MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə253/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   248   249   250   251   252   253   254   255   256

____________Milli Kitabxana____________

596


ri dənizdən neft çıxarılması texnikası və texnologiyasını inkişaf etdirməkdə çox

böyük təcrübə toplamışlar. Bu nailiyyətlərlə əyani tanışlıq bizdən, Azərbaycanın

nümayəndələrindən ötrü son dərəcə maraqlı olacaqdır. Eyni zamanda əminəm ki,

sərginin məqsədi təkcə təcrübəni nümayiş etdirmək deyil, həm də bu təcrübədən

istifadə üçün səyləri birləşdirməkdir.

Azərbaycan neft ölkəsidir. Keçmişdə isə Odlar diyarı adlanırdı və Azərbaycan

bu gün də həmin adı fəxrlə daşıyır. Bu adın özü də neft və qaz ilə əlaqədardır.

Qədim zamanlarda adamlar yerin altından çıxan yanar qazı sadəcə olaraq od

sayırdılar. Azərbaycanda neft yataqlarının istismar edildiyi bir çox onilliklər

ərzində xalqımızın fəxri sayılan neçə-neçə neftçilər nəsli yetişmişdir. Neftçi

olmaq Azərbaycanda ən şərəfli peşə sayıdır. Qeyd etməyi lazım bilirəm ki,

keçmiş Sovet İttifaqında əslində bütün yataqların kəşfi və işlənməsi Azərbaycan

alimləri və neftçilərinin əməyi, səyləri ilə bağlıdır. Keçmiş Sovet İttifaqında, indi

Rusiyada ikinci, üçüncü, dördüncü Bakı var. Bunlar Tatarıstan, Başqırdıstan,

Orenburq, Sibirdir. Həmin rayonları məhz ona görə ikinci, üçünçü, dördüncü

Bakı adlandırmışlar ki, o yerlərdə hər dəfə yataqların kəşfi, işlənməsi

Azərbaycanda hazırlanmış alimlər, geoloqlar, mütəxəssislər tərəfindən həyata

keçirilmişdir.

Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox

nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda

qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır.

Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft

şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin

layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft

şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş

nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər. Böyük məhəbbət və səylə

hazırlanmış indiki sərki də buna geniş imkan yaradır. Sərkinin hazırlanmasına

böyük əmək sərf etdiklərinə görə "Sperhed eksibişnz LTD" firmasına və

Azərbaycanın Ticarət-Sənaye Palatasına minnətdarlığımı bildirir, dünyanın bütün

neft şirkətlərinin imkanlarını dolğunluğu ilə təqdim etmək, respublikanın

ictimaiyyətini onlarla tanış etmək üçün şirkətlərin hamısının bir-birini tanıya

bilməsi üçün sərginin işlədiyi günlərdə burada çalışacaq şəxslərin hamısına

uğurlar arzulayıram. Ümidvaram ki, bütün bunlar hamımız üçün çox faydalı

olacaqdır.

Nəhayət, bir cəhəti qeyd etməyə bilmərəm. Bəlkə də bunun neft sənayesinə

bilavasitə aidiyyəti yoxdur, lakin indiki sərki ilə bağlıdır.   15 il bundan əvvəl

mənim təşəbbüsümlə həmin bu idman



____________Milli Kitabxana____________

597


kompleksinin tikintisinə başlanmışdır. O zaman binanın bünövrəsinə ilk daşı mən

qoymuşdum və indi hədsiz dərəcədə xoşbəxtəm ki, kompleksin tikintisi hələ başa

çatmasa da, idman oyunlarından əlavə, belə gözəl sərgi kimi xeyirxah işə də

xidmət edir. Hamınızı bir daha salamlayır və təbrik edir, möhkəm cansağlığı və

xoşbəxtlik arzulayır, bu beynəlxalq sərgiyə, burada təmsil olunan bütün şirkətlərə

böyük uğurlar diləyirəm. Ümidvaram ki, Azərbaycan ilə Qərbin neft şirkətləri

arasında əməkdaşlıq daha müvəffəqiyyətlə inkişaf edəcəkdir. Hamınıza böyük

uğurlar arzulayıram.



XALQ YAZIÇİSI İLYAS ƏFƏNDİYEVƏ

Əziz və hörmətli sənətkarımız!

Sizi - Azərbaycanın görkəmli dramaturq və nasirini 80 illik yubileyiniz

münasibətilə ürəkdən təbrik edirəm. Dünya mədəniyyətinə ölməz dühalar bəxş

etmiş qədim Odlar diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə

ucalmaq olduqca çətin və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail

olmuşsunuz.

Oxucuların sevə-sevə mütaliə etdiyi nəsr əsərləriniz, milli teatrımızın

səhnəsində tamaşaya qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut edir.

Hörmətli İlyas müəllim! Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına

mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminəm ki,

müstəqil Azərbaycanımızın hələ

neçə-neçə nəsli bu zəngin mənbədən

faydalanacaqdır. Sizə möhkəm cansağlığı, çətin və şərəfli yaradıcılıq yolunda

uğurlar arzulayıram.

HEYDƏR ƏLİYEV

25 may 1994-cü il



____________Milli Kitabxana____________

598


KİTABIN İÇİNDƏKİLƏR

NƏŞRİYYATDAN...........................................................................................5

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN İCLASINDA ÇIXIŞ

15 iyun 1993-cü il.............................................................................................9

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLAHİY-

YƏTLƏRİNİ HƏYATA KEÇİRƏN AZƏRBAYCAN RESPUBLİKASI

ALİ SOVETİNİN SƏDRİ HEYDƏR ƏLİYEVİN BƏYANATI



2 iyul 1993-cü il.........................................................................................… 15

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ƏLAHƏZRƏT

BİLL KLİNTON CƏNABLARINA

2 iyul 1993-cü il............................................................................................. 17

İSTANBULDA İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ

2-ci GÖRÜŞÜNÜN İŞTİRAKÇILARINA

5 iyul 1993-cü il..............................................................................................18

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏLA-

HİYYƏTLƏRİNİ HƏYATA KEÇİRƏN AZƏRBAYCAN

RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ HEYDƏR

ƏLİYEVİN BƏYANATI

5 iyul 1993-cü il..............................................................................................19

"OSTANKİNO" DÖVLƏTLƏRARASI TELEVİZİYA

ŞİRKƏTİNƏ MÜSAHİBƏ

6 iyul 1993-cü il..............................................................................................22

FRANSA RESPUBLİKASININ PREZİDENTİ ƏLAHƏZRƏT

FRANSUA MİTTERAN CƏNABLARINA

13 iyul 1993-cü il........................................................................................... 31



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə