MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə228/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   224   225   226   227   228   229   230   231   ...   256

____________Milli Kitabxana____________

538


əməkdaşları bu hücumların qarşısını alır və torpaqlarımızı müdafiə edirlər.

Biz bu gün buraya işgüzar söhbət aparmaq üçün toplaşmışıq. Hazırda

həyatımızın əsas, xarakterik cəhəti müharibə ilə, cəbhə ilə, döyüşlərlə bağlıdır.

Ona görə də mən söhbətimi məhz bu mövzu ilə başladım. Mən Vətən naminə

şəhid olanların xatirəsini bir daha yad edirəm. Vətən yolunda canını qurban

verənlər arasında olan DİN əməkdaşlarının, polis işçilərinin də qəhrəmanlığını

qeyd edirəm və onların xatirəsini yad etmək üçün bir dəqiqə ayağa qalxmağı rica

edirəm.


Allah bütün şəhidlərə rəhmət eləsin!

Daxili İşlər Nazirliyinin işində çox böyük problemlər də vardır. DİN və onun

orqanları bu problemlərin həll olunması üçün daha böyük fəallıq göstərməli,

işlərini düzgün qurmalıdırlar.

Dediyim səbəblərə görə cəmiyyətimizdə gərginlik var. Respublikamız bir

tərəfdən müharibə aparır, digər tərəfdən ağır sosial-iqtisadi böhran içərisindədir,

Respublikamızda bir milyondan artıq qaçqın var. Belə bir dövrdə dövlət

orqanlarının hamısı gərək öz işlərini daha yararlı qursun, günün tələblərinə uyğun

aparsın.

Dövlət orqanları içorisində Daxili İşlər Nazirliyi xüsusi yer tutur. DİN

cəmiyyətimizin bütün özəkləri və təbəqələri ilə əlaqədardır, bağlıdır. Onun

qarşısında duran vəzifələri siz yaxşı bilirsiniz. Ancaq qısaca bunu bir daha

yadınıza salmaq istəyirəm ki, respublikamızın hazırkı ağır vəziyyətinlə

qarşımızda duran vəzifələrin yerinə yetirilməsi DİN-in, onun orqanlarının

fəaliyyətnidən çox asılıdır.

Həm nazirlik, həm də onun orqanları qarşısında duran bu vəzifələr təəssüf ki,

günün tələblərinə uyğun səviyyədə yerinə yetirilmir və onlar cəmiyyətdəki

mövcud problemlərin həll olunmasında öncül mövqe tuta bilmirlər. Bilirsiniz ki,

dövlətin işində dövlət orqanlarının hər birinin öz yeri vardır, ancaq Daxili İşlər

Nazirliyinin, polis orqanlarının xüsusi yeri var və onlardan çox şey asılıdır. Mən

sözümə başlayanda dedim ki, həm vəzifələr böyükdür, həm də DİN-in

əməkdaşları üçün geniş imkanlar, imtiyazlar yaradılmışdır. Ona görə də bizim

haqqımız var ki, DİN-in bütün işçilərindən, əməkdaşlarından daha yaxşı işləməyi

tələb edək. Onların fəaliyyətinin bugünkü səviyyəsi isə bizi qane etmir. Bu,

mənim ümumi fikrimdir, cəmiyyəti də qane etmir.

Cəmiyyətimizdə Daxili İşlər Nazirliyinin, polis orqanlarının işindən çoxlu

narazılıq vardır. Bəllidir ki, bu narazılıqlar DIN-in imkanlarından kənar olan

məsələlərin həlli ilə əlaqədardır. Ancaq çox vaxt, əksər hallarda narazılıq

əsaslıdır. Əgər DİN-də və onun bölmələrində, polis orqanlarınla çalışan hər kəs

öz sahəsində qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirə bilsə, bu narazılıq

da az olar. Həm də söhbət



____________Milli Kitabxana____________

539


təkcə narazılıqdan getmir - cəmiyyətimizdə olan bu çətinliklər xeyli azala bilər.

İndi nazirliyin ətrafında cürbəcür, qəribə söhbətlər gedir - nazirliyin rəhbərliyi

haqqında, onun rəhbər orqanları başçılarının bir-biri ilə əlaqələri barədə qəzetlər

yazırlar, ümumi ictimai rəy daha çox mənfi tərəfə yönəlib. Doğrudur, mən daim

ictimai rəylə hesablaşmışam, hesablaşıram. Çünki ictimai rəy ümumən obyektiv

xarakter daşıyır. Ancaq məni narahat edən nə bu qəzet yazıları, nə də ictimai

rəydir. Məni şəxsən bir prezident kimi narahat edən odur ki, DİN böyük qüvvəyə

malik olsa da, qarşısında duran vəzifəni yerinə yetirə bilmir. Cinayətkarlıq

həddindən çox artıb. Cinayətkarlıqla mübarizə zəif gedir. İnsanların hüquqları

taplalanır. Bizim polis orqanları insanların hüquqlarının qorunmasına çox vaxt

təminat verə bilmirlər. Respublikamızda nizam-intizam aşağı səviyyədədir.

Müəssisələrdə, təşkilatlarda, respublikamızın cürbəcür özəklərində cinayətkarlıq,

rüşvətxorluq, bir çox mənfi hallar geniş yayılmışdır. Bunların aradan götürülməsi,

belə hallara qarşı mübarizə aparılması üçün hüquq-mühafizə orqanları hamısı

birlikdə, bərabər, ahəngdar fəaliyyət göstərməlidirlər. Bu orqanlar arasında da

DİN-in xüsusi yeri var. Təəssüf ki, mən hüquq-mühafizə orqanlarının nə

mütəşəkkil fəaliyyətini (belə bir mütəşəkkillik yoxdur), nə də DİN-in günün

tələblərinə uyğun olan fəaliyyətini görə bilirəm.

Daxili İşlər Nazirliyinin içərisində, yəni kollektivin daxilində, nazirliyin yerli

orqanlarının da içərisində qeyri-sağlam mühit yaranmışdır. Nazirliyin, polis

orqanlarının ətrafında da qeyri-sağlam mühit vardır. İnsanlar açıqdan-açığa

deyirlər ki, DİN-də bəzi ləyaqətsiz adamlar işləyir, bu nazirliyin içərisində

rüşvətxorluq geniş yayılmışdır. Mən belə hesab edirəm ki, çox hallarda bütün

bunlar əsaslıdır. Ancaq mən belə nəticəyə gəlirəm ki, DİN-də və onun bir çox

təbəqələrində bu sözlərə  danışılanlara, tənqidlərə, iradlara qarşı immunitet

yaranıb. Bir çoxları belə hesab edirlər ki, siz nə danışırsınızsa danışın, nə

deyirsinizsə deyin, biz indiyədək necə yaşamışıq, necə işləmişiksə, bundan sonra

da elə işləyəcəyik.

Şübhəsiz ki, mən bu sözləri Daxili İşlər Nazirliyinin bütün işçilərinə aid

etmirəm. Daxili İşlər Nazirliyində ölkəsinə, xalqına vicdanla, namusla xidmət

edən adamların sayı çoxdur. Bəlkə də onlar əksəriyyət təşkil edir. Ancaq bununla

yanaşı, bu şərəfli orqanın adını ləkələyən, vəzifəsindən sui-istifadə edən və

cəmiyyət, dövlət üçün çox mühüm olan bu orqanın hörmətini get-gedə aşağı salan

adamların sayı da az deyildir.

Dediyim kimi, Daxili İşlər Nazirliyi böyük qüvvədir. O, dövlətin güvəndiyi,

arxalandığı böyük bir təşkilatdır - silahlı, hərbiləşdirilmiş təşkilatdır. Əgər belə

bir təşkilatda, nazirlikdə, orqanda qeyri-sağlam əhval-ruhiyyə mövcuddursa, mən

bir prezident kimi buna dözə bilmərəm. Ona görə də bu gün sizi, məhz rəhbər

işçiləri bura dəvət etmişəm. Başqa hüquq-mühafizə orqanlarından heç kəs dəvət

olunmayıb, burada siz və Prezident Apartının məsul işçiləri iştirak edirlər.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə