MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə232/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   228   229   230   231   232   233   234   235   ...   256

____________Milli Kitabxana____________

547


Cənab Mosberq Yerevandan bizə zəng etdi ki, Ermənistan tərəfi bu sazişə razı

olmadı. Onlar Vyanaya getdilər. İndi vəziyyət belədir. Ermənilər hücumlarını

davam etdirirlər, Azərbaycanın Silahlı Qüvvələri onlara cavab verirlər. Bir neçə

mövqedə ermənilərin hücumları dəf olunmuşdur, onlar geriyə çəkilirlər, tələfat

verirlər. Ancaq müharibə davam edir. Biz müharibənin tərəfdarı deyilik. Bu gün

yenə də bəyan edirəm ki, biz atəşin dayandırılmasının tərəfdarıyıq. Ancaq

Ermənistan tərəfi bununla razı deyil. Biz öz sülhsevər siyasətimizi davam

etdirəcəyik.




____________Milli Kitabxana____________

548


BRÜSSELDƏ NATO ŞURASININ İCLASINDA

ÇIXIŞ

4 may 1994-cü il

Hörmətli cənab baş katibin müavini, hörmətli NATO şurası üzvləri,

hörmətli səfirlər, xanımlar və cənablar!

Məni və Azərbaycanın nümayəndə heyətini səmimi qəbul etdiyinizə görə

minnətdarlığımı bildirirəm. Bu gün sizin aranızda olmaq imkanından şadam və

bunu Azərbaycan Respublikası üçün mühüm hadisə sayıram. Azərbaycan

Respublikası barədə dediyiniz səmimi təbrik sözlərinə və xoş arzularınıza görə

çox sağ olun. Öz inkişafında böyük tarixi yol keçmiş, çoxlu çətinliklərə və

maneələrə rast gəlmiş Azərbaycan xalqı 1991-ci ildə milli istiqlaliyyət

qazanmışdır. Müstəqil Azərbaycan dövləti yaranmışdır və indi o, Birləşmiş

Millətlər Təşkilatına, ATƏM-ə, bir çox beynəlxalq təşkilata daxildir. Bu gün

Azərbaycan nümayəndə heyətinin Şimali Atlantika İttifaqının iqamətgahında

olmasından böyük fərəh hissi keçirirəm.

Azərbaycan Respublikası öz müstəqilliyini möhkəmləndirmək yolu ilə gedir.

O, daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur, bəşəriyyətin

nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan

hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizm üçün şərait yaradır.

İqtisadiyyat sahəsində respublika iqtisadi islahatların həyata keçirilməsi və bazar

iqtisadiyyatının, azad sahibkarlığın, azad təşəbbüskarlığın bərqərar olması yolunu

tutmuşdur. Biz belə hesab edirik ki, bütün bunlar Azərbaycanın dünya birliyinə

sıx inteqrasiyası üçün yaxşı zəmindir.

Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı

əlaqələri, qarşılıqlı asılılığı prinsipini əsas tutur, sülhsevər siyasət yeridir və

suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi

bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl etmək prinsipləri zəminində

bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır.

İndi Azərbaycan Respublikası ağır iqtisadi böhran keçirir. Bu böhran bir

tərəfdən 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovet İttifaqının dağılması,

Sovet İttifaqının bütün başqa respublikaları arasındakı sıx inteqrasiya əlaqələrinin

pozulması, bir iqtisadi sistemdən başqasına keçidlə əlaqədardır. Digər tərəfdən,

Azərbaycanın qonşu Ermənstan Respublikası ilə müharibə vəziyyətində olması,

hərbi təcavüzə məruz qalması bu iqtisadi böhranı dərinləşdirir. Lakin, biz belə

hesab edirik ki, Azərbaycanın müstəqil inkişaf yolu ilə qəti şəkildə irəliləməsini

nəzərə alsaq, bütün bu çətinliklər aradan qaldırıla bilər. Azərbaycan dövlətinin

müstəqilliyi dönməz amildir və biz əminik ki, həm dövlət quruculuğu, həm

iqtisadi dəyişiklik-




____________Milli Kitabxana____________

549


lər, həm də demokratik islahatların həyata keçirilməsi sahəsində tutduğumuz yol

bu çətinlikləri aradan qaldırmağa və böyük imkanları, zəngin iqtisadi və

intellektual potensialı olan Azərbaycanı dünya iqtisadiyyatına, dünya birliyinə

qovuşdurmağa imkan verəcəkdir.

Bayaq dediyim kimi, qonşu Ermənistanın respublikamıza qarşı altıncı il

davam edən hərbi təcavüzü Azərbaycanın vəziyyətini mürəkkəbləşdirir.

Ermənistanın millətçi dairələrinin törətdikləri bu təcavüz həm Azərbaycan

xalqına, həm də erməni xalqına saysız-hesabsız bəlalar gətirmişdir və bu gün

bizdən ötrü çox çətin problemə çevrilmişdir.

Sizə yaxşı məlumdur ki, Azərbaycan ərazisinin bir hissəsini ilhaq etmək,

Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi güdən Ermənistanın hərbi

təcavüzü nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin xeyli

hissəsini işğal etmişlər. Altıncı ildən bəri davam edən müharibə nəticəsində 20

mindən çox adam həlak olmuş, təqribən 4 min nəfər əsir düşmüş və ya girov

götürülmüş, Azərbaycan ərazisində minlərlə yaşayış evi, xəstəxana, məktəb,

sosial obyekt, sənaye və kənd təsərrüfatı müəssisəsi məhv edilmişdir. Ölkəmizə

milyardlarla dollar zərər dəymişdir.

Lakin ən dəhşətlisi odur ki, Azərbaycan ərazisinin 20 faizə qədəri erməni

silahlı birləşmələri tərəfindən işğal olunmuşdur və bu rayonların sakinləri - bir

milyondan çox adam yaşayış yerlərini itirmişdir, çox ağır sosial-iqtisadi

vəziyyətdədir və öz ölkəsində qaçqına çevrilmişdir. Dağlıq Qarabağın ərazisində

yaşayan azərbaycanlıların hamısı oradan qovulmuşdur. Dağlıq Qarabağ və onun

ətrafınla Azərbaycanın daha yeddi rayonu, bayaq dediyim kimi, erməni silahlı

birləşmələrinin işğalı altındadır.

Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olmuşuq

və indi də bu mövqedəyik. Beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in və

onun Minsk qrupunun imkanlarından fəal surətdə istifadə etməyə çalışırıq. 1993-

cü ildə BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Həmin

qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması qəti

şəkildə tələb olunur, lakin Ermənistan bu sənədlərin heç birini yerinə

yetirməmişdir. ATƏM-in Minsk qrupunun səyləri də hələlik müsbət nəticə

verməmişdir. Hərbi əməliyyatlar bu gün də davam edir, Azərbaycan ərazisinin

xeyli hissəsini işğal etmiş erməni silahlı birləşmələri respublikamızın müdafiə

mövqelərinə hücum edirlər. Hər gün qan tökülür, adamlar həlak olur.

Artıq bütün bunlara dözmək mümkün deyildir. Ona görə də mən bu gün

burada, NATO-nun iqamətgahında olmağımdan isqifadə edərək, Azərbaycanın

mövqeyini bir daha bəyan edirəm. Biz bu məsələnin sülh yolu ilə həllinə, atəşin

və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, işğalçı qoşunların

Azərbaycan ərazisindən dzrhal çıxarılmasının və bu zaman onun ərazi

bütövlüyünü, sərhədlərinin  toxunulmazlığını təmin edəcək danı-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə