MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə241/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   237   238   239   240   241   242   243   244   ...   256

____________Milli Kitabxana____________

569


tindir. Əhalinin çox hissəsi kasıblıq şəraitində yaşayır. Ərzaq, istehlak mallarının

qıtlığı və kommersiya yolu ilə gətirilən məhsulların da çox baha olması vəziyyəti

olduqca ağırlaşdırır. Nəzərə almaq lazımdır ki, respublikamızda bir milyondan

artıq qaçqın var, onların əksəriyyəti işsizdir, ev-eşikləri yoxdur, bir çoxları isə

çadırlarda yaşayır. Onların əmək fəaliyyətindən uzaqlaşması, məskunlaşdıqları

şəhər və qəsəbələrdə, kənd və obalarla həm sənaye, həm də kənd təsərrüfatı

məhsulları istehsalından məhrum edilməsi və eyni zamanda, bayaq dediyim kimi,

əksəriyyətinin də işsiz qalması respublikanın iqtisadi, maliyyə vəziyyətini daha

da ağırlaşdırır.

Nəzərə alsaq ki, ərazilərimizin 20 faizi işğal altındadır və buna görə də həmin

yerlərdən, xüsusən də kənd təsərrüfatı üçün yararlı və məhsuldar torpaqlardan

istifadə edə bilmirik, onda görərik ki, bütün bunlar maddi və maliyyə

vəziyyətimizə necə ağır təsir göstərir. Lakin bununla yanaşı, İqtisadiyyatın

tənəzzülü, əhalinin güzəranının pisləşməsi son illərdə gedən proseslərin təbii

nəticəsidir. Bu proseslər

iqtisadiyyatımızın dağılmasına, respublikamızın

iqtisadiyyatında təşəkkül tapmış ahəngdar, sahmanlı vəziyyətin pozulmasına,

istehsal sahələrimizin çoxunla fəaliyyətin dayanmasına gətirib çıxarmışdır. Bir

tərəfdən bu proseslər, digər tərəfdən isə müharibə şəraitində olmağımız,

müharibəyə çox böyük vəsait yönəldilməsi, habelə əhalinin bir qisminin orduya

cəlb edilməsi

iqtisadiyyata güclü zərər vurur,

şübhəsiz ki, insanların

dolanacağının aşağı səviyyəyə düşməsinə səbəb olur.

Ancaq bütün bunlar o demək deyildir ki, çıxılmaz vəziyyətə düşmüşük,

vəziyyət dözülməzdir. Yox. Elə düşünməyin ki, mən özümüzə təsəlli vermək

istəyirəm. Gəlin unutmayaq ki, keçmiş Sovet İttifaqının digər respublikalarında,

heç müharibə getməyən, yaxud daxili münaqişələr olmayan respublikalarda da

vəziyyət bizdəkindən əsla yaxşı deyildir. Bir daha qeyd edirəm: bu, bizə təsəlli

üçün heç də əsas vermir. Bunu deməkdə məqsədim odur ki, hər şey aydın olsun.

Bu, keçmiş SSRİ ərazisində gedən ümumi bir prosesdir. Bəzi bölgələrlə vəziyyət

digər yerlərdə olduğuna nisbətən yaxşıdır, bəzilərində pisdir. Azərbaycan

Respublikasının müharibə şəraitində olması, iqtisadiyyatımızın pozulması,

bərbad hala düşməsi ilə bağlı digər proseslər öz təsirini göstərir və bizi bu

vəziyyətə gətirib çıxarmışdır.

Bildiyiniz kimi, biz bu məsələlərlə ciddi məşğul oluruq, bir neçə tədbir həyata

keçirmişik. Mən bir neçə fərman vermişəm. Lakin bunlar vəziyyəti hələ ki,

yüngülləşdirmir. Belə bir vəziyyətdən çıxmaq üçün, şübhəsiz, birinci növbədə

Azərbaycan iqtisadiyyatının bütün imkanlarından, iqtisadi potensialımızdan

tamamilə istifadə etməliyik. Təxminən 10 il bundan öncə Azərbaycanın çox

böyük iqtisadi potensialı vardı. Sənaye, kənd təsərrüfatı, sosial, inşaat sahəsində

geniş potensiallara malik idik. Təəssüflər olsun ki, o potensial son illər günbəgün,

aybaay dağıdılmışdır. Yeni bir şey isə yaradılmır. Məsələn, deyə bilərikmi ki, son

bir neçə ildə yeni bir istehsal sahəsi yaradılmışdır,




____________Milli Kitabxana____________

570


yeni bir zavod və ya fabrik tikilmişdir, yeni bir istehsal mənbəyi açılmışlır?

Yaxud kənd təsərrüfatı sahəsində əlavə məhsul götürmək üçün yeni torpaq

sahələri yararlı hala salınmış və istifadayə verilmişdir? Yox, bütün bunlar

olmayıb. Əksinə, olanlar da batıb   getmişdir.   Bu   həqiqətdir   və   bizi   ağır

vəziyyətə   salmışdır.

Ona görə də biz bu vəziyyətdən çıxmaq üçün ayrı-ayrı tədbirlər görməklə,

ayrı-ayrı addımlar atmaqla yanaşı, - şübhəsiz ki, bunlar zərurətdən irəli gələn

işlərlir, - gərək çalışaq ki, bütün sahələrdə məhsul buraxılsın, bütün iqtisadi

potensialımızdan lazımınca istifadə edilsin. Bu məsələlərə xüsusi fikir verməli,

bundan ötrü təsirli tədbirlər görməliyik.

İqtisadi potensialımız elə dağılmış vəziyyətlə də güclüdür. Odur ki, bundan

səmərəli istifadə etmək lazımdır. Doğrulur, iqtisadi əlaqələr qırıldığına, iqtisadi

inteqrasiya pozulduğuna görə indi bir çox müəssisələrin, istehsal sahələrinin

əvvəlki tək işləməsi mümkün deyildir. Lakin bu o demək deyil ki, əl-qolumuzu

yanımıza salaq, oturub fikirləşək ki, haradansa nəsə gətiriləcək, hansısa bir

forman verməklə nə isə bir iş görüləcək və bununla da hər şey düzələcək. Yox,

belə ola bilməz.

Məsələn, götürək sənaye sahəsini. Açığını deyim, bizdə sənaye istehsalı ilə

məşğul olmurlar. Mən bilmirəm, bəzi nazirliklərimiz nə ilə məşğuldur. Sözlərim

eləcə də birliklərə, Dövlət Neft Şirkətinə aiddir. Onların nümayənlələri də

buradadır. Bizim böyük kimya kompleksimiz, nəhəng maşınqayırma

kompleksimiz, başqa sənaye sahələrimiz var. Zənnimçə, bu sahələrlə ciddi

məşğul olsaydıq, indi çox məsələləri həll etmiş olardıq. İstehsalı artırmaq bir

yana, heç olmasa onun aşağı düşməsi sürətini azaldaq, bu prosesin qarşısını alaq.

Amma burada dedilər ki, birinci rübdə istehsalın səviyyəsi təxminən 25 faiz aşağı

düşmüşlür. Keçən ili götürsək, görərik ki, onda da istehsal bu qədər geriləmişdir.

İndi daha 25 faiz aşağı düşmək, görün, nə deməkdir.

Buna görə də hesab edirəm ki, Nazirlər Kabineti bu işlərlə ciddi məşğul

olmalıdır. Amma mən əməli, konkret bir iş həyata keçirildiyini görmürəm.

Yaxud, götürək kənd təsərrüfatı sahəsini. Düzdür, ərazimizin bir hissəsi işğal

olunub, torpaqlar əldən gedib. Lakin ərazimizin çox hissəsində torpaq da həmin

torpaqdır, şükürlər olsun ki, su da var, iqlim də dəyişməyib, - həmin iqlimdir. Ola

bilsin ki, kənd təsərrüfatında yüksək məhsullarlıq üçün bəzi texnika çatışmır.

Ancaq biz bu sahədə də tədbirlər gördük, texnika, mineral kübrələr alınması üçün

təqribən 10-12 min ton pambıq ayırdıq. Gərək ki, bu əməliyyat nəticəsində 17

milyard rubl məbləğində vəsait əldə etdik. Deməli, çatışmayan nə vardısa,

hamısını alıb gətirmək olardı.

Şübhəsiz, bunlar kənd təsərrüfatımızın tələbatını əvvəlki səviyyədə ödəyə

bilməyəcək. Buna baxmayaraq, vəziyyəti az-çox yaxşılaşdırmaq üçün şərait

yaratdıq. Odur ki, kənd təsərrüfatının bütün sahələrində - pambıqçılıqla da,

taxılçılıqla da, tərə-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə