MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə236/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   232   233   234   235   236   237   238   239   ...   256

____________Milli Kitabxana____________

556


lamış ölkənin ərazi bütövlüyünə təhlükə yaranarsa, həmin ölkəyə NATO

çərçivəsində siyasi məsləhətləşmələr keçirilməsini tələb etmək hüququ verən

bənd nəzərdə tutulmuşdur. Siz yaxın vaxtlarda bu hüquqdan istifadə etmək

niyyətindəsinizmi? İcazənizlə, ikinci sual: İqtisadi baxımdan Rusiya -

Azərbaycan münasibətlərinin gələçəyini neçə görürsünüz?

C a v a b: Birinci sualınızın cavabında deyim ki, "Sülh naminə tərəfdaşlıq"

çərçivə sənədini imzalamaqla biz yarı yolda dayanmaq fikrində deyilik. Əksinə,

bu əməkdaşlığın imkanlarından, o cümlədən, təbii ki, məsləhətləşmələrdən də

maksimum istifadə etmək əzmindəyik.

O ki qaldı Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə, deməliyəm ki,

mehriban qonşuluq münasibətlərini yaxşılaşdırmaq üçün son vaxtlar çox fəal

addımlar atılmışdır, yaxın keçmişlə müqayisədə münasibətlərimiz indi həqiqətən

xeyli yaxşılaşmışdır. Rusiyanın rəhbərləri  prezident - Boris Yeltsinlə, baş nazir

Viktor Çernomırdinlə, xarici işlər, mudafiə nazirləri ilə, başqa vəzifəli şəxslərlə

görüşlərimiz aydın surətdə göstərir ki, biz Rusiya ilə iqtisadi, mədəni, texniki və

başqa əlaqələri daha da inkişaf etdirmək yolu ilə gedirik. Bundan əlavə, bildiyiniz

kimi, keçən ilin sentyabrında biz MDB-yə daxil olmuşuq və Birlik çərçivəsində

Rusiya ilə əməkdaşlıq edirik.

Əməkdaşlığımızın perspektivləri

olduqca

əlverişlidir.



S u a l : Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Asiya respublikaları

barəsində lider rolunu

oynayır. Sizin indiki səfəriniz, NATO-nun

iqamətgahında sənədlərin imzalanması həmin regiondakı respublikaların bu

sənədlərə qoşulmasına hazırlıqdırmı? Mərkəzi Asiya respublikalarının

rəhbərləri ilə məsləhətləşmələriniz olubmu?

C a v a b : Mən heç vaxt hansısa regionla liderlik roluna iddia etməmişəm və

bu gün də belə bir iddiala deyiləm. Orta Asiya respublikaları ilə, Qazaxıstanla

bizim çox yaxşı, mehriban, dostcasına münasibətlərimiz var. Lakin "Sülh naminə

tərəfdaşlıq" proqramını imzalamaq qərarına gedərkən, biz heç kimdə, o cümlədən

də bu ölkələrlə məsləhətləşməmişik. Biz bu qərarı tamamilə müstəqil şəkildə

qəbul etmişik və kiminləsə məsləhətləşməyi lazım bilməmişik. Bu ölkələrin

"Sülh naminə tərəfdaşlıq" proqramı barəsindəki mövqeyi mənə məlum deyil.

S u a l : İş belə gətirmişdir ki, Azərbaycanın üç böyük qonşusu var -

Rusiya, Türkiyə və İran. Azərbaycan Rusiya ilə birlikdə Kollektiv

Təhlükəsizlik haqqında müqaviləyə daxildir. Bu gündən etibarən, "Sülh

naminə tərəfdaşlıq" çərçivə sənədinin  imzaladıqdan sonra Türkiyə ilə

müəyyən dərəcədə ümumi ittifaqa daxil olur. Yerdə qalır İran. Bilirik ki,

İran Azərbaycana kömək göstərir, qaçqınlara yardım edir. Qarşılıqlı

təhlükəsizlik haqqında

hansısa

müqavilənin imzalanması nəzərdə

tutulurmu? Çünki bu baxımdan İran kənarda qalmışdır.

C a v a b : Azərbaycan üçün İran böyük qonşu ölkədir. Bizim çox mehriban,

dostcasına münasibətlərimiz var. Keçən ilin oktyabrında İran prezidenti cənab

Haşimi-Rəfsəncani Azərbaycan-



____________Milli Kitabxana____________

557


da rəsmi səfərdə olmuşdur. O zaman biz dövlətlərarası münasibətlərin inkişafı

üçün perspektivlər açan bir sıra sənəd imzalamışıq. Azərbaycanın İranla

İqtisadiyyat sahəsində, bütün başqa sahələrdə əməkdaşlığının böyük perspektivi

var. Əgər hansısa yeni sənədlər imzalamaq tələb olunarsa, o zaman, görünür, bu

məsələ hər bir ayrıca halda nəzərdən keçiriləcək. İran həqiqətən Azərbaycan

qaçqınlarına böyük humanitar yardım göstərir. Bu yardıma görə biz İran

hökumətinə minnətdarıq və əminik ki, Azərbaycan ilə İran arasında dostluq və

əməkdaşlığın inkişaf perspektivləri əlverişli olacaqdır.



S u a l : Sizin Ankaraya qarşıdakı səfəriniz Azərbaycanla Türkiyə

arasında əməkdaşlığın hansısa yeni istiqamətləri ilə bağlıdırmı? Bununla

əlaqədar ikinci bir sual: Siz Türkiyədə kiminlə görüşmək fikrindəsiniz?

C a v a b : Mən səhər tezdən Brüsseldən yola düşürəm. Təyyarəmiz texniki

mülahizələrə görə Ankarada yerə enməlidir. Mən bu imkandan istifadə etmək və

Türkiyə rəhbərlərinin arzusu olarsa, onlarla görüşmək və fikir mübadiləsi etmək

niyyətindəyəm. Bu görüş əvvəlcədən planlaşdırılmadığına görə, indidən bir şey

demək çətindir. Məlum olduğu kimi, Türkiyə ilə Azərbaycanı çox yaxın,

dostcasına münasibətlər birləşdirir və ölkələrimizin rəhbərlərinin hər bir görüşü, o

cümlədən də sabah

ola biləcək görüş, şübhəsiz, bu münasibətlərin

möhkəmlənməsinə xidmət edir. Sabah nə olacağını sabah bilərik. İndi bu barədə

heç nə deməyəcəyəm.

Təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.



____________Milli Kitabxana____________

558


"SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ" ÇƏRÇİVƏ

SƏNƏDİNİN İMZALANMA MƏRASİMİNDƏ

BƏYANAT

4 may 1994-cü il

Brüssel, NATO-nun iqamətgahı

Zəngin və çoxəsrlik tarixi olan, böyük inkişaf yolu keçən Azərbaycan

Respublikası üç il bundan əvvəl sovet totalitarizminin süqutu nəticəsində öz milli

istiqlaliyyətini bərpa etmiş və BMT-də, ATƏM-də və digər beynəlxalq

təşkilatlarda təmsil olunduğuna görə bu gün NATO üçün dünya birliyinin

tamhüquqlu üzvüdür.

Dünya inkişafının bugünkü qanunauyğunluqlarını nəzərə alaraq, indiki

mərhələdə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa çalışır və

demokratik cəmiyyət yaratmaq əzmindədir. Elə bir cəmiyyət ki, bəşər

sivilizasiyasının öz inkişafının bütün mərhələlərində yaratdığı funlamental

prinsiplərə və dəyərlərə sadiqdir.

Azərbaycanın dövlət siyasətinin əsasını sülhsevərlik, siyasi plüralizm,

şəxsiyyətin azadlığının və insan hüquqlarının tanınması və təmin olunması

prinsipləri təşkil edir. Bizdə siyasi partiyalar, dini etiqad azadlığı, milli azlıqların

hüquqlarının müdafiəsi və s. Haqqında normativ sənədlər qəbul edilmişdir və

işləyir.

Azərbaycan öz xarici siyasətini bizim hamımızın qarşısında duran ümumi

qlobal məqsədləri rəhbər tutaraq, dünyanın qarşılıqlı surətdə asılı və qarşılıqlı

surətdə bağlı olmasını dərindən dərk etmək əsasında qurur. Biz möhkəm əminik

ki, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin

toxunulmazlığına qarşılıqlı hörmət indiki həyəcanlı və hədə-qorxulu dövrdə

təhlükəsizliyin əsasıdır.

Azərbaycan xarici dünya üçün açıq olan və ölkənin çox zəngin potensialından

istifadə etməyə imkan verən bazar iqtisadiyyatı yaratmaq məqsədilə iqtisadi

islahatlar həyata keçirməyə başlamışdır. Bu məqsədlə biz xarici investisiyaları

iqtisadiyyatımıza cəlb etmək və dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq yaratmaq

üçün tədbirlər görürük. İslahatların qanunvericilik yolu ilə təmin edilməsi prosesi

gedir.

İndi Azərbaycan dərin böhran keçirir Sovet quruluşunun iflasa uğrumasının



nəticəsi olan bu böhran keçmiş SSRİ-nin bütün ərazisini əhatə etmişdir. Buna

baxmayaraq, biz yaşadığımız dövrün çətinliklərini dəf etmək və islahatların planlı

surətdə həyata keçirilməsi yolu ilə çiçəklənən suveren dövlət yaradılmasına nail

olmaq əzmindəyik.




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə