. Amma gördüm ki, yox, bu,
allahlıq iddiasındadır. Çıxıb getdi. Bütün bunlara baxmayaraq, mən onunla
normal münasibət saxlayırdım.
Bu yaxınlarda mənə zəng vurdu ki, sizinlə görüşmək istəyirəm. Dedim vaxtım
yoxdur. Təkid etdi, dedi ki, Türkiyəyə gedirəm. İki gündən bir Türkiyəyə gedir,
heç bilmirsən oraya nəyə gedib-gəlir. Müxtəsəri, dedim, yaxşı, gəl. Nə isə, gəldi.
Bəzi məsələlərdən danışdıq. Sonra gedib qəzetində yazır ki, Heydər Əliyevə mən
bunu dedim, onu dedim. Yazır ki, o vaxtlar Heydər Əliyev mənə vəzifə təklif
etdi, amma mən getmədim. Yalan deyir. O, mən təklif etdiyim vəzifədən artıq
vəzifə istəyirdi. Baş nazir olmaq, ya da xüsusi bir vəzifə istəyirdi. İndi mən
belələri ilə əməkdaşlıq etmək istəyirəm. Amma belələri ilə necə əməkdaşlıq
edəsən.
İndi bu adam onları başına yığıb. Halbuki onlar bir-biri ilə vuruşurdular.
Məsələn, vaxtilə İsgəndər Həmidovla bu Etibar Məmmədov vuruşurdu.
Yadımdadır, Əbülfəz Elçibəy prezident idi və o vaxt mən Naxçıvanda
yaşayırdım. Bir dəfə, yadımda deyil, ya dövlət katibi, ya da baş nazir olan Pənah
Hüseynov Etibar Məmmədovun partiyasının nümayəndələri ilə televiziya ilə
dialoq aparırdı. Bu zaman İsgəndər Həmidov gəlib telestudiyada dialoq gedən
salona daxil oldu, xuliqanlıq etdi, bunları soydü, hamını qovub dağıtdı. Amma o
vaxtlar Azərbaycanda bir rəhbərlik yox idi ki, İsgəndər Həmidovu bu
xuliqanlığına görə cəzalandırsın. Olan olub, keçən keçib. Nə etmək olar. O vaxt
düşmən idilər. Amma indi Etibar Məmmədov gedib İsgəndər Həmidovla birləşib
ki, gəlin, bu iqtidara qarşı mübarizə aparaq.
Bəs bu İsgəndər Həmidov kimdir? Onu siz yaxşı tanıyırsınız. Özü də heç bir
əsası olmadan, heç bir xidməti olmadan gəlib ortaya düşüb, özünə də bir "Boz
qurd" partiyası yaradıb. Birincisi, bu "Boz qurd" partiyası nə partiyadır? İkincisi,
bu partiya vəsaiti haradan alır? Qəzet çıxarır, yalan-yalan şeylər yazır. Bu
İsgəndər Həmidov indi də gəlib ki, mən mitinq keçirəcəyəm.
Yaxud götürək İsa Qəmbərovu. O əyri yolla, düz yolla, Allah bilir, hansı yolla
Ali Sovetin sədri oldu. Yaxşı, işləyə bilmədin, qardaş, çıxıb qaçdın. Keçən il iyun
ayının 11-də özü istefa verdi ki, mən işləyə bilmirəm. Nə üçün? Çünki
Azərbaycanı gətirib vətəndaş müharibəsi vəziyyətinə çıxartdılar. Düz bir il
bundan qabaq, keçən ilin may ayında iyunun əvvəllərində Azərbaycanda artıq
vətəndaş müharibəsi başlanmışdı, qardaş qırğını ge-