MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə225/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   221   222   223   224   225   226   227   228   ...   256

____________Milli Kitabxana____________

531


tapşırığı yerinə yetirilməsinə şəxsən cavabdehdirlər. Görülən işlər barədə hər gün

Prezident Aparatına məlumat verilməlidir. Üç gündən sonra isə bu tapşırığın

yerinə yetirilməsi barədə qəti raport verilməlidir. Respublika hərbi

Komissarlığının müəyyən etdiyi tapşırıq məlumdur, mən bunu təkrar etmək

istəmirəm. Lakin kəsir təxminən 30 faizdən artıqdır. Həmin kəsir gərək üç gün

ərzində aradan qaldırılsın. Həm də bu o demək deyil ki, siz çağırışçıları hərbi

komissarlığa təhvil verən kimi məsələ bununla bitdi. Xeyr, hər bir çağırışçınızın

çağırış məntəqəsinə getməsini, hərbi xidmətə başlamasını və bir müddət necə

xidmət etməsini izləməlisiniz.

Gərək bundan sonra belə olmasın ki, mən telefonla zəng edib deyəm ki, Bərdə

batalyonu, Göyçay batalyonu, Mingəçevir batalyonu, başqa bir batalyon

qaçmışdır, oraya gedib, sonra isə iki-üç gün vəziyyəti öyrənib məlumat verəsiniz

ki, nə lazımdırsa etmişik. Necə yəni, nə lazımdır etmişik? Bu, sizin borcunuzdur,

hər gün bu barədə düşünməlisiniz ki, sizin rayonunuzdan gedən adamlar orduda

necə xidmət edirlər.

Mən Moskvaya getməzdən əvvəl telefonla xəbər verdilər ki, Ağdam

bölgəsində Xaçmaz batalyonu qaçıb dağılmışdır. Sumqayıt batalyonundan da

qaçmışdılar. Düzdür, ondan əvvəl mənə məlumat vermişdilər ki, Sumqayıt

batalyonundan bir gündə 12 nəfər şəhid olmuşdur. Mən bunu batalyonun

qəhrəmanlıq nümunəsi kimi televiziyada elan etdim. Sabahısı isə mənə dedilər ki,

qalanları qaçmışlar. Gecə saat 1-də Sumqayıtın, Ağdamın icra başçılarını taparaq,

məcbur etmişəm ki, Ağdama gedib həmin qaçan əsgərləri yığın. Məgər bu,

mənim işimdir, mən bunu etməliyəm? Nə üçün icra başçısı bunu mənim

tapşırığımdan, göstərişimdən sonra edir? Bir daha təkrar edirəm ki, siz təkcə

hərbi xidmətə çağırışın təmin olunmasına yox, çağırışçıların hamısının hərbi

hissələrlə qulluq etməsinə cavabdehsiniz və bunu axıradək izləməlisiniz.

İkincisi - yaranmış vəziyyətlə əlaqədar beş gün ərzində ehtiyatdan adamlar

toplanmalıdır. Haradan, nə qədər, hansı ixtİsasdan olmalıdırsa, hərbi komissarlıq,

Müdafiə Nazirliyi Prezident Aparatında isə Nurəddin Sadıqov bu gün

bildirəcəklər. Bu tapşırıq da əvvəlki kimidir. Həmin adamlar Müdafiə

Nazirliyinin müəyyən etdiyi hərbi hissələrə gedərək

orada


xidmətə

başlamalıdırlar, siz isə onlara nəzarət etməlisiniz.

Bundan əlavə, ayrı-ayrı rayonlar batalyonlar yaratmışdır. Bu işlə də məşğul

olmaq lazımdır. Rəqəmləri deyəndə elə hesab etməsinlər ki, çox böyük

rəqəmlərdir. Xeyr, Azərbaycan Respublikasının imkanları bundan 10-15 qat

artıqdır. Şübhəsiz ki, hər rayona tapşırıq veriləcək. Ancaq mən ilk növbədə, işğal

olunmuş rayonların icra başçılarına, rəhbərlərinə, hörmətli adamlarına,

ağsaqqallarına müraciət edirəm: sizin rayonlardan

əhali köçüb, qaçqın

vəziyyətində ayrı-ayrı yerlərlə məskunlaşmışdır. Bir çoxları işsizdir. Ən yaxşı yol

ondan ibarətdir ki, bu rayonlara daha çox tapşırıq verilsin, onların gəncləri hərbi

hissələrdə xidmət edərək torpaqların azad olunmasına çalışsınlar.




____________Milli Kitabxana____________

532


Bunu deyərkən mən başqa rayonları çağırışdan azad etmək fikrində deyiləm.

Hansı kənddən, hansı şəhərdən, hansı rayondan

olmasına baxmayaraq,

Azərbaycanın hər bir vətəndaşı torpaqlarımızı qorumaq üçün eyni məsuliyyət

daşıyır, ondan vətəndaşlıq borcunu eyni səviyyədə yerinə yetirmək tələb olunur.

Heç kəsə förq qoyulmamalıdır. İşğal olunmuş rayonları ona görə xüsusi qeyd

edirəm ki, onların gənclərinin çoxu məskunlaşdıqları yerlərdə işsizdir. Mənə belə

gəlir ki, onların orduya gedərək Azərbaycan torpaqlarının azad edilməsinə

çalışması daha şərəfli vəzifə olar, nəinki işsiz gəzmək.

Hüquq-mühafizə orqanları çağırışdan yayınan adamlarla ciddi məşğul

olmalıdırlar. Burada hərbi komissar təklif verdi ki, hərbi çağırışdan yayınanları

tutmaq üçün ayrı-ayrı yerlərdə müəyyən məntəqələr yaradılsın. Əvvəllər bu

üsuldan istifadə edilmiş, lakin yaxşı nəticə verməmişdir, bəzən isə hətta mənfi

hallara gətirib çıxarmışdır. Ona görə də mənə belə gəlir ki, bu, o qədər də

münasib yol deyildir. Ancaq polis rəisləri, sahə müvəkkilləri öz ərazilərində

kimin nə işlə məşğul olduğunu, kimin hərbi xidmətə gedəcəyini yaxşı bilirlər.

Ona görə də polis, prokurorluq bu işlə xüsusi məşğul olmalıdır. Hərbi çağırışdan

yayınan adamlar haqqında ciddi, təcili tədbirlər görülməli və dərhal ictimaiyyətə

çatdırılmalıdır ki, başqalarına da dərs olsun.

Hərbi mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələri üçün rayon

hərbi komissarlıqları arayış verir. Yoxlama nəticəsində məlum olmuşdur ki, bu

arayışların 90 faizi əsassız verilmişdir. Hava limanında və dəmir yolunda

kassirlərin bəziləri rüşvət alaraq müvafiq sənədlər olmadan bilet satmışlar. Hava

limanının və dəmir yolunun komendantları, bəzi polis işçiləri öz vəzifələrindən

sui-istifadə edərək qanunsuzluğa yol vermiş, beləliklə də hərbi mükəlləfiyyətli

şəxslərin respublikadan getmələrinə şərait yaratmışlar. Bəzi icra başçıları da hərbi

mükəlləfiyyətli şəxslərin respublikadan kənara getmələrinə nəzarət etmirlər.

Fərarilərin sayı artmışdır. Bunu dəfələrlə demişik və indi də təkrar edirəm:

icra başçıları, rayon və şəhərlərin müvafiq orqanlarının rəhbərləri fərariləri

axtarıb tapmalı və orduya qaytarmalıdırlar. Bu sahədə ciddi iş görülməlidir.

Bundan ötrü on gün vaxt verilir. Həmin müddətdə bütün fərarilər öz hərbi

hissölərinə qaytarılmalıdır. Mən yenə bəyan edirəm ki, hərbi hissələrə qayıdan

fərarilər məsuliyyətə cəlb olunmayacaqlar. On gün ərzində qayıtmayanlar barədə

çox ciddi tədbirlər görmək lazımdır. Televiziya və radio ilə xalqa müraciətimin

ertəsi günü - aprelin 13-də polkovnik Elbrus Orucovla danışırdım. O mənə dedi

ki, sizin çıxışınızdan sonra 100 nəfər hissələrə gələrək xidmətə başladı və döyüşə

getdi. Bununla demək istəyirəm ki, həyatımız təkcə mənfi hallardan ibarət deyil,

müsbət hallar da çoxdur. Mən bu xəbərdən çox sevindim. Doğrudur, bu qədər

fərari olan yerdə 100 nəfər çox deyil. Deməli, həmin gənclər səhv etdiklərini başa

düşmüşlər və cəbhəyə qayıdaraq döyüşə girmişlər. Bu, diq-




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə