MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə245/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   241   242   243   244   245   246   247   248   ...   256

____________Milli Kitabxana____________

579


bir azərbaycanlı sizin kimi dərd içərisindədir. O cümlədən mən də  sizin

qarşınızda durmuşam, sizi təbrik edirəm, ancaq qəlbim dərdlə doludur. Sizin

dərdiniz, xalqımızın başına gələn bəlalar mənim də dərdimdir. Bir halda ki, mən

xalqın iradəsi ilə Azərbaycan Respublikasının prezidenti seçilmişəm, deməli, mən

hamıdan çox dərd çəkməliyəm və çəkirəm (Yerdən səs: Bizim ümidimiz

Sizədir). Bacım, mənim də ümidim sizədir, Azərbaycan xalqınadır. Ancaq bilin,

əlimdən gələni əsirgəməyəcəyəm ki, sizin ümidinizi, xalqımızın ümidini

layiqincə doğruldum. Buna tam əmin ola bilərsiniz.

Bayram günündə hər şeydən əvvəl, torpaqlarımızın, ərazi bütövlüyümüzün,

müstəqilliyimizin müdafiəsi yolunda çanını qurban vermiş övladlarımızı, bacı və

qardaşlarımızı minnətdarlıqla yad edirəm. Bir daha bəyan edirəm ki, onların

qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların əziz xatirəsi bizim qəlbimizdə

əbədi yaşayacaqdır. Onlar öz qəhrəmanlığı, şəhidliyi ilə özlərinə əbədi abidə

qoyublar. Vətənin müdafiəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla

yad etməyi rica edirəm.

Allah onlara rəhmət eləsin. Onların valideynlərinə, bacı-qardaşlarına,

övladlarına Allah səbir versin. Allah sizə səbir versin. Allah sizi hifz etsin. Bir

daha deyirəm, əminəm ki, o şəhidlərin qanı yerdə qalmayacaq, Azərbaycan xalqı

onların apardığı mübarizəni davam etdirəcək, respublikamızın ərazi bütövlüyünə

nail olacaqdır.

Mən şəxsən bilirəm ki, vəziyyətiniz ağırdır. İki ildir ki, didərgin həyatı

keçirirsiniz. Burada özünüzə yer tapmısınız. (Yerdən səs: Darısqaldır). Bilirəm

darısqaldır, bacı, əlbəttə çox darısqaldır. Mən də bilirəm, siz də bilirsiniz ki, son

vaxtlar didərgin düşmüş adamların əksəriyyəti indi İmişlidə, Sabirabadda,

Ağcabədidə və başqa yerlərdə çadırlarda yaşayır. Bəziləri isə bundan da pis

şəraitdədirlər.

Sizə məlumdur ki, altı il davam edən müharibə nəticəsində torpaqlarımızın

iyirmi faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Bu müddətdə Şuşadan,

Xocalıdan, Dağlıq Qarabağın azərbaycanlılar yaşamış başqa kəndlərindən,

qəsəbələrindən, ətrafdakı rayonlardan, Laçından, Kəlbəcərdən bir milyondan artıq

Azərbaycan vətəndaşı didərgin düşüb, yer-yurdunu itirmişdir. İndi böyük

çətinliklə onların məskunlaşması üçün müəyyən şərait yaratmağa çalışırıq.

Mən vəziyyətinizin ağırlığını bilirəm, dözümünüzə, səbirliliyinizə böyük

hörmət edirəm. Sağ olun ki, dözürsünüz, sağ olun ki, xalqın bu ümumi faciəsinə,

bəlalarına səbrlə davam gətirirsiniz. Bu, xalqımıza xas olan xüsusiyyətdir.

Xalqımız əsrlər boyu öz torpaqlarını, müstəqilliyini müdafiə edərək vuruşub,

döyüşüb, şəhidlər veribdir. Bəzən əsarətə də düşüb, ancaq dözüb. Dözümlülük

bizim xalqın xüsusiyyətidir, böyük mənəvi sərvətidir. Güman edirəm ki, bu fikri

siz də qəbul edərsiniz  yaman günün ömrü az olar. Həmişə belə olmayacaq.

Tarixə nəzər salsaq görərik ki, xalqımız beş il, on il yox, bəzən əsrlərlə əsarətə,

əziyyətə, məhrumiyyətə dözüb, ancaq mənliyini, inamını, milli qürurunu



____________Milli Kitabxana____________

580


itirməyib. Siz də itirməyəcəksiniz, biz də itirməyəcəyik. Gün gələcək ki, bu əzab-

əziyyətli günlər tarixdə qalacaq, xalqımız öz müstəqil dövlətində şən, xoşbəxt,

firavan yaşayacaqdır. Mən buna əminəm və sizi də əmin edirəm ki, Azərbaycanın

dövlət hakimiyyəti və prezident kimi mən qələbəyə nail olmaq üçün əlimdən

gələni əsirgəməyəcəyəm.

Bugünkü görüşümüzdə fürsətdən istifadə edərək son vaxtlar respublikamızda

gedən proseslər, ölkəmizdəki vəziyyət barədə bəzi fikirlərimi sizə çatdırmaq

istəyirəm. Bilirsiniz ki, Ermənistanın Azərbaycana təcavüzü son illər ardıcıl

davam edir. Nəticədə biz ərazimizin bir hissəsini itirmişik. Son vaxtlar, xüsusən

mən Azərbaycanın rəhbərliyinə qayıdandan sonra ordu qurulması, müdafiə

imkanlarımızın artırılması, eyni zamanda respublikamızın müstəqil dövlət kimi

xalqın mənafeyinə uyğun siyasət yeritməsi istiqamətində bir sıra mühüm işlər

görülmüşlür. Biz müharibə ilə əlaqədar, həm də beynəlxalq aləmlə münasibətləri

möhkəmləndirmək sahəsində müəyyən iş aparmışıq. Bütün bunlar sizə

məlumdur.

Sizə məlumdur ki, Azərbaycanın böyük iqtisadi, intellektual, mədəni, sosial

potensialı son illər bir tərəfdən müharibə, digər tərəfdən isə respublikamızın

daxilində gedən siyasi proseslər nətiçəsində, ayrı-ayrı qrupların hakimiyyət

uğrunda mübarizəsi, bir çox adamların xalqın mənafeyinə zidd hərəkətləri

nəticəsində dağılmışdır.

Bu gün elə burada yadıma salırlar ki, Şuşada görüşmüşdük (Yerdən səs:

Vaqifin məqbərəsinin açılışına gəlmişdiniz). Bəli, düz deyirsiniz, Vaqifin

məqbərəsinin açılışına gəlmişdim. Bir bacım dedi ki, Siz mənə "Şərəf Nişanı "

ordeni vermişdiniz. Axı o görüşlər elə-belə görüşlər deyildi. O vaxt xalqımız

rahat, firavan yaşayırdı. Xatirinizə salın, Şuşanın abadlaşması, gözəlləşməsi üçün

70-ci illərdə biz nə qədər işlər gördük! (Yerdən səs: Şuşada çoxmərtəbəli binaları

Siz tikdirmisiniz, Qarabağa dəmir yolunu Siz çəkdirmisiniz). Bəli, çoxmərtəbəli

yaşayış binaları, mehmanxana, şəhərin abadlaşması, tarixi abilələrin bərpası,

məscidlərin bərpası, dahi şairimiz Molla Pənah Vaqifin məqbərəsi, xan qızı

Natəvanın evinin bərpası, Bülbülün, Üzeyir Hacıbəyəvun ev-muzeylərinin

yaradılması... Görülən işlər çoxdur. Şuşalılar bunların hamısını yaxşı bilir. Bütün

bu işlər o illərdə sizlə bizim birgə fəaliyyətimizin nəticəsidir. Bir Şuşala bu qədər

iş görülmüşlü, indi görün Azərbaycanın başqa regionlarında nə qədər işlər

görülmüşdü, böyük potensial yaranmışdı. Sənaye və kənd təsərrüfatı

müəssisələri, elektrik stansiyaları tikilmiş, kanallar, su hövzələri, şose və dəmir

yolları çəkilmişdi. Bəli, həmin Ağdama, Xankəndiyə, ondan sonra Balakənə,

Şəkiyə dəmir yolları çəkildi. Nə qədər işlər görüldü.

Bunların hamısı xalqın əməyinin nəticəsi idi. İndi bu potensial dağılıb, bərbad

hala düşüb. Müharibə dövründə bəzi adamlar bu potensialı əldə saxlamaq,

qorumaq əvəzinə öz şəxsi mənafeləri naminə bunların hamısını dağıdıblar. Ona

görə də son



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə