____________Milli Kitabxana____________
596
ri dənizdən neft çıxarılması texnikası və texnologiyasını inkişaf etdirməkdə çox
böyük təcrübə toplamışlar. Bu nailiyyətlərlə əyani tanışlıq bizdən, Azərbaycanın
nümayəndələrindən ötrü son dərəcə maraqlı olacaqdır. Eyni zamanda əminəm ki,
sərginin məqsədi təkcə təcrübəni nümayiş etdirmək deyil, həm də bu təcrübədən
istifadə üçün səyləri birləşdirməkdir.
Azərbaycan neft ölkəsidir. Keçmişdə isə Odlar diyarı adlanırdı və Azərbaycan
bu gün də həmin adı fəxrlə daşıyır. Bu adın özü də neft və qaz ilə əlaqədardır.
Qədim zamanlarda adamlar yerin altından çıxan yanar qazı sadəcə olaraq od
sayırdılar. Azərbaycanda neft yataqlarının istismar edildiyi bir çox onilliklər
ərzində xalqımızın fəxri sayılan neçə-neçə neftçilər nəsli yetişmişdir. Neftçi
olmaq Azərbaycanda ən şərəfli peşə sayıdır. Qeyd etməyi lazım bilirəm ki,
keçmiş Sovet İttifaqında əslində bütün yataqların kəşfi və işlənməsi Azərbaycan
alimləri və neftçilərinin əməyi, səyləri ilə bağlıdır. Keçmiş Sovet İttifaqında, indi
Rusiyada ikinci, üçüncü, dördüncü Bakı var. Bunlar Tatarıstan, Başqırdıstan,
Orenburq, Sibirdir. Həmin rayonları məhz ona görə ikinci, üçünçü, dördüncü
Bakı adlandırmışlar ki, o yerlərdə hər dəfə yataqların kəşfi, işlənməsi
Azərbaycanda hazırlanmış alimlər, geoloqlar, mütəxəssislər tərəfindən həyata
keçirilmişdir.
Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox
nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda
qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır.
Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft
şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin
layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft
şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş
nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər. Böyük məhəbbət və səylə
hazırlanmış indiki sərki də buna geniş imkan yaradır. Sərkinin hazırlanmasına
böyük əmək sərf etdiklərinə görə "Sperhed eksibişnz LTD" firmasına və
Azərbaycanın Ticarət-Sənaye Palatasına minnətdarlığımı bildirir, dünyanın bütün
neft şirkətlərinin imkanlarını dolğunluğu ilə təqdim etmək, respublikanın
ictimaiyyətini onlarla tanış etmək üçün şirkətlərin hamısının bir-birini tanıya
bilməsi üçün sərginin işlədiyi günlərdə burada çalışacaq şəxslərin hamısına
uğurlar arzulayıram. Ümidvaram ki, bütün bunlar hamımız üçün çox faydalı
olacaqdır.
Nəhayət, bir cəhəti qeyd etməyə bilmərəm. Bəlkə də bunun neft sənayesinə
bilavasitə aidiyyəti yoxdur, lakin indiki sərki ilə bağlıdır. 15 il bundan əvvəl
mənim təşəbbüsümlə həmin bu idman
____________Milli Kitabxana____________
597
kompleksinin tikintisinə başlanmışdır. O zaman binanın bünövrəsinə ilk daşı mən
qoymuşdum və indi hədsiz dərəcədə xoşbəxtəm ki, kompleksin tikintisi hələ başa
çatmasa da, idman oyunlarından əlavə, belə gözəl sərgi kimi xeyirxah işə də
xidmət edir. Hamınızı bir daha salamlayır və təbrik edir, möhkəm cansağlığı və
xoşbəxtlik arzulayır, bu beynəlxalq sərgiyə, burada təmsil olunan bütün şirkətlərə
böyük uğurlar diləyirəm. Ümidvaram ki, Azərbaycan ilə Qərbin neft şirkətləri
arasında əməkdaşlıq daha müvəffəqiyyətlə inkişaf edəcəkdir. Hamınıza böyük
uğurlar arzulayıram.
XALQ YAZIÇİSI İLYAS ƏFƏNDİYEVƏ
Əziz və hörmətli sənətkarımız!
Sizi - Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz
münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dühalar bəxş
etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə
ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail
olmuşsunuz.
Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın
səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir.
Hörmətli İlyas müəllim! Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına
mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki,
müstəqil Azərbaycanımızın hələ
neçə-neçə nəsli bu zəngin mənbədən
faydalanacaqdır. Sizə möhkəm cansağlığı, çətin və şərəfli yaradıcılıq yolunda
uğurlar arzulayıram.
HEYDƏR ƏLİYEV
25 may 1994-cü il
____________Milli Kitabxana____________
598
KİTABIN İÇİNDƏKİLƏR
NƏŞRİYYATDAN...........................................................................................5
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN İCLASINDA ÇIXIŞ
15 iyun 1993-cü il.............................................................................................9
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLAHİY-
YƏTLƏRİNİ HƏYATA KEÇİRƏN AZƏRBAYCAN RESPUBLİKASI
ALİ SOVETİNİN SƏDRİ HEYDƏR ƏLİYEVİN BƏYANATI
2 iyul 1993-cü il.........................................................................................… 15
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ƏLAHƏZRƏT
BİLL KLİNTON CƏNABLARINA
2 iyul 1993-cü il............................................................................................. 17
İSTANBULDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ
2-ci GÖRÜŞÜNÜN İŞTİRAKÇILARINA
5 iyul 1993-cü il..............................................................................................18
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLA-
HİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN AZƏRBAYCAN
RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ HEYDƏR
ƏLİYEVİN BƏYANATI
5 iyul 1993-cü il..............................................................................................19
"OSTANKİNO" DÖVLƏTLƏRARASI TELEVİZİYA
ŞİRKƏTİNƏ MÜSAHİBƏ
6 iyul 1993-cü il..............................................................................................22
FRANSA RESPUBLİKASININ PREZİDENTİ ƏLAHƏZRƏT
FRANSUA MİTTERAN CƏNABLARINA
13 iyul 1993-cü il........................................................................................... 31