MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə237/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   233   234   235   236   237   238   239   240   ...   256

____________Milli Kitabxana____________

559


Azərbaycan 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin üzvü

olmuş və bunu SSRİ parçalandıqdan sonra meydana gəlmiş ölkələrlə siyasi və

iqtisadi əməkdaşlığın zəruri amili hesab etmiş və Kollektiv Təhlükəsizlik

haqqında müqavilə imzalamışdır.

Mənim ölkəmin vəziyyətini ağırlaşdıran budur ki, o, Azərbaycana qarşı ərazi

iddiaları olan qonşu Ermənistan Respublikası tərəfindən təcavüzə məruz

qalmışdır.

Təcavüzkar dövlət olan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi

ərazisində yaşayan ermənilərin etnik qrupundan ərazimizin ilhaqı üçün

separatçılıq vasitəsi kimi istifadə edir. Ermənistan öz ərazisindən və silahlı

qüvvələrindən Azərbaycan ərazisində müharibə aparmaq üçün istifadə edir və bu

faktları gizlətməyə daha müvəffəq olmur.

Azərbaycana qarşı həyata

keçirilən təcavüzün gedişində Ermənistan

Respublikası Azərbaycan ərazilərinin 20 faizindən çoxunu işğal etmişdir.

Ermənistan silahlı qüvvələrinin apardıqları etnik təmizləmə əməliyyatları

nəticəsində 20 mindən çox adam öldürülmüş, təxminən 60 min nəfər yaralanmış

və ya əlil olmuş, 4 min adam əsir düşmüş və ya girov götürülmüş, təqribən 1

milyon azərbaycanlı öz ölkəsində qaçqına çevrilmişdir.

İşğal


olunmuş

ərazilərdə qırılıb-çatılmaq təhlükəsinə məruz qalan

azərbaycanlıların tamam hamısı həmin ərazilərdən qovulmuşdur. İşğalçılar "viran

qoyulmuş torpaq" taktikasına əl atırlar. Təxminən 90 min yaşayış tikilisi, 1

mindən çox iqtisadi obyekt, 250 məktəb və təhsil ocağı, 250 tibb müəssisəsi

yandırılmış, qarət edilmiş və dağıdılmışdır. Azərbaycana vurulmuş zərər

milyardlarla ABŞ dollarına bərabərdir.

Erməni millətçiləri müharibə məşəlini yandırmış və tarixin hökmü ilə sülh və

mehriban qonşuluq şəraitində yaşamalı olan iki xalqı toqquşdurmuşlar. Mən qəti

əminəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə hərbi yolla həll edilə

bilməz. Hərbi əməliyyatların davam etməsi hər iki xalqı ağlasığmaz müsibətlərə

düçar edir. Münaqişə onlara ayağa durmağa, öz müstəqilliyini bərqərar etməyə,

iqtisadi islahatları tam həcmdə həyata keçirməyə, demokratik dövlət qurmağa

mane olur.

Azərbaycan münaqişənin aradan qaldırılması məsələlərində həmişə əməli

mövqe tutmuşdur. Dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı

bizim üçün ən başlıca prinsipdir. Biz işğal olunmuş bütün Azərbaycan

ərazilərinin azad edilməsinə, qaçqınların hamısının, o cümlədən də 50000

qarabağlı azərbaycanlının öz torpaqlarına qayıtmasına çalışacağıq. Eyni zamanda

biz Qarabağ ermənilərinin təhlükəsizliyini və bütün vətəndaş hüquqlarını təmin

etməyi, onlara Azərbaycan dövləti çərçivəsində müvafiq səviyyədə muxtariyyət

verməyi öhdəyə götürürük.

Cari il aprelin 12-də mən Ermənistan vətəndaşlarına, Dağlıq Qarabağın

erməni millətindən olan sakinlərinə  Azərbaycan vətəndaşlarına müraciət edib,

onları əl saxlamağa, hərbi əməliyyatları dayandırmağa çağırdım. Azərbaycan

rəhbərliyi mü-




____________Milli Kitabxana____________

560


naqişə zonasında hərbi əməliyyatlara cəlb olunmuş bütün sakinlərin şəxsi

təhlükəsizliyinə, doğma torpaqda dinc, azad yaşamaq imkanına təminat

vermişdir. Biz həmin prinsipial mövqeyimizi bu gün bir daha təsdiq edirik.

Azərbaycana qarşı təxminən altı ildən bəri davam edən hərbi təcavüz zamanı

münaqişənin dincliklə aradan qaldırılması üçün çoxlu addım atılmışdır.

Təəssüflər olsun ki, bu addımlar Ermənistan Respublikasının sərt təcavüzkar

mövqeyi üzündən istənilən nəticələri verməmişdir.

Azərbaycan ərazilərinin işğalı faktı, bu ərazilərdən işğalçı Ermənistan silahlı

qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT

Təhlükəsizlik Şurasının dörd qətnaməsində - 822-ci, 853-cü, 874-cü və 884-cü

qətnamələrində öz əksini tapmışdır. Lakin indiyədək müxtəlif bəhanələrlə

Ermənistan həmin qətnamələri yerinə yetirməkdən imtina edir. Ermənistan öz

davranışı ilə dünya birliyinə açıq-aşkar meydan oxuyaraq, münaqişənin dincliklə,

siyasi yollarla aradan qaldırılması üçün göstərilən bütün cəhdləri kökündən

pozur. Azərbaycanın ərazi bütövlüyünü tanımır, işğal olunmuş Azərbaycan

ərazilərini tərk etməkdən boyun qaçırır.

Azərbaycan Respublikası Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün öz

tərəfindən hər şey edir, bu qrup üçün mümkün olan bütün şəraiti yaradır. Lakin

nəzərə çarpdırmaq istəyirəm ki, hər dəfə Minsk qrupu toplaşdıqda dünya

Ermənistan tərəfindən hərbi əməliyyatların daha da gücləndirilməsinin, yeni-yeni

Azərbaycan ərazilərinin işğal edilməsinin şahidi olur. ATƏM-in indiki sədrinin

1993-cü ilin oktyabrında bölgəyə səfəri zamanı və ya Minsk qrupunun bu ilin

aprelində Praqada müşavirəsi keçirilən zaman və başqa vaxtlarda məhz belə

olmuşdur. Minsk qrupunun nümayəndə heyəti aprelin 26 - dan mayın 2-dək

bölgədə idi. Biz ona hər cür kömək göstərdik. Əgər Minsk qrupunda təmsil

olunmuş ölkələrin hamısı qanlı müharibəyə bacardıqca tez bir vaxtda son qoymaq

və sülhün bərpasına başlamaq üçün möhkəm iradə ilə çıxış edərsə, mən əminəm

ki, müvəffəqiyyət təmin

olunar. Buna görə də Brüsseldə NATO-nun

iqamətgahında olmaq fürsətindən istifadə edərək, ATƏM-in Minsk qrupunun

bütün aparıcı ölkələrinin daxil olduqları Şimali Atlantika İttifaqına üz tutaraq,

onu qan tökülən bölgəmizdə sülhün və sabitliyin təmin edilməsi üçün lazımi

tədbirlər görməyə çağırıram.

Azərbaycan Respublikası Şimali Atlantika İttifaqına dərin hörmətlə yanaşır,

onun son onilliklər ərzində Avropada sülhü, sabitliyi və ardıcıl inkişafı təmin

etmiş olan fəaliyyətini yüksək qiymətləndirir. Hazırda dünyada kollektiv

təhlükəsizliyin real surətdə mövcud olan, strukturu kimi NATO demokratik

dəyərlərin müdafiəsini və bu dəyərlərin Şərqi Avropada və keçmiş SSRİ

ərazisində yaranmış yeni müstəqil dövlətlərdə yayılmasını təmin edir.

Biz NATO-ya gənc Azərbaycan dövlətinə Qərb dünyası ilə sıx və çoxtərəfli

qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dün-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə