MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə235/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   231   232   233   234   235   236   237   238   ...   256

____________Milli Kitabxana____________

554


Qərbin neft şirkətləri ilə imzalamağa hazırlaşdığımız bağlaşmalara gəldikdə,

bu mövzu ətrafında olduqca çoxlu söz-söhbət gedir, mühakimələr yürüdülür.

Təbiidir ki, Azərbaycanın neft sərvətləri dünyanın bir çox ölkələrinin, habelə

Qərbin iri neft şirkətlərinin marağını cəlb edir. Ümumiyyətlə, Azərbaycan öz

coğrafisiyasi, coğrafi mövqeyinə görə, bir çox Qərb ölkələrinin böyük iqtisadi

marağını cəlb edir. Neft şirkətləri ilə bağlaşmalar imzalanması haqqında

danışıqlar aparılır. Danışıqların yeni dövrəsi mayın 2-də İstanbulda başlanmışdır.

Qərb firmalarının və Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri hazırda

orada danışıqlar aparırlar. Mən belə düşünürəm ki, biz yavaş-yavaş bağlaşmaların

imzalanmasına yaxınlaşırıq. Görünür, neft bağlaşmalarının imzalanmasına

başlaya biləcəyimiz gün uzaqda deyildir.

S u a l: Cənab prezident, Siz istər Azərbaycanın, istərsə də SSRİ-nin

dövlət strukturlarında zəngin iş təcrübəsinə maliksiniz, bir vaxtlar

Azərbaycan Kommunist Partiyasının, ondan əvvəl isə Azərbaycan Dövlət

Təhlükəsizliyi Komitəsinin rəhbəri, sonralar isə keçmiş SSRİ-də Sov.İKP

MK Siyasi Bürosunun üzvü

olmuşsunuz. Siz Azərbaycanda dövlət

quruculuğunun indiki səviyyəsini neçə səçiyyələndirərdiniz?

İkinci sual. Bu yaxınlarda mətbuatda xəbər verilmişdir ki, Rusiya

Federasiyasının prezidenti çənab Yeltsinin dediyinə görə, Rusiya öz

hüdullarından kənarda, MDB-yə daxil olan ölkələrin ərazisində təxminən 30

hərbi baza yerləşdirmək niyyətindədir. Bununla əlaqədar olaraq fikrinizi

öyrənmək istərdim, hadisələrin Azərbaycanla bağlı bu çür inkişafı Sizin

ücün məqbuldurmu?

C a v a b: Keçmiş işimdən məni xatırlalığınıza və unutmadığınıza görə

minnətdaram. Mən həqiqətən Azərbaycan Kommunist Partiyasının rəhbəri, həm

də Siyasi Büronun üzvü və keçmiş Sovet İttifaqı baş nazirinin birinci müavini

kimi SSRİ-nin rəhbərlərindən biri olmuşam.

Lakin sizin sualınız Azərbaycanda indiki dövlət quruluşu ilə bağlıdır.

Azərbaycan dövlət inkişafının müstəqil yoluna qədəm qoymuşdur. Ölkənin

prezidenti kimi, bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi dönməz prosesdir.

Respublika bundan sonra da özünün dövlət müstəqilliyini möhkəmləndirəcəkdir.

Müstəqil dövlət olan Azərbaycan demokratik cəmiyyətin bütün atributları nəzərə

alınmaqla hüquqi demokratik dövlət quruculuğu yolu ilə gedir və gedəcəkdir.

Həmin atributları deyərkən mən şəxsiyyət azadlığını, vicdan azadlığını, insan

hüquqlarının qorunmasını, çoxpartiyalı sistemi, siyasi plüralizmi, bazar

İqtisadiyyatını, azad sahibkarlığı, ümumbəşəri dünya dəyərlərinə qovuşmağı

nəzərdə tuturam. Əminəm ki, Azərbaycan bu yolla gedəcəkdir. Hər halda

Azərbaycan prezidenti kimi, mən buna çalışacağam. Ümidvaram ki, bütün

Azərbaycan xalqı da bu fikirdədir.

İndi müstəqil dövlətlər olan keçmiş Sovet İttifaqı respublikalarının ərazisində

Rusiyanın 30 hərbi baza yerləşlirməyə hazırlaşması barədə xəbərlərə gəldikdə,

deyə bilərəm ki, bu bazalar respublikaların bir çoxunla yerləşdirilmişdir. Əgər

bizim



____________Milli Kitabxana____________

555


regiondan, Zaqafqaziyadan, Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu

və sizlərlə deyildiyi kimi, Cənubi Qafqazdan söhbət salsaq, deməliyəm ki, həm

Gürcüstanda, həm də Ermənistanda Rusiyanın hərbi bazaları və qoşunu var.

Gürcüstanın Türkiyə ilə sərhədini, Ermənistanın Türkiyə və İranla sərhədini

Rusiyanın sərhəd qoşunları mühafizə edirlər. Azərbaycanda Rusiyanın qoşunu

yoxdur. Mən Rusiyanın planlarından xəbərdar deyiləm. Əlbəttə, hər bir dövlətin

öz planları ola bilər. Lakin Azərbaycan da müstəqil dövlətdir və onun da öz

planları var.



S u a l : Cənab prezident, Azərbaycan OPEK-də müşahidəçi statusu

almağa hazırlaşırmı? Bu barələ sizin fikrinizi bilmək istərdim. Siz bu

beynəlxalq təşkilatın tam hüquqlu üzvü statusu almağınızı mümkün

sayırsınızmı?

C a v a b: Biz bu məsələni öyrənirik. Bayaq dediyim kimi, Qərbin neft

şirkətləri konsorsiumu ilə böyük saziş bağlamaq haqqında danışıqlar aparılır. Bu

danışıqların nəticələri, şübhəsiz ki, Azərbaycanda neft sənayesinin gələcək

inkişaf yolunu müəyyənləşdirəcək. Nəticələrdən asılı olaraq biz gələcək

addımlarımızı müəyyən edəcəyik.

S u a l : Çənab prezident, Ermənistanın "Sülh naminə tərəfdaşlıq"

proqramına qoşulmağa hazırlaşması indi ATƏM-in, onun Minsk qrupunun,

Təhlükəsizlik haqqında müqavilənin, Ermənistan

-

Azərbaycan

münaqişəsinin aradan qaldırılmasına dair vasitəçilik səylərinin düşdüyü aciz

vəziyyətə gətirib çıxarmayacaqmı? İkinci sual: "Sülh naminə tərəfdaşlıq"

proqramı məsləhətləşmələrdən, o cümlədən siyasi məsləhətləşmələrdən

əlavə, daha bir neçə bənd, yəni birgə təlimlər keçirilməsinin, hərbi

planlaşdırma və hərbi quruculuğu da nəzərdə tutur. Azərbaycan bu

bəndlərdən istifadə edəçəkmi? Başqa sual: Əgər MDB-nin Kollektiv

Təhlükəsizliyi haqqında müqaviləni imzalamış ölkələrin və Azərbaycanın da

qoşulduğu "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamış dövlətlərin

mənafelərinin uyğun gəlmədiyi vəziyyət yaranarsa, bu halda Azərbaycan

prezidenti neçə hərəkət edəcək?

C a v a b : Ermənistanın "Sülh naminə tərəfdaşlıq" proqramını imzalamağa

hazırlaşması barədə bizdə məlumat yoxdur. Əgər imzalasa belə, zənnimcə,

NATO ilə əməkdaşlığımıza bundan xələl gəlməyəcək. Bundan əlavə, mənə belə

gəlir ki, NATO-nu MDB ilə eyniləşdirmək lazım deyil, bu birincisi. İkincisi isə,

mən hesab etmirəm ki, Ermənistan ilə Azərbaycan arasında münaqişəni

Təhlükəsizlik haqqında müqavilə çərçivəsində aradan qaldırmaq üçün MDB-nin

imkanları tükənmişdir. Azərbaycan ilə NATO arasında konkret əməkdaşlığa

gəldikdə isə, bu əməkdaşlığın prinsipləri və istiqamətləri "Sülh naminə

tərəfdaşlıq" proqramının imzalanmasından sonra bizim imzalayacağımız sənəddə

müəyyən ediləcəkdir. Həmin sənəddə hər şey nəzərdə tutulacaqdır. Məsələn,

bizim NATO ilə əməkdaşlığımızın hansısa mənfi nəticələrinin ola biləcəyinin

mümkünlüyü məni narahat etmir. Əksinə, əminəm ki, bu əməkdaşlıq çox müsbət

olacaqdır.

S u a l : "Sülh naminə tərəfdaşlıq" proqramında sazişi imza-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə